Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-813/2025 09.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 150.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 20 fevral tarixli, 1(103)-505/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında qapalı məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər X4 qızı (sədrlik edən), X11 və X5 ibarət tərkibdə) 11 dekabr 2023-cü il tarixli, 1(101)-913/2023 nömrəli hökmü ilə xx xxxxxx 2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, Bakı şəhəri, Qaradağ rayonu ünvan 1 ünvanda yaşamış, hazırda azadlıdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 150.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona CM-in 150.2.3-cü maddəsi il ə (köhnə redaksiya) 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının 25 oktyabr 2022-ci il tarixdən hesablanması, təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Həmin hökmdən Məhkum müdafiəçisi Müdafiəçi2 və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Mürov oğlu tərəfindən apellyasiya şikayətləri verilmişdir Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən), X10 və X7 ibarət tərkibdə) 2024-cü il 20 fevral tarixli, 1(103)-505/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi i lə ittiham irəli sürülmüşdür ona görə ki, o, aşkar surətdə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, 11 sentyabr 2022-ci il tarixdə, saat 16 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massivdə yerləşən məhəllədə 15 may 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ilə rastlaşarkən Zərərçəkmiş şəxs yaşadıqları məhəlləyə gəlib-getməsini sorğu-sual edərək qonşuluqlarında yaşayan X2 arxasınca gəlməsini bəhanə edib şərəf və ləyaqətini alçaltmaq məqsədi ilə yetkinlik yaşına çatmadığı aşkar surətdə ona bəlli olan Zərərçəkmiş şəxs yaxınlıqdakı sahibsiz yarı uçmuş tikilinin içərisinə apardıqdan sonra nalayiq ifadələrlə təhqir edərək boynunu qolları arasında sıxıb yumruq zərbələri ilə bədəninin müxtəlif na hiyələrinə vuraraq zor tətbiq etməklə, habelə digər formada zor tətbiq edəcəyi ilə hədələməklə müqavimətini qırıb, psixi və fiziki zorakılıq nəticəsində köməksiz vəziyyətindən istifadə edərək özünün gərginləşmiş cinsiyyət üzvünü Zərərçəkmiş şəxs ağız boşluğuna daxil edib cinsi əlaqəni təqlid edən hərəkətlərlə cinsi ehtirasını pozğun formada təmin edib aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə tərəfindən hökm çıxarılarkən cəzanı yüngülləşdirən hallar qismində yalnız bir hal - təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmamış olması nəzərə alınmışdır. Birinci instans iya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edilməsində yalnız şəxsin yetkinlik yaşına çatmaması amilini nəzərə almışdır. Birinci instansiya məhkəməsinin materiallarında öz əksini tapmış təqsirləndirilən şəxsin, zərərçəkmişin, habelə şahidlərin ifadələrində cinayətin hadisələrin təsadüfi axarı zəminində baş verdiyi, yəni Məhkum törətdiyi cinayət əməlini əvvəlcədən planlamadığı öz təsdiqini tapmışdır. Bundan əlavə işin materiallarından da aydın olduğu üzrə sözügedən şəxsin hökmdə qeyd edilən əməli ilk dəfə törətdiyi, açıq-aşkar bir faktdır. Birinci instansiya məhkəməsi tərəfindən bu hallar nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad edilməli və Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsinə əsasən sanksiyada qeyd olunmuş cəzanın aşağı həddindən daha az və ya daha yüngül cə za təyin edilməli idi. İşdə iştirak edən Məhkum, Şahid1, Şahid3, Şahid2 ifadələrində qeyd edilən cinayət əməlinin məhkum tərəfindən törədilməsinin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs tərəfindən edilmiş əxlaqsız hərəkətlərdən sonra, habelə məhz zərərçəkmiş şəxsin birbaşa təklifi ilə edildiyi də nəzərə alınmalı faktdır. Əməli törətmiş şəxsin yetkinlik yaşına çatmamış, yəni hələ “gənc” belə deyil,“yeniyetmə”olması, həmin yaş dövründə bədənin bioloji və hormonal inkişafının tamamlanmadığının elmi cəhətdən sübut olunmuş fakt olması Məhkum zərərçəkmiş şəxsin hərəkətləri və etdiyi təklifinə yetkinlik yaşına çatmış, anlaqlı, psixi cəhətdən sağlam fiziki şəxsdən fərqli reaksiya verməsi, yəni cinayət əməlini törətməsi ilə nəticələnmişdir. Məhkum özünü hələ işin i btidai istintaq mərhələsindən etibarən qismən təqsirli hesab etməsi, onun cəzaçəkmə müddəti 25 oktyabr 2022-ci il tarixindən hesablandığından artıq 2 ildir ki, cəzasını faktiki olaraq çəkməkdə olması, bu müddət ərzində törətdiyi əməldən islah olunması üçün kifayət qədər vaxt və şəraitin olması faktlarını, habelə məhkumun daha yetkinlik yaşına çatdığını, yeniyetmə çağında törətdiyi əməli və onun nəticələrini daha aydın dərk etdiyini nəzərə alaraq, bəhs edilən məhkuma sanksiyada müəyyən olunmuş həddən daha az və ya daha yüngül cəza təyin etmək mümkün hesab oluna bilər. Məhkuma daha az müddətə cəza təyin edilməsinin onun gənclik illərinin başlanğıcı hesab olunan yaşında azadlığa qovuşmaqla, cəmiyyətə sosial adaptasiyasında, vətəndaş kimi dövlətin müxtəlif sahələrində iştirakında, habelə hər bi xidmət borcunu vaxtında yerinə yetirməsində, ədalət mühakiməsinin onun islah olunduğuna dair inamını faktiki gördükdə törətdiyi əmələ olan peşmançılığı ilə yanaşı, gələcəkdə də cinayət törətməyərək bir növü “dövlətin ona olan inamını” sarsacaq addım atmaqdan çəkinməsində müsbət mənada nəticə vermə ehtimalı böyükdür. Əlavə olaraq Məhkəmə tərəfindən məhkumun islah olunub-olunmadığını təsdiq edəcək cəzaçəkmə müəssisəsindən müəyyən rəy tələb edilməsi də mümkün hesab edilə biləcək addımdır. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Məhkum cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittih amçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 150.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 20 fevral tarixli, 1(103)-505/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna ə sas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hə r hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şikayətində məhkuma daha yüngül cəza təyin edilməli olmasını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nətic ələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarı n və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassas iya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəf li, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasının ən aşağı həddində, CM-in 59-cu və 85-ci maddələrinin tələbləri qaydasında ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası belə hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il t 11 dekabr tarixli, 1(101)-913/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi (köhnə redaksiyada) ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 20 fevral tarixli, 1(103)505/2024 nömrəli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-813/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-813/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver