Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-817/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Quliyev Eldəniz Mənaf oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayət lər Məhkəməsinin 25 avqust 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi E.M.Quliyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 avqust 2021-ci il tarixli hökmü ilə (hakimlər Quliyev Nizami Fərzi oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə) Təqsirləndirilən şəxs, xx xxx 1998-ci il tarixdə Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuş, Azərbaycan Respublikas ının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonunun Günəşli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəlinin 31 mart 2021-ci il tarixdən hesablanması, həmçinin hökmlə CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsn barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda külli miqdarda yəni, 1450 qram narkotik vasitə tiryəki və 1230 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, 31 mart 2021-ci il tarixdə saat 20:30-da Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Şəhidlər Xiyabanı” abidəsinin yaxınlığında yerləşən dayanacaqda saxlanaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əlində olan sarı rəngli zənbilin içərisində qanunsuz olaraq saxladığı 01 ədəd bağlamada təmiz çəkisi 1450 qram tünd qəhvəyimtil rəngli, spesfik iyli, qatrana bənzər xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 02 ədəd bağlamada ayrıayrılıqda təmiz çəkisi 1075 qr və 155 qr, ümumi təmiz çəkisi isə 1230 qram qəhvəyimtil rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Hökmdən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi E.M.Quliyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə) 12 yanvar 2022-ci il tarixli qərarı ilə məhkumun apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi E.M.Quliyev kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsin i və işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına, məhkum Təqsirləndirilən şəxs cinayət təqibi zamanı verdiyi ifadələrinə istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi E.M.Quliyev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai araşdırma orqanı tərəfindən, həm də ki işə məhkəmələrdə baxılarkən iş üzrə toplanmış sübutlara düzgün qiymət verilməmiş, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 143-146-cı maddələrinin tələbləri pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış, nəticədə Təqsirləndirilən şəxs qarşı CM-nin 234.4.3-cü maddəsi ilə əsassız ittiham irəli sürülmüş və o, qanun suz olaraq həmin ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə özünü təqsirli bilmir və hesab edir ki, onun barəsində qəbul edilmiş yekun məhkəmə aktları qərəzli və qanunsuzdur. İşin hallarını mübahisələndirən müdafiəçi bildirir ki, cinayət işinin materiallarında olan sübutlarla bir daha təsdiq olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, Cənub Regional Şöbəsinin əməkdaşları tərəfindən təşkil edilmiş əməliyyat tədbirində iştirak etmək üçün Şirvan şəhərinə getmiş, narkotik vasitələr isə həmin əməliyyat tədbiri nəticəsində əldə olunmuşdur. Bununla bağlı müdafiəçi qeyd edir ki, Biləsuvar rayon polis şöbəsinin əməkdaşı olan X və Təqsirləndirilən şəxs birlikdə əməliyyat tədbirində iştirak etm iş, lakin bunu təsdiq edə bilən Təqsirləndirilən şəxs qaynı X1 şahid qismində məhkəməyə dəvət edilib dindirilmələri, polis əməkdaşlarının telefon anten dairəsinin xronoloji ardıcıllıqla yoxlanılması barədə müdafiə tərəfinin verdiyi vəsatətlər birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş, apellyasiya instansiya məhkəməsi isə həmin halların apellyasiya qaydasında araşdırılması üçün məhkəmə baxışının qismən istintaqla keçrilməsindən imtina etmiş, müəyyən edilmiş hallara isə heç bir hüquqi qiymət verməmişdir. Müdafiəçinin fikrincə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2022-ci il tarixli qərarı maddi və prossesual hüquq normaların pozulması nəticəsində qəbul edildiyindən həmin qərar ləğv edilməli və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul olunmalıdır. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında məhkum Təqsirləndirilən şəxs qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmasına baxmayaraq o, məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkum M.Ə.Ağayevin iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etm əsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi E.M.Quliyevin həmin şikayətinin əsas dəlili ondan ibarətdir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Təqsirləndirilən şəxs barəsindəki yekun məhkəmə aktl arını cinayət işinin materialları ilə əlaqəli şəkildə yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayə t faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnm əsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim e dilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Ko nstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş i nsan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə it tihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəm ənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir, işin hallarına və toplanmış və araşdırılmış sübutlara uyğundur və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materialla rına əsasən, məhkum Təqsirləndirilən şəxs təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni məhkum Təqsirləndirilən şəxs ibtidai araşdırma və məhkəmə iclasında verdiyi qismən etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə maddi sübutlarla və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin araşdırma, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər han sı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə kollegiyası işin bu faktiki hallarının arxasında duran, ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların bir hissəsinə müraciət etməyi zəruri bilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək Şirvan şəhərində aparılan əməliyyat tədbirində polis əməkdaşları ilə birlikdə iştirak etməsini, bu əməliyyat tədbiri nəticəsində narkotik vasit ələrin əldə olunduğunu, həmin narkotik vasitələrlə onun heç bir aidiyyatının olmamasını bildirsə də, heç bir təsir və təzyiq göstərilmədən ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər ruhi-əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə olunmamış, tutulmamışdan təxminən 3-4 gün əvvəl telefonla tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən və adının “Şahin” olmasını bildirirən şəxs 31 mart 2021-ci il tarixdə ona «Whatsapp» sosial şəbəkəsi vasitəsi ilə zəng edərək, Şirvan şəhəri, Şəhidlər Xiyabanı adlanan yerə sarı rəngli zənbil qoyacağını, həmin zənbilin içərisində 03 ədəd sellofana bükülmüş vəziyyətdə narkotik vasitə olacağını bildirmiş və həmin zənbili götürüb Bakı şəhərində dediyi yerə qoymasını təklif edərək bunun müqabilində ona 200 manat məbləğində pul verəcəyini bildirmiş, o, da pula ehtiyacı olduğundan onunla razılaşmışdır. Bunun üçün o, “Şahin” adlı şəxsdən dediyi zənbili qoyduğu yerin şəklini çəkib atmasını istəmiş, sonuncu da həmin şəkli «Whatsapp» sosial şəbəkəsi vasitəsi ilə ona göndərmişdir. Bundan sonra o, həmin gün yaşadığı Biləsuvar rayonundan tanımadığı yol maşını ilə Şirvan şəhərinə gəlmiş, Şahinin dediyi Şəhidlər Xiyabanının yanına gedib, oradan dayanacağın arxasına qoyulmuş sarı rəngli zənbili götürüb içərisinə baxdıqda, həmin zənbilin içərisində 3 ədəd sellofana bükülmüş bağlama olduğunu görmüşdür. O, zənbilin ağzını bağlayıb, götürdüyü yerə qoymuş və havanın qaralmasını gö zləmiş, hava qaraldıqdan sonra isə təxminən saat 20 radələrində həmin zənbili qoyduğu yerdən götürüb Bakı şəhərinə yola düşmək qərarına gəlmişdir. Bunun üçün o, yola çıxan zaman mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt üzərində narkotik vasitə olduğu üçün əvvəlcə getmək istəməmiş, lakin sonra razılaşaraq polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə gəlmişlər. Polis şöbəsində olarkən ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmiş, ona hüquqlarının müdafiəsi üçün vəkillərin siyahısı təqdim olunmuş, o da, həmin siyahıdan müdafiəçi Fərəcov Salman Böyükağa oğlunu seçmiş, müdafiəçi Salman Fərəcov gəldikdən sonra isə ona hüquq və vəzifələri izah olunaraq, üzərində video müşahidə vasitəsi ilə şəxsi axtarış aparılacağı bildirilmişdir. Bundan sonra müdafiəçinin və digər polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı tərəfindən üzərində qanunsuz əşya, predmet və ya maddə vardırsa onları könüllü təqdim etməyini təklif olunmuşdur. O, da həmin vaxt əlində olan sarı rəngli zənbilin içərisində olan 3 ədəd sellofana bükülmüş narkotik vasitələri təhqiqatçıya təqdim etmiş, həmin sellofan bükümlər açılıb içərisinə 2 ədəd sellofana bükülmüş bağlamanın içərisindən narkotik vasitə heroinə bənzər kütlə və 1 ədəd sellofana bükülmüş bağlamanın içərisindən narkotik vasitə tiryəkə bənzər maddə aşkar olunmuş, şifahi sorğulara cavab olaraq bildirmişdir ki, həmin bağlamalarda olan narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı və özünü “Şahin” adı ilə təqdim edən şəxslə aralarında olan razılıq əsasında 200 manat pul müqabilində Bakı şəhərinə aparmalı idi. Bundan sonra polis əməkdaşı tərəfindən üzərinə də baxış keçirilmiş, baxış zamanı üstündən 1 ədəd “Redmi” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra çantada olan 3 ədəd sellofan bağlamalarda olan kütlələr müvafiq qaydada qablaşdırılmış, bu istintaq hərəkətinin aparılması haqqında protokol tərtib olunmuş, o, həmin protokolla tanış olaraq orada imza etmişdir. Narkotik vasitələrin əldə edilməsi ilə bağlı göstərdiklərindən başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Şahin adli şəxslə «Whatsapp» sosial şəbəkəsi vasitəsi ilə danışmış, lakin onun üzünü görməmiş, kim olması, harda yaşaması barədə heç nə bilməmiş, lakin onunla əvvəllər də danışmış və bu danışıqlar da narkotik vasitələrin göndərilməsi ilə əlaqədar olmuşdur. Buna baxmayaraq o, əvvəllər narkotik vasitələrin daşıması ilə məşğul olmamış, belə vasitələrin alqı-satqısı ilə məşğul olmamış, lakin özü təsadüfi hallarda narkotik vasitələrdən istifadə etmişdir. Cinayə işi üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların təhlili göstərir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında deyil, ibtidai araşdırma zamanı verdiyi ifadələri şahidlər Şahid1, Şahid2, Şahid3 ifadələri ilə, axtarış və götürmə aparılması haqqında 31 mart 2021-ci il tarixli protokolla, məhkəmə-kimyəvi ekspertizasının 31 mart 2021-ci il tarixli 18/390 nömrəli və məhkəmə-narkoloji ekspertizasının 10 iyun 2021-ci il tarixli 1832 nömrəli rəyləri ilə təsdiq edilir. Bundan başqa, cinayət işi materiallarına əlavə olunmuş “Baxış keçirilməsi haqqında” 24 aprel 2021-ci il tarixli protokoldan göründüyü kimi, baxış keçirilən 1 ədəd “Redmi” markalı mobil telefonun “Galery” bölməsində narkotik vasitələrin fotoşəkilləri, həçminin, üzərində narkotik vasitənin çəkisi yazılan və tərəzinin üzərində yazılar olan bağlamalar görünür. Bundan başqa mobil telefonun “Watshapp” sosial şəbəkəsinə aid proqrama daxil olduqda, başqa ölkənin mobil operatorlarına məxsus olan +**********06, +**********25, +**********20, +**********21, +**********42, +**********57, +**********21, +**********61, +98910 8297735, +**********85, +**********65, +**********40, +**********51, +98933 3791392, +**********70, +**********60, +**********31, +**********70, +**********63, +**********17 mobil nömrələr, həmin mobil nömrələrlə narkotik vasit ələrin satışı, narkotik vasitələrin alış və satış qiymətləri, narkotik vasitələrin fotoşəkilləri və digər xüsusatlar vardır. Həmçinin, qeyd olunan mobil nömrələrin abonentləri ilə Təqsirləndirilən şəxs telefon danışıqları aparması müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin 21 may 2021-ci il tarixli 7(1)-9-205-2131-1221 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli barəsində Regional Şöbənin əməkdaşlarının heç bir məlumatı olmamış, o, qabaqcadan İran İslam Respublikasının vətəndaşı “Şahin” adlı şəxsə mobil telefon vasitə ilə əlaqə saxlamaqla öz qanunsuz əməllərini həyata keçirmişdir. Sorğuda adları göstə rilən şəxslər: X1-şöbənin baş əməliyyat müvəkkili, polis kapitanı X5, X2-şöbənin baş əməliyyat müvəkkili, polis kapitanı X3, İlqarşöbənin əməliyyat müvəkkili, polis mayoru X9 və X8-şöbənin operatoru, polis baş serjantı X10r. Şöbənin baş əməliyyat müvəkkili X1 tərəfindən əməliyyat-axtarış tədbirlərində iştirak etməsindən ötrü Təqsirləndirilən şəxs hər hansı bir şifahi məlumat və ya yazılı ərizə alınmamış və sonuncu heç bir sənədi imzalamamışdır. BNMİ-nin Cənub Bölgəsində Regional Şöbəsinin şəxsi heyətinin tərkibində X6, X7, X11 və X12 adlı şəxslər xidmət etmir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitələri Azərbaycan Respublikası DİN-nin BNMİ-nin Cənub Bölgəsində Regional Şöbənin məlumatı əsasında həmin şöbənin əməkdaşları tərəfində n əməliyyat tədbirinin keçirilməsi ilə əlaqədar Şirvan şəhəri, M.Əliyev prospektində yerləşən dayanacaqdan götürdüyünü, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmadığını bildirsə də, göstərilən xüsusatlar cinayət təqibinin bütün dövrü ərzində öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadələrinin araşdırılmış digər sübutlarla təsdiq olunmasını nəzərə alaraq həmin ifadələri də qəbul etdikləri yekun məhkəmə aktlarının əsası kimi qəbul etmiş və bununla hər hansı qanun pozuntusuna, o cümlədən CPM-nin 126.6-cı maddəsinin tələblərinin pozulmasına yol verməmişlər. CPM-nin 126.6-cı maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Eyni zamanda, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmələr Təqsirləndirilən şəxs ona CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi barədə yekun məhkəmə aktları qəbul edərkən CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntularla əldə edilmiş sübutlardan da istifadə etməmiş, belə pozuntulara isə ümumiyyətlə istər ibtidai araşdırma zamanı, istərsə də işə məhkəmələrdə baxılarkən yol verilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi məsələsi ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, həmin maddədə satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri v ə ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərməyə, yaxud qanunsuz olaraq həmin miqdarlarda narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkum olunmuş şəxsin əməlinin tövsifinə dair birinci və apellyasiya instansiya məhkəmələrinin gəldikləri nəticə düzgündür və bununla bağlı ilk növbədə vurğulamağı lazım bilir ki, şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; - şəxs belə hərəkətləri qanunsuz etməlidir; - nar kotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitə lərin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxı nlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməsinə və əməlinin hüquqi tövsifinə dair məhkəmələrin gəldikləri nəticə yuxarıda şərh edilən əsaslara görə həm işin faktiki (obyektiv) hallarına, həm də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işlərinə baxılması üzrə Ali Məhk əmə tərəfindən formalaşdırılmış vahid məhkəmə təcrübəsinə uyğundur. Məhkəmə kollegiyası məhkəmələrin gəldikləri bu nəticə ilə razılaşmaqla qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməlinin başqa cür qiymətləndirilməsi üçün heç bir əsas yoxdur və bu baxımdan kassasiya şikayətində irəli sürülmüş dəlillər qəbul edilməz sayılmalı, məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarının mülahizələrə əsaslanması barədə fikir yürütmək isə mümkün deyil. Məhkəmə kollegiyası bu qənaətə gələrkən qanunvericiliyin aşağıdakı normalarının tələblərinə də əsaslanır. Belə ki, CPM-nin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübut ların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 146.1-ci maddəsində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsinin tələblərinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunvericiliyin şərh olunan tələbləri ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 349.5-ci maddəsində “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən şəxsin, zərərçəkmişin və ya şahidin təkcə onların məhkəmədə verdiyi ifadələrini deyil, həmçinin həmin şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin qanunsuz yolla (CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə) alınması müəyyən edilməmiş olsun, buna görə belə ifadələr məhkəmə tərəfindən sübutlar siyahısından çıxarılmasın, bu ifadələr digər sübutlarla təsdiq edilsin və və qanuni yolla alınmış ifadələr kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun məhkəmə aktlarında məcmu qaydasında qiymət verilsin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh e dilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymə t verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbə sində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında ifadələr verməsi, onun dindirilməsi zamanı CPM-nin 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilməmiş və həmin ifadələr digər sübutlarla, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, məhkəmə ekspertizalarının rəyləri ilə və başqa sübutlarla tam təsdiq edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək hesab edir ki, işə baxan məhkəmələr CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların məhkum Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi cinayətlərin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında da düzgün nəticəyə gəlmişlər. Bu səbəbdən məhkəmə kollegiyası vurğulayır ki, baxılan işdə CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Müdafiəçinin kassasiya şikayətində Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.4.3-cü maddəsi ilə təyin olunmuş cəzan ın həddindən artıq ağır olması mübahisələndirilmədiyindən və bu cəzanın yüngülləşdirilməsi barədə tələb irəli sürülmədiyindən, apellyasiya instansiyası məhkəməsi isə adı çəkilən məhkumun barəsində işə baxarkən iş üzrə müəyyən olunmuş bütün halları nəzərə alaraq bu məsələnin həlli zamanı maddi hüquq normalarının – CM-nin 8, 41, 58 və 59-cu maddələrinin tətbiqində pozuntuya yol vermədiyindən, məhkəmə kollegiyası göstərilən məsələnin təkrarən müzakirə edilməsinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi və ya həmin cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmır. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib müdafiəçi E.M.Quliyevin kassasiya şikayətin in dəlillərini nəzərdən keçirərək və sonuncunun həmin şikayətin təmin edilməsi, dövlət ittihamçısı H.B.İmranovun isə kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2022-ci il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 34.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-817/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-817/2022
14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver