Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-817/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib Samirə Cavid qızı Nəsibova, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X20-dövlət ittihamçısı, -Məhkum, müdafiəçilər-vəkil Müdafiəçi1 və vəkil Müdafiəçi3 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər məhkəməsinin 12 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.11, 181.3.3, 228.4, 234.1 və 206.2-ci m addələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 17 dekabr 2018-ci il tarixli qərarından məhkum və müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər məhkəməsinin (hakimlər: X32 (sədrlik edən və məruzəçi), X29 və X16 ibarət tərkibdə) 12 fevral 2016-cı İl tarixli hökmü ilə, Məhkum-04 mart 1985-ci il tarixdə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Astara rayonunun Ərçivan qəsəbəsində qeydiyyatda olan və yaşamış, əvvəllər Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 30 iyul 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, həmin cəzanı 19 noyabr 2012-ci il tarixdə çəkib qurtarmış, 03 mart 2015-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində 05 mart 2015-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.11, 181.3.3, 228.4, 234.1 və 206.2ci maddələri ilə təqsirli bilinərək, CM-nin 120.2.4 və 120.2.11-ci maddələri ilə 19 (on doqquz) il müddətə, CM-nin 181.3.3-cü maddəsi ilə 14 (on dörd) il müddətə, CM-nin 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətə, CM-nin 234.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə, CM-nin 206.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qi smən toplamaq yolu ilə qəti olaraq 19 (on doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasının ilk 3 (üç) ilini həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 03 mart 2015-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsi tətbiq olunmaqla tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş və onun cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, Məhkum yaşadığı Astara rayonu, ********** qəsəbəsində yerləşən «Cənub» mağazasından nisyə aldığı 426 manat dəyərində ərzaq mallarının pulunu, həmçinin qəsəbəd ə yaşayan X6 və Astara rayonu, ********* qəsəbə sakini X4 borc aldığı cəmi 2700 manat pulu borc sahibləri tələb etməsinə baxmayaraq ödəyə bilmədiyindən, habelə özünün şəxsi xərclərini ödəmək üçün tamah niyyəti ilə, əvvəllər də, yəni 24 aprel 2008-ci il tarixdə əmisi X21 məxsus ******* qəsəbəsindəki evinin yaxınlığında yerləşən «Aspetrol» yanacaqdoldurma məntəqəsinin işçisinə qarşı soyğunculuq edib, yanacaq satışından əldə edilən pulu ələ keçirməklə törətdiyi cinayətə görə məhkum olunmasına baxmayaraq, yenidən həmin yanacaqdoldurma məntəqəsinin işçisinə qarşı hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıqla və ya belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib özgəsinin əmlakını, yəni əmisi R6 məxsus yanacaqdoldurma məntəqəsinin kassasına mədax il olmuş nağd pul vəsaitini quldurluqla ələ keçirmək qərarına gələrək, 22 fevral 2015-ci il tarixdə gecə yaşadığı evdə narkotik vasitə olan heroini qəbul edib, narkotik vasitənin təsiri altında sərxoş vəziyyətdə cinayətkar niyyətini həyata keçirmək üçün saat 04 radələrində evdən çıxaraq, birbaşa təxminən 300 metr məsafədə yerləşən qeyd olunan «Aspetrol» yanacaqdoldurma məntəqəsinə piyada gələrək, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə edib gəzdirdiyi, tiyəsinin bir kənarı ülgücü, gümüşü rəngli metaldan, dəstəyi gümüşü rəngli metalla eyni rəngli millər vasitəsilə bərkidilən qırmızı rəngli taxta lövhələrdən ibarət, üzərində tiyəni açıq vəziyyətdə tərpənməz saxlamaq üçün mil-fiksatoru olan, ümumi uzunluğu 26 sm, tiyəsinin uzunluğu 11,5 sm olan soyuq silah hesab edilən zavod üsu lu ilə hazırlanmış qatlanan tipli ov bıçağı ilə silahlanıb, yanacaq satışından əldə edilmiş nağd pulu quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə həmin gecə məntəqədə işləyən həmkəndlisi X11 oturduğu otaqdan çölə çağırıb, orada yanacaq satışından əldə edilmiş pulları ona verməyi tələb etmişdir. İ6 ona satış pullarının əmisi R6 məxsus olduğunu, əmisinin kassadan hər hansı bir şəxsə pul verməsini qəti qadağan etdiyini bildirərək, tələb etdiyi pulu verməkdən imtina edib çevrilərək çıxdığı otağa qayıtmaq istədikdə, İ6 qarşı həyat və sağlamlığı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətlərinin yetirilməsi ilə müşayiət olunan zorakılıqla bağlı basqın edərək, şalvarının kəmərində qanunsuz olaraq gəzdirdiyi qatlanan soyuq silah olan bıçaqdan istifadə edib sol əli ilə İ6 sifətindən tutub özünə tərəf çəkərək, müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirib, sağ əlində olan bıçaqla çoxsaylı zərbələr endirərək boyun nahiyəsinin ön səthində qırtlağın zədələnməsinə səbəb olan 1 ədəd, döş və qarın boşluqlarına nüfuz edərək sağ ciyərin, qaraciyərin, sağ böyrəyin və yoğun bağırsağın zədələnmələrinə səbəb olan 8 ədəd yara xarakterli həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, habelə sol qulaqaltı çeynəmə, çənəaltı, qasıq, sol kürəküstü, onurğanın döş və bel nahiyələrinin yaraları kimi hər biri ayrı-ayrılıqda və birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, həmçinin sol yanaq, sol almacıq, sol gözaltı, ağız, sol diz və sağ dizaltı nahiyələrinin sıyrıqları xarakterli sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən, döş və qarın boşluğuna nüfuz edərək həyat üçün vacib olan daxili üzvlərin zədələnməsinə səbəb olan və güclü daxili və xarici qanaxma ilə müşayiət olunan və həmin gün zərərçəkmişin ölümünə səbəb olan cəmi 17 ədəd bədən xəsarətləri yetirmiş, basqın zamanı yetirdiyi ağır bədən xəsarətlərindən müvazinətini itirərək yerə yıxılmış İ6in gödəkçəsinin iç cibindən yanacaqdoldurma məntəqəsinin xəzinəsinə aid özgəsinin əmlakını, yəni R6 məxsus 322,80 manat pulunu ələ keçirərək, X11 quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən öldürmüşdür. Bundan başqa, o, 2015-ci il fevralın 7-dən 9-dək İran İslam Respublikasında olduğu müddətdə şəxsiyyəti müəyyən edilməmiş şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edər ək, 09 fevral 2015-ci il tarixdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasının Astara şəhərinə keçirərək qaçaqmalçılıq edib, həmin narkotik vasitəni qanunsuz olaraq daşıyıb yaşadığı Astara rayonu, ********** qəsəbəsinə gətirərək bir hissəsini istifadə etmiş, qalan 1,170 qram hissəsini isə törətdiyi qəsdən adam öldürmə ilə bağlı istintaq olunan cinayət işi üzrə 03 mart 2015-ci il tarixdə şübhəli şəxs qismində ifadəsinin yerində yoxlanması zamanı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkar edilənədək evinin hamam otağında əl-üz yuyanın altında olan lambrinlərin arasında gizlədərək qanunsuz olaraq saxlamışdır. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməs inin 21 iyul 2016-cı il tarixli qərarı ilə (sədrlik edən: Z.B.Babayev, hakimlər: A.Q.Dosiyev və Ə.Ə.Novruzov) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: X17 (sədrlik edən və məruzəçi), X27 və X12 ibarət tərkibdə), Şirvan Apellyasiya Məhkəməsinin 21 iyul 2016-cı il tarixli qərarından məhkum və onun müdafiəçiləri, Bakı şəhəri, 13 saylı Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə 22 noyabr 2017-ci il tarixdə baxaraq, apellyasiya instansiya məhkəməsinin qərarını ləğv edərək cinayət işini yeni apellyasiya baxışına təyin etmişdir. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 17 dekabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: X33, (sədrlik edən və məruzəçi) X42 və X22) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər məhkəməsinin 12 fevral 2016-cı il tarixli hökmündə dəyişiklik edilərək, cəzaçəkməsinin əvvəli 26 fevral 2015-ci il tarixdən müəyyən edilmiş, qalan hissədə qərar dəyişdirilmədən saxlanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 17 dekabr 2018-ci il tarixli qərarından məhkum və onun müdafiəçiləri, Bakı şəhəri, 13 saylı Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 birgə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və ittiha mın bütün bəndləri üzrə ona bəraət verilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri və həmin dəlillər üzrə məhkəmələrin istinad etdiyi sübutlar. Kassasiya şikayətimdə göstərilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarını yolverilməz sübutlar olan Məhkum 01.03.2015-ci il tarixli şahid qismində dindirmə protokolu, 03.03.2015-ci il tarixli şübhəli şəxs qismində dindirmə və eyni tarixli ifadənin yerində yoxlanması protokolları və bundan irəli gələn digər protokollarla əsaslandırılmışdır. 22.02.2015-ci il tarixdə saat 09:00-dan 10:00-a kimi keçirilmiş meyitin məhkəmə-tibb ekspertizasının rəyinə görə İ6 ölümü meyitin tədqiqindən 4-6 saat əvvəl, 22.02.2015 tarixdə saat 3-5 arası çoxlu qanitirmə nəticəsində həyati əhəmiyyətli orqanların və bədənin digər hissələrinin kəsici-deş ici predmetlə yaralanmasından və küt əşya ilə yetirilmiş xəsarətlərdən baş vermişdir. Qanaxmanın başlanması, ölüm anı və meyitin aşkar edilməsi arasındakı zaman kəsiyi ekspertiza tərəfindən müəyyən edilməmişdir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, İ6 meyiti YDM-nin ərazisində benzinnasosun yaxınlığında metlaxla döşənmiş təmiz döşəmədədir. Meyitin yaxınlığında “çeçenka” papaq, bir neçə yerdə qan ləkələri aşkar edilmişdir, meyitin əynində hər iki tərəfi palçıq olan cins şalvar, şalvarın zamoku açıq vəziyyətdə, şalvarın sağ cibində cəmi 1000 manat olmaqla müxtəlif əskinaslı pullar aşkar edilmişdir. YDM-nin içində mobil telefon və X7 adına pasport aşkar edilmişdir. Hadisə yerinə baxış və digər istintaq hərəkətləri hadisəyə konkret şəxslərin aidiyyəti olması versiyalarının yoxlanm ası üçün əsas verirdi, lakin bunlar yoxlanmamışdır. 52 saylı ekspert rəyinə əsasən S6 bədənində İ6 öldüyü günə təsadüf edən bədən xəsarətləri aşkar edilmişdir; 88 saylı ekspert rəyinə əsasən YDM-dən çıxmış Fərman Əliyevin ayaqqabı və şalvarında qan izləri aşkarlanmış, lakin onların qrupunu ekspertlər müəyyən etməmişlər. Quliyevin ölüm səbəbləri ilə barədə versiyalardan biri onun ayı-ayrı qadınlarla SMS yazışmaları ilə tanışlıq zamanı kastrasiya cəhdini ehtimal etməyə əsasə verən şalvarının zamokunun açıq olması ilə aydın şəkildə sezilirdi, lakin məlum olmayan səbəblərdən lazımi şəkildə həmçinin tədqiq edilməmişdir. Bayramov qardaşlarının da qətlə aidiyyətlərinin olması sonadək yoxlanılmamışdır. 27 fevral 2015-ci il tarixdə Məhkum Qanunsuz olaraq Bakı şəhərinə BMCMİ qanunsuz olaraq etap e dilmiş və orada 3 gün saxlanmış, fiziki və psixi təzyiqlər altında İ6in öldürülmsini boynuna götürməyə məcbur edilmişdir. Məhkəmələrin istinad etdiyi sübutlardan görünür ki, Məhkum 03 mart 2015-ci il tarixdə şübhəli şəxs qismində ifadəsini Astara rayonunda vermiş və sonra həmin ifadəsinə uyğun olaraq həmin tarixdə keçirilmiş ifadənin yerində yoxlanması zamanı yalnız ona bəlli olan hadisənin detallarını əyani olaraq göstərmişdir. Belə ki, həmin ifadələrində və ifadənin yerində yoxlanması zamanı hadisəni törətməzdən əvvəl narkotik vasitə qəbul etməsini, narkotik vasitəni İİR-dan alıb gətirməsini, hadisəni törətdiyi yeri göstərmiş, narkotik vasitəni evdə gizlətdiyi yeri göstərib, narkotik vasitəni həmin yerdən götürərək istintaqa təqdim etmiş, mərhumun cibindən götürdüyü pulu gizlətdiyi yeri, cinayəti aləti olan bıçağı atdığı yeri göstərmişdir. Bu faktların özü Məhkum Bakı Şəhərində BMCMİ-də işgəncələrə məruz qalması nəticəsində etirafedici ifadələr verməsi barədə dəlilinin həqiqiliyini təkzib edir. Cinayət işi üzrə toplanmış digər sübutlar, eləcə də işgəncə faktı ilə bağlı müdafiəçinin şikayətinin aparılmaşı zamanı Məhkum özünün ifadəsi də bu dəlilin yanlışlığını təsdiq edir. Cinayət işinin materiallarından görünür ki, Məhkum müdafiəçi X34 ilə müqavilə bağladıqdan və sonuncu prosesə daxil olduqdan sonra 05 mart 2015-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən əvvəlki ifadələrindən fərqli ifadə vermiş, özünü təqsirli bilməmiş, etirafedici ifadəsini təkzib etmişdir. Cinayət işinin materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə Astararayon Prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor X8 11 aprel 2015-ci il tarixli qərarı ilə Məhkum, X5 və X7 döyülməsi və işgəncələrə məruz qalması ilə əlaqədar toplanmış materialda cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, Məhkum müdafiəçisi X23 və qardaşı X9 Məhkum döyülməsi və ona işgəncələr verilməsi barədə müraciətləri ilə əlaqədar dindirilərkən Məhkum göstərmişdir ki, ona hər hansı polis işçisi tərəfindən fiziki və psixoloji təzyiq göstərilməmişdir. Hal-hazırda da Astara rayon PŞ-nin işçiləri tərəfindən ona qarşı ona heç bir təzyiq vasitəsi tətbiq edilmir və bədənində heç bir xəsarət yoxdur. Müdafiəçisi Rafiq Alışovun nə üçün belə ərizə yazdığını izah edə bilməmişdir. Araşdırma ilə əlaqədar təyin edilmiş məhkəmə-tib b ekspertizasının 13.03.2015-ci il tarixli 77 saylı rəyinə əsasən Məhkum bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Məhkəmə tibb ekspertizasının 27.02.2015-ci il tarixli rəyinə əsasən Məhkum tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ və sol yuxarı ətrafların və döş qəfəsinin çapıq toxumaları kəsici əşyaların təsirindən törənə bilər, xəsarətlərin bəziləri 3-6 ay, bəziləri 6 aydan 1-1,5 ilə qədər və bəziləri isə 1,5 ildən artıq müddətə uyğun gəlir.həmin xəsarətkərin şəxsin göstərdiyi.əraitdə əmələ gəlməsi inkar edilmir. Ümumilikdə ayrıayrlıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarətlərdir. 03 mart 2015 tarixli götürmə protokolundan görünür ki, Məhkum hadisə törədilən vaxtı əynində olmuş tünd göy rəngli cins şalvar götürülmüşdür. Mater ialların məhkəmə ekspertizanın 06 aprel 2015-ci il tarixli 5147 saylı rəyində göstərilmişdir ki, X10 hadisə vaxtı əynində olmuş şalvarının üzərində tapılmış bozumtulgöy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Məhkum şalvarının tərkib liflərinə uyğun gəlirlər. Məhkum şübhəli şəxs qismində verdiyi ifadəsinin hadisə yerində yoxlanılmasına dair 03 mart 2015-ci il tarixli protokoldan və videoçəkilişdən aydın olur ki, Məhkum məhz ifadəsində qeyd etdiyi yerdə-yaşadığı evdə əl-üz yuyanın altından narkotik vasitə heroinə oxşar maddəni özü çıxarıb təqdim etmiş və bu maddə istintaq tərəfindən götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının 04 mart 2015-ci il tarixli 4682 saylı rəyindən görünür ki, Məhkum mənzilində aşkar edilmiş və tədqiqta atəqdim olunmuş 1.170 qram maddə kustar üsulla hazırlanm ış narkotik vasitə – heroindir (qalıq çəkisi 1,120 qram qram). Məhkəmə-narkoloji ekspertizasnın 16 mart 2015-ci il tarixli 53 saylı rəyində göstərilmişdir ki, Məhkum tiryək alkoloidlərini tərkibində saxlayan maddəlrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Maddi sübutların ekspertizası barədə 13 aprel 2015-ci il tarixli rəydə göstərilir ki, ekspertizaya təqdim edilmiş Məhkum məxsus bir ədəd cins şavar üzərində olan ləkələrdə insan qanı aşkar olunur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “B” antigenləri alndı. Bu qan ləkələr i AB(İV) qruplu şəxsə, o cümlədən də İ6 məxsus ola bilər. Maddi sünbutların ekspertizası barədə 10.08.2015-ci il tarixli rəydə göstərilir ki, ekspertizaya təqdim edilmiş Məhkum məxsus bir ədəd cins şavar üzərində (sağ arxa cibinin daxili səthində) olan ləkələrdə insan qanı aşkar olunur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “B” antigenləri alndı. Bu qan ləkələr i AB(İV) qruplu şəxsə, o cümlədən də İ6 məxsus ola bilər. Belə olan halda ləkələrdə X3 qanının olması inkar olunur. Məhkəmə-tibb ekspertizasının 21 may 2015-ci il tarixli rəyinə əsasən İ6 bədəni üzərində aşkar edilmiş xəsarətlərin ekspertizaya təqdim edilmiş bıçaqla və ya eyni konstruksiyalı başqa bıçaqla yetirilə bilməsi inkar olunmur. Maddi sübutların məhkəmə-tibbi kriminalistik ekspertizasının 14.07.2015-ci il tarixli rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş Quliyev İltifat Hüccət oğluna məxsus paltarlarda aşkar edil miş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə bə ya eyni konctruktiv xüsusiyyətə malik başqa bıçağın tiyəsi ilə yetirilməsi inkar olunmur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı ilə təyin olunmuş təkrar komission məhkəmə-tibb ekspertizasının 22.05.2018-ci il tarixli rəyindən müəyyən edilmişdir ki, X41 meyitinin müayinəsi zamanı aşkar edilmiş döş və qarın boşluğuna nüfuz edərək sağ ağciyəri, qaraciyəri, sağ böyrəyi və yoğun bağırsağı zədələyən, bir ədəd boyunun yuxarı 1/3-də qırtlağın zədələnməsinə, sil qulaqaltı, çənəaltı, qasıq sol kürəküstü, onurğanın döş və bel şöbəsində daxilə nüfuz etməyən səthi deşilmiş-kəsilmiş yaralar. Deşici-kəsici alətin təsirindən törənmiş və istintaq zamanı tədqiqiata təqdim edilmiş bıçaqla yetirilmsinə u yğin gəlir. Belə ki, meyitin ekspertizası zamanı ekspert tərəfindən xəsarətlər və zədələnən üzvlər sadalandıqdan sonra onların bıçaq tipli deşicikəsici əşya ilə yetirilməsi göstərilmiş və bu məsələnin dəqiq həlli üçün hadisə vaxtı mərhumun əynində olan paltarların tibbi-kriminalistik müayinəsinin aparılması tövsiyyə olunmuş, həmin ekspertiza aparılarkən xəsarət və zədələrin təqdim olunan bıçaqla yetirilmsi təsdiq edilmişdir. Bu tibbi praktikada rast gəlinən haldır. Belə ki xəsarət yetirən alətin həmişə yaralarda individual əlamətlərini vizual olaraq təyin etmək mümkün olmur. Tibbi-kriminalistik tədqiqiat isə xüsusi avadanlıqların köməyi ilə aparılır. X41 meyitinin müayinəsi zamanı sol yanaq, sol gözaltı, almacıq, ağız, sağ dizaltı və sol diz nahiyyəsində qeyd edilən sıyrıq kimi əşyanın (əş yaların) təsirindən ölümdən qısa müddət əvvəl törənmişlər və məhkum olunmuş Məhkum 01.03.2015-ci il və 03.03.2015-ci il tarixlərdə vermiş olduğu ifadələrdə göstərdiyi şəraitdə yaranması mümkündür. Məhkəmə-psixiatrik ekspertizasının 26.05.2015-ci il tarixli rəyindən görünür ki, Məhkum hər hansı bir psixi xətəliyin əlamətləri aşkar edilmir, həmçinn ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması halları baş verməmişdir. Həmin dövrdə öz hərəkətılərinin faktiki xarakterini və ictimaitəhlükəlilyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Göstərilən ekspertiza rəyləri Məhkum 01.03.2015-ci il və 03.03.2015-ci il tarixlərdə vermiş olduğu ifadələrində göstərdiyi, cinayət işinin faktiki vəziyyətinə uyğun olan halları, elə cə də həmin ifadələrin həqiqiliyini təsdiq etmişdir. Kassasiya şikayətində cinayətin digər şəxslər tərəfindən törədilməsinə dəlalət edən halların araşdırılıb istisna edilmədiyi göstərilmişdir. Cinayət işinin materiallarında olan 52 saylı məhkəmə-tibb ekspertizasının rəyi 22 fevral 2015-ci il tarixdə alınmışdır. Həmin rəyə əsasən X5 bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ bazu nahiyyələrinin qançırları, sağ və sol said nahiyyələrinin sıyrıqları, sağ əl nahiyyəsinin yarası xəsarətləri bərk küt alətin təsirindən əmələ gəlmişdir. Sağ bazu, sağ said və sol said nahiyyələrindəki xəsarətlərin müddəti müayinədən bir gün əvvlə, sağ əl nahiyyəsinin yarasının müddəti isə müayinədən 7-9 gün əvvələ uyğun gəlir. Beləlilə də həmin xəsarətlərin 22.02.2015-ci il tarixdə, yəni İ6 öldüyü günə təsadüf et məsi inkar olunur. Cinayət işinin materiallarında olan 88 saylı ekspert rəyinə əsasən YDM-dən çıxmış Fərman Əliyevin ayaqqabı və şalvarında qan izləri aşkarlanmış, lakin onların qrupunu ekspertlər müəyyən edə bilməmişlər. X13 məxsus pasportun hadisə yerində YDM-dən aşkar olunması faktı araşdırılmış və İ6 öldürülməsinə dəlalət edən hal müəyyən edilməmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, 03.03.2015-ci il tarixli protokla əsasən cins şalvarın və kəmərin Məhkum götürülməsi zamanı qeyd olunan əşyalar möhürlənməmişdir və bu isə qanunsuz cinayət təqibi üçün sübutların saxtalaşdırılması məqsədi ilə onların istənilən manipulyasiyasını istisna etmir. Məhkəmə kollegiyası qeyd edir ki, liflərin ekspertizası üçün Məhkum götürülmüş şalvarın və kəmərin möhürlənməməsi barədə kassasiya şikayətin in dəlilləri qəbul edilsə də, onun paltarları ilə müqayisəli tədqiqat üçün təqdim edilmiş X41 Hüccət oğlunun paltarları qanunda nəzərdə tutulmuş qaydada götürülərək möhürlənmişdir. Bu hal isə ekspertizaya qədər Məhkum və mərhum İ6in paltarların hər hansı formada manipulyasiya edilməsi (paltarların bir-birinə sürtülməsi) imkanını aradan qaldırır. Ona görə bu dəlillər də əsaslı hesab edilmir. Kassasiya şikayətində göstərilir ki, X9 və N9 apellyasiya apaşdırması zamanı verdikləri ifadələrə əsasən 19 may 2015-ci il tarixdə bıçağın çaydan çıxarılması zamanı iştirak etməyiblər,yalnız polis işçiləri tərəfindənguya artıq aşkarlanmış bıçaq barədə protokolu imzalamaq üçün dəvət ediliblər. Ona görə də 19.05.2015-ci il tarixli protokol CPM-nin 125.2.7-ci maddəsinə əsasən yolverilməz sübutdur. Məhkəmə kollegiyası Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının protokoluna əsasən qeyd edir ki, şahid X47 oğlu ifadəsində göstərmişdir ki, 2015-ci ilin ortalarında havaların təzə isindiyi vaxt Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən bıçağın çıxdığı yerdə baxılmasına şahid kimi iştirak etmək üçün dəvət edilmişəm. Astara rayonunun ********** qəsəbəsində yerləşən Qazançı çayının ətrafında polis əməkdaşlarının və 6-7 nəfər mülki şəxsin olduğunu görmüşəm, polis əməkdaşları məni çağıraraq çaydan bıçaq çıxdığını bildirərək, dəmir maqnitin üzərində olan bıçağı mənə göstərdilər. Orada həmin vaxt Astara rayon sakini olan başqa şahid də iştirak etmişdir. Həmin bıçaq qatlanmış vəziyyətdə, islaq halda idi və maqnitin üzərində otlaqlar var idi. Digər şahid X28 apellyasiya məhkəmə iclasın dakı ifadəsində göstərmişdir ki, 2015-ci ilin may ayında Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən Astara rayonu *********** qəsəbəsində yerləşən Qazançı çayında axtarış aparılmasında hal şahidi kimi iştirak etmişəm. Mən həmin yerə çatarkən 20-30 metr məsafədən mülki geyimli şəxslərin çaya kəndirlə bağlanmış maqnit tralı atıb çəkmələrinin şahidi olmuşam. Orada başqa hal şahidi, mülki geyimli şəxslər və polis əməkdaşları olmuşlar. Bir müddətdən sonra kəndirlə bağlanmış maqniti çəkən şəxslərdən biri çaydan bıçağın çıxdığını bildirdi, bizi yaxına dəvət etdilər. Bıçaq qatlanmış, paslanmamış idi və maqnit tralın üzərinə yapışmışdı. Beləliklə hal şahidlərinin ifadələri ilə əlaqədar da kassasiya şikayətinin dəlilləri həqiqiəti əks etdirməmişdir. Kassasiya şikayətində göstərilir ki, məhk əmələrin gəldiyi nəticəyə görə Məhkum cinayət əməlini tamah niyyəti ilə törətmiş, onun borcları olmuş, qətldən sonra İ6in cibindən 400 manata yaxın pul talamış, pulları tövlədə samanın altında gizlətmişdir. Lakin meyitə baxış keçirilərkən cibindən 1000 manat pul aşkar edilmişdir. Bu hal tamah niyyəti barədə nəticəni təkzib edir. Məhkum borclu olması da öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi iclasında şahid X18 ifadəsində göstərmişdir ki, Məhkum tutulmamışdan 5-6 ay əvvəl, yəni 2014-cü ilin sentyabr-oktyabr aylarında dükana gəlib 1200 manat borc pul istəmiş, hissə-hissə qaytaracağına söz vermiş və uşağının xəstə olmasını bildirmiş, zamin kimi arvadının və qayınanasının qızıl-zinət əşyalarını vermişdir. Ona görə Ə6 dükanın qazancından 1200 manat borc vermiş, bundan sonra Ə6 h əbs olunana qədər 3-4 dəfə borcun bir hissəsini qaytarmışdır, hər dəfəyə 100- 120 manat qaytarmışdır. O tutulandan sonra isə borcun bir hissəsini də qaynanası qaytarmışdır. Həmin borcdan hal-hazıradək 500 manat qalmışdır. Məhkum bolrcla bağlı tələsdirməmiş, sıxmamışdır. Birinci instansiya məhkəməsi iclasında şahid X6 ifadəsində göstərmişdir ki, Məhkum həbsə alnımamışdan iki ay əvvəl arvadı X8 gəlib ondan 1500 manat borc pul istəmiş, əvəzində qızıl da qoymaq istəmişdir. Ona 1500 manat pul vermiş, X6 bir ay ərzində pulu qaytarmağa söz vermiş, pulu verə bilməsə, vermək istədiyi qızılı satmağı demişdir. Əli tutulandan sonra mart ayında və ya aprelin əvvəllərində X6 1300 manat qaytarmışdır. Qalan 200 manat pulu onların vəziyyətləri ilə bağlı istəməmişdir. Birinci instansiya məhkəməsi iclasınd a şahid X15 ifadəsində göstərmişdir ki, yaşadığı Astara rayonu, ******** qəsəbəsində «Cənub» marketdə satıcı işləməklə, bu dükan atasına məxsus olmuşdur. Məhkum ərzaq mallarını çox vaxt onların dükanından almışdır. Dükana borclu olan adamlardan biri də Məhkum olmuş, Ə6 daim alver etdikcə borcunu vermişdir. 2014-cü ilin noyabr-dekabr ayında Ə6 dükana borcu təxminən 420 manata qalxmışdır. Ə6 hal-hazırda əlində pul az olduğunu, olanda gətirib verəcəyini bildirmişdir. Lakin borc hələ də qalmışdır, çünki Ə6 hadisə ilə əlaqədar həbs edilmişdir. Göstərilən sübutlar Məhkum hadisə ərəfəsində həqiqətən borclarının olduğunu, maddi durumunun yaxşı olmadığını sübut edir. Məhkum İ6in cibindən 400 manata yaxın pul talamasını, 1000 manatı götürməməsinin səbəbini özü etiraf ifadəsində göstərmişdir. O şübhə li şəxs qismində ifadəsində göstərmişdir ki, İ6ə borclarının olduğu üçün 400-500 manat pul lazım olduğunu dedikdə, İltifat kurtkasının sol iç çibindən pul çıxardaraq, burada 400 manata yaxın pul olduğunu, burda alverin zəif olduğunu, həmçinin həmin pulları səhər tezdən yanacaqdoldurma məntəqəsinin işinə nəzarət edənlərin gəlib götürəcəyini, yanacaq doldurma məntəqəsinin sahibi R6 burdan kiməsə pul verməsini qadağan etdiyini bildirmiş, «iki gözüm də olsa, vermərəm» demişdir. Bununla əlaqədar Məhkum İ6in yalnız kurtkasının sol iç çibində 400 manata yaxın pul olduğunu zənn etmiş, paltarlarının başqa ciblərində hər hansı pul olmasını düşünməmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, Məhkum paltarında, ayaqqabısında və bədənində İ6 qan izləri tapılmamışdır. Hadisə yerində, zərərçəkmiş şəx sin paltarında və bədənində Məhkum məxsus əl, ayaq izləri aşkara edilməmişdir Birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş əlavə məhkəmə bioloji-genetik ekspertizanın 10 avqust 2015-ci il tarixli 264/2015-MTBŞr saylı rəyi ilə müəyyən edilmişdir ki, Məhkum cins şalvarında (sağ arxa cibinin daxili səthində) olan qan ləkələri X14 məxsus ola bilər. X1 məxsus paltarlarda Məhkum məxsu paltarların lif hissəciklərinin olması yuxarıda göstərilmişdir. Bu hallar barədə kassasiya şikayətində göstərilənlər də əsaslı hesab edilmir. Kassasiya şikayətində göstərilmişdir ki, 21 may 2015-ci il tarixli məhkəmə-tibb ekspertizasının rəyinə əsasən İ6ə yetirilən xəsarətlərin biri iki tərəfli, digəri bir tərəli iti tiyəli bıçaqla yetirilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası bunu giz lətmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 22.02.2015-ci il tarixli 03 saylı, 21.05.2015ci il tarixli 06/03 saylı və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı ilə təyin olunmuş təkrar komission məhkəmə-tibb ekspertizasının 22.05.2018-ci il tarixli rəylərindən müəyyən edilmişdir ki, İ6ə yetirilən xəsarətlərin Məhkum İ6i qətlə yetridiyi bıçağı atdığı Qazandaşı çayından 19.05.2015-ci il tarixdə maqnit “tral” vasitəsilə baxış keçirilərkən aşkar edilmiş bir ədəd qatlanan cib bıçağı ilə yetirilməsi inkar edilmir. Təkrar komission məhkəmə-tibb ekspertizasının 22.05.2018-ci il tarixli rəyindən müəyyən edilmişdir ki, X41 meyitinin müayinəsi zamanı aşkar edilmiş döş və qarın boşluğuna nüfuz edərək sağ ağciyəri, qaraciyəri, sağ böyrəyi və yoğun bağırsağı zədələyən, bir ədəd boyunun yuxarı 1/3-də qırtlağın zədələnməsinə, sil qulaqaltı, çənəaltı, qasıq sol kürəküstü, onurğanın döş və bel şöbəsində daxilə nüfuz etməyən səthi deşilmiş-kəsilmiş yaralar. Deşici-kəsici alətin təsirindən törənmiş və istintaq zamanı tədqiqiata təqdim edilmiş bıçaqla yetirilmsinə uyğin gəlir. Xəsarətlərin biri iki tərəfli, digəri bir tərəli iti tiyəli bıçaqla yetirilməsi barədə kassasiya şikayətinin dəlilləri ekspertiza rəyləri ilə təkzib edilmişdir. Kassasiya şikayətində Məhkum sol əlinin uşaqlıqdan əlil olması və onun elan edilmiş ittihamda təsvir edilmiş hərəkətləri həmin əli ilə icra etməsi mümkünlüyü mübahisələndirilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasınən qərarı ilə təyin edilmiş Məhkum təkrar komission məhkəmə-tibb ekspertizasının 12.10.2018-ci il tarixli rəyində göstərilir ki, Məhkum məhkəmə-tibb ekspertizası zamanı sol said nahiyyəsində aşkar edilən çapıqla əlaqədar əl barmaqlarında cüzi əzələ zəifliyi, əl barmaqlarının bükmə qabiliyyətinin natamam olması və yuxarı ətrafı təşkil edən bazu, dirsək, mil-bilək oynaqlarında bütün hərkətlərin tam olması müəyyən edildi. Odur ki, Məhkum qeyd edilən hadisənin baş vermə şəraitində sol yuxarı ətrafla istənilən hərəkətləri etmək iqtidarında olmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən dəlillər birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclasında tədqiq edilmiş yuxarıda şərh edilən, cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər məhkəməsinin 12 fevral 2016-cı İl tarixli hökmündə və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2018-ci il tarixli qərarında istinad edilən sübutların məcmusu ilə təkzib edilir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini toplanmış sübutların məcmusu ilə müqayisəli şəkildə müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçilərinin kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 17 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər ü zrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkumun və müdafiəçilərinin kassasiya şikayətində göstərilmişdir ki, məhkəmə Azərbaycan Re spublikası CPM-nin 420.1-ci maddəsinin tələbini pozmuş, cinayət mühakimə icraatının bütöv bir mərhələsini prosesdən çıxarmış və apellyasiya şikayətnə yenidən baxarkən ilkin baxış iclası keçirməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini əsassız hesab edərək göstərir ki, cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2016cı il tarixli ilkin baxış qərarı ləğv edilmədiyindən, həmin iş üzrə yenidən ilkin baxış iclasının keçirilməsi və yeni ilkin baxış qərarının qəbul edilməsi CPM-nin 420.1-ci maddəsinin tələbinə uyğun deyil. Azərbaycan Respublikası CPM-nin 420-ci maddəsinə əsasən məhkəmənin hökmü və ya qərarı kassasiya qaydasında ləğv edildikdən sonra apellyasiya instansiyası məhkəməsində cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat ma teriallarının və ya xüsusi ittiham qaydasında şikayətin yenidən baxılması bu Məcəllənin 381 - 407-ci maddələrinə müvafiq olaraq aparılır. Hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası 22 noyabr 2017-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının yalnız 21 iyul 2016-cı il tarixli yekun məhkəmə baxışının qərarını ləğv edərək cinayət işini yüni apellyasiya baxışına qaytarmışdır, ilkin baxış qərarı ləğv edilməmişdir. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası eyni apellyasiya şikayətləri üzrə düzgün olaraq yenidən ilkin baxış iclası keçirməmişdir. Ona görə də bu barədə kassasiya şikayətinin dəlili əsassız hesab edilir. Cinayət işinin materiallarından görünür ki, cinayət əməlinin açılması və Məhkum t əqsirliliy ilk olaraq onun özünün verdiyi etirafedici ifadəsindən başlanmış, daha sonra hımin ifadədə göstərilən halların həqiqiliyi yoxlanılaraq bu halları təsdiq edən digər sübutlar toplanmışdır. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, toplanmış sübutların məcmusu Məhkum etiraf ifadələrinin hıqiqiliyini təsdiq etmişdir. Ona görə də, məhkəmələrin cinayət işi üzrə qərarları əsaslı hesab edilsiyindən kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Lenskayanın Rusiyaya qarşı işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 29.01.2009-cu il tarixli qərarında göstərilir ki, “Hüquqi dövlətin ən mühüm Prinsiplərindən biri hüququi müəyyənlikdir və onun mənasına görə heç bir tərəf yalnız işin yenidən araşdırılması və ya yeni qərar əldə edilməsi məqsədi ilə prosesin yenidən keçirilməsini tələb edə bilməz. Bu prinsipdən yalnız o hallarda kənara çıxıla bilər ki, əhəmiyyətli və xüsusuilə vacib hallar bunu tələb etsin. Konvensiya prinsipcə yekun məhkəmə qərarı ilə nəticələnmiş prosesin Dövlətlərə məhkəmə səhvlərinin düzəldilməsinə imkan vermək üçün yenidən açılmaşına icazə verir. Velikova Bolqarıstana qarşı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 04.10.2000-ci il tarixli qərarında göstərilir ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartı sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsi pdir. Lakin belə sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nıticələrin, yaxud faktlara əsaslanan analoji təkzibolunmaz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Məhkəmə kollegiyası qərarın yuxarıdakı bölmədəsində çərh edilənlərə əsasən hesab edir ki, cinayət işinin ibtidai istintaqı, birinci və apellyasiya instansiya məhkəmələrində sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edilmiş, toplanmış sübutların məcmusu sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. Kassasiya şikayətinin dəlilləri qərarın yuxarıdakı bölməsində təsvir edilən birinci və apellyasiya instansiya məhkəmələrinin istinad etdiyi sübutların məcmusu ilə təkzib edildiyindən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 17 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum, müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11, 181.3.3, 228.4, 234.1 və 206.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət iş i üzrə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 17 dekabr 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-817/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-817/2019
25.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver