Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-814/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri X4 və Müdafiəçi – Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakları ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 20 24-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər X3 və X5 ibarət tərkibdə) 20 fevral 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-in 240.2.1-ci maddəsi ilə ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsində göstərilən əsaslarla ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 5 oktyabr 2021-ci il tarixdən 6 oktyabr 2021-ci il tarixə qədər şübhəli şəxs qismində tutulub saxlanıldığı iki gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmış, onun tərəfindən çəkilməli cəzanın qalmış müddəti 5 (beş) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün kimi müəyyən olunmuş, cəzanın başlanğıcı 23 iyun 2022-ci il tarixdən tarixdən hesablanmış, barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmiş, təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməklə himayəsində olan iki azyaşlı uşağın onun anasının himayəsində olması nəzarə alınmiş, ona narkomaniyadan məcburi müalicə təyin olunması və narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində q eydiyyata alınması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əyyubov Fərid İlham oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X2 ibarət tərkibdə) 11 aprel 2023-cü il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə məhkum olunmasına dair 1(101)-355/2022 saylı, 20 fevral 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 24 oktyabr 2024-cü il tarixdə Məhkum müdafiəçisi Müdafiəçi3 Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-852/2023 nömrəli 11 aprel 2023-cü il tarixli qərarından kassasiya şikayəti nin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Fərid Əyyubov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Mehriban Qarayeva) 1(103)-852/2023 nömrəli 17 dekabr 2024-cü il tarixli qərarı ilə kassasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyim Məhkum haqqında məhkəmə azadlıqdan məhrumetmə cəzası təyin edərkən onun himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq haqqında Azərbaycan Respublikası CM-in 79-cü maddəsini tətbiq edərək himayəsində olan uşaqlar 14 yaşına çatanadək cəzanın çəkilməsini təxirə salmalı olduğu halda bunu etməmiş, bunulada CMnin 9.2-ci maddəsində nəzərdə tutulmuş humanizim prinsiplərini pozmuşdur. Həmin maddədə göstərilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməez. Həmin Məcəllənin 79.1-ci maddəsində göstərilir ki, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkuт edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər u şağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(103)-852/2023 saylı cinayət işi üzrə qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından kassasiya şikayəti vermə müddətinin üzürlü hesab edilərək bərpa olunmasına dair vəsatətim təmin edilməmişdir. Həmin qərar aşağıdakılara görə ləğv edilməlidir: Bildirirəm ki, hüquqlarını müdafiə etdiyim Məhkum haqqında olan yuxarıda qeyd edilən qərardan kassasiya şikayəti vermiş, həmin kassasiya şikayəti qanunun tələblərinə uyğun olmayan şəkildə tərtib edildiyindən onun özü tərəfindən geri götürülmüşdür. Məhkəmə uzun müddət onun kassasiya şikayətinə məhkəmə bax ışını yekunlaşdırmadığına görə qeyd edilən qərardan kassasiya şikayəti vermə müddəti üzürlü səbəblərdən ötürülmüşdür. Həmçinin bildirirəm ki, məhkum hesab etmişdir ki, kassasiya şikayəti verildiyi halda müddətin axımı dayanır. Odur ki, hesab edirəm Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından kassasiya şikayəti vermə müddəti üzürlü hesab edilərək bərpa edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-852/2023 nömrəli 17 dekabr 2024-cü il tarixli kassasiya şikayətinin verilməsi üçün buraxılmış mü ddətin bərpa edilməməsinə dair qərarı ləğv edilməli və cinayət işi kassasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apelyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum müdafiəçis i Müdafiəçi3 kassasiya şikayətinin başlıca dəlili Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-852/2023 nömrəli 17 dekabr 2024-cü il tarixli qərarının qanunsuz olmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apelyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi ü çün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə. Cinayət işinin materiallarında olan işə əlavə edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsinin tibbi arayışından görünür ki, Məhkum cəza çəkdiyi müddət ərzində müəssisə yə daxil olan gün tibbi müayinə olunmuş, rentgen müayinəsindən keçmiş, aparılan ümumi müayinə nəticələrinə əsasən ona “Keçirilmiş ağciyər vərəmi” diaqnozu müəyyən edilərək, ambulator müalicə təyin edilmişdir. 13 aprel 2023-cü il tarixdə 4 saylı cəzaçəkmə müəssisəsinə daxıl olan zaman Məhkum həkim tərəfindən ilkin tibbi müayindən keçirilmiş və ondan bəlğəm nümunəsi götürülərək müayinəyə göndərilmişdir. Müayinə nəticələrinə və subyektiv müayinə nəicələrinə əsasən ona 'Keçirilmiş ağciyər vərəmindən sonrakı qalıq əlamətləri” diaqnozu müəyyən edilmişdir. Məhkum 4 saylı cəzaçəkmə müəssisəində dispanser qeydiyyata götürülərək dinamik həkim nəzrətində saxlanılmışdır. Cəza çəkdiyi dövr ərzində Məhkum müxtəlif dövrlərdə xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə sımptomatik mü alicələr almışdır. Hazırda Məhkum səhhəti həkim nəzarətində saxlanılır, tibbi xidmətin əlçatanlığı onun üçün təmin edilir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini, habelə müdafiəçinin kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması barədə və dövlət ittihamçısının kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunmaması barədə çıxışlarını nəzərə alaraq, müdafiəçinin kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasını mümkün hesab edir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq, şikayətin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-852/2023 nömrəli, 17 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin kassasiya q aydasında məhkəmə baxışına təyin olunmasını əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-852/2023 nömrəli, 17 dekabr 2024-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi kassasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-814/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-814/2025
05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver