Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-813/2021 17.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun Məhkum və onun müdafiəçisi Tağıyev Beyrək Qurban oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəmə sinin 02 avqust 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 avqust 2019-cu il tarixli hökmü ilə (hakimlər Quliyev Nizami Fərzi oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx il tarixdə Beyləqan rayonun Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllə r məhkum olunmamış, Beyləqan rayonunun, ünvan 1-də qeydiyyatda olan və ünvan 2-də yaşayan, CM-nin 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə, CM-nin 234.4.1,234.4.2 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X16 CM-nin 318.1, 32.5, 206.3.2, 234.4.1, 234.4.3, və 234.1-ci maddələri ilə və X3 CM-nin 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü madd ələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qəsdən tamah niyyətilə, yəni qazanc əladə etmək üçün istintaqa məlum olmayan vaxtda və şəraitdə qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, saxladığı və daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan təmiz halda çəkisi 0,245 qram heroini qanunsuz olaraq satış məqsədilə 03 oktyabr 2018-ci il tarixdə X22ə vermiş, bundan sonra Məhkum təkrarən qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün Gürcüstan vətəndaşı X22, Azərbaycan Respublikasının vətəndaşları X3, X6, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasında əldə edilməsi, saxlanması və daşınaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi ilə bağlı qabaqcadan razılıq əldə etmiş, bundan sonra cinayətkar qrupun üzvləri arasında əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq, şəxsiyyəti istintaqa məlum olmayan şəxsin külli miqdarda narkotik vasitə olan təmiz halda çəkisi 608,9 qram heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb, daşımaqla istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən gömrük sərhədindən gömr ük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirərək ona, X22ə və X23a təhvil vermək üçün qabaqcadan razılaşdıqları istiqamətdə Füzuli rayonunun Arazdilağarda kəndində yerləşən köhnə yanacaq doldurma məntəqəsində gizlədib İran İslam Respublikasına qayıtmışdır. Bundan sonra cinayətkar qrupun üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Məhkum qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş bir bağlamada həmin külli miqdarda narkotik vasitə olan təmiz halda çəkisi 608,9 qram heroini 04 oktyabr 2018-ci il tarixdə saat 03 radələr ində Füzuli rayonunun Arazdilağarda kəndində yerləşən köhnə yanacaq doldurma məntəqəsinin yaxınlığında gizlədildiyi yerdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşımaqdan ötrü onun idarə etdiyi "xxxx" markalı "*****" dövlət qeydiyyat nişanlı avtomaşınla X23 və X22 ilə birlikdə həmin əraziyə gəlmiş, qeyd olunan bir bağlamada külli miqdarda narkotik vasitə olan heroini gizlədilmiş yerdən qanunsuz olaraq əldə edib, saxlayıb daşıyarkən sonuncular Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, özü isə avtomaşınla hadisə yerindən qaçsa da, sonradan 05 oktyabr 2018-ci il tarixdə olduğu yer müəyyən edilərək o, saxlanılmışdır. Hökmdən məhkum X22, X23 və Məhkum müdafiəçisi Muradov Ədalət Qəzənfər oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirva n Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən və məruzəçi), Camalov Etibar Əli oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) 13 noyabr 2019-cu il tarixli qərarı ilə məhkum X22in və Məhkum müdafiəçisi Ə.Q.Muradovun apellyasiya şikayətləri qismən təmin edilmiş, məhkum X23un apellyasiya şikayəti təmin edilməmiş, Məhkum CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 05 (beş) ilədək, CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ilədək, CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın müddəti isə 7 (yeddi) il 6 (altı) ayadək, X11 CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin mə cmusu üzrə təyin edilmiş qəti cəzanın müddəti isə 7 (yeddi) il 6 (altı) ayadək endirlmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək ona təyin edilmiş cəzanı yüngülləşdirməklə apellyasiya instansiyası məhkəməsinin qərarının bu əsasla dəyişdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiyası məhkəmələri onun barəsindəki cinayət işinə baxarkən düzgün və ədalətli qərar qəbul etməmişlər. Belə ki, məhkəmələr ona cəza təyin edərkən cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almamışlar. Buna görə kassasiya şikayətinin müəllifi göstərilənlərə əsaslanaraq ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini və bu əsasla barəsindəki apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində ona cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək ona daha yüngül cəzanın təyin edilməsi haqqında qərarın qəbul olunması barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhkumun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyy ən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Qanunvericiliyin təsvir edilən tələblərinə əsasla naraq kassasiya şikayətinin dəlillərinə cavab verən məhkəmə kollegiyası qeyd edir ki, həmin şikayətin məzmununa görə, Məhkum öz şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, onun ittiham olunduğu cinayət əməllərini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübasiləndirmir və yalnız cəza təyini ilə bağlı məhkəmələr tərəfindən onun barəsində qeyri-humanist və ədalətsiz yekun aktlarının qəbul edilməsini iddia edir. Bununla belə, kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq bu şikayətlə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum, digər məhkumlar X22in, X23un və şahidlərin ifadələrinə, məhkəmə ekspertizalarının rəylərinə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun olaraq araşdırılmış bütün sübutları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlllərini törətməsinin tam sübuta yetirilməsi barədə nəticəyə gəlib onun həmin əməllərini CM-nin 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmiş, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq bu nəticələrlə razılaşmışdır. Məhkum barəsində seçilmiş cəza tədbirinin həddindən artıq ağır olması ilə ba ğlı kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, hər bir cəza törədilmiş cinayətin və ya cinayətlərin xarakterinə, təqsirkarın şəxsiyyətinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə işin digər hallarına uyğun olmalı və bu məsələdə məhkəmələrin üzərinə düzgün seçim edərək qanuni və ədalətli cəzanın təyin edilməsi vəzifəsi qoyulur. Belə tələb qanunvericiliyin aşağıdakı tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi möqeyindən və Ali Məhkəmənin izah və tövsiyələrindən irəli gəlir. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və ci nayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin tələblərindən göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlı lıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CMnin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə o nun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayəti n xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkum barəsindəki apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, həmin məhkəmə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünü dəyişdirərək və ona təqsirli bilindiyi CM-nin 32.5,206.3.2, 234.2 və 234.4.3-cü maddələri ilə, həm də cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaları yüngüləşdirərkən, Məhkum əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət əməli törətməsini, şəxsiyyətini səciyyələndirilən halları CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə nəzərə almış, bununla da iş üzrə yekun nəticəyə gəlmək üçün əhəmiyyətli olan digər məsələlərin həllində olduğu kimi, məhkumun barəsində cəza tədbiri nin seçilməsi məsələsində də qanunun tələblərinə tam əməl etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu nəticəsi də razılaşaraq eyni zamanda qeyd edir ki, məhkəmənin cəza təyini ilə bağlı məsələnin həlli zamanı hər hansı halı nəzərə almaması, kassasiya şikayətinə məhkəmə baxışı zamanı isə cəzanın növünə və həddinə təsir göstərə biləcək yeni hallar iş materialları ilə müəyyən edilmir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutumuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və onun müdafiəçisinin, həmin şikayətinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2019-cu il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə və Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmaladır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Ş irvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə və Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-813/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-813/2021
17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver