Məhkəmə qərarları › İş №1(102)-813/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-813/2020

24.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-813/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Məhkum. Müdafiəçi – “Pro Bono” Vəkil Bürosunun vəkili Sultanova Günay Bəşir qızının iştirakları ilə Azərbaycan Respublikası CM-nin 263.3-cü madd əsi ilə məhkum edilmiş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X.Səmədov, hakimlər R.Hüseynov və C.Ramazanovdan ibarət tərkibdə) xx.xx.1963-cü ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu Bum qəsəbəsində daimi qeydiyyatda olmaqla orada yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. İbtidаi аrаşdırmа orqаnı tərəfindən Məhkum qarşı Az ərbaycan Respublikası Cinаyət Məcəlləsinin 263.3-ci maddəsi ilə ittihаm irəli sürülərək məhkəməyə verilmişdir, оnа görə ki, о, xx xxxxxx 2016-ci il tarixdə təxminən saat 12:30 radələrində Muğanlı İsmayıllı yolunun İsmayıllı rayonundan keçən 40-cı kilometrində idarə etdiyi “Ford Transit” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla İsmayıllı istiqamətində hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-ci bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq qarşısında hərəkət edən avtomobili ötmək üçün avtomobilini qarşı hərəkət zolağına çıxarmış, bu zaman idarə etdiyi mikroavtobusun sol yan hissəsi Muğanlı istiqamətində hərəkət edən X1 idarə etdiyi “Mitsubishi Canter” markalı H-***** dövlə t qeydiyyat nişanlı yük avtomobilinin üzərində üfiqi yüklənmiş dəmir konstruksiyalı reklam lövhəsinin sol küncü ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Ford Transit” markalı mikroavtobusda olan sərnişinlər X2 müştərək travma, açıq kəllə-beyin travması, kəllə əsası sümüyünün sınığı, baş beynin əzilməsi, sol gicgah sümüyünün basılmış qəlpəli sınığı, beyin qişa və maddələrinə qansızma, sol gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası xəsarətləri yetirilməklə ölümünə, X3 müştərək travma, açıq kəllə-beyin travması, kəllə əsası sümüyünün sınığı, baş beynin əzilməsi, sol gicgah sümüyünün basılmış qəlpəli sınığı, beyin qişa və maddələrinə qansızma, sol gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası xəsarətləri yetirilməklə ölümünə, Zərərçəkmiş şəxs1 Mənsur qızına üzün sol nahiyəsinin yumşaq toxumaları nın əziyi, müxtəlif ölçülü sıyrıqları xəsarətləri yetirilməklə sağlamlığına yüngül, Zərərçəkmiş şəxs2 təpə nahiyəsinin əzilmiş-cırılmış yarası xəsarətləri yetirilməklə sağlamlığına yüngül zərər vurulmasına, habelə Zərərçəkmiş şəxs3 2710 manat məbləğində maddi ziyan vurulmaqla “Ford Transit” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun zədələnməsinə səbəb olmuşdur. Hökmdən dövlət ittihamçısı Mirkişiyev Anar Nurəddin oğlu tərəfindən verilmiş apelyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisləri X4 və X5 nümayəndəsi Hüseynov Əli Meybulla oğlu tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim E.Hüseynov, hakimlər A.Mahmudov və V.Məlikovdan ibarət tərkibdə) xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə dövlət ittihamçısı Mirkişiyev Anar Nurəddin oğlu tərəfindən verilmiş apelyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisləri X4 və X5 nümayəndəsi Hüseynov Əli Meybulla oğlu tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə bəraət verilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli hökmündən Məhkum t ərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının, məhkumun və müdafiəçinin çıxışını dinləyib (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər), iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara ə sasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azə rbaycan Respublikası CPM-nin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə məhkum edilmiş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar