Məhkəmə qərarları › İş №1(102)-814/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-814/2020

04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-814/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxs X5 və onun nümayəndəsi, Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili Merdiyeva İlhamə Əziz qızının iştirakları ilə, xx xxxx 1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeyd iyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası CM-in 127.1 və 128-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından zərərçəkmiş şəxs X5 və onun nümayəndəsi, Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili Merdiyeva İlhamə Əziz qızı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Tərlan Əkbərov) Məhkum – CM-in 127.1 və 128-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-nin 127.1-ci maddəsi ilə aylıq qazancından 20 faiz dövlət nəfinə pul tutulmaqla 1 il 06 ay müddətinə islah işləri cəzasına, CM-nin 128-ci maddəsi ilə aylıq qazancından 15 faiz döv lət nəfinə pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən Məhkum təyin olunmuş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq aylıq qazancından 20 faiz dövlət nəfinə pul tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündən zərərçəkmiş şəxslər X5 və X7 tərəfindən birgə apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), İ.M.Murquzov və H.H.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum qəsdən şəxsin sağlamlığına az ağır və yüng ül zərər vurmuşdur. Belə ki, Məhkum xx xxxxxx 2019-cu il tarixdə saat 12:00 radələrində ünvan 2 ünvanının həyətində qardaşı X5 ilə torpaq sahəsinin bölüşdürülməsi ilə əlaqədar ailə münaqişəsi zəminində mübahisə edərkən sonuncunun qızı X4 mobil telefon vasitəsilə həmin mübahisəni çəkdiyini görüb sonuncuya yaxınlaşaraq, Xnı yumruqla və yerdən götürdüyü lapatka ilə baş nahiyəsindən vuraraq, sonuncunun qəsdən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül dərəcəli zərər vuran baş-beynin silkələnməsi halında olan qapalı kəllə beyin travması, ənsə nahiyəsinin hematoması və nöqtə şəkilli qansızması kimi bədən xəsarətləri yetirmişdir. Bundan başqa, Məhkum xx xxxxxx 2019-cu il tarixdə saat 19:00 radələrində ünvan 2 ünvanının həyətində qardaşı X5 ilə torpaq sahəsinin bölüşdürü lməsi ilə əlaqədar ailə münaqişəsi zəminində mübahisə edərkən dəmir parçası ilə X1un baş nahiyəsindən zərbə endirərək, X1a qəsdən həyatı üçün təhlükəli olmayan sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərər vuran təpə nahiyəsinin əzilmiş yarası və hematoması, baş-beynin silkələnməsi halında olan qapalı kəllə beyin travması, üçlü sinirin sol tərəfli post travmatik nevriti kimi bədən xəsarətləri yetirmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs X5 və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Şikayət müəllifi hesab edir ki, məhkəmələr Məhkum cəza təyin edərkən törətdiyi cinayətin xara kteri, ictimai təhlükəsizlik dərəcəsini nəzərə almamış və yüngül cəza təyin etmişlər. Belə ki, Məhkum xx xxxxxx 2019-cu ildə X6 vurub xəsarətləndirmiş, etdiyi hüquqa və əxlaqa zidd əməldən nəticə çıxarmayaraq, təkrarən, xx xxxxxx 2019-cu ildə X3 da baş nahiyəsindən vuraraq xəsarətləndirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxs X1və onun nümayəndəsi İ.Merdiyevanın, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinay ət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarını n tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya şikayətində işin faktiki halları və əməlin tövsifi deyil, məhkum barəsində cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və ağırlığı nəzərə alınmadan ona yüngül cəzanın təyin edilməsi mübahisə edilir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Belə ki, məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etmişdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərk ən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özün ün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Mə hkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. İş materiallarından görünür ki, məhkəmə cəza təyin edərkən məhkumun törətmiş olduğu cinayətin xarakt erini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, törətdiyi əməlləri etiraf edərək peşman olmasını, ilk dəfə böyük ictimai təhlükəli əmələ görə cinayət məsuliyyətinə cəlb edilməsini, ailənin yeganə qazanc gətirən şəxsi olmaqla ağır xəstəlikdən əziyyət çəkməsini və əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Məhkum təqsirli bilindiyi maddələrin sanksiyası daxilində cəza təyin etmişdir. Məhz yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs X5 və onun nümayəndəsi Merdiyeva İlhamə Əziz qızı tərəfindən verilmiş kassasiya şikayətində göstərildiyinin əksinə olaraq, hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası iş üzrə toplanmış v ə apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq Məhkum daha ağır cəza təyin edilməsindən ötrü apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi üçün heç bir əsas görmür və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı zərərçəkmiş şəxs X5 və onun nümayəndəsi, Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili Merdiyeva İlhamə Əziz qızı tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar