Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-817/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Goranboy Rayon Məhkəməsinin 8 avqust 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 noyabr 2024-cü il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Goranboy Rayon Məhkəməsinin 8 avqust 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Mustafayev Taleh Məhəmmədəli oğlu) Məhkum, xx xxxxxxx 1988-ci il tarixdə Goranboy rayonunun Şəmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, CM-in 177.2.2, 17 7.2.3, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, onun məhkəməyədək icraat zamanı 23 sentyabr 2023-cü il tarixdən 25 sentyabr 2023-cü il tarixədək tutulmasını 2 (iki) gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər hesabı ilə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla məhkum olunmuş şəxsin üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, sonuncunun üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vas itənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzanın icrasının isə Məhkum yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qəsdən tamah niyyətilə saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Məhkum tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 23 avqust 2023- cü il tarixdə saat 23 radələrində etibarnaməsi olmadan atası Şahid2 Sirac oğluna məxsus 2106 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonu Goran qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi «Lider İnşaat» mağazasının arxasına gəlib mağazanın anbarının dəmir lövhələrini elektro drellə açıb, mağazanın anbarına qanunsuz daxil olaraq, oradan 670 manat dəyərində 1 ədəd “Maketa-35” markalı qaynaq aparatını və 720 manat dəyərində 1 ədəd “Şimqe-40” markalı su mühərrikini, Zərərçəkmiş şəxs ümumilikdə 1390 manat dəyərində əmlakını gizli yolla talamaqla oğurlamışdır. Bundan sonra o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 2 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində özünə məxsus “Volkswagen Passat” markalı ** ZY *** dö vlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonu Goran qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi «Lider İnşaat» mağazasının arxasına gəlib mağazanın anbarının dəmir lövhələrini elektro drellə açıb, mağazanın anbarına qanunsuz daxil olaraq, oradan 1650 manat dəyərində 1 ədəd “Rossi” markalı kombi aparatını gizli yolla talamaqla oğurlamışdır. Bundan sonra o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 14 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində özünə məxsus “Volkswagen Passat” markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonu Goran qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi «Lider İnşaat» mağazasının arxasına gəlib mağazanın anbarının dəmir lövhələrini elektro drellə açıb, mağazanın anbarın a qanunsuz daxil olaraq, oradan 380 manat dəyərində 1 ədəd “Ural” markalı odun doğrayanı gizli yolla talamaqla oğurlamışdır. Bundan sonra o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 22 sentyabr 2023-cü il tarixdə saat 22:30 radələrində Goranboy rayonu Goran qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi «Lider İnşaat» mağazasının arxasına gəlib mağazanın anbarının dəmir lövhələrini elektro drellə açıb, mağazanın anbarına qanunsuz daxil olaraq, oradan 1900 manat dəyərində 1 ədəd «Hidro» markalı kombi aparatını, 1650 manat dəyərində 1 ədəd «Rossi» markalı kombi aparatını, hər biri 360 manat, cəmi 720 manat dəyərində 2 ədəd «ATO» markalı su qızdırıcını, hər biri 420 manat, cəmi 1680 manat dəyərində 4 ədəd «Fan» markalı su qızdırıcını, 470 mana t dəyərində 1 ədəd «Espa» markalı hidrofon su mühərrikini, 470 manat dəyərində 1 ədəd «Safun-160» markalı qaynaq aparatını, hər biri 380 manat, cəmi 760 manat dəyərində 2 ədəd «Ural» markalı odun doğrayanını, hər biri 390 manat, cəmi 780 manat dəyərində 2 ədəd «Zenit» markalı odun doğrayanını, 470 manat dəyərində 1 ədəd 2,26-lıq yer deşən peraparatorunu, hər biri 680 manat, cəmi 1360 manat dəyərində 2 ədəd «Karpat-300» markalı qaynaq aparatını, 820 manat dəyərində 1 ədəd «Maketa-250» markalı qaynaq aparatını, 670 manat dəyərində 1 ədəd «Maketa-35» markalı qaynaq aparatını, 400 manat dəyərində 1 ədəd «Marqus-40» su mühərrikini, 1100 manat dəyərində 1 ədəd «Şimqe-100» markalı su mühərrikini, 720 manat dəyərində 1 ədəd «Şimqe-40» su mühərrikini, hər biri 15 manat, cəmi 750 manat dəyərində 5 0 ədəd radiator kranlarını, 800 manat dəyərində 1 ədəd «Marqus» markalı 100-lük paplavok mühərrikini, 470 manat dəyərində 1 ədəd «Marqus-158» markalı su mühərrikini, ümumilikdə 15990 manat dəyərində əmlakını gizli yolla oğurlayarkən mağazada fəhlə işləyən X6 mağazaya gəldiyi üçün öz iradəsindən asılı olmayan səbəbdən oğuluq cinayət əməlini başa çatdıra bilməyərək xeyli miqdarda özgə əmlakını gizli yolla talamağa cəhd etmişdir. Hökmdən dövlət ittihamçısı Tanrıverdi Rəşad Əzizxan oğlu tərəfindən verilmiş apellyasiya protestinə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Faiq Nüsrət oğlu və Əzizov Sevindik Əziz oğ lundan ibarət tərkibdə) 7 noyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Goranboy Rayon Məhkəməsinin 8 avqust 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İşin müəyyən edilmiş faktiki hallarına və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hələ işə birinci instansiya məhkəməsində baxılarkən onun təmsil etdiyi şəxs məhkəmənin cəza təyininə dair gəldiyi nə ticə ilə ümumiyyətlə razı olmamışdır ona görə ki, iş üzrə ibtidai araşdırma düzgün aparılmamış, dəymiş real zərər isə düzgün hesablanmamışdır. Belə ki, iş materiallarından məlum olur ki, məhkum növbəti dəfə oğurluq cinayətini törətməyə cəhd etməsi ifşa olunduğu üçün o, törətdiyi əməlləri etiraf etməyə məcbur olmuş, bu hal isə onun səmimi etirafına və törətdiyi əməllərin üstünün açılmasına kbmək etməsinə dəlalət etmir. Belə nəticəyə gəlməyə əsas verən daha bir hal ondan ibarətdir ki, ibtidai araşdırma zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Məhkum əvvəllər törətdiyi oğurluq cinayətlərini əks etdirən video görüntüləri ibtidai araşdırma orqanına təqdim etdikdən sonra sonuncu məcbur qalaraq həmin cinayət əməllərini törətməsini də etiraf etmişdir. Şikayət müəllifi daha sonra qeyd etmişdir ki, başa çatmış cinayət əməlləri nəticəsində zərər çəkmiş şəxsə daha çox maddi ziyan dəymiş, lakin ibtidai araşdırma orqanı və məhkəmələr tərəfindən bu halı təsdiq edən sübutlara düzgün qiymət verilməmiş, nəticədə isə daha ağır cinayət əməlləri törətmiş Məhkum açıqaşkar yüngül cəza təyin edilmişdir. Kassasiya şikayəti müəllifinin qənaətinə görə, onun müraciətində istinad etdiyi dəlillərdə belə qənaətə gəlməyə əsas verir və belə olan halda Məhkum barəsindəki apellyasiya instansiyası məhkəməsinin yekun qərarı ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Şərh edilənlərə əsaslanaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri haqqın da cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin e lanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə kassasiya şikayətinin məzmunundan göründüyü kimi, bu müraciətin müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində Məhkum həddindən artıq yüngül cəzanın təyin edilməsini və iş üzrə sübutlar düzgün araşdırılmadığını iddia edərək öz kassasiya tələbini CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cəzanı ağırlaşdıran və ya yüngülləş dirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən iş üzrə şqəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyə ti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökmün və ya qərarın ləğv edilməsi və işin yeni apel lyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyy ən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya şikayətinin cinayət işinin ibtidai istintaq zamanı düzgün araşdırılmamasına dair dəlilinə və bu dəlillər üzərində qurulmuş tələbə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum ifadələri ilə yanaşı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, həmçinin şahidlər Şahid1, Şahid3, Şahid4, Şahid5 ifadələrinə, məhkəməəmtəəşünaslıq ekspertizasının 31 yanvar 2024-cü il tarixli, 9/741 nömrəli rəyinə, müəyyən istintaq hərəkətlərinin aparılması haqqında protokollara əsaslanaraq, CPM-in 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkumun əməlinin CM-in 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə tövsif edilməsi haqda qənaətə gəlmişlər. Cinayət işinin materiallarından göründüyü kimi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 24 aprel 2024-cü il tarixdə cinayət işinin materialları ilə tanış olarkən faktiki olaraq ibtidai araşdırma orqanının iş üzrə gəldiyi nəticə ilə razılaşmış, bu zaman cinayət işinin materialla rına və maddi sübutlara dair hər hansı vəsatətinin olmasını bildirməmiş, sübutların qiymətləndirilməsi haqda 17 aprel 2024-ci il tarixli qərarı isə Məhkum barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi hissədə isə istər zərər çəkmiş Zərərçəkmiş şəxs, istərsə də kassasiya şikayətinin müəllifi olan onun nümayəndəsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qarşısında və ya məhkəmə nəzarəti qaydasında mübahisələndirməmişlər. Cinayət işinin materiallarından görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum tərəfindən törədilmiş oğurluqlar nəticəsində ona ibtidai araşdırma orqanının Məhkum qarşı irəli sürdüyü ittihamda göstərilən ziyandan daha çox ziyan vurulmasını iddia etsə də istər o, istər onun nümayənd əsi, istərsə də dövlət ittihamçısı həmin ittihamın ağırlaşdırılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatətlə çıxış etməmiş və buna görə məhkəmə həmin ittiham cəmində işə baxaraq iş üzrə müvafiq nəticəyə gəlmiş, bu zaman isə CPM-in 318-ci maddəsinin tələblərinə riayət etmişdir. Belə ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çı xartmaq hüququna malikdir. CPM-in 318.2-ci maddəsinin tələblərindən görünür ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərd ə tutulmuş qaydada qərar çıxara bilər. Apellyasiya və kassasiya icraatına aid cinayət-prosessual qanunvericiliyinin normalarının tələblərinə görə isə (CPM-in Doqquzuncu bölməsi), bu kimi səlahiyyətə, yəni təqsirləndirilən və ya məhkum olunmuş şəxsin əməlində daha ağır cinayətin əlamətlərinin olması əsası ilə birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaq və ya apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin emək səlahiyyətlərinə müvafiq olaraq həm apellyasiya, həm də kassasiya instansiyası məhkəmələri də malik deyillər. Məhkəmə kollegiyası kassasiya şikayətinin iş üzrə sübutların tam və hərtərəfli araşdırılmadan Məhkum açıq-aşkar yüngül cəza ya məruz qalması ilə bağlı dəlilinə cavab verilməsi üçün ilk növbədə qeyd etməyi lazım bilir ki, hazırki iş üzrə Məhkum təqsirli bilindiyi CM-in 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuş, həmin maddələrdə göstərilən cinayət isə CM-in 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda Məhkum barəsində seçilmiş cinayət-hüquqi xarakterli tədbirin həddindən artıq yüngül olmasına dair kassasiya şikayətində göstərilən dəlil lərin və həmin dəlillərə əsasən irəli sürülmüş tələbin qəbuledilməz olmasını müəyyən edir və məhkuma təyin olunmuş cəzanın – qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının açıq-aşkar yüngül hesab edilməsi, buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının bu əsasa görə ləğv olunması üçün əsaslar görmür. Bu nəticəsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyə t kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmdən verilmiş apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxıb iş üzrə müvafiq yekun qərar qəbul etməklə onun barəsində bu və ya di gər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-in 8.0.5-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ə dalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinay ətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Qanunun bu normasının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində istənilən cəza tədbirini seçərkən və ya onun haqqıqda digər cinayət hüquqi xarakterli tədbir tətbiq edərkən bu məsələlərə fərdi yanaşma prinsipinə əsaslanmalı, bunlarla bağlı bütün halları nəzərdən keçirməli, təyin olunan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyələndirən, habelə onun cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edilməsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kim qiymətləndirilməsinə əsas ola bilər. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələ blərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha a ğırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı nəticə CM-in 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dər əcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 61.2-ci maddəsində isə müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-in 349.5-ci maddəsinin tələbinə və mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə bil əcək sübutlar da başa düşülür. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin şəxsin barəs ində bu və ya digər cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dö vlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəz anı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəs ini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən birinci və apellyasiya instansiyası məhkəmələri düzgün olaraq törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən törətdiyi əməlləri etiraf edərək peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, sonuncu ilə barışığa c əhd etməsini, yaşayış və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də iş üzrə CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almışlar. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin əsaslandıqları halların cəzanı yüngülləşdirən hallar kimi hesab etməsində heç bir qanun pozuntusu görmür, çünki onlar elə həm cinayət qanunvericiliyin özündə nəzərdə tutulmuş, həm də qanunun tələb etdiyi kimi, işdə olan sübutlara əsasən müəyyən edilmişdir (CPM-in 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq). Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmələr nəzərə almasalar da, iş materialları ilə həmçinin Məhkum himayəsində i ki azyaşlı uşaqlarının olması, yəni CM-in 59.1.4-cü maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal da müəyyən edilir və məhkəmə kollegiyasının qənaətinə görə, bu halla birlikdə digər cəzanı yüngülləşdirən halların məcmusu heç də ona təyin edilmiş və təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzanın açıq-aşkar yüngül olması barədə fikir yürütməyə əsas vermir. Kassasiya şikayətində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hal lar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə bu məsələlərlə bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı əsaslandırma aparmamışdır. Məhkəmə kollegiyası Məhkum açıq-aşkar yüngül cəzanın təyin edilməsi və həmin cəzanın ağırlaşdırılmalı olması barədə kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və sonuncu barəsində cəza tədbirinin seçilməsinə münasibət bildirərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən həmçinin CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya da yol verilməməsini qeyd edərək həmin müraciətin ümumilikdə təmin edilməsini mümkün bilmir. Belə olan hald a, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-in 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 noyabr 2024-cü il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 noyabr 2024-cü tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-817/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-817/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver