Məhkəmə qərarları › İş №1(102)-818/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-818/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-818/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2024-cü il tarixli 1(107)-428/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin (hakim Ülvi Qənbərov) 19 avqust 2024-cü il tarixli 1(025)-25/2024 nömrəli hökmü ilə xx xxxxxxx 1984-cü ildə Gürcüstan Respublikası Dmanisi rayonunda anadan olmuş, AR vətəndaşı, evli, ali təhsilli, fərdi sahibkar işləyən, Bakı şəhəri, Nizami ra-nu, E.Süleymanov küçəsi ev 137, mənzil 52-də qeydiyyatda olub Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs. Sülh küçəsi ev 35, mən.21də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 188.1 və 188.2-ci maddələri ilə təqsirli bilinərək, CM-in 188.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 188.2-ci maddəsi ilə 2 (iki) il müddəti nə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 2022-ci ilin iyun ayından etibarən avqust ayına kimi olan müddət ərzində, istintaqa dəqiq məlum olmayan tarixdə Qəbələ rayon Bum qəsəbəsində yerləşən, döngə nöqtələrinin koordinatları 1.X734912.3289 Y-4542843.5347; 2.X-734947.2402, Y-4542831.9038; 3.X-734950.4509, Y- 4542827.5047; 4.X734938.6575, Y-4542800.7789; 5.X-734900.1018, Y-4542814.8923 olmaqla mülkiyyət növü “Dövlət”, kateqoriyası “Dövlət Meşə Fondu” torpaqlarına məxsus olan 0,13 ha torpaq sahəsinin ətrafını qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan sement-beton bünövrə üzərində 50 sm və 1 metr hündürlüklərdə hasarlama işlərinin qanunsuz olmasından məlumatı olmayan fəhlə kimi müəyyən xidmət haqqı ödəməklə işə cəlb etdiyi şəxslərə özbaşına hasara aldırıb torpaq sahəsini vahid niyyətlə əhatə olunmuş qəsdlə tutmaqla özbaşına hasarlama işləri aparmışdır. Bundan başqa o, 2022-ci ilin yay aylarından etibarən 2023-cü ilin yay aylarına kimi olan müddət ərzində, istintaqa dəqiq məlum olmayan tarixdə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Qəbələ rayon Bum qəsəbəsində yerləşən, mülkiyyət növü “Dövlət”, kateqoriyası “Dövlət Meşə Fondu” torpaqlarına məxsus torpaq sahəsinin içərisində döngə nöqtələrinin koordinatları 1.X-734909.1343; Y-4542816.4554; 2.X-734911.9419; Y-4542822.626 7; 3.X-734917.9130; Y-4542819.9103; 4.X734919.0228; Y-4542822.3497; 5.X-734926.3502; Y-4542819.0163; 6.X-734921.5674; Y4542808.5031; 7.X-734914.0580; Y4542811.9193; 8.X-734914.9234; Y-4542813.8217 olmaqla 159,445 kv. metr sement-beton bünövrə üzərində tikinti işlərinin qanunsuz olmasından məlumatı olmayan fəhlə kimi müəyyən xidmət haqqı ödəməklə işə cəlb etdiyi şəxslərə birmərtəbəli “A-Frame” formalı fərdi yaşayış evini tikdirməklə özbaşına tikinti işləri aparmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İmanverdi Şükürov (sədrlik edən və məruzəçi), Elman İsayev və Xəqani Səmədov) 05 noyabr 2024-cü il tarixli 1(107)-428/2024 nömrəli qərarı ilə Qəbələ Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli 1(025)-25/2024 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilmiş, CM-in 188.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 188.2-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Məhkum üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Məhkum tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilmişdir. Məhkum kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2024-cü il tarixli, 1(107)-428/2024 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasına təyin edilməsi və Şahid1 barəsində isə xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlillə ri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun Azərbaycan Respublikası CM-in 188.1 və 188.2-ci maddələri ilə təqsirli bilinərək ona cəza təyin edilməsi qanunsuz və əsassızdır. Belə ki, onun əməlində qeyd edilən CM-in 188.1 və 188.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi yoxdur. O, apellyasiya şikayətində də qeyd etdiyi kimi işin mahiyyətini istintaq və məhkəmə istintaqı dövründə başa düşməmişdir. Belə ki, müstəntiq və hüquqlarını müdafiə edən vəkil özünü təqsirli bilməyini deməklə məhkəmədə məsələnin həllini tapacağını ona bildirmişdilər. Onun da özünü təqsirli bilməyi bu səbəbdən olmuşdur. Lakin hökm çıxandan sonra məhkəmə hökmü ilə tanış olaraq əslində onu bilərəkdən o ifadəni verməyi üçün yönləndirildiyinin mahiyyətini dərk etmişdir. O, CM-in 188.1 və 188.2 ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilmir. 2022-ci ilin iyun ayında dostu Şahid3 ilə qohum olan Şahid1 Qəbələ rayon Bum qəsəbəsi ərazisində təxminən 13 sot torpaq sahəsini satdığını eşidib və dostu Qəbələ rayon Bum qəsəbə sakini Şahid3 ilə birlikdə əraziyə baxmaq üçün həmin yerə gedərək həmin torpaq sahəsinin yarı hissəsinin 2400 manat pul müqabilində əldə olunması barədə Qiyasla şifahi razılığa gəlib. Şahid1 ilə torpağın alqı-satqısı ilə bağlı razılığa gəlməzdən öncə o, həmin torpaq sahəsinin qısa zaman ərzində onun tərəfindən özəlləşdiriləcəyini bildikdən sonra 2400 manat müqabilində torpağı almaq qərarına gəlmişdir. Qiyasa 2400 manat verərək torpağı alıb və daha sonra 2022-ci ilin iyun ayından başlayaraq həmin torpaq sahəsinin kənarında sement-beton bünövrə üzərind ə 50 sm və 1 metr hündürlükdə hasar tikdirib, hasarlama işlərini təxminən 2022-ci ilin avqust ayında başa çatdırmışdır. Həmin torpaq sahəsinin Dövlət Meşə Fonduna aid olması ilə bağlı heç bir məlumatı olmamış və həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu və çox qısa zaman ərzində Şahid1 tərəfindən özəlləşdirilərək onun adına keçiriləcəyi ona vəd edilmişdir. O, bu qeyd edilən xüsusatları apellyasiya şikayaətində qeyd etsə də apellyasiya instansiya məhkəməsi bu xüsusatların heç birini araşdırmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-P rosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yox lanılır. Məhkum kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, onun hazırkı cinayət işi üzrə təqsirsiz olmasına baxmayaraq, əsassız və qanunsuz olaraq onun barəsində Azərbaycan Respublikası CM-in 188.1 və 188.2-ci maddələri ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, məhkum özünü elan edilmiş ittihamda təqsirli bilməmiş, hazırkı cinayət işi ilə bağlı olan cinayət əməli onun tərəfindən törədilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət ha disəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, həmçinin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, şahidlər Şahid1, X1, Şahid3, Şahid2 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 188.1 və 188.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 188.1 və 188.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət edir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfind ən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyil və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini və məhkumun təqsirini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Belə ki, məhkəmələr tərəfindən düzgün və doğru kimi qəbul edilmiş Məhkum ibtidai istintaq zamanı verdiyi etiraf ifadəsi zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, habelə digər sübutlarla öz təsdiqini tapmışdır. Həmin sübutlar hökmdə ətraflı təsvir edilmiş, odur ki, məhkəmə kollegiyası onların mahiyyətini yenidən göstərməyə zərurət görmür. Apellyasiya instansiyası məhkəməsi məhkum edilmiş şəxs Məhkum Azərbaycan Respublikası CM-in 188.1 və 188.2-ci mad dələri ilə təqsirli bilməməsini, ifadəsində işin hallarını şübhə altına alan digər xüsusatları göstərməsini cinayət işi üzrə sübutların məcmusu ilə təkzib olduğundan onun cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri Məhkum qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları düzgün qiymətləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun kassasiya şikayətində onun təqsirsizliyi ilə əlaqədar analoji dəlillər apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən işə baxıb, birinci instansiya məhkəməsinin m əhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən nəticəyə gəlmişdir ki, məhkumun cinayəti törətməməsi barədə ifadəsi həqiqətə uyğun gəlmir və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci və apellyasiya məhkəmələrinin cinayət və cinayətprosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum təqsirinə və əməlinin tövsifinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanılmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntu suna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası CM-in 188.1 və 188.2-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, apellyasiya məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələbl ərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayətin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2024-cü il tarixli 1(107)-428/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Yu xarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 188.1 və 188.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2024-cü il tarixli 1(107)-428/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar