Məhkəmə qərarları › İş №1(102)-813/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-813/2019

19.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-813/2019 19.06.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 813/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "19" iyun 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum Məhkum iştirakları ilə Biləsuvar rayon Məhkəməsinin 29 iyun 201 7-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 sentyabr 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar rayon Məhkəməsinin 29 iyun 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Nurullayev Ramiz Vəliş oğlu) 30 noyabr 1967-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işsiz, Cəlilabad rayon Məhkəməsinin 14 may 2015-ci il tarixli hökmü ilə CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 23 avqust 2015-ci il tarixli qə rarına əsasən CM-nə dəyişiklik edilməsi barədə qanun tətbiq edilməklə CM-nin 177.1-ci maddəsinə xitam verilmiş, CM-nin 66.5-ci maddəsi xaric olunmuş və üzərində Cəlilabad rayon Məhkəməsinin 09 aprel 2015-ci il tarixli hökmü ilə CM-nin 177.2.2-ci maddəsi ilə təyin edilmiş çəkilməmiş qalan 01 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 08 oktyabr 2016-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 206.2-ci maddəsi ilə 03 il 06 ay müddətə, CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə qəti olaraq, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Biləsuvar rayon Məhkəməsinin 29 iyun 2017-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 07 mart 2017-ci ildə İran İslam Respublikasının Biləsuvar şəhərində istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 12,970 qram tiryək narkotik vasitəsini əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 1 ədəd bükümdə qablaşdıraraq daxili orqanı-düz bağırsağına yerləşdirib saxlamış və həmin gün saat 17 radələrində Biləsuvar Gömrük İdarəsinin «Qoşa-Təpə» gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarəti ndən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Hökmdən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Novruzov Ələsgər Əli İskəndər oğlu, hakimlər Camalov Etibar Əli oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) 07 sentyabr 2017-ci il tarixli qərarı ilə Biləsuvar rayon Məhkəməsinin 29 iyun 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 sentyabr 2017-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ləğv etməklə qanunvericilikdə olan dəyişikliklərin ona şamil edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onun əsaslandır mışdır ki, məhkəmələr iş üzrə olan pozuntulara əhəmiyyət verməmiş, ailəli olmasını, ailəsinin onun himayəsində olmasını, Əfqanıstan müharibəsinin İİ qrup əlil olmasını, xəstəliklərdən əziyyət çəkməsini nəzərə almamışlar. Qeyd olunanlara əsasən məhkum apellyasiya məhkəməsinin qərarını ləğv etməklə qanunvericilikdə olan dəyişikliklərin ona şamil edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Biləsuvar rayon Məhkəməsinin 29 iyun 2017-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, həmin məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübu tların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkum təqsirli bilindiyi cinayət əməlləri birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması qərarda göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair nəticəsi ilə razılaşmışdır. Məhkum hərəkətləri Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün onun əməlləri düzgün olaraq həmin mad dələrlə tövsif edilmişdir. Bunlara dair məhkəmələrin gəldiyi nəticəni və apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərə gəldikdə isə, qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar göstərilmişdir ki, “...cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə Biləsuvar Rayo n Məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən məhkum edilmiş şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinməsinə dair həm ibtidai istintaq orqanı, həm də işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun qeyd edilən cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin 29 iyun 2017-ci tarixli hökmü ilə Məhkum əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Apellyasiya şikayətində, həm də apellyasiya məhkəmə baxışında məhkum edilmiş şəxs və onun müdafiəçisi tərəfindən əməlin hüquqi tövsifi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası həmçinin məhku m edilmiş şəxsə cəza təyin edilməsi məsələsini də müzakirə edərək hesab edir ki, birinci instansiyada işə baxan məhkəmə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə əməl etməklə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, onun cinayətin törədilməsində iştirak dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, Cinayət Məcəlləsinin 41.2ci maddəsində tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Məhkum edilmiş Məhkum barəsində cəza təyin edilməsi məsələsini müzakirəsi zamanı aydın oldu ki, birinci instansiya məhkəməsində işə baxılarkən Məhkum cəzanı yüngülləşdirən hallar müəyyən etməmiş, hərəkətlərində cinayətlərin residivini CM-nin 61.1.1-ci maddəsi nə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilm əsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən normaların tələbləri baxımdan birinci instansiya məhkəməsi düzg ün olaraq məhkuma cəza təyin edərkən onun yalnız təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş orta həddə yaxın azadlıqdan məhrum edilməklə islah olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin belə nəticəyə gəlir ki apellyasiya məhkəmə baxışı zamanı da Məhkum cəzasının yüngülləşdirən hər hansı yeni bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmə məli, Biləsuvar Rayon Məhkəməsinin 29 iyun 2017-ci il tarixli, 1(022)-84/17 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır....”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, gəldiyi nəticəni işin hallarına, qanunun tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının izahlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətlərinin heç bir dəlili yuxarıda göstərilən nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası qeyd edi r ki, şikayətdə cəza ilə bağlı göstərilən dəlillər qərarın dəyişdrilməsinə əsas vermirlər. Belə ki, Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən hökm və ya qərar məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə ləğv edilə və ya dəyişdirilə bilər. İş materiallarından, apellyasiya məhkəməsinin qərarından isə görünür ki, həmin məhkəmə yuxarıda qeyd olunan maddədə göstərilən halları nəzərə almış və cəza təyin edərkən hansı hallara və qanunun hansı tələblərinə əsaslandığını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıl ran hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətlərinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri i sə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 sentyabr 2017-ciil tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar