Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-814/2022 19.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 avqust 2021-ci il tarixli, 1(103)-1227/2021 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum T əqsirləndirilən şəxs xx xxx 2002-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş və cəzasını çəkib qurtarmamış, ünvan 1 ünvanında qeydiyyatdadır. 2. 16 dekabr 2020-ci il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 170.1, 177.2.1, 177.2.2 və 177.1.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə, 12 iyul 2019-cu il tarixdə, saa t 03 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası 533 ünvanında yerləşən mağazaya plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olub, oradan ümumi qiyməti 1.987 (min doqquz yüz səksən yeddi) manat olan «Azercell», «Bakcell» və "xxxx" MMC-yə aid danışıq kartlarını, 150 (yüz əlli) manat qəpik pulları, 300 (üç yüz) manat nağd pulu, hər qutusunun qiyməti 3 (üç) manat olan 20 qutu «Kent» markalı, hər qutusunun qiyməti 2.80 (iki manat səksən qəpik) manat olan 30 qutu «Winston» markalı və hər qutusunun qiyməti 3.30 (üç manat otuz qəpik) manat olan 30 qutu «Sobranie» markalı siqaretləri gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 ümumilikdə 2.671 (iki min altı yüz yetmiş bir) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o və tanışı X6 yetk inlik yaşına çatmayan 20.10.2003-cü il təvəllüdlü X2 qazanc əldə edəcəklərinə dair vədlər verərək cinayətin törədilməsi üçün cinayətkar qrup daxilində cinayətkar fəaliyyətə cəlb edib, təkrarən özgənin əmlakını talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə, 06 avqust 2020-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 62 ünvanında yerləşən «Qlor» marketə yan tərəfdə yerləşən plastik hissəni sındırmaq yolu ilə qanunsuz daxil olub, oradan 34 (otuz dörd) manat qəpik pulları, hər qutusunun qiyməti 1,40 (bir manat qırx qəpik) manat olan 07 qutu «More Blue» markalı, hər qutusunun qiyməti 1,50 (bir manat əlli qəpik) manat olan 08 qutu «X23» markalı, hər qutusunun qiyməti 1,60 (bir manat altmış qəpik ) manat olan 09 qutu «X20 Silver» markalı, hər qutusunun qiyməti 1,40 (bir manat qırx qəpik) manat olan 09 qutu «X11» markalı, hər qutusunun qiyməti 1,20 (bir manat iyirmi qəpik) manat olan 10 qutu «Bakı Blue» markalı, hər qutusunun qiyməti 1,40 (bir manat qırx qəpik) manat olan 10 qutu «X15» markalı, hər qutusunun qiyməti 1,70 (bir manat yetmiş qəpik) manat olan 14 qutu «West Silver» markalı, hər qutusunun qiyməti 3 (üç) manat olan 15 qutu «X12» markalı, hər qutusunun qiyməti 2,20 (iki manat iyirmi qəpik) manat olan 17 qutu «LD X21» markalı, hər qutusunun qiyməti 1,40 (bir manat qırx qəpik) manat olan 19 qutu «X16» markalı, hər qutusunun qiyməti 1,40 (bir manat qırx qəpik) manat olan 20 qutu «X17» markalı, hər qutusunun qiyməti 1,90 (bir manat doxsan qəpik) manat olan 21 qutu «X24 Silver» markalı, hər qutusunun qiyməti 3 (üç) manat olan 23 qutu «X18 01» markalı, hər qutusunun qiyməti 1,60 (bir manat altmış qəpik) manat olan 23 qutu «X22 Silver» markalı, hər qutusunun qiyməti 2,80 (iki manat səksən qəpik) manat olan 25 qutu «Winston XS Silver» markalı siqaretləri, hər birinin qiyməti 0,60 (altmış qəpik) manat olan 25 ədəd «Orbit» markalı saqqızları gizli olaraq talayıb, zərərçəkmiş şəxs Əlisəfa Quliyevə ümumilikdə 500 (beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o və tanışı X6 yetkinlik yaşına çatmayan 20.10.2003-cü il təvəllüdlü X2 qazanc əldə edəcəklərinə dair vədlər verərək, cinayətin törədilməsi üçün cinayətkar qrup daxilində cinayətkar fəaliyyətə cəlb edib, təkrarən özgənin əmlakını talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə, 09 avqust 2020-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs2 icarədarı olduğu ünvan 4 ünvanının arxasında yerləşən köşkün dəmir qapısının kilidini sındırmaq yolu ilə qanunsuz daxil olub, oradan 45 (qırx beş) manat məbləğində nağd pulu, hər qutusunun qiyməti 2,40 (iki manat qırx qəpik) manat olan 25 qutu «LD Club Platinum LSS» markalı, hər qutusunun qiyməti 1,50 (bir manat əlli qəpik) manat olan 25 qutu «NZ X19» markalı, hər qutusunun qiyməti 1,90 (bir manat doxsan qəpik) manat olan 26 qutu «Winchester KSSS Blue» markalı, hər qutusunun qiyməti 2,80 (iki manat səksən qəpik) manat olan 28 qutu «Winston XS Style Silver» markalı, hər qutusunun qiyməti 3,30 (üç manat otuz qəpik) manat olan 28 qutu «X9» markalı, hər qutusunun qiyməti 3 (üç) manat olan 29 qutu «Kent HD 4 NEO» markalı, hər qutusunun qiyməti 1,90 (bir manat doxsan qəpik) manat olan 29 qutu «Winchester Comp.Blue» markalı, hər qutusunun qiyməti 3,30 (üç manat otuz qəpik) manat olan 30 qutu «X13» markalı, hər qutusunun qiyməti 1,90 (bir manat doxsan qəpik) manat olan 30 qutu «Winchester Comp.Silver» markalı, hər qutusunun qiyməti 1,90 (bir manat doxsan qəpik) manat olan 30 qutu «Winchester KSSS Silver» markalı, hər qutusunun qiyməti 3 (üç) manat olan 32 qutu «Kent Nanotek NEO 04» markalı, hər qutusunun qiyməti 1,60 (bir manat altmış qəpik) manat olan 32 qutu «X22 Blue» markalı, hər qutusunun qiyməti 3 (üç) manat olan 36 qutu «Kent HD 8 Futura» markalı, hər qutusunun qiyməti 1,40 (bir manat qırx qəpik) manat olan 07 qutu «More Blue» markalı, hər qutusunun qiyməti 1,50 (bir manat əlli qəpik) manat olan 08 qutu «X23» markalı, hər qutusunun qiyməti 1,60 (bir manat altmış qəpik) manat olan 09 qutu «X20 Silver» markalı, hər qutusunun qiyməti 1,40 (bir manat qırx qəpik) manat olan 09 qutu «X11» markalı, hər qutusunun qiyməti 1,20 (bir manat iyirmi qəpik) manat olan 10 qutu «Bakı Blue» markalı, hər qutusunun qiyməti 1,40 (bir manat qırx qəpik) manat olan 10 qutu «X15» markalı, hər qutusunun qiyməti 1,70 (bir manat yetmiş qəpik) manat olan 14 qutu «West Silver» markalı, hər qutusunun qiyməti 3 (üç) manat olan 15 qutu «X14» markalı, hər qutusunun qiyməti 2,20 (iki manat iyirmi qəpik) manat olan 17 qutu «LD X21» markalı, hər qutusunun qiyməti 1,40 (bir manat qırx qəpik) manat olan 19 qutu «X16» markalı, hər qutusunun qiyməti 1,40 (bir manat qırx qəpik) manat olan 20 qutu «X17» markalı, hər qutusunun qiyməti 1,90 (bir manat doxsan qəpik) manat olan 21 qutu «X24 Silver» markalı, hər qutusunun qiyməti 3 (üç) manat olan 05 qutu «X18 01» markalı siqaretləri gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 1.145 (min yüz qırx beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o və tanışı X6 yetkinlik yaşına çatmayan 20.10.2003-cü il təvəllüdlü X2 qazanc əldə edəcəklərinə dair vədlər verərək cinayətin törədilməsi üçün cinayətkar qrup daxilində cinayətkar fəaliyyətə cəlb edib, təkrarən özgənin əmlakını talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə, 16 avqust 2020-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs3 icarədarı olduğu ünvan 5 ünvanında yerləşən köşkə plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olub, oradan hər qutusunun qiyməti 3,70 (üç manat yetmiş qəpik) manat olan 185 qutu «Sobranie» markalı, hər qutusunun qiyməti 3,40 (üç manat qırx qəpik) manat olan 165 qutu «Kent 4» markalı, hər qutusunun qiyməti 3,40 (üç manat qırx qəpik) manat olan 15 qutu «Kent 6» markalı, hər qutusunun qiyməti 3,40 (üç manat qırx qəpik) manat olan 17 qutu «Kent 8» markalı, hər qutusunun qiyməti 3,40 (üç manat qırx qəpik) manat olan 15 qutu «Kent Compact» markalı, hər qutusunun qiyməti 3,40 (üç manat qırx qəpik) manat olan 39 qutu «Davidoff» markalı, hər qutusunun qiyməti 3,40 (üç manat qırx qəpik) manat olan 16 qutu «Camel» markalı, hər qutusunun qiyməti 3,20 (üç manat iyirmi qəpik) manat olan 70 qutu «Winston» markalı, hər qutusunun qiyməti 2,80 (iki manat səksən qəpik) manat olan 103 q utu «LD» markalı, hər qutusunun qiyməti 2,30 (iki manat otuz qəpik) manat olan 130 qutu «Winchester» markalı, hər qutusunun qiyməti 2,30 (iki manat otuz qəpik) manat olan 150 qutu «Rothmans» markalı, hər qutusunun qiyməti 2,30 (iki manat otuz qəpik) manat olan 30 qutu «Pall Mall» markalı siqaretlər, hər birinin qiyməti 12,50 (on iki manat əlli qəpik) manat olan 10 ədəd kişi üçün qol saatlarını, bir ədəd Çin istehsalı olan üzərində «Boss» sözləri yazılmış 6 (altı) manat qiymətində kişi qol saatını, bir ədəd Çin istehsalı olan üzərində «Tissot 1853» sözləri yazılmış 7 (yeddi) manat qiymətində kişi qol saatını, bir ədəd üzərində «Tissot 1853» sözləri yazılmış, şüşəsi üzərində çat olan 5 (beş) manat qiymətində kişi qol saatını, bir ədəd Çin istehsalı olan üzərində «Emporio Armanı» sözləri yazı lmış 7 (yeddi) manat qiymətində kişi qol saatını, 300 (üç yüz) manat qiymətində müxtəlif operatorlara aid danışıq konturlarını və 580 (beş yüz səksən) manat məbləğində nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 3.872,70 (üç min səkkiz yüz yetmiş iki manat yetmiş qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-100/2021 saylı, 01 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 170.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
5. Həmin hökmlə həmçinin X6, X4 da təqsirli bilinərək məhkum edilmişlər.
6. Hökmdən Təqsirlə ndirilən şəxs apellyasiya şikayəti verərək, təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 avqust 2021-ci il tarixli, 1(103)-1227/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-100/2021 saylı, 01 iyun 2021-ci il tarixli hökmü məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 avqust 2021ci il tarixli, 1(103)-1227/2021 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Məhkum Təqsirləndirilən şəxs verdiyi kassasiya şikayətində ona daha yüngül cəza təyin edilməsini xahiş edir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz h əmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum Təqsirləndirilən şəxs verdiyi kassasiya şikayətində ona daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir, onun bu haqda kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
16. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Mə hkəməsinin Cinayət kollegiyasının 06 avqust 2021-ci il tarixli, 1(103)-1227/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumla r, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəx siyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
20. Cəzanın məqsədini təsvir edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
21. İstinad edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınma sı tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
22. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə ra zılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi hüquq normalarına uyğundur. Belə ki, məhkəmələr məhkum Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi onun cinayət törədərkən yetkinlik yaşına çatmamasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdi m və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
24. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs oğlunun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 avqust 2021-ci il tarixli, 1(103)-1227/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 avqust 2021-ci il tarixli, 1(103)-1227/2021 nömrəli qərarı məhkum Təqsirləndirilən şəxs münasibətdə dəyişdirilmədən saxlanılsın.