Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-818/2024 27.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1, Məhkum müdafiəçisi Müdafiəçi5 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 i ştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 120.1, 29,120.2.7, 145.2.6 və 221.3-cü maddələri ilə, Məhkum və Təqsirləndirilən şəxs2 CM-in 221.3-cü maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 29 noyabr tarixli, 1(103)-1904/2023 nömrəli qərarından məhkumların müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər: Zeynal Ağayev (sədrlik edən və məruzəçi), Azad Məcidov və Səbuhi Hüseynzadədən ibarət tərkibdə) 2023-cü il 4 avqust tarixli, 1(101)-211/2023 nömrəli hökmü ilə, 1997-ci ildə 24 iyun tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada qəssab işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 29,120.2.7, 145.2.6 və 221.3cü maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 12 (on iki) il müddətinə, Cinayət Məcəlləsinin 29,120.2.7-ci maddəsi ilə 14 (on dörd) il müddətinə, Cinayət Məcəlləsinin 145.2.6-cı maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə və Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılma qla onun üzərində qəti olaraq 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət-Prosessual Məcəlləsinin 42.1.4cü maddəsinə əsasən, Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə bəraət verilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssiəsində çəkməklə, cəzasının əvvəlinin tutulduğu 28 noyabr 2021-ci il tarixdən hesablanmışdır. 1994-cü 5 sentyabr tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona təyin edilmiş cəza 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, sınaq müddətinin əvvəlinin məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmış, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, hökmün icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılmış, barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilib hökm qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. 1999-cu il 13 iyun tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam-orta təhsilli, qəssablıqla məşğul olan, əvvəllər məhkum olunmamış, Bak ı şəhəri ünvan 2 ünvanda yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, ona təyin edilmiş cəza 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunmuş, sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmış, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. Hökmün icrası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinə tapşırılmış, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində «başqa yerə getməmək haqqı nda iltizam» qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 4 aqvust tarixli, 1(101)-211/2023 nömrəli hökmündən dövlət ittihamçısı apellyasiya protesti, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1, Məhkum müdafiəçisi Müdafiəçi3 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər: İlqar Murquzov (sədrlik edən və məruzəçi), Qədim Babayev və Anar Tanrıverdiyevdən ibarət tərkibdə) 2023-cü il 29 noyabr tarixli 1(103)-1904/2023 nömrəli qərarı ilə təqsirləndirilən şəxslərin müdafiəçiləri tərəfindən verilmiş verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısı tərəf indən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, məhkəmənin hökmü təqsirləndirilən şəxslər Məhkum və Təqsirləndirilən şəxs2 münasibətdə dəyişdirilmiş, təqsirləndirilən şəxslər- Məhkum və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəalar məhkəmənin hökmdən xaric edilmiş, təqsirləndirilən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasından, onun həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 2 (iki) ay müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 24 noyab r 2023-cü il tarixdən hesablanlanmış, təqsirləndirilən Məhkum dərhal məhkəmə iclas zalından həbsə alınmış, əqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından, onun həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 4 ay 29 ay müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 1 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 24 noyabr 2023-cü il tarixdən hesablanmış, təqsirləndirilən Təqsirləndirilən şəxs2 dərhal məhkəmə iclas zalından həbsə alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 silah kimi istifadə edilən əşyadan istifadə etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, bir qrup şəxs halında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmişə zor tətbiq edilməsi ilə qərəzli hərəkətlər edib qəsdən adam öldürmüş və iki şəxsi qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmənin həmin hökmü ilə Məhkum və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərərçəkmiş şəxslərə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Təqsirləndirilən şəxslər tə rəfindən cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apelyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ MÜDAFİƏÇİLƏRİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə kollegiyasının Təqsirləndirilən şəxs1 əməlinin CM-in 120.2.2-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməsi, o cümlədən CM-in 29,120.2.2-ci maddəsi ilə bəraət verməsinə dair gəlmiş olduğu qənaət əsassız və qanunsuz olmuşdur. Məhkəmə kollegiyası öz hökmündə Təqsirləndirilən şəxs1 xüsusi ilə ağır cinayət törətməyə g örə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olmasını göstərmişdir. Lakin məhkəmə kollegiyası öz hökmündə şəxsiyyət əlehinə xüsusilə ağır cinayət törətmiş şəxsin cəzanın bir hissəsinin həbsxanada çəkməməsini əsaslandırmamışdır. Bundan başqa, Məhkum və Təqsirləndirilən şəxs2 CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə kollegiyası tərəfindən Məhkum və Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar onların ittiham olunduğu maddənin sanksiyasında müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, onların şəxsiyyətinə, törətdiyi cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamışdır. Məhkəmə hökmdə təqsirləndirilən şəxslərin cəz asını yüngülləşdirən halları CM-in 59cu maddəsinə əsasən nəzərə alıb təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə ən aşağı həddə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, lakin onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi şəraitini, cinayət əməlini törətdikdən sonrakı davranaşların nəzərə almamışdır. Göründüyü kimi, işdə olan və yuxarıda sadalanan bu cür mötəbər sübutlara düzgün qiymət verməyən və ya həmin sübutları təkzib edə bilməyən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən Təqsirləndirilən şəxs1 əməlinin CM-in 120.2.2-ci maddəsindən həmin Məcəllənin 120.1-cİ maddəsinə tövsif etmiş, CM-in 29,120.2.2-cİ maddəsi üzrə Təqsirləndirilən şəxs1 əsassız bəraət vermiş, Məhkum və Təqsirləndirilən şəxs2 barəsində aşağı həddə cəza təyin etmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə CPM-in 416.1.2, 416.1.3, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Dövlət ittihamçısı kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 29 noyabr tarixli 1(103)-1904/2023 nömrəli qərarının ləğv edilməsini və yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.6 maddəsi ilə elan olunmuş ittiham sübuta yetirilməmişdir, buna görə də əsassızdır. Həmin ittiham elan olunarkən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 223.3.2-ci maddəsinin tələbləri pozulmuş və cinayətin törədildiyi yer və vaxt göstərilməmiş, bunun əvəzinə ittihamda göstərilmişdir ki, həmin cinayət əməli 2021-ci ilin yanvar ayının sonlarında istintaqa məlum olmayan dəqiq tarixdə və saatda baş vermişdir. Cinayət işinin materiallarına əlavə edilib məhkəmədə nümayiş etdirilən, mənşəyi məlum olmayan videogörüntüdə Təqsirləndirilən şəxs1 özünün görsənmədiyi bəlli olmuş, kadr arxasında eşidilən səsin isə ona məxsus olub olmamasım müəyyən etmək üçün ibtidai istintaq zamanı məhkəmə fonoskopik ekspertiza keçirilməmiş, məhkəmədə onun həmin əməlin törədilməsini etiraf etməməsinə baxmayaraq, buna məhkəmə tərəfindən heç bir əhəmiyyət verilməmiş və məhkəmə istintaqı zamanı da eks pertiza təyin olunmamışdır. Bundan başqa ehtimal olunan cinayətin aləti silah kimi istifadə edilən zəncir istintaq tərəfindən müəyyən edilməmişdir. Digər tərəfdən isə əgər fərz etsək ki, Təqsirləndirilən şəxs1 həqiqətən də zənciri digər şəxsin boynuna salıb onu bir neçə dəqiqə ərzində küçədə, açıq yerdə saxlamışdırsa, bu, onun əməlini qanunsuz azadlıqdan məhrum etmə kimi qiymətləndirmək üçün əsas vermir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Bu baxımdan müdafiə tərəfi hesab edir ki, Zərərçəkmiş şəxs4 qanun suz azadlıqdan məhrum etməsi halı üzrə toplanmış sübutların həcmi onların sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. İşin faktiki halları və qanuni əsaslarını nəzərə alaraq müdafiə tərəfi hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.6-cı maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməsi, habelə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 29, 120.2.7 və 221.3-cü maddələri ilə təqsirli olması sübuta yetiriiməməsinə görə, apellyasiya məhkəməsinin qərarının ləgv edilməsi, bu hissədə cinayət işi üzrə icraata xitam verilməsi və onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci yəni, zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma və CM-in 123,1-ci y əni, zəruri müdafiə həddini aşmaqla qəsdən ədam öldürməyə dair yeni qərarın çıxarılması üçün kifayət qədər əsaslar vardır. Məhkum müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı müdafiə tərəfi istintaq zamanı ifadə vermiş şahid Yusif Abdurəhimovun məhkəmədə dindirilməsi barədə vəsatət vermiş, vəsatət təmin edilsə də şahidin dindirilməsi təmin edilməmiş, şahid məcburi qaydada məhkəməyə gətirilməmişdir. Yuxarı instansiya məhkəməsi isə nəinki iş üzrə məhkəmə araşdırması hüququnu təmin etməmiş, ümumiyyətlə müdafiə tərəfinin heç bir vəsatətini təmin etməmişdir. Hökm ittihamçı və müdafiəçilər tərəfindən mübahisələndirilməsinə baxmayaraq, məhkəmə kollegiyası işi araşdırmağa qətiyyən maraq göstərməmişdir. Müdafiə tərəfinin iş üzrə əhə miyyəti olan halların araşdırılması barədə vəsatətlərini əsaslandırmadan təmin etməməsi, təqsirləndirilən şəxslərin ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə nəticələnmimşdir. Bundan başqa istintaq orqanının verdiyi ittiham işin hallarına, Məhkum və digər məhkumların əməllərinə qətiyyən uyğun deyil. Məhkumlara münasibətdə cinayət qanunun təqsirə görə məsuliyyət prinsipi açıq-aşkar pozulmuşdur. Məhkum hadisə zamanı orada olması ona CM-in 221.3-cü maddəsi İlə ittiham verilməsininə əsas vermir. Nəzərə almaq lazımdır ki, hadisə zamanı Məhkum İki bıçaq xəsarəti alıb, ayrılmış cinayət işi üzrə rəsmi olaraq zərərçəkmiş şəxs kimi tanınmışdır. Ramilin kiməsə xəsarət yetirməsi, əlində hər hansı bir alət olması videogörüntüdən görünmür. Həmçinin dövıət ittihamçısının apellyasiya protestind ə Məhkum əlində hər hansı bir alət olması göstərilməmişdir. Ona görə də əsassız ittihamla, yəni CM-in 221.3-cü maddəsi ilə Məhkum ittiham edilməsi qanunsuzdur. Birinci və yuxarı instansiya məhkəmələrinin ittiham mövqeyindən yanaşmasını, müdafiə tərəfinin mövqeyinə tənqidi yanaşmasını nəzərə alıb Məhkum əməlini CM-in 221.1-ci maddəsi ilə tövsif edilməsini, həmin maddənin sanksiyası həddində məsuliyyət daşımasını müdafiə tərəfi reallıq kimi qəbul edə bilər. Qeyd edirəm ki, qarşı tərəfdən olan mərhum Zərərçəkmiş şəxs1 və digərlərinin əməlində CM-in ən azı 221.3-cü maddəsinin tərkibi olmuşdur. Bu halda hücuma məruz qalanın özünü müdafiə etmək haqqı yaranır və belə hərəkət xuliqanlıq hərəkəti kimi qiymətləndirilə bilməz. Eyni zamanda şəxsin əlində silah qismində əşya İlə hücuma məruz qalması fa ktı olduğu halda müdafi olunanın niyyətinin xuliqanlıq kimi qiymətləndirilməsi yolverilməzdir. Təqsirləndirilən şəxs1 mərhumun və digərlərinin qərəzli xuliqanlıq hərəkətlərindən, ona hücum edəndən müdafiə olunarkən əməlində cinayət tərkibinin olubolmaması faktına qiymət verilməklə ittiham verilə bilər və məhkəmələr yekun qərar qəbul edərkən qeyd edilən xüsusatları nəzərə almalı idilər. Məhkumun müdafiəçisi bildirmişdir ki, Ramif Lətifovun məsuliyyətini ağırlaşdıran heç bir hal müəyyən edilməmişdir. Zərər çəkmiş şəxslərlə tam barışığın əldə edilməsi, baş vermiş hadisənin zərərçəkmiş şəxslərin qanunsuz hərəkətlərindən müdafiə ilə əlaqədar olması, 2 azyaşlı uşaqlarının olması, hadisə zamanı qarşı tərəfdən 2 bıçaq xəsarəti alması, özünün ayrılmış iş üzrə zərərçəkmiş şəxs olması məsuliyyəti yün gülləşdirən hal kimi nəzərə alınmalı idi. Ümumiyyətlə hadisənin əvvəlindən mübahisə və dalaşmanın zərəçəkmişlərin təşəbbüsü ilə başlaması, münaqişənin zərərçəkmişin hüquqazidd hərkətləri səbəbindən baş verməsi işin mübahisəsiz halıdır və nəzərə alınmalıdır. Müdafiə tərəfinin bu mövqeyi ilə məhkəmə kollegiyaları razılaşsa da Məhkum və qarlaşlarımn əməlini düzgün tövsif etməmiş və bu xüsusatı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə almamışlar. Məhkum müdafiəçisi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 noyabr 2023-cü il tarixli qərarının Məhkum münasibətdə dəyişdirilməsini və onun əməlinin düzgün qiymətləndirilməsini, barəsində ədalətli qərar qəbul edilməsini, məhkum Təqsirləndirilən şəxs1 münasibətdə isə yenidən araşdırılması üçün apellyasiya instansi yası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2lə üzbəüz dayanıb söhbət edərkən Ramil və Qorxma Lətifovlar da onların yanına gəlir. Təqsirləndirilən şəxs2 bir neçə saniyə dayandıqdan sonra kənara gedir və bir neçə saniyə sonra qayıdaraq Zərərçəkmiş şəxs2 taxta ilə vurur. İttihama və onu təsdiq etmiş məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs2 bu məqamda Zərərçəkmiş şəxs2 vurması "hər hansı bir əsaslı səbəb olmadan edilmişdir. Lakin bu nəticə işin hallarına qətiyyən uyğun deyil. Əlavə olaraq Zərərçəkmiş şəxs2 kafenin qarşısında təqsirləndirilən şəxslərlə dayanarkən onların ünvanına söy üş söyməsi və artıq əllərində bıçaq hazır şəkildə onun arxasında dayanan dostlarına "vurun bunları, soxun bunlara" deyərək çağırış etməsi də Zərərçəkmiş şəxs2 vurulmasına əsaslı səbəb yaratmışdır. Məhz bu söyüşündən və çağırışından sonra Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 taxta ilə vurmuşdur. Zərərçəkmiş şəxs2 bu söyüşünü hər üç təqsirləndirilən şəxs təsdiq etmişdir. Zərərçəkmiş şəxs2 öz ifadəsində yenə etirazçı mövqeyində qalaraq, bunu etmədiyini demişdir. Digər şəxslər isə ifadələrində Zərərçəkmiş şəxs2 Lətifov qardaşları ilə üzbəüz dayanarkən onların danışdıqlarını eşitmədiklərini demişlər, yəni, Zərərçəkmiş şəxs2 söyüş söyməməsini təsdiq etməmişlər. Belə olan halda, təqsirləndirilən şəxslərin qeyd olunan məzmudakı ifadəsi həqiqi qəbul olunmalıdır, çünki bu məzmunu təkzib edən hər hansı mötəbər şübhə doğurmayan sübut yoxdur. Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi kassasiya şikayətində Təqsirləndirilən şəxs2 əməlinin CM-in 128-ci maddəsi ilə tövsif edilməsini xahiş etmişdir. Hər üç məhkumun müdafiəçisi kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında çıxış edərək kassasiya şikayətlərinin təmin edilməsini, kassasiya protestinin təmin edilməməsini xahiş etdilər. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Yaqut Əliyeva çıxış edərək kassasiya protestinin təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 29 noyabr tarixli, 1(103)-1904/2023 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması, kassasiya şikayətlərinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilmə z. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiə tərəfi məhkumların əməlinin tövsifini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarı nın məhkum Təqsirləndirilən şəxs1 münasibətdə ləğv edilməsi və digər məhkumlara münasibətdə dəyişdirilməsi barədə tələblərini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Dövlət ittihamçısı məhkum Təqsirləndirilən şəxs1 CM-in 29, 120.2.2-ci maddəsi ilə bəraət verilməsi, əməlinin CM-in 120.2.2-ci maddəsindən CM-in 120.1-ci maddəsinə tövsif edilməsini, eləcə də hər üç məhkuma yüngül cəza təyin edildiyini mübahisələndirərək qərarın ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.2, 416.1.3, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestini və kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzm unundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət q anununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması, kassasiya protestinin təmin olunmaması barədə müdafiəçilərin, kassasiya şikayətlərinin təmin olunmaması, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və məhkum Təqsirləndirilən şəxs1 müd afiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum müdafiəçisi Müdafiəçi3 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs1 əməlini daha yüngül maddə ilə tövsif edərkən hesab etmişdir ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməllərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 29,120.2.2-ci maddələri ilə ittihamı düzgün verməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni, 29,120.2.2-ci maddəsi isə xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhdi nəzərdə tutur. Məhkum Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə öldürməsi, X4 isə xuliqanlıq niyyəti ilə öldürməyə cəhd etməsi sübut edilməmişdir. İttiham aktından da görünür ki, Təqsirləndirilən şəxs1 27 noyabr 2021-ci il tarixdə törətmiş olduğu Zərərçəkmiş şəxs1 ölümü, Yasin və Zərərçəkmiş şəxs2lərin xəsarət almaları ilə nəticələnən əməllərinin səbəbi hadisədən bir gün əvvəl, yəni 26 noyabr 2021ci il tarixdə, saat 18:20 radələrində Rahibin ünvan 3 ünvanında yerləşən istifadəsində olan ət dükanın qarşısında tanışları ilə uca səslə danışması və Şahid11 Rahibə yaxınlaşıb ona öz iradını bildirməsi olmuşdur. Məhkəmədə dindirilmiş şahidlər X1 və X5 oğlu ibtidai istintaq zamanı ifadələrində qeyd etdiklərini bir daha təsdiq edərək bildiri mşlər ki, əvvəllər adam öldürməyə görə məhkum olunmuş Şahid11 azadlıqdan məhrumetmə yerlərində olan «qardaşlara» kömək məqsədi ilə 26 noyabr 2021-ci il tarixdə məhz «haqq almaq» tələbi ilə Təqsirləndirilən şəxs1 yaxınlaşmış və öz tələbinə rədd cavabı alandan sonra mübahisə baş vermiş, həmin mübahisə zamanı Şahid11 əvvəl özündə olan, sonra isə Zərərçəkmiş şəxs2 və digər şəxslərin oturduqları “Dönər” adlı kafedən götürdüyü bıçaqla Rahibin üstünə hücum etmişdir. İttiham tərəfin digər bir sübutu Təqsirləndirilən şəxs1 Şahid11la aralarında baş vermiş sözlü mübahisə zamanı sonuncunun tanışı Zərərçəkmiş şəxs2 Vaqifi müdafiə edərək onun üzərinə getməsindən hiddətlənməsi və bu barədə qardaşları Ramil və Təqsirləndirilən şəxs2lara məlumat verməsi olmuşdur. Həmin xüsusat həm ibtidai istintaq material ları ilə, həm də məhkəmə istintaqı zamanı tam təkzib olunmuşdur. Belə ki, cinayət işinin materiallarına əlavə olunmuş videogörüntüdən məlum olur ki, 26 noyabr 2021-ci il tarixdə Şahid11 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 tərəfindən onlara qarşı heç bir fəal hərəkətlə və aqressiya ilə qarşılaşmadan Vaqif onun üstünə əli bıçaqla silahlanmış halda hücum etmiş, İlşad isə əlində ət kəsən bıçaq tutan Rahibin üstünə aqressiv şəkildə getmişdir. Rahib heç bir hərəkət etmədən öz yerində qalmış və həqiqətən də qardaşlarına hadisə barədə məlumat verəndən sonra, onların məsləhəti ilə hadisəni unutmağa çalışsa da, yenə də öz iradəsində asılı olmayaraq buna nail ola bilməmişdir. Həmçinin, məhkəmədə tədqiq olunmuş “Azercell Telecom”, “Bakcell” və "xxxx" MMCdən daxil olmuş disklərin yaddaşında ola n məlumatlara baxış keçirilməsi haqqında protokollardan məlum olmuşdur ki, 27 noyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Məhkum ilə aralarında telefon danışıqları olmamışdır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 dostları ilə birlikdə sözügedən kafedə əyləşdiyini öyrənməmiş və öyrənməyə çalışmamışdır. Bu xüsusat ittihamda göstərilsə də, obyektiv sübutlara deyil, yalnız bu işdə maraqlı olan, yəni kafedə əyləşmiş şəxslərin verdiyi ifadələr əsasında yaranmış şəxsi mülahizəyə əsaslanmışdır. Obyektiv həqiqətdə sübutlar onu göstərir ki, bir gün əvvəlki mübahisədə iştirak edən şəxslər öz təşəbbüsləri ilə kafeyə gəlib orada əyləşmişlər. Təqsirləndirilən şəxs1 ifadəsində bu hissədə göstərilənlər, yəni Zərərçəkmiş şəxs2 və digərlərinin kafeyə toplaşıb mərhum Zərərçəkmiş şəxs1 bir neçə dəfə onun ardınca göndərib bir gün əvvəlki mübahisəyə görə kafeyə söhbətə çağırması və təkidlərdən sonra Rahibin oraya getməsi barədə dedikləri yoxlanılmamış, heç bir əhəmiyyət verilməmişdir. Bundan başqa işdə olan videogörüntünün qalıqlarından görünür ki, Təqsirləndirilən şəxs1 heç də aqressiv şəkildə deyil, normal şəkildə və yalnız Zərərçəkmiş şəxs2 küçəyə çağırır, digər şəxsləri və xüsusi ilə də mərhum Zərərçəkmiş şəxs1 küçəyə çağırmır. Hətta, “Dönər” adlı kafedə işləyən Şahid3 da məhkəmədə verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 və digərlərinin hadisədən əvvəl gəlib kafedə əyləşdiyi zaman Rahibin adını çəkdiklərini və Fəridin iki-üç dəfə kafedən çıxıb harasa gedib qayıtmasını bildirmişdir. İttihamda kafedə əyləşmiş Zərərçəkmiş şəxs2 dostları Şahid4, Zərərçəkmiş şəxs1, Şahid1 və Zərərçəkmiş şəxs3 də küçəyə çıxmalarını görüb kafenin qarşısında ictimai yerdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qanunvericiliklə müəyyən edilmiş qarşılıqlı davranış və birgəyaşayış qaydalarına zidd olaraq söhbət zamanı qardaşı Təqsirləndirilən şəxs2 qəflətən əlində olan taxta parçası ilə İlşada sol təpə nahiyəsindən zərbə vurmasından sonra Təqsirləndirilən şəxs1 İlşada tərəf yumruq zərbəsi vurub yerə yıxaraq bir gün əvvəl baş vermiş mübahisədə ona qarşı edilən hərəkətləri cüzi səbəb kimi bəhanə gətirib əsaslı səbəb olmadan özünün şəxsiyyətini ətrafda olan şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq İlşadla Fəridi xuliqanlıq niyyəti ilə qəsdən öldürmə k qərarına gəlib cinayətkar niyyətini həyata keçirmək məqsədinə gəlmişdir. Halbuki, bütün sonrakı hadisələr Məhkum iki bıçaq zərbəsi vurub xəsarət yetirən, bu fakta görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi ayrılmış Zərərçəkmiş şəxs3 və mərhum Zərərçəkmiş şəxs1 bıçaqla silahlanıb küçəyə çıxmalarından və qardaşların üstünə hücum edərək onları vurmağa cəhd etmələrindən sonra baş vermiş, xuliqanlıq hərəkətlərini məhz onlar başlamış, Təqsirləndirilən şəxs1 İlşad və Zərərçəkmiş şəxs1ləri xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlməsi onun hadisənin başlanğıcında olan davranışından irəli gələn bir nəticə kimi qəbul oluna bilməz, çünki cinayət işinə əlavə olunmuş videogörüntünün qalıqlarından yuxarıda göstərilənlər aşkar görünür. İttiham da göstərilir ki, Təqsirləndirilən şəxs1 bir gün əvvəl baş vermiş mübahisədə ona qarşı edilən hərəkətləri cüzi səbəb kimi bəhanə gətirib əsaslı səbəb olmadan özünün şəxsiyyətini ətrafda olan şəxslərin şəxsiyyətinin fövqündə qoymuşdur. Lakin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2 özü dostları ilə birlikdə oturduğu kafeyə Təqsirləndirilən şəxs1 mərhum Zərərçəkmiş şəxs1 vasitəsi ilə təkidlə çağırırılmışdır. Qeyd edilən mötəbər sübutlara əsaslanan birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs1 qəsdən adam öldürmə ilə bağlı əməlində xuliqanlıq niyyətinin olmaması qənaətinə gəlmiş, apellyasiya instansiya məhkəməsi də həmin qənaətlə razılaşmışdır. Kassasiya instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs1 əməlinin tövsifi ilə bağlı məhkəmələrin mövqeyi ilə r azılaşır və hesab edir ki, həmin hissədə kassasiya protestinin təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiya məhkumlara yüngül cəza təyin edilməsi ilə bağlı kassasiya protestinin dəlilləri ilə də razılaşmır və hesab edir ki, cinayət işinin halları baxımından məhkumlara təyin edilmiş cəzaların ağırlaşdırılması üçün hər hansı əsas mövcud deyil. Məhkəmə kollegiyası məhkumların müdafiəçilərinin kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Hər üç məhkumun müdafiəçiləri məhkumların əməlinin düzgün tövsif edilmədiyini iddia edərək əməllərin daha yüngül maddələrə tövsif edilməsini, əməllərinin düzgün qiymətləndirilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, məhkumların cinayət əməlləri məhkəmələr tərəfindən düzgün qiymətləndirilmiş, mötəbər sübutların məcmuyu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası məhkumların əməllərinin tövsifi ilə bağlı məhkəmələrin mövqeyi ilə razılaşır və hesab edir ki, həmin hissədə kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs1 həm təqsirli bilindiyi ayrı-ayrı maddələrlə, həm də cəzaların məcmuyu qaydasında təyin edilmiş cəzalar həm növü, həm də həddi baxımından məhkum tərəfindən törədilmiş cinayət əməllərinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur və təyin edilmiş cəzaların yüngülləşdirilməsi üçün faktiki və hüquqi əsaslar mövcud deyil. Məhkəmə kollegiyası məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalarla bağlı qeyd edilmə sini zəruri hesab edir ki, onlara cəza təyin edilməsi məsələsi müzakirə edilərkən onlar tərəfindən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bununla bərabər cəzanın sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi daşıması, təyin olunacaq cəzanın məhkumların islah olunmasına, ailə vəziyyətinə təsiri nəzərə alınmışdır. Məhkum əməlində Azərbaycan Respublikası CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, cinayəti zərərçəkmiş şəxslərin qanunsuz hərəkətləri nəticəsində törətməsi, himayəsində bir azyaşlı övladının, xəstə və yaşlı atasının olması, eləcə də, Zərər çəkmiş şəxs2 onunla barışması və ondan şikayət və tələbinin olmamasıdır. Məhkum Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar cinayəti zərərçəkmiş şəxslərin qanunsuz hərəkətləri nəticəsində törətməsi, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3, Şahid1 və Zərərçəkmiş şəxs2lə barışıq əldə etməsi, himayəsində xəstə və yaşlı atasının olmasıdır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası Məhkum və Təqsirləndirilən şəxs2 Lətif oğluna cəza təyin edilməsi məsələsini müzakirə edərkən hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək cəzaya məhkum edilmələ rini, onlar tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, eyni zamanda ailənin digər üzvünün uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını nəzərə alır və belə nəticəyə gəlir ki, Məhkum və Təqsirləndirilən şəxs2 cəmiyyətdən tam təcrid edilmədən də islah edilməsi mümkün olduğundan, onların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və onlara təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərlərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Məhkum və Təqsirləndirilən şəxs2 üzərində onların davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və ictimai qaydaya əməl etmək vəzifələri qoyulmalıdır. Məhkum və Təqsirləndirilən şəxs2 cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən dərhal azad olunmalı, sınaq müddətinin əvvəli 27 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum müdafiəçisi Müdafiəçi3 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 noyabr 2023-cü il tarixli qərarı Məhkum və məhkum Təqsirləndirilən şəxs2 aid hissədə, kassasiya şikayətlərinə münasibətdə dəyişdirilm əlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum müdafiəçisi Müdafiəçi3 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 noyabr 2023-cü il tarixli qərarı Məhkum və məhkum Təqsirləndirilən şəxs2 aid hissədə, kassasiya şikayətlərinə münasibətdə dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təyin edilmiş 2 il müddətinə azadl ıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il müddətə sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Məhkum cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən dərhal azad olunsun. Sınaq müddətinin əvvəli 27 sentyabr 2024-cü il tarixdən hesablansın. Sınaq müddəti ərzində Məhkum davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın və onun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ictimai qaydaya əməl etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il müddətinə sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən dərhal azad olunsun. Sınaq müddətinin əvvəli 27 sentyabr 2024-cü il tarixdən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın və onun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ictimai qaydaya əməl etmək vəzifələri qoyulsun. Qərar kassasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-818/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-818/2024
27.09.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver