Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-814/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə; X28 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri X16 Müdafiəçi - Məhkum müdafiəçisi Müdafiəçi13 və Nümayəndə - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X6 iştirakları ilə, Bakı Ağır Cina yətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmü ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2, 294.3, 32.4, 308.2, 32.4, 313 və 320.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 Nurdinivnanın CM-in 178.3.2, 308.2 və 313-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 CM-in 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi13, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərinə və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında iş ə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmü (sədrlik edən hakim X27, hakimlər X17 və X9 ibarət tərkibdə) ilə 05 aprel 1956-cı il tarixdə Naxçıvan MR Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-nin təsisçisi və direktoru vəzifəsində işləyən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 44, mənzil 52-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Möhsüm Sənani küçəsi 4555, mənzil 36-da yaşamış, əvvəllər məhkum olunmuş, hal hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində cəza çəkən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 294.3, 32.4, 308.2, 32.4, 313 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək X4 Azərbaycan Respublikası C inayət Məcəlləsinin 178.3.2–ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 294.3-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.4,308.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə X4 qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli öz ünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,313 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmiş, xx xxxxx 1954-cü ildə Rusia Federasiyasının, Dağıstan Respublikası, Mahaçqala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, təqaüdçü, məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, H.Sultanov küçəsi Bina 1, mənzil 66-da pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan, hal hazırda Bakı şəhəri üzrə Probasiya idarəsində qeydiyyatda olan Təqsirlə ndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,178.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2- ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ay rı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilməklə, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmiş, xx xxxxxxxx 1960-cı ildə Lənkəran şəhərind ə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 2 ünvanda yaşamış, hal hazırda Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edi lməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmişdir. Həmin hökmlə həmçinin, X24 və Təqsi rləndirilən şəxs4 da təqsirli bilinib məhkum edilmişdir. Həmin hökmdən məhkum X18 müdafiəçisi Müdafiəçi7, məhkum X3 müdafiəçisi Müdafiəçi9, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi10, Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi5 və Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə və Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasını 1(103)-1397/2022 saylı, 08 dekabr 2022-ci il tarixli (hakimlər: X32 (sədrlik edən və məruzəçi), X13 və X14 ibarət tərkibdə) hökmü ilə apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs4 aid hissədə ləğv edilmiş, Təqsirləndirilən şə xs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmiş, məhkum Təqsirləndirilən şəxs4 məhkəmə iclas zalından dərhal həbs edilməsi, məhkum Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssis əsində çəkməsi, cəzasının əvvəlinin 08 dekabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, X5 əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə, istehsalatların, peşələrin, vəzifələrin və ya göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə müəyyən olunan işlərdə çalışmamasına baxmayaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklərə qədər olan redaksiyada) 9.1-ci maddəsinin yeraltı işlərdə, yəni əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə, istehsalatların, peşələrin, vəzifələrin və ya göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə çalışan sı ğorta olunan kişilərə münasibətdə onlar 57 yaşına çatıb azı 25 il sığorta stajına malik olmaqla bu müddətin azı 12 il 6 ayını həmin işlərdə işləməsi ilə əlaqədar əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasına dair müddəasının özü barəsində saxta sənədlər əsasında tətbiq olunmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qismində pul vəsaitini aldatma yolu ilə ələ keçirmək məqsədilə 2013- cü ilin yay aylarında Bakı şəhəri, Cənub buxtası ünvanında yerləşən «Azərbaycan Dövlət X31» QSC-nin Bibiheybət Gəmi təmiri Zavodunun (“İ.Allahverdiyev” adına Gəmitəmiri-gəmiqayırma zavodu) vəzifəli şəxs olan Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 gələcəkdə əmək pensiyası almaq hüququnun yaranması ilə əlaqədar sənədləşdirmələrdə ist ifadə etmək üçün guya həmin zavodda işə qəbul edilməsinə dair öz adına olan əmək kitabçasında qeydlər aparılıb rəsmi möhürlə təsdiq olunmasında köməklik göstərilməsinə dair müraciətinə əsasən, sonuncunun razılığını alaraq onunla sövdələşməklə, Təqsirləndirilən şəxs1 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edərək şəxsi niyyətlə rəsmi sənəd hesab edilən ******* nömrəli dublikat əmək kitabçasına guya özünün xx.xx.1996-cı il tarixli, K-02 nömrəli əmrlə Gəmi gövdə qaynaq sexində 4-cü dərəcəli əl ilə elektirik-qaynaqçı peşəsinə işə qəbul edilməsinə dair bilə-bilə yalan məlumatlar daxil edib, həmin kitabçanın 10-cu vərəqində “Xəzərdənizqəmitəmiri” İ.B.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodu 370003, Bakı ş, Gülbala Əliyev 2” məzmunlu ştampı və 13-cü vərəqində “Azərbaycan Dövlət X31 “Xəzərdənizgəmitəmiri” istehsalat Birliyin (İ.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodu KADRLAR ŞÖBƏSİ” məzmunlu möhür vurmasına nail olub Təqsirləndirilən şəxs1 vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığına təhrik edib, Təqsirləndirilən şəxs1 yalan məzmunlu məlumatların daxil edildiyi həmin əmək kitabçasını qeyd edilən müddətdə götürməklə, yəni sonuncunun köməkçilik edərək dələduzluq cinayətini törətməsi üçün vasitə verməsindən sonra, eyni niyyətlə, guya qeyd edilən zavodda işlədiyi tarixlərdə əmək haqqı alması görüntüsü yaratmaqla gələcəkdə qanunsuz yolla alacağı əmək pensiyasının məbləğinin hesablanmasında istifadə etməkdən ötrü i stintaqa məlum olmayan şəraitdə «Azərbaycan Dövlət X31» QSC-nin Bibiheybət Gəmi təmiri Zavodu (“İ.Allahverdiyev” adına Gəmitəmirigəmiqayırma zavodu) üzrə 2004-2008-ci illərə aid əmək haqqının aylar üzrə məbləğinin hesablanması barədə 168 nömrəli köhnə, yəni xx.xx.2009-cu il tarixli «Azərbaycan Dövlət X31» QSC-nin Bibiheybət Gəmi təmiri Zavodunun direktoru tərəfindən istintaqla müəyyən edilməyən şəraitdə imzalanmış, əl ilə mürəkkəblə birbaşa olaraq möhür çəkilmiş saxta arayışı qeyd edilən müddətdə əldə etməklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun həmin vaxt qüvvədə olan 30.1-ci maddəsinə əsasən, əmək pensiyasının şəxsin (ərizəçinin) daimi yaşadığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilməsinin müəyyən edilməsinə və özünün Bakı şəhəri, Səbail rayonu, 2ci ünvan 5 ünvanında qeydiyyat üzrə yaşamaqla pensiya almaq üçün tələb olunan sənədlərlə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə müraciət etməli olmasına baxmayaraq, tanışları olmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin pensiya sektorunun müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 və sektorun məsləhətçisi vəzifəsində işləyən X18 həmin pensiyanı saxta sənədlər əsasında işlədikləri həmin şöbədə təyin edə biləcəklərinə dair məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla yardım edəcəklərini qabaqcadan vəd etmələri ilə əlaqədar 2013-cü ilin yay aylarından həmin ilin noyabr ayının ortaların adək olan müddətdə bilə-bilə qeyd olunan saxta sənədlərdən, yəni ******* nömrəli dublikat əmək kitabçası və 168 nömrəli xx.xx.2009-cu il tarixli arayışdan istifadə etməklə onları ünvan 6 ünvanında yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin pensiya sektoruna təqdim edib 1995-2008-ci illərdə “İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmi Qayırma zavodu”nun Gəmi gövdə qaynaq sexində 4-cü dərəcəli əl ilə elektirik-qaynaqçı peşəsində işləməsi ilə əlaqədar ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş edib, təqdim etdiyi həmin sənədlər üzrə qeyd edilən şöbədə araşdırma aparılan zaman saxta əmək kitabçasında 1995-ci ildən deyil, 1996-cı ildən həmin sahədə işləməsinin göstərilməsi müəyyən edildiyindən Tə qsirləndirilən şəxs2 və Qiyas Babayevin məsləhət və istiqamətləndirməsi ilə 1995-ci ildən qeyd edilən zavodda işləməsinə dair saxta arayış əldə edilməsində köməklik göstərilməsindən ötrü həmin müddətdə yenidən Təqsirləndirilən şəxs1 müraciətinə əsasən, sonuncunun razılığını alaraq onunla sövdələşməklə, Təqsirləndirilən şəxs1 eyni niyyətlə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edərək şəxsi niyyətlə rəsmi sənəd hesab edilən xx.xx.2009-cu il tarixli, 164 nömrəli arayışa guya özünün xx.xx.1995-ci ildən (ƏMR K-02, xx.xx.1995) xx.xx.2008-ci ilə qədər (Əmr 149k xx.xx.2008) İ.Allahverdiyev adına Gəmi Təmiri zavodunda əl ilə elektirik-qaynaqçısı işləməsi barədə bilə- bilə yalan məlumatlar daxil edərək həmin arayışı imzası və zavodun möhürü ilə təsdiq etməsinə nail olub onu vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığına təhrik edib, Təqsirləndirilən şəxs1 yalan məzmunlu məlumatların daxil edildiyi həmin arayışı qeyd edilən müddətdə götürməklə, yəni sonuncunun eyni niyyətlə köməkçilik edərək dələduzluq cinayətini törətməsi üçün vasitə verməsindən sonra bilə-bilə həmin saxta arayışdan eyni niyyətlə yenidən istifadə edib Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin pensiya sektoruna təqdim edib aralarında əvvəlcədən olan razılaşmaya əsasən, Təqsirləndirilən şəxs2 və Qiyas Babayevlə sövdələşməklə, sonuncuları xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qul luq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edərək qeyd edilən saxta sənədlər əsasında şəxsi niyyətlə rəsmi sənəd hesab edilən DSMF-nin Lənkəran rayon şöbəsinin xx.xx.2013-cü il tarixli qərarının məzmununa tamah və şəxsi niyyətlə özü barəsində yaşa görə güzəştli (1-ci Siyahı) ömürlük əmək pensiyası təyin edilməsinə dair bilə-bilə yalan məlumatları daxil etməklə həmin qərarın qeyd olunan şöbədə təsdiq olunması nəticəsində 1973-2006-cı illər üzrə cəmi 31 il 5 ay 18 gün sosial sığorta stajına əsasən xx.xx.2013-cü il tarixdən aylıq 151,23 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasına, xx.xx.2008-xx.xx.2013-cü il dövrü üzrə 8.628,56 manat fərq məbləğinin 2013-cü ilin iyul ayında birdəfəlik olaraq adına "xxxx" ASC- də açılmış **********277996 nöm rəli plastik kart hesabına köçürülməsinə nail olmaqla, həmin məbləği, habelə, Təqsirləndirilən şəxs2 və Qiyas Babayevin aralarındakı cinayətkar razılaşmaya əsasən, barəsində xx.xx.2008-ci il tarixdən təyin edilmiş pensiyanın aylıq məbləğinin həmin dövrdə qüvvədə olan qanunvericiliyin şərtlərinə uyğun olaraq 2004-2005-ci illərin əmək haqlarına münasib hesablanmasından ötrü xx.xx.2004cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan müddətdə İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda işləyib-işləməməsinin müəyyən edilməsi ilə əlaqədar DSMF-nin Lənkəran rayon şöbəsinin sabiq müdiri Şahid8 tərəfindən imzalanmış xx.xx.2013-cü il tarixli 54/2559 nömrəli sorğunu icra edən həmin fondun Səbail rayon şöbəsinin pensiya təyinatı sektorunun sabiq məsləhətçisi Təqsirləndirilən şəxs4 müvafiq ar aşdırma aparmadan edərək tərtib etdiyi rəsmi sənəd hesab edilən və Təqsirləndirilən şəxs1 tərəfindən həmin zavodun “paketlər və arayışlar üçün” möhürü ilə təsdiq edilmiş guya özünün xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda işləməsi barədə yalan məlumatlar daxil edilmiş xx.xx.2013-cü il tarixli aktın qeyd edilən Fondun Lənkəran rayon şöbəsinə təqdim edilməsinə nail olub, eyni niyyətlə, xx.xx.2013-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə ərizə ilə müraciət edib pensiya hüququnun yarandığı xx.xx.2008-ci il tarixdən təyin olunmuş əmək pensiyasının aylıq məbləğinin həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin şərtlərinə uyğun olaraq 2004-2005-ci il lərin əmək haqqına əsasən hesablanmasını xahiş etdikdən və xx.xx.2013-cü il tarixli 54/2664 nömrəli cavab məktubu ilə müraciətinin təmin olunmasının mümkün olmaması barədə cavab məktubu aldıqdan sonra bu məsələnin həll olunmasına dair Lənkəran rayon Məhkəməsinə müraciət üçün hüquqi əsasının olması görüntüsü yaratmaqdan ötrü istifadə məqsədilə Bakı şəhəri, Səbail rayonu, 2-ci ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşamasına baxmayaraq, xx.xx.2014-cü il tarixdə Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi X19 xidməti otağında müraciət edərək qeyd olunan məqsədlərinə nail olmaqdan ötrü onun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafey inə qəsdən zidd istifadə etməklə rəsmi sənəd hesab edilən 1/281 nömrəli xx.xx.2014-cü il tarixli arayışa guya özünün ünvan 9 ünvanında yaşaması barədə bilə-bilə yalan məlumatları daxil etməklə, həmin arayışda olan Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini “İltifat Kərimov” sözlərinin qarşısındakı imzanı qəsdən fərqli formada imzalamaqla vəzifə saxtakarlığına təhrik edərək, Vidadi Dadaşovdan yalan məzmunlu məlumatların daxil edildiyi həmin arayışı qeyd edilən müddətdə götürüb bilə bilə qeyd olunan saxta sənədlərdən istifadə edərək 2014-cü ilin yanvar ayında Lənkəran rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib Məhkəmənin onun xeyrinə qətnamə çıxarmasından ötrü mülki işdə iştirak edən şəxs kimi həqiqətə uyğun gəlməyən məlumatların əks olunduğu yuxa rıda qeyd edilən saxta rəsmi sənədləri təqdim edərək, çıxarılacaq yekun məhkəmə qərarının mahiyyətinə bilavasitə təsir göstərən sübutları həmin saxta sənədlər və uydurma dəlilləri ilə saxtalaşdırmaqla xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda işlədiyi illərin iş stajı faktı kimi müəyyən edilməsi barədə xx.xx.2014-cü il tarixli qətnamənin çıxarılmasına nail olub həmin qətnamənin DSMF-nin Lənkəran rayon şöbəsinə icra üçün təqdim edilməsindən sonra barəsində təyin edilmiş həmin pensiyanın xx.xx.2008-ci il tarixdən yenidən hesablanmasına, 2013-cü ilin dekabr ayında pensiyanın aylıq məbləğinin 890 manata çatdırılmasına, xx.xx.2013-cü ilədək olan dövr üzrə 54.172 manatın, 2014-cü ilin may ayında yenidən hesablanmaqla yaranmış 13. 278,61 manat fərq məbləğinin xx.xx.2013-cü il və xx.xx.2015-ci il tarixlərdə "xxxx" ASC-də ona plastik kart hesabına köçürülməsinə, aylıq pensiya məbləği təyin olunduğu tarixdən əmək pensiyalarının baza hissəsinin artırılmasına və sığorta hissəsinin indeksləşdirməsinə dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamına uyğun olaraq artırılmaqla xx.xx.2019-cu il tarixdən 1.526,29 manata çatdırılmasına nail olmaqla, qeyd edilən plastik kart hesabına ümumilikdə köçürülmüş cəmi 164.256,63 manat məbləğində pul vəsaitini həmin müddət ərzində Respublikanın müxtəlif rayonları və Bakı şəhərində olan bankomatlar vasitəsilə hesabdan çıxarıb şəxsi ehtiyaclarına sərf etməklə, ümumilikdə qeyd edilən qaydada Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X2 ilə aldatma yolu ilə Dö vlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsi tərəfindən barəsində xx.xx.2008-ci il tarixdən qanunsuz olaraq pensiya təyinatı aparılması nəticəsində xx.xx.2019-cu il tarixədək olan müddətdə vahid niyyətlə cəmi 164.256,63 manat məbləğində dövlət əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qeyd edilən hərəkətləri ilə vəzifəli şəxslər olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, X24 və X20 hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə, dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və rəsmi sənədlərin məzmununa tamah və şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməyə təhrik etmiş, saxta sənədlərdən bilə-bilə vahid niyyətlə istif adə etmiş, mülki iş üzrə işdə iştirak edən şəxs kimi sübutları saxtalaşdırması ağır nəticələrə səbəb olmuşdur. Təqsirləndirilən şəxs1 xx.xx.1991-ci ildən Bakı şəhəri, Cənub buxtası ünvanında yerləşən «Azərbaycan Dövlət X31» QSC-nin Bibiheybət Gəmi təmiri Zavodunun (“İ.Allahverdiyev” adına Gəmitəmiri-gəmiqayırma zavodu) Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsində işləyərkən vəzifə təlimatına əsasən kadrların ixtisasının yüksəlməsinə hazırlıq planın işlənməsi, kollektivin sosioloji inkişaf planının hazırlanmasında iştirakı, işə qəbul olunanlarla danışıqlar aparılması, sənədləri ilə tanış olunması, işçilərin iş xarakterlərinin öyrənilməsi və lazımi yerdə istifadə olunması üçün təklif hazırlanması, şəxsi heyyətin uçotu, indiki və keçmiş zamanlarda əmək fəaliyyəti haqqında arayışlar verilməsi, əmək kitabçalarının doldurulması, pensiya təyini üçün lazımi sənədlərin hazırlanması, sosial müdafiə təşkilatlarına təqdim edilməsi və digər səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi ona 2013-cü ilin yay aylarında Bakı şəhəri, Cənub buxtası ünvanında yerləşən «Azərbaycan Dövlət X31» QSC-nin Bibiheybət Gəmi təmiri Zavodunda xidməti otağında müraciət etmiş X5 ilə sövdələşərək, sonuncunun əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə, istehsalatların, peşələrin, vəzifələrin və ya göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə müəyyən olunan işlərdə, ümumiyyətlə həmin zavodda çalışmamasına baxmayaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (10 mart 2017-ci il tarixli 543-VQD nömrə li Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklərə qədər olan redaksiyada) 9.1- ci maddəsinin yeraltı işlərdə, yəni əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə, istehsalatların, peşələrin, vəzifələrin və ya göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə çalışan sığorta olunan kişilərə münasibətdə onlar 57 yaşına çatıb azı 25 il sığorta stajına malik olmaqla bu müddətin azı 12 il 6 ayını həmin işlərdə işləməsi ilə əlaqədar əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasına dair müddəasının onun barəsində saxta sənədlər əsasında tətbiq olunmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qismində pul vəsaitini aldatma yolu ilə ələ keçirmək, gələcəkdə əmək pensiyası almaq hüququnun yaranması ilə əla qədar sənədləşdirmələrdə istifadə etmək üçün guya həmin zavodda işə qəbul edilməsinə dair onun adına olan əmək kitabçasında qeydlər aparılıb rəsmi möhürlə təsdiq olunmasında köməklik göstərilməsinə dair razılığa gələrək, Müqavimət Kələntərovun təhriki ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar sonuncu üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edərək şəxsi niyyətlə rəsmi sənəd hesab edilən ******* nömrəli dublikat əmək kitabçasına sonuncunun guya xx.xx.1996-cı il tarixli, K-02 nömrəli əmrlə Gəmi gövdə qaynaq sexində 4-cü dərəcəli əl ilə elektrik-qaynaqçı peşəsinə işə qəbul edilməsinə dair bilə-bilə yalan məlumatlar daxil edib, həmin kitabçanın 10-cu vərəqində “Xəzərdənizgəmitəmiri” İ.B.Allahverdiyev adın a Gəmitəmiri Gəmiqayırma zavodu 370003, Bakı ş, Gülbala Əliyev 2” məzmunlu ştampı və 13-cü vərəqində “Azərbaycan Dövlət X31 “Xəzərdənizgəmitəmiri” istehsalat Birliyin (.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodu KADRLAR ŞÖBƏSİ” məzmunlu möhür vurmuş, yalan məzmunlu məlumatların daxil edildiyi həmin əmək kitabçasını qeyd edilən müddətdə Müqavimət Kələntərova verməklə, yəni sonuncuya köməkçilik edərək dələduzluq cinayətini törətməsi üçün vasitə verdikdən sonra, Müqavimət Kələntərov eyni niyyətlə, guya qeyd edilən zavodda işlədiyi tarixlərdə əmək haqqı alması görüntüsü yaratmaqla gələcəkdə qanunsuz yolla alacağı əmək pensiyasının məbləğinin hesablanmasında istifadə etməkdən ötrü istintaqa məlum olmayan şəraitdə «Azərbaycan Dövlət X31» QSCnin Bibiheybət Gəmi təmiri Zavodu (“İ.Allahverdi yev” adına Gəmitəmiri- gəmiqayırma zavodu) üzrə 2004-2008- ci illərə aid əmək haqqının aylar üzrə məbləğinin hesablanması barədə 168 nömrəli köhnə, yəni xx.xx.2009-cu il tarixli «Azərbaycan Dövlət X31» QSC-nin Bibiheybət Gəmi təmiri Zavodunun direktoru tərəfindən istintaqla müəyyən edilməyən şəraitdə imzalanmış, Şahid2 adı qarşısında qəsdən fərqli formada sonuncunun imzasını oxşadıb çəkmiş, əl ilə mürəkkəblə birbaşa olaraq möhür çəkilmiş saxta arayışı qeyd edilən müddətdə əldə etməklə, həmin saxta sənədlərdən, yəni ******* nömrəli dublikat əmək kitabçası və 168 nömrəli xx.xx.2009-cu il tarixli arayışdan istifadə etməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin pensiya sektoruna təqdim edib 1995-2008-ci illərdə “(İ.Allahve rdiyev adına Gəmi Təmiri Gəmi Qayırma zavodu”nun Gəmi gövdə qaynaq sexində 4-cü dərəcəli əl ilə elektrik-qaynaqçı peşəsində işləməsi ilə əlaqədar ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş edib, təqdim etdiyi həmin sənədlər üzrə qeyd edilən şöbədə araşdırma aparılan zaman saxta əmək kitabçasında 1995-ci ildən deyil, 1996-cı ildən həmin sahədə işləməsinin göstərilməsi müəyyən edildiyindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin pensiya sektorunun müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 və sektorun məsləhətçisi vəzifəsində işləyən X18 məsləhət və istiqamətləndirməsi ilə 1995-ci ildən qeyd edilən zavodda işləməsinə dair saxta arayış əldə edilməsində köməklik göstərilməsindən ötrü həmin müddətdə yenidən ona müraciət edərək, eyni niyyətlə Müqavimət Kələntərovun təhriki ilə sonuncu ilə sövdələşməklə, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Müqavimət Kələntərov üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edərək şəxsi niyyətlə rəsmi sənəd hesab edilən xx.xx.2009-cu il tarixli, 164 nömrəli arayışa guya sonuncunun xx.xx.1995-ci ildən (ƏMR K-02, xx.xx.1995) xx.xx.2008-ci ilə qədər (Əmr 149k xx.xx.2008) (İ.Allahverdiyev adına Gəmi Təmiri zavodunda əl ilə elektrik qaynaqçısı işləməsi barədə bilə-bilə yalan məlumatlar daxil edərək həmin arayışı imzası və zavodun möhürü ilə təsdiq edərək vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı edərək, yalan m əzmunlu məlumatların daxil etdiyi həmin arayışı qeyd edilən müddətdə Məhkum təqdim etməklə, yəni sonuncunun dələduzluq cinayətini törətməsi üçün vasitə verərək ona eyni niyyətlə köməkçilik edərək, Müqavimət Kələntərovun sonra bilə-bilə həmin saxta arayışdan eyni niyyətlə yenidən istifadə edib Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin pensiya sektoruna təqdim edib, qeyd edilən saxta sənədlər əsasında DSMF-nin Lənkəran rayon şöbəsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən 1973-2006-cı illər üzrə cəmi 31 il 5 ay 18 gün sosial sığorta stajına əsasən xx.xx.2013-cü il tarixdən aylıq 151,23 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasına, xx.xx.2008xx.xx.2013-cü il dövrü üzrə 8.628,56 manat fərq məbləğinin 2013-cü ilin iyul ayında birdəfəlik olaraq a dına "xxxx" ASC-də açılmış **********277996 nömrəli plastik kart hesabına köçürülməsinə nail olmasına, eyni niyyətlə, Müqavimət Kələntərovun xx.xx.2008-ci il tarixdən təyin edilmiş pensiyanın aylıq məbləğinin həmin dövrdə qüvvədə olan qanunvericiliyin şərtlərinə uyğun olaraq 2004-2005-ci illərin əmək haqlarına münasib hesablanmasından ötrü xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan müddətdə «Azərbaycan Dövlət X31» QSC-nin Bibiheybət Gəmi təmiri Zavodunda (“İ.Allahverdiyev” adına Gəmitəmiri-gəmiqayırma zavodunda) işləyib-işləməməsinin müəyyən edilməsi ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin 15 noyabr 2013-cü il tarixli 54/2559 nömrəli sorğusunun icrasının DSMF-nin Səbail şöbəsinin Pensiya sektorunun məsləhətçisi Təqsirləndirilən şəxs4 həvalə edilm əsindən sonra 2013-cü ilin noyabr ayının ortalarında Müqavimət Kələntərovun müraciət edərək xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan müddətdə «Azərbaycan Dövlət X31» QSC-nin Bibiheybət Gəmi təmiri Zavodunda (“İ.Allahverdiyev” adına Gəmitəmiri-gəmiqayırma zavodunda) işləməsi məzmununda sənədləşdirmə aparılıb bu barədə Fondun Lənkəran rayon şöbəsinə məlumat göndərilməsinə dair xahişinə əsasən, Müqavimət Kələntərovun ümumiyyətlə həmin zavodda işləməməsinə baxmayaraq, sonuncu ilə razılaşmaqla sövdələşib, onun təhriki ilə xidməti vəzifəsinin icrası ilə əlaqədar Müqavimət Kələntərov üçün qanunsuz üstünlük əldə etmək, yəni barəsində qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının aylıq məbləğinin həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin şərtlərinə uyğun olaraq 2004-2005-ci ill ərin əmək haqqına əsasən hesablanmaqla daha artıq məbləğdə pensiya almasına nail olmaq məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək 18 noyabr 2013-cü il tarixdə Bakı şəhəri, Cənub buxtası ünvanında yerləşən həmin zavodda Təqsirləndirilən şəxs4lə görüşüb Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin qrafaları boş olan akt blankına səlahiyyətli şəxsin adı qrafasına Kadrlar şöbəsinin rəisinin adının yazılması təklifini edərək, tarix hissəsində “xx.xx.2013”, Biz aşağıda imza edənlər, Döviət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsinin pensiya təyinatı sektorunun məsləhətçisi qrafasının qarşısına “Təqsirləndirilən şəxs4”, üzləşdirmə aparılan müəssisənin, təşkilatın, cəmiyyətin adı qrafasının qarşısına “İ.Allahverdiyev adına Gəmi təmiri Gəmiqayır ma zavodu” yazısının icra edilərək, cinayətin törədilməsindən xəbəri olmayan həmin zavodun Kadrlar şöbəsinin rəisi vəzifəsində işləyən Şahid4 ad, soyad və ata adı, “Bu aktı tərtib etdik ondan ötəri ki, vətəndaş” ifadələri ilə başlayıb, sonu “yerində qarşılıqlı olaraq yoxladıq” ifadələri ilə başa çatan qrafanın qarşısına “X3 2004-2005-ci illər üzrə iş stajının düzgünlüyünü”, “Yoxlama” ifadəsi ilə başlayıb, sonu “əsasən aparıldı” ifadəsi ilə başa çatan qrafanın qarşısına “Əmr kitablarına”, Yoxlama zamanı aşağıdakılar aşkar edildi qrafasının qarşısına “Həqiqətən X7 xx.xx.2004-xx.xx.2005- ci illərdə (İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda çalışmışdır. Yoxlama zamanı heç bir nöqsan aşkar edilmədi”, aktın düzgünlüyünü imzalarımızla təsdiq edirik 1. 2. qrafalarının qarşısına müva fiq olaraq “Mirzəyev S” “Məmmədov K (kadrlar üzrə rəis)” ifadələrinin diyircəkli qələmlə yazılıb, Təqsirləndirilən şəxs4 adının qarşısında olan imza sonuncu tərəfindən imzalanıb, “Məmmədov K" ifadəsinin qarşısında isə qəsdən fərqli formada imza çəkilməklə, şəxsən özü tərəfindən həmin aktın mətnində “Azərbaycan Dövlət X31 “Gəmi Təmiri və Gəmi qayırma” İstehsalat Birliyi İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodu Paketlər və arayışlar üçün” yazıları olan möhürlə təsdiq etməsindən və həmin aktın Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi üzrə 18 noyabr 2013-cü il tarixli 17/0497 saylı məktubla DSMF-nin Lənkəran rayon şöbəsinə göndərilməsindən sonra Müqavimət Kələntərov tərəfindən xx.xx.2013-cü il tarixdə qeyd edilən saxta akt və digər saxta rəsmi sənədlərdən istifadə edilmək lə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə, 2014-cü ilin yanvar ayında isə Lənkəran rayon məhkəməsinə müraciət edilməklə pensiya hüququnun yarandığı xx.xx.2008-ci il tarixdən təyin olunmuş əmək pensiyasının aylıq məbləğinin həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin şərtlərinə uyğun olaraq 2004-2005-ci illərin əmək haqqına əsasən hesablanması xahişinə əsasən xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda işlədiyi illərin iş stajı faktı kimi müəyyən edilməsi barədə həmin Məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsinin çıxarılmasına nail olub həmin qətnamənin DSMF-nin Lənkəran rayon şöbəsinə icra üçün təqdim edilməsindən sonra Məhkum barəsində təyin edilmiş həmin pensiyanın xx.xx.2008ci il tarixdən yenidən hesablanmasına, 2013-cü ilin dekabr ayında pensiyanın aylıq məbləğinin 890 manata çatdırılmasına, xx.xx.2013-cü ilədək olan dövr üzrə 54.172 manatın, 2014-cü ilin may ayında yenidən hesablanmaqla yaranmış 13.278,61 manat fərq məbləğinin xx.xx.2013-cü il və xx.xx.2015-ci il tarixlərdə "xxxx" ASC-də olan plastik kart hesabına köçürülməsinə, aylıq pensiya məbləği təyin olunduğu tarixdən əmək pensiyalarının baza hissəsinin artırılmasına və sığorta hissəsinin indeksləşdirməsinə dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamına uyğun olaraq artırılmaqla xx.xx.2019-cu il tarixdən 1.526,29 manata çatdırılmasına nail olmaqla, qeyd edilən plastik kart hesabına ümumilikdə köçürülmüş cəmi 164.256,63 manat məbləğində pul vəsaitinin həm in müddət ərzində Respublikanın müxtəlif rayonları və Bakı şəhərində olan bankomatlar vasitəsilə Müqavimət Kələntərov tərəfindən həmin hesabdan çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, Müqavimət Kələntərovun aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vuraraq ələ keçirilməklə dələduzluq cinayətinin törətməsində vasitə verməklə köməkçi kimi iştirak etmiş, Müqavimət Kələntərovun təhriki ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin pensiya təyinatının və məbləğlərin müəyyən edilməsinin qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün və buna əsas olan sənədlərin obyektiv qiymətləndirilməklə aparılması, habelə pensiya hüququnun yaranması və hesablanması əsaslarının hüquqi müstəvidə düzgün araşdırılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui- istifadə etmiş, Müqavimət Kələntərovun təhriki ilə vəzifəli şəxs qismində rəsmi sənədin məzmununa bilə-bilə yalan məlumatlar daxil edilməklə vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2004-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsində pensiya sektorunun müdiri vəzifəsində işləyərkən vəzifə təlimatına əsasən pensiyaya dair qanunvericilik aktlarının yerinə yetirilməsi sahəsində sektorun işinin təmin edilməsi; qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işinin həyata keçirilməsi; pensiyaların təyi n olunması və yenidən hesablanması üçün sektorun məsləhətçiləri tərəfindən ərizələrə, zəruri olan digər sənədlərə baxılmasına, pensiyaçıların işlərinin və digər sənədlərinin hazırlanması və saxlanılmasına nəzarətin yerinə yetirilməsi; sektorun məsləhətçiləri tərəfindən vətəndaşların pensiyalarının təyin olunması və yenidən hesablanması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsinə və baxılmasına nəzarətin təmin edilməsi; pensiyaların kütləvi qaydada yenidən hesablanması prosesində zəruri tədbirlərin həyata keçirilməsi; pensiya işlərinin və şəxsi hesabların inventarizasiyasının aparılmasında bilavasitə iştirak etməklə bu sahədə nəzarətin həyata keçirilməsi; pensiya təyinatı aparılmış İşlər üzrə ödənişin həyata keçirilməsi üçün həmin işlərin Maliyyə-uçot sektoruna təqdim olunmasının təmin edilməsi; pensiya işləri və şəxsi hesabların üzləşdirilməsində bilavasitə iştirak etməklə bu prosesə nəzarətin həyata keçirilməsi; pensiya təyin edən komissiyanın işində iştirak edilməsi, sənədlərin vaxtında və düzgün rəsmiləşdirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi; əhali arasında kütləvi İnformasiya vasitələrindən istifadə edərək pensiya sahəsində qanunvericiliyə dair izahat işinin aparılması; vətəndaşların ərizə, şikayət, təkliflərinə baxılması və onların hərtərəfli təhlil edilərək, əsaslı şikayətlərin aradan qaldırılması üçün təsirli tədbirlərin görülməsi və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi 2013-cü ilin may ayında müvafiq hüququ olmadığı halda pensiya alınması üçün köməklik göstərilməsi barədə özünə müraciət etmiş Bakı şəhər sakini X3 təhriki ilə həmin sektoru n məsləhətçisi vəzifəsində işləyən X24 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Müqavimət Kələntərovun Bakı şəhəri, Cənub buxtası ünvanında yerləşən «Azərbaycan Dövlət X31» QSC-nin Bibiheybət Gəmi təmiri Zavodunun (“İ.Allahverdiyev” adına Gəmitəmiri- gəmiqayırma zavodu) işləməməsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə müraciət etmək hüququnun olmamasına baxmayaraq sonuncu ilə razılaşıb sövdələşərək əmək pensiyasının şəxsin (ərizəçinin) daimi yaşadığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilməsinin müəy yən edilməsinə və sonuncunun Bakı şəhəri, Səbail rayonu, 2-ci ünvan 5 ünvanında qeydiyyat üzrə yaşamaqla pensiya almaq üçün tələb olunan sənədlərlə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə müraciət etməli olmasına baxmayaraq, özünün və Qiyas Babayevin həmin pensiyanı saxta sənədlər əsasında işlədikləri Lənkəran rayon şöbəsində təyin edə biləcəklərinə dair məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla yardım edəcəklərini Məhkum qabaqcadan vəd etmələri ilə əlaqədar 2013-cü ilin may ayının əvvəllərindən həmin ilin noyabr ayının ortalarınadək olan müddətdə bilə-bilə qeyd olunan saxta sənədlərdən, yəni, xx.xx.2013-cü il tarixli ərizə, 1/281 nömrəli xx.xx.2014-cü il tarixli arayış, ******* nömrəli dublika t əmək kitabçası və 168 nömrəli xx.xx.2009-cu il tarixli arayışdan istifadə etməklə onları işlədiyi ünvan 6 ünvanında yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin pensiya sektoruna qəbul edib, Məhkum 1995-2008-ci illərdə “İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmi Qayırma zavodu”nun Gəmi gövdə qaynaq sexində 4-cü dərəcəli əl ilə elektirik- qaynaqçı peşəsində işləməsi ilə əlaqədar güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması xahişini nəzərə alıb, sonuncunun təqdim etdiyi həmin sənədlər üzrə qeyd edilən şöbədə araşdırma aparılan zaman saxta əmək kitabçasında 1995-ci ildən deyil, 1996-cı ildən həmin sahədə işləməsinin göstərilməsi müəyyən edildiyindən özünün və Qiyas Babayevin məsləhət və istiqamətləndirməs i ilə 1995-ci ildən qeyd edilən zavodda işləməsinə dair saxta arayış əldə edilməsində köməklik göstərilməsindən ötrü həmin müddətdə yenidən qeyd olunan zavodun məsul işçisi Təqsirləndirilən şəxs1 müraciətinə əsasən, sonuncunun rəsmi sənəd hesab edilən xx.xx.2009-cu il tarixli, 164 nömrəli arayışa guya Məhkum xx.xx.1995-ci ildən (ƏMR K-02, xx.xx.1995) xx.xx.2008-ci ilə qədər (Əmr 149k xx.xx.2008) İ.Allahverdiyev adına Gəmi Təmiri zavodunda əl ilə elektirik-qaynaqçısı işləməsi barədə bilə- bilə yalan məlumatlar daxil etdiyi imzalı və zavodun möhürü ilə təsdiq edilmiş həmin arayışı Məhkum qəbul edib, Qiyas Babayevlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində sövdələşməklə, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Məhkum üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq s əlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək qeyd edilən saxta sənədlər əsasında şəxsi niyyətlə rəsmi sənəd hesab edilən DSMF-nin Lənkəran rayon şöbəsinin xx.xx.2013-cü il tarixli qərarının məzmununa şəxsi niyyətlə Məhkum barəsində yaşa görə güzəştli (1-ci Siyahı) ömürlük əmək pensiyası təyin edilməsinə dair bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törədib həmin qərarın qeyd olunan şöbədə təsdiq olunması nəticəsində 1973-2006-cı illər üzrə cəmi 31 il 5 ay 18 gün sosial sığorta stajına əsasən xx.xx.2013-cü il tarixdən aylıq 151,23 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasına, xx.xx.2008xx.xx.2013-cü il dövrü üzrə 8.628,56 manat fərq məbləğinin 2013-cü ilin iyul ayında birdəfəlik olaraq adına "xxxx" ASC- də açılm ış **********277996 nömrəli plastik kart hesabına köçürülməsinə nail olaraq həmin məbləği, habelə, özü, Qiyas Babayev və Məhkum aralarındakı cinayətkar razılaşmaya əsasən, sonuncunun barəsində xx.xx.2008ci il tarixdən təyin edilmiş pensiyanın aylıq məbləğinin həmin dövrdə qüvvədə olan qanunvericiliyin şərtlərinə uyğun olaraq 2004-2005-ci illərin əmək haqlarına münasib hesablanmasından ötrü xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan müddətdə İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda işləyib-işləməməsinin müəyyən edilməsi ilə əlaqədar DSMF-nin Lənkəran rayon şöbəsinin sabiq müdiri Şahid8 tərəfindən imzalanmış xx.xx.2013-cü il tarixli 54/2559 nömrəli sorğunun icrası ilə əlaqədar həmin Fondun Səbail rayon şöbəsinin müşaiyət məktubu ilə göndərdiyi zavodun “paketlər və arayışlar üçün” möhürü ilə təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, məzmunu “Məhkum xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda işləməsi» barədə olan aktı saxta olduğunu bilə-bilə sonuncunun pensiya sənədlərinə əlavə etməsinə nail olub, eyni niyyətlə, Məhkum xx.xx.2013-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə ərizə ilə müraciətlə pensiya hüququnun yarandığı xx.xx.2008-ci il tarixdən təyin olunmuş əmək pensiyasının aylıq məbləğinin həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin şərtlərinə uyğun olaraq 2004-2005-ci illərin əmək haqqına əsasən hesablanması xahişini nəzərə alaraq, xx.xx.2013-cü il tarixli 54/2664 nömrəli cavab məktubu ilə müraciətinin təmin olunmasının mümkün olmaması barədə həmin məktubu Məhkum təqdim etdikdən sonra bu məsələnin həll olunmasına dair Lənkəran rayon məhkəməsinə müraciət üçün hüquqi əsasının olması görüntüsü yaratmaqla sonuncunun 2014-cü ilin yanvar ayında Lənkəran rayon məhkəməsinə müraciət edilməklə pensiya hüququnun yarandığı xx.xx.2008-ci il tarixdən təyin olunmuş əmək pensiyasının aylıq məbləğinin həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin şərtlərinə uyğun olaraq 2004- 2005-ci illərin əmək haqqına əsasən hesablanması xahişinə əsasən xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda işlədiyi illərin iş stajı faktı kimi müəyyən edilməsi barədə həmin Məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsinin çıxarılmasına nail olub həmin qətnamənin DSMF -nin Lənkəran rayon şöbəsinə icra üçün təqdim edilməsindən sonra Məhkum barəsində təyin edilmiş həmin pensiyanın xx.xx.2008-ci il tarixdən yenidən hesablanmasına, 2013-cü ilin dekabr ayında pensiyanın aylıq məbləğinin 890 manata çatdırılmasına, xx.xx.2013-cü ilədək olan dövr üzrə 54.172 manatın, 2014-cü ilin may ayında yenidən hesablanmaqla yaranmış 13.278,61 manat fərq məbləğinin xx.xx.2013-cü il və xx.xx.2015-ci il tarixlərdə "xxxx" ASC-də olan plastik kart hesabına köçürülməsinə, aylıq pensiya məbləği təyin olunduğu tarixdən əmək pensiyalarının baza hissəsinin artırılmasına və sığorta hissəsinin indeksləşdirməsinə dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamına uyğun olaraq artırılmaqla xx.xx.2019-cu il tarixdən 1.526,29 manata çatdırılmasına nail olmaqla, qey d edilən plastik kart hesabına ümumilikdə köçürülmüş cəmi 164.256,63 manat məbləğində pul vəsaitinin həmin müddət ərzində Respublikanın müxtəlif rayonları və Bakı şəhərində olan bankomatlar vasitəsilə Müqavimət Kələntərov tərəfindən həmin hesabdan çıxarılıb şəxsi ehtiyaclarına sərf edilərək aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vuraraq ələ keçirilməklə dələduzluq cinayətinin törətməsində Qiyas Babayevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında köməkçi qismində iştirak etmiş, Müqavimət Kələntərovun təhriki ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF- nin pensiya təyinatının və məbləğlərin müəyyən edilməsinin qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün və buna əsas olan sənədlərin obyektiv qiymətləndirilməklə ap arılması, habelə pensiya hüququnun yaranması və hesablanması əsaslarının hüquqi müstəvidə düzgün araşdırılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla Qiyas Babayevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, Müqavimət Kələntərovun təhriki ilə vəzifəli şəxs qismində rəsmi sənədin məzmununa Qiyas Babayevlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Müdafiəçi - Y.Müdafiəçi13 kassasiya şikayətində göstərmişdir ki, dələduzluq dedikdə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquql arını əldə etmə başa düşülür. Cinayət qanunu normasının tələblərinə və "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Məhkum hesabdan çıxardığı pulları yenidən geri qaytarmışdır. Ş əxsin niyyəti talamaq olsa idi, çıxarılan məbləğləri şəxsi ehtiyaclarına sərf etmiş olardı. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Daha sonra hökmdə qeyd olunur ki. vəzifəli şəxslər olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2. X24 və X20 hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə, dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və rəsmi sənədlərin məzmununa tamah və şəxsi niyyət lə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməyə təhrik etmişdir. Vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi nəticəsində fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm ziyan vurulmasında təhrikçi hesab olunan Məhkum həmin şəxslərlə bu və ya digər şəkildə təhrikçilik məqsədilə əlaqədə olmamışdır. Nəzərinizə çatdırmalıyıq ki, ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə, yaxud digər üsullarla başqa şəxsi (şəxsləri) cinayət törətməyə sövq edən şəxs təhrikçi hesab olunur. Məhkəmə hökm qəbul edərkən mötəbər sübutlara əsaslanmamışdır, belə ki, nə Bakı Ağır Cinayətlər Məhkəməsinin, nə də ki, Bakı Apellyasiya Məhkəməsinin hökmlərində Məhkum kimi necə hansı üsull arla təhrik etdiyini sübut edən dəqiq mənbə yoxdur. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkum həmin şəxsləri əvvəllər tanımadığını, onlarla heç bir əlaqəsinin olmadığını və yalnız pensiya almaq üçün müraciət etdiyi zaman onları gördüyünü vurğulayır. İşə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etməmişdir. Sübutları saxtalaşdırma hissəsində isə məhkum Kələntərov sonradan əldə olunan külli miqdarda vəsaitdən, məhkəməyə müraciət edildiyindən, onun əvəzindən hansısa sənədlərə imza atıldığından isə ümumiyyətlə xəbəri olmadığını bildirir, məhkum Kələntərov ifadələrində qeyd etmişdir ki. o pensiyasının artma səbəbini bilmir, eyni zamanda pensiya ilə əlaqədar məhkəməyə müraciət etməmişdir, onun əvəzinə məhkəməyə müraciət olunmuş və imza edilmişdir. Hüquqlarını müdafiə etdiyim Məhkum bildirir ki, o yalnız şəxsiyyət vəsiqəsini və əmək kitabçasını təqdim etmişdir. Əmək kitabçasında heç bir düzəliş etməmişdir, sonralar isə kitabçanı yalnız istintaq zamanı müstəntiqdə görmüşdür. Ərizə ilə müraciət etdiyi zamanda da onun imzası olmamışdır, bundan başqa ifadəsində bildirmişdir ki, o aldadılmışdır. Məhkum özünü təqsirli hesab etmir, aldadıldığını və baş verən hadisələrdən məlumatının olmadığını bildirir. Yuxarıda qeyd edilənləri nəzarə alaraq apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsini və X3 barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkum kassasiya şikayətinə əlavədə onun əməlində cinayət tərkibinin olmadığını qeyd edərək onun barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Müdafiəçi – Müdafiəçi3 kassasiya şikayətində göstərmişdir ki, aşağıdakı əsaslar üzrə qeyd edilən hökmü ədalətsiz hesab edirik. Hesab edirik ki, məhkəmə hökm qəbul edən zaman bir sıra maddi və prosessual qanunvericiliyin tələblərini pozmuş, cinayət əməlini düzgün tövsif etməmiş, nəticədə daha ağır cəza təyin etmişdir. İlk öncə məhkəmə tərəfindən istintaq zamanı əldə edilmiş sübutlara və şahid ifadələrinə düzgün hüquqi qiymət verməməsini qeyd etmək lazımdır. Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittiham əsasən də CM-nin 178.3.2. və 32.5-ci maddələri ilə ba ğlı ittiham öz təstiqini tapmamışdır. Həm ibtidai istintaq zamanı, həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü ona irəli sürülmüş ittiham ilə, daha doğrusu isə CM-nin 313-cü maddəsi ilə təqsirli bilərək, iş materiallarında mövcud olan əmək kitabçasının doldurulması və ona imza etməsini qəbul etmiş və bu halın onun şöbə müdiri Şahid4 tərəfindən tapşırılmasını bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 günahı yalnız vəzifə səhlənkarlığına yol verərək, şöbə müdirinin tapşırığını icra edən zaman öz vəzifələrini icra etməyərək, müvafiq qeydlərin əmək kitabçasına yazılması olmuşdur. Qeyd edilən hal məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmışdır. Bundan başqa iş materiallarında Güzəştli əmək haqqına dair arayışa hüquqi qiymət verilmişdir ki, iş materiallarında bu arayışı n əsli yoxdur. Ancaq nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı belə bir arayışın sənəd kimi mövcudluğu müəyyən edilməmişdir. Belə olan halda məhkəmə bu sənədi necə qəbul etməsi qeyri aydın qalmışdır. Təqsirləndirilən şəxs1 CM-nin 308.2 və 313-cü maddələri ilə təqsirli bilinmişdir. 313-cü maddə ilə cəlb etmə müddəti ötürüldüyündən cəza təyin edilməmiş və buna görə də həmin hissədə dəlillərin qeyd edilməsi zərurəti yoxdur. CM-nin 32.5, 178.3.2 və 308.2-ci maddələri ilə məhkəmə Təqsirləndirilən şəxs1 təqsirli bilən zaman hər bir maddə üzrə ayrı-ayrılıqda deyil məcmu şəklində qiymətləndirmə aparmışdır. Bu zaman məhkəmə Təqsirləndirilən şəxs1 hərəkətlərində CM-nin həm 178-ci maddəsinin, həm də 308-ci maddəsinin dispozisiyasında göstərilən əməllərə yol verməsinin sübuta yetiri lməsini vurğulamışdır. Bu zaman sübut növləri qismində, şahid ifadələri və işdəki materiallar göstərilmişdir. Ancaq hansı şahidlərin və məhz hansı ifadələri ilə Təqsirləndirilən şəxs1 ona irəli sürülmüş ittiham ilə əməlinin təsdiq edilməsi barədə hökmdə heç bir kəlmə də yoxdur. Hökm ümumilikdə sadəcə ittiham altının surətindən və ümumi qiymətləndirmədən ibrətdir. Yalnız Təqsirləndirilən şəxs4 münasibətdə qismən dəyərləndirmə aparılmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməmişdir. Halbuki Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı da özünü qismən təqsirli bilmiş və ona orəli sürülmüş ittihamın maddəsinin 314-cü maddəsinə tövsif edilmıəsini xahiş etmişdir. Lakin məhkəmə belə qənatə əgəlmişdir ki, Təqsirləndirilən şəxs1 özünün təqsirli bilməmişdir və sonrak ı ifadələri özünümüdafiə xarakteri daşıyır. Halbuki Təqsirləndirilən şəxs1 ilk gündən etibarən istintaqa köməklik göstərmiş və bildirmişdir ki, əmək kitabçasını ona iş yoldaşlarından kimsə təqdim etmişdir. Sadəcə ağır xəstəlik keçirdiyindən həmin dövrü xatırlamamışdır. Məhkəmə istintaqı zamanı isə bir sıra hallar aydınlaşdırıldıqdan sorna müəyyən olmuşdur ki, əmək kitabçasını ona Şahid4 təqdim etmişdir. Şahid4 kadrlar şöbəsinin rəisi olmuş və birbaşa olaraq həm arayışların, aktların verilməsinə, həm də əmək kitabçalarına dair bütün sənədləşmə işlərinə məsul şəxs kadrlar şöbəsinin müdiri olmuşdur. Məhkəmədə ifadə verən zaman Şahid4 bir sıra hallarda yalan danışaraq özünü məsuliyyətdən qurtarmaq naminə guya möhürlərin kadrlar şöbəsinin istənilən əməkdaşında olmasını bildirmişdir. Halbuki onu n özünün vəzifə səlahiyyətlərində məhz möhürə görə cavabdehlik göstərilmişdir. Bu şəxs Təqsirləndirilən şəxs1 onun əməkdaşı olmasından istifadə edərək, Təqsirləndirilən şəxs1 əmək kitabçasını doldurmaq tapşırığı vermişdir. Bundan sonra DSMF-nin əməkdaşı Təqsirləndirilən şəxs4 sorğu ilə bağlı zavoda gəlməsi zamanı onu şəxsən qəbul etməsi və aktın hazırlanmasını zavodun əməkdaşına həvvalə etməsi və sonradan müvafiq aktı Təqsirləndirilən şəxs4 təqdim etməsi, Kələntərovun zavodda işləməsini Təqsirləndirilən şəxs4 özü şəxsən bildirməsi halları məhkəmədə təsdiq edilsə də, nədənsə məhkəmə bu kimi faktları gözardına almış və heçbir günahı olmayan Təqsirləndirilən şəxs1 CM-nin 308.2 və 178.3.2-ci maddələr üzrə ittiham hökmü vermişdir. Məhkəmə istintaqı zamanı D.Liyevanın əməlində nə tamah məqsədi, nə də ki bir qrup şəxs halında hərəkət etməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edilən hallarla bağlı ittihamın sübuta yetirilməsini qeyd etməsinə rəğmən məhkəmədə dindirilmiş heç bir şahidin ifadəsi ilə, nə də ki heç bir telefon danışığı və ya anten dairələri ilə Təqsirləndirilən şəxs1 digər təqsirləndirilən şəxslərlə əlaqəsinin olması sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxs1 sövdələşməsi və ya Kələntərov, yaxud digər təqsirləndirilən tərəfindən nəyəsə tamah məqsədilə sövq edilməsi, bunun nəticəsində müəyyən bir haqq alması halları sübuta yetirilməmişdir. Yalnız Təqsirləndirilən şəxs1 özünün etirafı ilə iş materiallarında olan əmək kitabçasındakı əlyazısının onun tərəfindən icra edilməsi təsdiq edilmişdir. Bu zaman həmin əmək kitabçasının Təqsirləndirilən şəx s1 kim tərəfində, hansı şəraitdə və nə üçün verilməsi istintaq tərəfindən müəyyən edilməmişdir. Eyni zamanda Kələntərovun ifadəsi ilə müəyyən edilmişdir ki, əmək kitabçası Lənkəran DSMF-də olmuşdur. Lənkəran DSMF-dən əmək kitabçasının kim tərəfindən zavoda gətirilməsi və Təqsirləndirilən şəxs1 Şahid4 tərəfindən necə verilməsi halları qeyrimüəyyən qalmışdır. Belə olan halda məhkəmənin birmənalı olaraq Təqsirləndirilən şəxs1 münasibətdə CM- nin 32.5, 178.3.2-ci maddəsilə ittiham verilməsi əsassızdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq apellyasiya məhkəməsinin hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs1 barəsində CM-in 32, 178.3.2-ci maddəsinin hökmdən xaric edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi – Müdafiəçi1 kassasiya şikayətində göstərmişdir ki, göründüyü kimi qeyd edilən qaydalardan müəyyən olunur ki, iş stajı əmək kitabçasına əsasən müəyyən edilməklə vətəndaşın yalınız qeydiyyt ünvanına deyil, daimi yaşadığı yer üzrə də pensiya təyin olunması üçün aidiyyatı orqana ərizə ilə müraciət etmək hüququ vardır, bu qanun pozuntusu və ya cinayət sayılmır. M. Kələntərov da bu hüquqdan istifadə edərək Lənkəran şəhərində daimi yaşadığı ünvandan arayış alaraq DSMF-nin Lənkəran rayon şöbəsinə təqdim etməklə ona yaşadığı yer üzrə pensiya təyin edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlər şöbədə qeydiyytadan keçmiş, qaydalara uyğun olaraq şöbə müdri ona dərkənar qoymuş və pensiya təyinatı sektorunun müdiri hüquqlarını müdafiə etdiyim Təqsirləndirilən şəxs2 təqdim edilmişdir. Təqsirləndirilən şəxs2 pensiya təyinatı sektorunun müdiri olaraq sə nədlərlə tanış olmuş, qərar lahiyəsini hazırlamaq üçün pensiya təyinatı sektorunun sahə məsləhətçisinə vermişdir. Pensiya təyinatı sektorunun məsləhətçisi ərizə və ona əlavə edilmiş sənədlərin surətini Qaydaların 4.2.6-cı bəndinin tələblərinə uyğun olaraq əsli ilə üzləşdirmiş, heç bir nöqsan olmadığından qərar layihəsini hazırlayaraq komissiya üzvlərinə təqdim etmişdir. Qayadalara əsasən Məhkum pensiya işi komissiayaya çıxarılmış, Qaydaların 4.3.1 -ci bəndinin tələblərinə əsasən pensiya işi şöbə müdirinin əmri əsasında, şöbə müdrindən (sədr), pensiya təyinatı sektorunun müdrindən (üzv), maliyyə-uçot sektorunun müdiri-baş mühasibdən (üzv) və fərdi uçotun təşkili sektorunun müdirindən (üzv) ibarət tərkibdə yaradılan “pensiya təyin edən komissiya” tərəfindən baxılmış, sənədlər qaydasında oldu ğundan komissiayanın qərarına əsasən M. Kələntərova müvafiq pensiyanın təyin edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra dəfələrlə şöbə DSMF-nin audit orqanı tərəfindən yoxlanılmış, pensiyaçı tərəfindən təqdim edilmiş sənədlərdə eləcə də vətəndaşın pensiya işində saxtakarlıq aşkar edilməmişdir. İş üzrə əlavə şahid qismində dindirilmiş DSMF-nin Lənkəran rayon şöbəsinin müdiri Şahid8 qeyd etmişdir ki, Məhkum təxminən 2013-cü ilin aprel-may aylarında pensiyaya çıxması ilə bağlı şöbəyə müraciət etmişdir. Sənədlərini şöbənin kargüzralıq bölməsinə təqdim etmiş və sənədləri qəbul olunmuşdsur. Həmin sənədlər əmək kitabçasının surəti, hərbi biletin sürəti, forma bir arayış və əmək haqqı arayışı olmuşdur. Bütün sənədlərə kargüzarlıq bölməsi baxmışdır. Kargüzarlıq bölməsi sənədləri qəbul etd ikdən sonra haşiyə üçün müdirə verir, o, da baxılması üçün sənədlərə təyinatı üzrə haşiyə qoyur. Pensiya sektoru da həmin sənədlər əsasında araşdırma aparıb müəyyən etmişdir ki, Məhkum təqdim etdiyi sənədlər ona güzəştli şərtlərlə pensiya almağa hüquq verir. Komissiya da sənədlərə baxış keçirmiş və Məhkum pensiya təyinatı vermişdir. Azərbaycan Respublikası CM-nin 308-ci maddəsində qeyd edilir ki, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qullq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunana mənafelərinə mühüm zərər vurduqda cinayət sayılır. Hesab edirəm ki, hüqüqlarım müdafiə etdiyim şəxsin əməlində CM-nin 308-cü maddəsinin tərkibi yoxdur. Belə ki, o, Məhkum əvvəl tanımamış, onunla heç bir əlaqəsi olmamışdır. Müdriyyətin dərkənarına əsasən təqdim edilmiş sənədləri araşdıraraq komissiyaya çıxarmışdır. Həmin komissiayada şöbə müdiri sədr olmaqla daha 4 nəfər vətəndaşın pensiya təyinatına imza atmışdır. Yəni öz qulluq mövqeyindən istifadə edib özü üçün və digər şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi güdməmişdir. Yalnız ilikin pensiya sənədlərini hazırlamış və onu komisiyyaya çıxarmışdır ki, həmin komisiyanın rəyinə əsasər. vətəndaşa pensiya təyin edilmişdir ki, bu da ilkin olaraq təxminən 150,23 manat olmuş və bununla bağlı vətəndaş ümumilikdə o n üç min manat pensiya almışdır. Sonrakı pensiya təyinatlarında iştirak etməmişdir. Göründüyü kimi hüquqlarının müdafiə etdiyim şəxs vəzifə təlimatlarının yerinə yetirməklə sənədləri komissiayaya çıxarmış, komissiya rəyinə əsasən pensiya təyin olunduğundan R.Məmmədov cinayət məsuliyyəti daşımır. Məhkum tərəfindən DSMF-nin Lənkəran rayon şöbəsinə təqdim edilmiş sənədlərdə müdafiəçisi olduğum şəxs tərəfindən heç bir saxtakarlıq edilməmişdir. Hüquqlarını müdafiə etdiyim şəxs vəzifə təlimatlarından qırağa çıxmamış, ona tam uyğun olaraq hərəkət etmişdir. Saxtakarlıq DSMF-nin Lənkəran rayon şöbəsində deyil, əmək kitabçası verilən müəssisədə, yəni İ.Allahverdiuyev adma gəmi təmiri zavodunda və DSMF-nin Səbail rayon şöbəsində edilmişdir. Məhkum qeyd edilən zavodda işləmədiyi halda ona əmək kitab çası yazılmış və müəssisənin möhürü ilə təsdiq edilmişdir. DSMF-nin Səbail rayon şöbəsi isə həmin faktı saxta arayışla təsdiq etmişdir. Qeyd edilən faktlar üzrə iş üzrə məhkum olunan şəxs qeyd edilən zavodda kadrlar şöbəsində çalışmış Təqsirləndirilən şəxs1 Nuriddinova həqiqətən də Məhkum aid əmək kitabçasındakı əmrləri zavodun kadrlar şöbəsinin rəisinin göstərişinə əsasən özü tərəfindən yazıldığını və kadrlar şöbəsinin rəisi tərəfindən möhürlə təsdiq edildiyini etiraf etmişdir. Digər məhkum DSMF-nin Səbail rayon şöbəsinin pensiya sektorunun məsləhətçisi olmuş Təqsirləndirilən şəxs4 DSMF-nin Lənkəran rayon şöbəsinin 15 noyabr 2013-cü il tarixli 54/2559 nömrəli sorğusunun icrası ilə əlaqədar 18 noyabr 2013-cü il tarixdə qeyd edilən zavodda olmuş və səhlənkarlıq edərək Məhkum 2004-2005-ci il lərdə həmin zavodda işləməsi barədə iş stajının düzgünlüyünün təsdiqi barədə akt tərtib edərək xx.xx.2013-cü il tarixli, 17/0497 nömrəli məktubla DSMF-nin Lənkəran rayon şöbəsinə göndərmişdir. Azərbaycan Respublikası CM-nin 313-cü maddəsinə görə vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə cinayət sayılır. Məhkəmə istintaqı zamanı müəyyən edilib ki, əmək kitabçasında bilə-bilə yalan məlumatı İ.Allahverdiyev adma gəmi təmiri zavodunun məsul şəxsləri tərəfindən edilib və ona əsasən yoxlama arayışına dair aktı DSMF-nin Səbayıl rayon şöbəsi tərəfindən tərtib edilərək DSMF-nin Lənkəran rayon şöbəsinə göndərilmiş, həmin sənədlərə əsasən də Məhkum pensiya təyin edilmişdir. Müdafiəmdə olan şəxs həmin şəxsləri əvvələr tanımamış, onlarla heç bir əlaqəsi və s. olamamışdır. Həmçinin əməli tamah və sair şəxsi niyyətlə törətməsi məhkəmə istintaqında təsdiqiqni tapmamışıdr. Belə olan halda hüquqlarını müdafiə etdiyin şəxsə həmin madədə nəzərdə tutulmuş cinayət əməlini törətmədiyindən bəraətverici əsaslarla hökmü çıxarılmalıdır. Məhkum müraciətinə əsasən iş stajı faktının müəyyən edilməsi barədə Lənkəran rayon Məhkəməsində xx.xx.2014-cü il tarixli, 2(049)- 219/2014 saylı qətnamə qəbul edilmişdir. Həmin mülki iş üzrə X22 DSMF-nin Lənkəran rayon şöbəsinin nümayəndəsi kimi iştirak etmişdir. Onun nümayəndə kimi iştirakın a DSMF-nin Lənkəran rayon şöbəsinin müdiri olmuş Şahid8 tərəfindən təsdiq edilmiş etibarnamə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin tələbinə görə bir mülklim iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prossində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası CM-nin 306-cı madsəsidə qanuni qüvvəsini almış məhkəmə aktının icra edilməməsinə gərə cinayət məsuliyyəti nəzərdə tutumuşdur. DSMFnin Lənkəran rayon şöbəsi qanuni qüvvəsini almış qətnaməni icra etmişlər. R.Məmmədov Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə də məhkum olunmuşdur. Həmin maddənin dispozisiyasında qeyd edilir ki, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ə lə keçirmə və ya əmlak hüquqlarını əldə etmə dəlduzluq sayılır. Hüquqlarını müdafiə etdiyim şəxs aldadıb özgənin əmlakm ələ keçirməmiş və əmlak hüquqları əldə etməmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 yanvar 2002-ci il tarixli qərarın 1-ci bəndinə görə etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq sayılır ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə və yaxud əmlak hüquqları əldə edilməsinə yönəlmiş olsun. Göründüyü kimi dələduzluq cinayətinin mahiy yətini özgənin əmlakını əvəzsiz və qaqnunsuz olaraq öz mülkiyyətinə keçirməklə əmlak hüquqları əldə etməkdən ibarətdir. İbtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçisi olduğum şəxsin özgə əmlakını qanunsuz və əvəzsiz olaraq əldə etməsi faktı təsdiqini tapmamışdır. Yuxarıda qeyd edilənləri nəzarə alaraq apellyasiya məhkəməsinin hökmünün Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilərək onun barəsində CM-in 32.5, 178.3.2, 308 və 313-cü maddələri ilə bəraət hökmü çıxarılması barədə qərar qəbul edilməsini xahiş edir. Etiraz - Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi kassasiya şikayətlərinə qarşı qarşə etiraz verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)1397/2022 saylı 08 dekabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmısı barədə qərar qəbul edilməsin i xahiş edir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Hökmdən kassasiya protesti verilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə müdafiəçlərin, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının və nümayəndənin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassa siya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktını n müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassatorlar şikayətlərində məhkumların əməlləriində cinayət tərkibi olmadığını, onların əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmələrini mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarix li qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmu n üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsə ləni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi X3 CMin 178.3.2, 294.3, 32.4, 308.2, 32.4, 313 və 320.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 Nurdinivnanın CM-in 178.3.2, 308.2 və 313-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 CMin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinmələri barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olar aq X3, Təqsirləndirilən şəxs1 Nurdinivnanın və Təqsirləndirilən şəxs2 cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, onların təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş və şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 4/633 saylı xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş xx.xx.2014- cü il tarixli, 1/281 saylı arayışda «Vidadi Dadaşov» yazılarından əvvəl yerləşən imza - X35 oğlu tərəfindən icra olunmuşdur. Ekspertiza ya təqdim edilmiş, xx.xx.2009-cu il tarixli 168 nömrəli pensiya hesablanması üçün 2004-2008-ci illərə aid əmək haqqı barədə X4 verilmiş arayışda “İdarənin rəhbəri” qrafasındakı imza - BƏŞİROV AĞAMİ AYDİN oğlu tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş xx.xx.2014-cü il tarixli, 1/281 saylı arayışdakı əlyazmalar və «İltifat Kərimov» yazılarından əvvəl yerləşən imza - X21 tərəfindən icra olunmamışdır. Ekspertizaya təqdim edilmiş, xx.xx.2013-cü il tarixli aktda “2” rəqəmi qarşısında “Məmmədov K (kadrlar üzrə rəis)” əlyazmalardan əvvəl yerləşən imza Şahid4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx.xx.2009-cu il tarixli 168 nömrəli pensiya hesablanması üçün 2004-2008-ci illərə aid əmək haqqı barədə X4 verilmiş arayışdakı əlyazmalar - X25 tərəfindən yox, Şahid3 tərəfindən yox, Şahid2 tərəfindən yox, X11 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 4/103 saylı xx.xx.2021ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2009- cu il tarixli 168 nömrəli pensiya hesablanması üçün 2004-2008-ci illərə aid əmək haqqı barədə X4 verilmiş arayışda (2 nömrəli Əlavə) “Baş mühasib” qrafasındakı imza - Şahid2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, DSMF-nin Lənkəran rayon şöbəsində ünvanlanmış X3 adından olan 10 may 2013-cü il tarixli ərizədəki əlyazmalar və “İmza” qrafasındakı imza X5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdu. X3 adından olan 10 may 2013-cü il tarixli ərizədəki əlyazmalar - T əqsirləndirilən şəxs2 tərəfindən yox, X24 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan məhkəmə-texniki ekspertizasının 5/558 saylı xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Məhkum adına olan “0263797 nömrəli dublikat əmək kitabça”sının 10-cu, 13-cü vərəqlərindəki möhür və ştamp əksləri, “xx.xx.2009- cu il tarixli 168 nömrəli pensiya hesablanması üçün əmək haqqı barədə arayış”ın üzərindəki ştamp əksi və “xx.xx.2013-cü il tarixli aktının üzərindəki möhür əksi relyef klişe vasitəsilə sənədlərin üzərlərinə birbaşa vurulmuşlar. İş materiallarında olan tədqiqata təqdim edilmiş xx.xx.2009-cu il tarixli 168 nömrəli pensiya hesablanması üçün əmək haqqı barədə arayışın üzərindəki möhür əksi sənəd üzərinə əl ilə birbaşa çəkilmiş və X 10 adına olan pensiya hesablanması üçün əmək haqqı barədə arayışın üzərindəki "Azərbaycan Respublikası Dövlət X31 “Xəzərdənizgəmitəmiri” istehsalat Birliyi İ.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodu” məzmunlu möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil etmir. İş materiallarında olan tədqiqata təqdim edilmiş Məhkum adına olan “0263797 nömrəli dublikat əmək kitabça"sının 10-cu vərəqindəki “Xəzərdənizqəmitəmiri” İ.B.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodu 370003, Bakı ş, Gülbala Əliyev 2” məzmunlu ştamp əksi və 13-cü vərəqindəki “Azərbaycan Dövlət X31 “Xəzərdənizgəmitəmiri” istehsalat Birliyin i.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodu KADRLAR ŞÖBƏSİ” məzmunlu möhür əksi təqdim edilmiş X15 adına verilmiş 008336 nömrəli əmək kitabçasında olan “Gəmi təmiri və Gəm i qayırma İ.B.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodu AZ1003, Bakı, Cənub buxtası-3” məzmunlu ştamp və Azərbaycan Dövlət X31 “Gəmi təmiri və Gəmi qayırma” İstehsalat Birliyi İ.Allahverdiyev adına Gəmi təmiri Gəmi qayırma zavodu KADRLAR ŞÖBƏSİ” məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil etmirlər. İş materiallarında olan tədqiqata təqdim edilmiş X3 adına olan “xx.xx.2009-cu il tarixli 168 nömrəli pensiya hesablanması üçün əmək haqqı barədə arayış”ın üzərində “Azərbaycan Dövlət X31 “Xəzərdənizgəmitəmiri” istehsalat Birliyi İ.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodu 370003 Bakı ş, Gülbala Əliyev 2” Tel: (99 412) 491 11 40; 491 07 45” məzmunlu ştamp əksi təqdim edilmiş X10 adına olan pensiya hesablanması üçün əmək haqqı barədə arayışın üzərində olan “Azərbayca n Dövlət X31 “Xəzərdənizgəmitəmiri” istehsalat Birliyi İ.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodu 370003 Bakı ş, Gülbala Əliyev 2” Tel: (99 412) 491 11 40; 491 07 45”məzmunlu ştampın sərbəst əks nümunəsi ilə eynilik təşkil edir. İş materiallarında olan tədqiqata təqdim edilmiş X3 adına olan “xx.xx.2013-cü il tarixli akt”ın üzərində “Azərbaycan Dövlət X31 “gəmi təmiri və gəmi qayırma” İstehsalat Birliyi İ.Allahverdiyev adına Gəmi təmiri Gəmi qayırma zavodu” Paketlər üçün” məzmunlu möhür əksi təqdim edilmiş "Əmək şəraiti zərərli olan işlərdə çalışan işçilərin 2013-cü ildə tibbi müayinədən keçmgsi üçün siyahısının” üzərində olan “Azərbaycan Dövlət X31” Gəmi Təmiri və Gəmi Qayırma” İstehsalat Birliyi İ.Allahverdiyev adma Gəmi Təmiri Gəmi Qayırma zavodu Paketlər və arayışlar üçün” məzm unlu möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil edir. İş materiallarında olan DSMF tərəfindən təqdim olunmuş pensiya və müavinətlərin reyestri siyahısından görünür ki, X3 adına açılmış "xxxx" ASC-yə məxsus **********277996 nömrəli plastik kart hesabına xx.xx.2013-xx.xx.2019-cu il tarixlərdə 164.256,63 manat pul köçürülmüşdür. İş materiallarında olan Müqavimət Kələntərova məxsus ******* nömrəli dublikat əmək kitabçasında qeyd edilmişdir ki, Məhkum xx.xx.1996- cı il tarixli, K-02 nömrəli əmrlə Gəmi gövdə qaynaq sexində 4-cü dərəcəli əl ilə elektirik qaynaq elektirik qaynaqçı peşəsinə işə qəbul edilmişdir. xx.xx.1998-ci il tarixli, 97 K nömrəli əmrlə və xx.xx.1998- ci il tarixli, 3 nömrəli protokol ilə Müqavimət Kələntərov ixtisas artırma komissiyasının qərarına əsasən 5-ci dərəcəli əl i lə elektirik qaynaqçısı təyin edilmişdir. Müqavimət Kələntərov xx.xx.2008-ci il tarixli, 149 K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 a bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli 168 nömrəli saxta arayışdan görünür ki, Müqavimət Kələntərova aylar üzrə əmək haqqı məbləği hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (10 mart 2017ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklərə qədər olan redaksiyada) 9.1-ci maddəsinə əsasən, yeraltı işlərdə, yəni əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə, istehsalatların, peşələrin, vəzifələrin və ya göstəricilərin müvafiq icra hakimiyyəti orqanı t ərəfindən təsdiq olunan siyahısı üzrə çalışan sığorta olunan kişilərə münasibətdə onlar 57 yaşına çatıb azı 25 il sığorta stajına malik olmaqla bu müddətin azı 12 il 6 ayını həmin işlərdə işləməsi ilə əlaqədar əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. İş materiallarında olan 13.07.20 tarixli 164 saylı güzəştli arayışdan görünür ki, X5 guya xx.xx.1995-ci ildən (əmr k-02, xx.xx.1995) xx.xx.2008-ci il tarixədək (əmr 149 k, xx.xx.2008-ci il) İ.Allahverdiyev adına G.T.G.Q zavodunda gəmi əl ilə elektrik qaynaqçısı işləyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının XXİ İİ ümumi peşələr paraqrafının 12100000-19906 koduna əsasən bütün göstərilən işlər ağır və zərərli sayılır və bu sahədə işləyən işçilərin güzəşt li şərtlərlə təqaüdə çıxmaq hüququ vardır. İş materiallarında olan xx.xx.2013- cü il tarixli DSMF nin qərarından görünür ki, X4 yaşa görə güzəştli pensiya verilməsi barədə qərar qəbul olunmuşdur. İş materiallarında olan DSMF-nin Səbail şöbəsinin pensiya təyinatı sektorunun məsləhətçisi Təqsirləndirilən şəxs4 tərtib etdiyi xx.xx.2013-cü il tarixli aktdan görünür ki, həqiqətən X5 xx.xx.2004- xx.xx.2005-ci illərdə İ.Allahverdiyev adına Gəmiləri və Gəmi Qayırma zavodunda işləmişdir. İş materiallarında olan Müqavimət Kələntərovun DSMF-nin Lənkəran rayon şöbəsinə ünvanlanmış xx.xx.2013-cü il tarixli ərizədən görünür ki, o, əvvəllər yaşa görə pensiya ilə əlaqədar şöbəyə müraciət etmiş, ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmuşdur. Pensiyanın aylıq miqdarı 170 manat hesablanmışdır. Ər izədə onun pensiyasının aylıq miqdarının 2008-ci ildən qüvvədə olan qanuna əsasən 2004-2005-ci illərin əmək haqqından hesablanmasını və həmin dövrdə əmək haqqının yüksək olmasının nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan DSMF-nin Lənkəran şəhər şöbəsinin xx.xx.2013-cü il tarixli cavab məktubundan görünür ki, Məhkum ərizəsi şöbədə pensiya təyin edən komissiyada araşdırılmışdır. «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyaları hesablanarkən onun xx.xx.2006- cı ilədək qazandığı əmək stajı 170 manatla müəyyən edilərək təyin edilmişdir. Ona görə də Məhkum pensiyasının aylıq miqdarı müəyyən edilərkən 2004-2005-ci ilin əmək haqqından hesablanması qanuna müvafiq deyildir. Ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, X3 yaşayış yeri Lənkəran şəhəri, Nizami küçəsi, ev 86 göstərilmişdir. İş materiallarında olan Lənkəran rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, X5 iş stajının müəyyən edilməsi barədə ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. X1 məhkəmədə ərizədə göstərdiklərini müdafiə edərək izahatında 19 aprel 1965-ci il tarixdə Lənkəran şəhərində anadan olduğunu, 01 yanvar 2004-cü il tarixdən 30 dekabr 2005-ci il tarixədək İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda işlədiyini, qeyd etdiyi dövrlərdə əmək kitabçası olmadığı üçün işlədiyi illərin heç bir yerdə qeydə alınmadığını, hazırda yaşa görə güzəştli şərtlərlə 170 manat əmək pensiyası aldığını, pensiyası müəyyən edildikdən 01 yanvar 2006-cı il tari xədək topladığı əmək stajının hesablandığını, bu yaxınlarda yenidən ona pensiya təyin olunması üçün müvafiq sənədləri toplayaraq DSMF-nin Lənkəran rayon Şöbəsinə müraciət etdiyini, lakin ərizəsinə rədd cavabı verildiyini, belə ki, o, əmək kitabçasını DSMFnin Lənkəran rayon Şöbəsinə təqdim edə bilmədiyindən şöbə tərəfindən ona iş stajı faktının məhkəmə tərəfindən müəyyən edildikdən sonra yeni pensiya təyin edilməsinin mümkün olacağının bildirildiyini, bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etdiyini, onun iş satjının məhkəmə tərəfindən təsdiq olunmasının ona pensiya almaq hüququndan istifadə etmək üçün lazım olduğunu bildirərək, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon Şöbəsinin nümayəndə si X24 məhkəmədə izahatında ərizəçinin pensiyaya çıxması üçün DSMF-nin Lənkəran rayon Şöbəsinə müraciət etdiyini, bu məqsədlə də ona əvvəllər həmin kateqoriyadan olan şəxslərə əmək stajını təsdiq edən sənədləri rayon sosial müdafiə mərkəzləri tərəfindən verildiyini, eyni zamanda köhnə qanuna əsasən pensiya təyin etməyin mümkün olduğunu, lakin hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Rsepublikası Qanununa müvafiq olaraq əmək kitabçası olmadan iş stajının müəyyən edilməsinin yalnız məhkəmə qətnaməsi ilə mümükün ola biləcəyinin izah olunduğunu bildirərək, məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını göstərmişdir. Lənkəran rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə X3 xx.xx.2004-xx.xx.2005-ci il tarixlərdə İ.Allahverdiyev adına Gəmitəmiri gəmiqayırm a zavodunda işlədiyi illər iş stajı faktı kimi təsdiq olunmuşdur. İş materiallarında olan “Azərbaycan Dövlət X31” QSC-nin Bibiheybət Gəmi təmiri Zavodu (“İ.Allahverdiyev” adına Gəmitəmiri-gəmiqayırma zavodu) ilə Təqsirləndirilən şəxs1 arasında bağlanmış xx.xx.2004-cü il tarixli müqavilənin surətindən görünür ki, sonuncu Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, Kadrlar və kadrların hazırlanması şöbəsi haqqında xx.xx.2011-ci il tarixli əsasnaməyə əsasən Təqsirləndirilən şəxs1 kadrların ixtisasının yüksəlməsinə hazırlıq planın işlənməsi, kollektivin sosioloji inkişaf planının hazırlanmasında iştirakı, işə qəbul olunanlarla danışıqlar aparılması, sənədləri ilə tanış olunması, işçilərin iş xarakterlərinin öyrənilməsi və lazımi yerdə istif adə olunması üçün təklif hazırlanması, şəxsi heyətin uçotu, indiki və keçmiş zamanlarda əmək fəaliyyəti haqqında arayışlar verilməsi, əmək kitabçalarının doldurulması, pensiya təyini üçün lazımi sənədlərin hazırlanması, sosial müdafiə təşkilatlarına təqdim edilməsi və digər səlahiyyətlərə malik vəzifəli şəxsdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrinin xx.xx.2012-ci il tarixli 434 nömrəli əmri ilə təsdiq olunmuş inzibati vəzifələr üzrə vəzifə təlimatına əsasən Qiyas Babayev təhkim olunduğu kontingent üzrə pensiyaya dair qanunvericilik aktlarının düzgün tətbiqinin təmin edilməsi; qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işinin həyata keçirilməsi; pensiyaların təyin olunması və yenidən hesablanması ü çün ərizələrə, zəruri olan digər sənədlərə baxılmasını, pensiyaçıların işlərinin və diger sənədlərin hazırlanması və saxlanılmasının həyata keçirilməsi; vətəndaşların pensiyalarının təyin olunması və yenidən hesablanması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsinin və baxılmasının təmin edilməsi; pensiyaların kütləvi qaydada yenidən hesablanması prosesində zəruri tədbirlərin heyata keçirilməsi; pensiya işlərinin və şəxsi hesabların inventarizasiyasının aparılmasında iştirak etməklə zəruri tədbirlərin yerinə yetirilməsi; pensiya təyinatı aparılmış işlər üzrə ödənişin həyata keçirilməsi üçün həmin işlərin Maliyyə-uçot sektorunun aidiyyəti işçilərinə təqdim edilməsi; xidmət etdiyi sahə üzrə pensiya işlərinin şəxsi hesablarla üzləşdirilməsində iştirak edilməsi; təhkim olunduğu sahə üzrə p ensiyaçıların sayı və pensiya məbləği barədə məlumatların tərtib edilməsi; müraciət edən vətəndaşlarla pensiya sahəsində qanunvericiliyə, pensiyaçıların hüquq və imtiyazlarına dair izahat işinin aparılması; vətəndaşların ərizə, şikayət, təkliflərinə baxılması və onların hərtərəfli təhlil edilərək, əsaslı şikayətlərin aradan qaldırılması üçün təsirli tədbirlərin görülməsi və digər səlahiyyətlərə malik vəzifəli şəxsdir. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X3 Lənkəran şəhərində yaşaması barədə heç bir hüquq müəyyənedici sənəd aşkar olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və i ş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, X3 CM-in 178.3.2, 294.3, 32.4, 308.2, 32.4, 313 və 320.2-ci maddələri, Təqsirləndirilən şəxs1 Nurdinivnanın CM-in 178.3.2, 308.2 və 313-cü maddələri və Təqsirləndirilən şəxs2 CM-in 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumların onlara həmin hökmlə istinad edilən CM-in müvafiq maddələrində nəzərdə tutulan cinayət əməl lərini törətmləri kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərində və kassasiya şikayətinə əlavədə qeyd edilən arqumentlər, yəni məhkumların əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiya məhkəməsi məhkumlar X4 və Təqsirləndirilən şəxs1 Nurdinivnaya cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb onlara təqsirli bilindikləri maddənin sanksiyası həddində cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutl ar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şü bhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139- cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticə lərə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən mə hkumlar X3 və Təqsirləndirilən şəxs1 Nurdinivnanın törətdiyi cinayət əməllərinin tövsifində səhvə yol verməmiş, kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin məhkumların əməlində cinayət tərkibinin olmaması barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə onu da qeyd etməyi lazım bilir ki, həmin cinayət işi üzrə təqsirli bilinərək məhkum edilmiş şəxs X18 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Ali Məhkəmənin Cinayət Kollegiyasını 1(102)-1471/2023 saylı, 09 avqust 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsində göstərilən normaya uyğun olaraq; kas sasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir) məhkum X24 ilə birlikdə barəsində kassasiya müraciəti olmayan məhkum Təqsirləndirilən şəxs2 barəsində də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1397/2022 saylı, 08 dekabr 2022-ci il tarixli hökmünü dəyişdirmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilmələrinə və məhkum edilməsinə, ona cəza təyin edilməsinə dair müddəalar xaric edilmiş, Təqsirləndirilən şəxs2 üzərində Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 1 78.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, X3, Təqsirləndirilən şəxs1 Nurdinivnanın və Təqsirləndirilən şəxs2 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 08 dekabr 2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində və kassasiya şikayətinə əlavədə irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə təmin edilməsin. X3 CM-in 178.3.2, 294.3, 32.4, 308.2, 32.4, 313 və 320.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 Nurdinivnanın CM-in 178.3.2, 308.2 və 313-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 CM-in 178.3.2, 308.2 və 313-cü ma ddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə məhkum Təqsirləndirilən şəxs2 barəsində Ali Məhkəmənin Cinayət Kollegiyasının 1(102)-1471/2023 saylı, 9 avqust 2023-cü il tarixli qərarl nəzərə alınmaqla, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1397/2022 saylı, 8 dekabr 2022-ci il tarixli hökmü kassasiya şikayətlərinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-814/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-814/2024
18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver