Məhkəmə qərarları › İş №1(102)-816/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-816/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-816/2024 24.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 may 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər X11 oğlu və X1 ibarət tərkibdə) 18 may 2023-cü il tarixli hökmü ilə xx.xx.1969-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, məhkum olunmamış, Xqeydiyyatda olub yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalında həbs edilməklə «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 18 may 2023-cü il tarixdən hesablanması, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Hüse ynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə) 10 avqust 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 may 2023-cü il tarixli 1(100)231/2023 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilmiş və müəyyən edilmişdir ki, Məhkum, istintaqa məlum olmayan tarixdə və mənbədən sa tış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 430 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, bundan başqa, təkrar istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1.385 qram təmiz çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2022-ci il tarixdə, saat 07 radələrində yaşadığı ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti 41 ünvanında yerləşən Azərbaycan Respublikasının Dax ili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin altında gizlətmiş olduğu bir ədəd polietilen torbanın içərisində 430 qram təmiz çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmçinin həmin gödəkçənin sol döş cibində gizlətmiş olduğu bir ədəd sellofan torbacığın içərisində olmaqla təkrar əldə etdiyi 1.385 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən istintaq orqanı tərəfindən verilmiş ittihamın təkzib edilməsi, eyni zamanda, özünün həmin nəticəyə gəlməsi ilə bağlı kifayət qədər əsaslandırma aparılmamış, ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivləri göstərilməmiş, sübutlar bir-biri ilə müqayisəli şəkildə təhlil edilməmiş və bununla da, məhkəmə Məhkum əməlini tövsif etməklə işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. İş materiallarından göründüyü kimi istintaq zamanı təqsirləndirilən şəxs Məhkum ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərilən xüsusatları dəqiqləşdirmək məqsədi ilə ifadəsi yerində yoxlanılmış, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. Toplanmış sübutlardan da göründüyü kimi, Məhkum üzərindən şəxsi istehlak miqdarının aşağı həddindən 9 dəfə çox miqdarda na rkotik vasitə olan heroin və səxsi istehlak miqdarının aşağı həddindən 86 dəfə çox miqdarda narkotik vasitə olan qurudulmuş marixuana, yəni 2 növdə olmaqla narkotik vasitə aşkar edilib götürülmüşdür. Məhkəmələr isə təqsirləndirilən şəxs Məhkum barəsində narkotik vasitələrin satışı ilə bağlı hər hansı əməliyyat məlumatının olmaması və buna görə də həmin narkotik vasitələri şəxsi istehlak məqsədilə əldə edib saxlaması barədə düzgün olmayan qənaətə gəlmişdir. İşin hallarından da görünür ki, təqsirləndirilən şəxs özünün müdafiəsi üçün işin obyektiv hallarına uyğun gəlməyən, satış məqsədilə təkrarən narkotik vasitə heroini və narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamasından ibarət olan həqiqəti gizlətməyə çalışan ifadələr verərək ondan aşkar olunmuş narkotik vasitələr yalnız öz şəxsi istifadəsi üçün əldə etdiyini, bu zaman satış məqsədinin olmadığını göstərmişdir ki, məhkəmələr də, öz növbəsində, Məhkum ifadəsində göstərdiyi qeyd olunan xüsusatların özünümüdafiə xarakterli olmasını nəzərə almadan həmin ifadəyə əsaslanaraq sonuncunun narkotik vasitələri satış məqsədi olmadan şəxsi istehlakı üçün əldə etməsi kimi yanlış nəticəyə gəlmişdir. Halbuki, məhkəmələrin gəldiyi bu nəticə isin faktiki hallarına uyğun olmamaqla reallığı özündə əks etdirmir. Məhkəmələr gəldiyi nəticəni əsaslandırmaq üçün, iş üzrə ibtidai istintaq zamanı verilmiş əməliyyat tapşırığına cavab məktubunun tam mətnini hökmdə əks etdirmək əvəzinə, hökmdə natamam formada həmin cavab məktubunun bir hissəsini qeyd etmiş, həmin məktubda Məhkum narkotik vasitə satdığı şəxslərin dairəsinin müəyyən edilməmə sinin qeyd edildiyini göstərsə də, məktubda keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Məhkum üzərindən aşkar edilən narkotik vasitə heroin və və narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə üzərində saxlanmasının müəyyən edilməsinin qeyd edildiyini göstərməmiş, həmin məlumatın yoxlanması və təkzib edilməsi istiqamətində hər hansı mövqe bildirməmişdir. Məhkəmələr təqsirləndirilən şəxsin əməlini tövsif etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Bununla belə, hazırki cinayət işi üzrə məhkəmə Məhkum aşkar edilmiş narkotik vasitələrin şəxsi istehlak miqdarından çox olmaqla miqdarını, narkotik vasitələrin ayrı ayrı növlərdə olmaqla aşkar edilib götürülməsi və işin yuxarıda sadalanan digər hallarını nəzərə almamışdır. Məhkəmələr əsassız olaraq işin faktiki hallarına uyğun gəlməyən q ərar qəbul etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyələrini nəzərə almadan, işdə olan satışa dair sübutları digər sübutlarla qarşılıqlı müqayisə edib yoxlamadan və bir sübutun qəbul, digərinin təkzib edilməsinin motivlərini göstərmədən Məhkum əməlini CM-in 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 10 avqust 2023-cü il tarixli qərarını ləğv edərək cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzaki rə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının n əticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində üzrə sübutların düzgün araşdırılmamasını, əməlin hüquqi tövsifinin səhv olmasını iddia edərək bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasi ya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb ola n cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq ed ilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ə dalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İbtidai araşdırma orqanı tərəfindən Məhkum CM-in 234.4.2-ci maddəsi ilə elan edilmiş ittihamın mahiyyəti ondan ibarət olmuşdur ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 430 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış, bundan başqa, təkrar istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1.385 qram təmiz çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımışdır. Cinayət işinin materiallarında olan sənədlərə və aşağı instansiya məhkəmələrində cinayət işi üzrə müəyyən edilmiş hallara əsasən: Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum ona Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsindəngörünür kio, ayrı-ayrı vaxtlarda əldə etdiyi narkotik vasitələri özünün şəxsi istif adəsi üçün əldə etmiş, heç vaxt, heç kimə narkotik vasitə satmamış, pay verməmiş və ya bu məqsədlə narkotik vasitə əldə etməmişdir. Onun heç vaxt kiməsə nakotik vasitə satmaq kimi məqsədi olmamışdır. İbtidai istintaq zamanı əməlinin düzgün qiymətləndirilməsi üçün müstəntiqə bu barədə dəfələrlə bildirməsinə baxmayaraq, ona verilən ittiham dəyişdirilməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, Məhkum narkotik alqı-satqısı zamanı aşkar edə bilməmiş, onun narkotik vasitə satmasına dair və yaxud narkotik satışı ilə əlaqədar kimləsə hər hansı sövdələşməsinin olmasına, bu məqsədlə müəyyən hərəkət etməsinə dair hər hansı məlumat və sübutlar əldə edə bilməmişlər. Həmçinin Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması barədə verilən istintaq tapşırıqlar ına əsasən Məhkum aşkar olunan narkotik vasitəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən edə bilməmişlər; 21 yanvar 2022-ci il tarixli "şəxsi axtarış və götürmə haqqında” protokoldan və 24 yanvar 2022-ci il tarixli "diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 21 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin inzibati binasında videoçəkiliş aparılmaqla müdafiəçisinin iştirakı ilə Məhkum üzərində şəxsi axtarış keçirilərkən o, əynində olan qara rəngli gödəkçənin altından 01 ədəd sellofan torbanı çıxarıb təqdim edərək onun qurudulmuş marixuana olduğunu bildirir. Sonra Məhkum gödəkçəsinin sol döş cibindən 1 ədəd sellofan büküm təqdim edərək onun içərisində narkotik vasitə heroin olduğunu bildirir. Qeyd edilən kütlələrə baxış keçirilərkən sellofan torbadakı kütlənin narkotik vasitə qurudulmuş marixuanaya bənzər, digər sellofan bükümdəki kütlənin isə narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli kütlə olduğu müəyyən edilir. Həmin kütlələr elektron tərəzidə çəkilərkən qurudulmuş marixuanaya bənzər kütlənin sellofan torba ilə birlikdə çəkisi 435 qram, heroinə bənzər kütlənin isə sellofan bükümlə birlikdə 1.59 qram təşkil etməsi müəyyən edilir. Sonra həmin maddələr qablaşdırılır, möhürlənir və imzalarla təsdiq edilir. Məhkum həmin kütlələrin marixuana və heroin olmasını, marixuananı Samux rayonunda Kür çayının sahilində xatırlamadığı yerdən yabanı halda bitən kollardan istifadə etmək üçün toplayıb qurutmaq üçün kolun dibin də gizlətdiyini, bir- iki dəfə həmin vasitədən istifadə etdiyini, narkotik vasitə heroini isə yaşadığı binanın yaxınlığında təxminən 20 gün əvvəl yerdən tapdığını, istifadə etmək üçün saxladığını, özünün heroin və qurudulmuş marixuana istifadə etdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən heç bir zorakılığa, təzyiqə məruz qalmadığını bildirir; Məhkəmə-kimyəvi-bioloji ekspertizasının 21 yanvar 2022-ci il tarixli, 16/94 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Məhkum üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə içərisində narkotik vasitə heroinə bənzər kütlə” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan torbacıqda təmiz çəkisi 1.385 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Tədqiqata təqdim olunmuş üzərində "Məhku m üzərindən aşkar olunmuş bir ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə” sözləri və imzalar olan polietilen torbada təmiz çəkisi 430 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır; Məhkəmə-narkoloji ekspertizasının 14 iyun 2022-ci il tarixli, 473 nömrəli rəyindən görünür ki, Məhkum narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tədbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür; Əməliyyat tapşırığına göndərilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyin in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin 30 mart 2022-ci il tarixli cavab məktubundan görünür ki, Məhkum narkotik vasitə satdığı şəxslərin dairəsi müəyyən edilməmişdir; 25 may 2022-ci il tarixli "diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Məhkum istifadəsində olan mobil nömrələrdən mobil telefon vasitəsilə edilmiş telefon zəngləri, göndərilmiş və daxil olmuş sms mətnləri, həmçinin mobil nömrələrin anten dairələri barədə əldə edilmiş məlumatların olduğu 01 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı CD diskdə Məhkum satış məqsədilə narkotik vasitə əldə etməsini təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir. Aşağı instansiya məhkəmələrində cinayət işi üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən müəyyən edilmişdir ki: - Məhkum əldə etdiyi narkotik vasitə aşkar edilərkən nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı təqsirləndirilən Məhkum satış məqsədilə narkotik vasitə əldə edib saxlaması, konkret şəxslərlə narkotik vasitənin alqı-satqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin satışını həyata keçirmək məqsədilə onun hər hansı şəxslə əvvəlcədən razılaşması, konkret olaraq kiməsə narkotik vasitə satması, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmiş, təqsirləndirilən Məhkum özündə və ya onun ünvanında narkotik vasitələrin çəkilməsinə dair, xırda bağlamalara bükülməsinə dair və ya onun satışına dəlalət edən hər hansı avadanlıq aşkar edilməmişdir; -Məhkum istifadəsində olmuş mobil nömrələrdən mobil telefon vasitəsilə ed ilmiş telefon zəngləri, göndərilmiş və daxil olmuş sms mətnləri, həmçinin mobil nömrələrin anten dairələri barədə əldə edilmiş məlumatların olduğu 1 ədəd CD diskə olan məlumatlarda da Məhkum satış məqsədilə narkotik vasitə əldə etməsini təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir; - təqsirləndirilən şəxs Məhkum polis əməkdaşları tərəfindən saxlanılaraq üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda qeyd edilən narkotik vasitələr aşkar edildikdən sonra onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış, həmçinin o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş, şübhəli şəxs kimi dindirilərkən üzərindən aşkar edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda olan narkotik vasitəni şəxsi i stifadəsi üçün üzərində saxladığını, heç kimə satmadığını və belə bir məqsədinin də olmadığını bildirmiş, bundan sonra o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və təqsirləndirilən şəxs kimi də dindirilərkən üzərindən aşkar edilmiş narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə satmadığını və belə bir məqsədinin də olmadığına dair ifadəsini bir daha təsdiq etmişdir; - Məhkum istifadəsində olmuş mobil nömrələrdən mobil telefon vasitəsilə edilmiş telefon zəngləri, göndərilmiş və daxil olmuş sms mətnləri, həmçinin mobil nömrələrin anten dairələri barədə əldə edilmiş məlumatların olduğu 01 ədəd CD diskə zənglər və mesaj mətnlərinə dair "xxxx" MMC-dən daxil olmuş məlumatlarda da onun satış məqsədilə narkotik vasitə əldə etmə sini təsdiq edən hər hansı məlumatlar aşkar edilməmiş, eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə- narkoloji ekspertizasının rəyi ilə Məhkum həqiqətən də narkotik vasitələrdən istifadə etməsi nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası kassasiya protestinin işin halları ilə ziddiyyət təşkil edən dəlillərinə qiymət verərək və cinayət işi üzrə sübutların aşağı instansiya məhkəmələri tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq tədqiq edilərək qiymətləndirilməsinə əsaslanaraq hesab edir ki, məhkum edilmiş şəxs Məhkum narkotik vasitələrin satışı ilə deyil, yalnız istifadəsi ilə məşğul olması barədə verdiyi ifadələr digər sübutlar-şahidlərin məhkəmədə verdikləri ifadələr və iş materilallarında olan digər sübutlarla təsdiqini tapdığ ından onun əməlinin tövsifi barədə məhkəmələrin gəldiyi qənaət əsaslıdır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən aşkar edilmiş narkotik vasitəni satış məqsədilə əldə etməsinə dair heç bir sübutlar olmadığı təqdirdə, heç bir yeni hallar, buna dair hər hansı sübutlar və yaxud hansısa real məlumatlar müəyyən edilməməsini nəzərə almadan onun əməli sonradan əsas olmadan Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinə tövsif edilmişdir. İbtidai araşdırma orqanı təqsirləndirilən şəxs Məhkum təkrar satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşıması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun aşağıda qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, hər han sı fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız narkotik maddənin təkrar əldə edilməsi əsası ilə düzgün olmayaraq təqsirləndirilən şəxs Məhkum əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib daşıyaraq saxlaması kimi qiymətləndirmişdir. Məhkum istifadəçi olduğunu təkzib edən mötəbər sübutları toplamamış və onun əməlinin CM-nin 234.4.2-ci ilə tövsif edilməsi formal mülahizələrə əsaslanmışdır.Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmaqla o, həmin əməli törətməkdə təqsirli olması barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya protestinin dəlilləri həmin mövqenin qanuniliyini şübhə altına almağa əsas vermir. Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinin mənasına görə satış məqsədi ilə qanun suz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma təkrar törədildikdə təqsirkar şəxsin əməli həmin maddə ilə tövsif edilməlidir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik va sitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 4 mart 2011-ci il tarixli qərarının 9cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələr i satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etma, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə müəyyən olunmuş hallardan göründüyü kimi, təqsirkar şəxsin narkotik vasitəni məhz sat ış məqsədi ilə əldə etməsini təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və bu kimi digər hallar müəyyən edilməmiş, Məhkum hər hansı şəxsə narkotik vasitə satmasının müəyyən olunmasının mümkün olmadığı, həmçinin onun narkotik vasitədən həqiqətən də asılılığının olmasının təsdiq olunması, eləcə də ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq ibtidai istintaqın sonuna qədər təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədilə əldə etməsinə və saxlamasına dair heç bir sübutlar əldə edilməmişdir ki, bu isə öz növbəsində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə verilmiş ittihamın əsassız olması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin düzgün olmasını təsdiq edir. Məhkəmə kollegiyası apellyasiya instansiy ası məhkəməsinin qənaətini əsaslı saymaqla həmçinin qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, istintaq orqanı tərəfindən Məhkum narkotik vasitəni saxlamaqda niyyətinin və məqsədinin məhz satış olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi məhkum olunmuş şəxs ibtidai və məhkəmə istintaqı zamanı verdiyi izahat və ifadələrində narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını, narkotik vasitələrin satışı ilə məşğul olmamasını bildirmiş, onun bu ifadəsi dindirilmiş şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum narkotik vasitəni satış məqsədilə əldə etməsini təsdiq edə biləcək hər hansı bir sübut olmadığından onun tərəfindən məhz satış məqsədi i lə qanunsuz olaraq narkotik vasitənin əldə edilməsi, saxlanması və daşıması qənaətinin əsassız olması barədə apellyasiya instansiya məhkəməsinin mövqeyi düzgün və əsaslıdır. Məhkum CM-in 234.4.2-ci maddəsi ilə elan edilmiş ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırlması mümkün deyil, ittiham tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş və iş materiallarında da belə sübut yoxdur. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə ittiham elan edilsə də, onun narkotik vasitənin satış məqsədilə əldə etməsi öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq kassasiya protestinin Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə etməsini və həmin əsaslar la da apellyasiya instansiyası məhkəməsinin onun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməsinin düzgün olmaması barədə dəlillərini mülahizə (ehtimal) xarakterli dəlillər kimi qiymətləndirir və hesab edir ki, həmin dəlillər məhkum olunmuş şəxsin Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinin sübuta yetirilmiş hesab olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əməlin tövsifi ilə bağlı mövqeyi ilə razılaşaraq qeyd edir ki, göstərilən məhkəmə cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın h əlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkumun Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində deyil, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün toplanmış sübutların hər birini mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, düzgün hüquqi nəticəyə gəlmiş; sübutların araşd ırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-a yrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliy i müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə sə lahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən e dilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumun əməlinin tövsifi, həmçinin CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, göstərilən məhkəmə tərəfindən cinayət işinə baxılarkən cinayət və cinayət-prosesseal qanunvericiliyin tələbləri pozulmamış, kassasiya protestinə əsasən apellyasiya instansiy ası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişikliksiz saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar