Məhkəmə qərarları › İş №1(102)-819/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-819/2019

11.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-819/2019 11.06.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-819/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 11 iyun 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, Məhkum və məhkumun müdafiəçisi Müda fiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2019-cu il tarixli qərarından dövlət ittihamçısı Abbaslı Abbas tərəfindın verilmiş kassasiya protesti və Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim R.M.Abdulov) 12 noyabr 2018ci il tarixli hökmü ilə xx xxxxxx 1965-ci ildə Kəlbəcər rayonunun Kəlbəcər qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yerləşən "xxxx" restoranına rəhbərlik etmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə kom mersiya və qeyri-kommersiya təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələri tutma hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin əvvəli 05 sentyabr 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurması ağır nəticələrə səbəb olmuşdur. Belə ki, Mə hkum 01 fevral 2018-ci il tarixdə "xxxx" şirkətinin direktoru X7 ilə bağlanmış icarə müqaviləsi əsasında sonuncuya məxsus ünvan 4 ünvanında yerləşən "xxxx" restoranını işlətməklə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs olub xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib restoranın işçiləri, restorana daxil olan şəxslər və müştərilər tərəfindən baş vermiş bütün hadisələrə və dəymiş zərərə cavabdeh olduğu halda işçilərin tibbi müayinədən keçirilməsini, mətbəxdə dezinfeksiyaedici məhsullar üçün xüsusi yerin ayrılması və mütəmadi olaraq dezinfeksiya işlərinin həyata keçirilməsini, qida məhsullarının hazırlanma sahəsində məhsulların soyud ucu kameralarda sanitarepidemioloji norma və qaydaların tələblərinə uyğun saxlanılmasını, restorana daxil olan məhsulların keyfiyyətini təsdiq edən sənədlərin təqdim edilməsini təmin etməyərək üzərində baytar möhürü olmayan, keyfiyyətini təsdiq edən baytar sanitar-ekspertiza arayışı olmayan qoyun əti, mal əti, toyuq əti və tərəvəz məhsullarını restorana qəbul edərək saxlanmasını və həmin məhsuldan yeməklərin hazırlanaraq restorana gələn müştərilərə satılmasını təşkil edərək gəlir əldə etmiş və nəticədə 11 avqust 2018-ci il tarixdə, saat 19:00 radələrində restorana şam yeməyinə gəlməklə soyuq qəlyanaltılardan pomidor-xiyar, pendir çeşidləri, tərkibində bağırsaq çöpü aşkar edilmiş manqal salatı, isti yeməklərdən isə toyuq kababı, çiy ətində bağırsaq çöpü aşkar edilmiş quzu buğlaması, lülə ka babı, quzu basdırma kababı yemiş müştərilərdən 13 nəfər Zərərçəkmiş şəxs1 peroral (ağız vasitəsilə) qəbul edilmiş heyvan və bitki mənşəli qida məhsullarından sağlamlığa yüngül zərər vuran kandida mənşəli, Zərərçəkmiş şəxs2 peroral (ağız vasitəsilə) qəbul edilmiş heyvan və bitki mənşəli qida məhsullarından sağlamlığa yüngül zərər vuran törədicisi məlum olmayan, Zərərçəkmiş şəxs3 peroral (ağız vasitəsilə) qəbul edilmiş heyvan və bitki mənşəli qida məhsullarından sağlamlığa yüngül zərər vuran stafilokok mənşəli, Zərərçəkmiş şəxs4 peroral (ağız vasitəsilə) qəbul edilmiş heyvan və bitki mənşəli qida məhsullarından sağlamlığa yüngül zərər vuran stafilokok mənşəli, Zərərçəkmiş şəxs13 peroral (ağız vasitəsilə) qəbul edilmiş heyvan və bitki mənşəli qida məhsullarından sağlamlığa yüngül zərər vuran törədicisi məlum olmayan, Zərərçəkmiş şəxs7 peroral (ağız vasitəsilə) qəbul edilmiş heyvan və bitki mənşəli qida məhsullarından sağlamlığa yüngül zərər vuran kandida mənşəli, Zərərçəkmiş şəxs5 peroral (ağız vasitəsilə) qəbul edilmiş heyvan və bitki mənşəli qida məhsullarından sağlamlığa yüngül zərər vuran kandida mənşəli, Zərərçəkmiş şəxs6 peroral (ağız vasitəsilə) qəbul edilmiş heyvan və bitki mənşəli qida məhsullarından sağlamlığa yüngül zərər vuran stafilokok mənşəli, Zərərçəkmiş şəxs8 peroral (ağız vasitəsilə) qəbul edilmiş heyvan və bitki mənşəli qida məhsullarından sağlamlığa yüngül zərər vuran kandida mənşəli, Zərərçəkmiş şəxs9 peroral (ağız vasitəsilə) qəbul edilmiş heyvan və bitki mənşəli qida məhsullarından sağlamlığa yüngül zərər vuran törədicisi məlum olmayan, Zərərçəkmiş şəxs1 0 peroral (ağız vasitəsilə) qəbul edilmiş heyvan və bitki mənşəli qida məhsullarından sağlamlığa yüngül zərər vuran törədicisi məlum olmayan, Zərərçəkmiş şəxs11 peroral (ağız vasitəsilə) qəbul edilmiş heyvan və bitki mənşəli qida məhsullarından sağlamlığa yüngül zərər vuran törədicisi məlum olmayan, X4 peroral (ağız vasitəsilə) qəbul edilmiş heyvan və bitki mənşəli qida məhsullarından sağlamlığa yüngül zərər vuran törədicisi məlum olmayan qidadan zəhərlənmişlər, bununla da fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurması ağır nəticələrə səbəb olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əmir Bayramov (sədrlik edən və məruzəçi), Əflatun Qasımov və Namiq Məmmədovan ibarət tərkibdə) 31 yanvar 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan dövlət ittihamçısı Abbas Abbaslı xahiş edir ki, məhkum İ.Qasımlıya daha ağır cəza təyin edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2019-cu il tarixli qərarı ləğv edilərək iş apellyasiya instansiyası məhkəməsinə qaytarılsın, Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Məhkum bəraət verilməsi barədə qərar qəbul edilsin. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Kassasiya protestinin dəlillərini dövlət ittihamçısı A bbas Abbaslı onunla əsaslandırır ki, Məhkum cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəliliyi, cinayətin ağır nəticələrə səbəb olması, məhkumun şəxsiyyəti düzgün nəzərə alınmamış, cəzanın təyin edilməsinin ümumi əsaslarına zidd olan, cəzanın məqsədini təmin etməyən qərar qəbul olunmuşdur. Hazırkı cinayət işi üzrə Məhkum təyin edilmiş cəza CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan sosial ədalətin bərpası, məhkumun islah edilməsi, ümumi və xüsusi xəbərdaredici məqsədləri təmin etməməklə yanaşı qanunun məqsədlərinə xidmət etmir. Məhkum cəza təyin edilərkən CM-nin 8, 58.3 və 59-cu maddələri üzrə qanunun normaları düzgün tətbiq edilməmişdir. Onun barəsində təyin edilmiş cəza Məhkum tərəfindən törədilmiş cinayətin xarakterinə, əməlin ictimai təhlükəlilik dərəcəsin ə, onun şəxsiyyətinə, cinayət əməlinin törədilməsi şəraiti və hallarına uyğun deyil, habelə, onun islah olunması üçün təsir potensialına malik deyildir. Məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən, cinayət qanununun yuxarıda göstərilən normalarının, eləcə də Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarlarının tələbləri nəzərə alınmamış, Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan yüngül cəza təyin edilmişdir. Kassasiya şikayətinin dəlillərini Məhkum müdafiəçisi Müdafiəçi onunla əsaslandırmışdır ki, Məhkum elan olunmuş həmin ittiham mücərrəd və ziddiyətli olmaqla orada Məhkum cinayət hərəkətlərinin konkret olaraq nədən ibarət olması, məhz hansı hərəkət və ya hərəkətsizliklə zəhərlənmə faktı arasında hər hansı əlaqənin olub-olmaması görünmür. Bi rinci instansiya məhkəməsi istintaq orqanının əsassız mövqeyini müdafiə etmiş və Məhkum CM-nin 308.2-ci maddəsi ilə məhkum olunmasına dair ədalətsiz hökm çıxarmış, apellyasiya məhkəməsi də bununla razılaşmışdır. Bundan başqa Məhkum elan olunmuş ittihamın məzmunundan göründüyü kimi həmin əməl ehtiyatsızlıqdan törədilmiş hərəkətlər olmaqla özündə yalnız formal cəhətdən CM-nin 314-cü maddəsində nəzərdə tutulan səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi hallarını ehtiva edir ki, bunun da nəticəsində zərərçəkənlərin sağlamlığına yüngül dərəcəli zərər vurulması faktı heç də fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulması kimi qiymətləndirilə bilməz. İcarəsində olan restoranı işlədən sahibkar - vəzifəli şəxsin guya “xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib restoranın işçiləri, restorana daxil olan şəxslər və müştərilər tərəfindən baş vermiş bütün hadisələrə və dəymiş zərərə cavabdeh olduğu halda işçilərin tibbi müayinədən keçirilməsini, mətbəxdə dezinfeksiyaedici məhsullar üçün xüsusi yerin ayrılması və mütəmadi olaraq dezinfeksiya işlərinin həyata keçirilməsini, qida məhsullarının hazırlanma sahəsində məhsulların soyuducu kameralarda sanitar-epidemoloji norma və qaydaların tələblərinə uyğun saxlanılmasını, restorana daxil olan məhsulların keyfiyyətini təsdiq edən sənədlərin təqdim edilməsini təmin etməyər ək üzərində baytar möhürü olmayan, keyfiyyətini təsdiq edən baytar sanitar-ekspertiza arayışı olmayan qoyun əti, mal əti, toyuq əti və tərəvəz məhsullarını restorana qəbul edərək saxlanmasını və həmin məhsuldan yeməklərin hazırlanaraq restorana gələn müştərilərə satılmasını təşkil edərək gəlir əldə etməsi hərəkətlərinin qəsdən törədilmiş əməl kimi tövsif olunması, başqa sözlə vəzifəli şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək səhlənkarlıq etməsi absurd olmaqla cinayət qanunvericiliyi normalarının tətbiqinin kobud surətdə pozulmasıdır. Əgər həmin hərəkətlər qəsdən törədilmiş əməldirsə bunun nəticələri fiziki şəxslərin sağlamlığına yalnız yüngül dərəcəli zərər vuran xəsarətlərlə yekunlaşmaz və daha ağır nəticələrə səbəb olardı ki, burada da CM-nin 308-ci maddəsində nəzərdə tutulan cinayət əməllərindən söhbət belə gedə bilməzdi. İşin hallarından da görünür ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkənlər ifadələrində, eləcə də notarial qaydada təsdiq edib məhkəməyə göndərdikləri ərizələrində bildirmişlər ki, göstərilən zəhərlənmə hadisəsindən sonra dərhal həkimə müraciət edərək zəruri ilkin müalicə tədbirləri görülmüş, bununla bağlı bütün xərclər təqsirləndirilən şəxs Məhkum tərəfindən ödənilmiş, həmin hadisə ilə əlaqədar səhhətlərinə yalnız yüngül dərəcəli xəsarət yetirilməklə heç bir ağır fəsadlar baş verməmiş, onlara heç bir maddi ziyan vurulmamış və iş üzrə Məhkuma qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələrində də Məhkum hər hansı bir cinayət əməlini törətməsinə dəlalə t edən hər heç bir sübut yoxdur. Bütün bunlarla bərabər qeyd olunmalıdır ki, ittiham aktı və iş materiallarına görə CMnin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkum məsuliyyətini ağırlaşdıran hallar yoxdur, onu səciyyələndirən hallar- məhkum olinmaması, yaşayış yerindən müsbət xarakterizə olunmasıdır və CM-nin 59.1.12 və 59.1.14-cü maddələrinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi təqsirləndirilən şəxs Məhkum məsuliyyətini yüngülləşdirən hallardır. Beləliklə də birinci instansiya məhkəməsində aparılmış məhkəmə istintaqı, eləcə də apellyasiya istintaqı zamanı qismən aparılmış məhkəmə istintaqı zamanı da sübuta yetirilmişdir ki, cinayət təqibi orqanı tərəfindən Məhkum Cinayət qanunvericiliyinin maddi və prosessual hüquq nor maları pozulmaqla əsassız, kifayət qədər sübutsuz və ədalətsiz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş və araşdırılan cinayət işində ittiham olunan Məhkum əməllərində CM-nin 308.2-ci maddəsinin əlamətləri yoxdur Bütün bunlarla bərabər qeyd olunmalıdır ki, Məhkum ağır dərəcədə şəkər və ürək xəstəsidir, dərmansız yaşaya bilmir və təbii ki, belə xəstələrin həbsxana həyatı sağlamlıqları üçün ağır fəsadlara səbəb ola bilər. Həmçinin Məhkum artıq 10-cu aydır ki, həbsdədir və ona görə də onun həbsdə saxlanması Dövlət Başçısının bu yaxınlarda imzaladığı məhkəmə islahatları barədə qanunun humanizm prinsipinə uyğun gəlmir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiay şikayətinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib h esab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin edilməməki, kassasiya şikayəti isə qismən təmin olunmalqla apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Müdafiəçinin kassasiya şikayətinin başlıca dəlili Məhkum əməlind ə cinayət tərkibinin olmaması, iş üzrə sübutların düzgün qiymətləndirilməmi və nəticədə onun əsassız olaraq təqsirli bilinib məhkum edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, Məhkum məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, onun cinayət əməli törətməsi özünün verdiyi ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş z ərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, məhkəmə tibbi ekspertizaların rəyləri ilə və işin digər sənədləri ilə tam təsdiq edilir. Belə ki, zərərçəkmiş şəxslərin həm ibtidai istintaq zamanı, həm də məhkəmə verdikləri ifadələrindən görünür ki, onlar 11 avqust 2018-ci il tarixdə "xxxx" restoranında şam yeməyi yemişlər və yeməkdən sonra zəhərlənmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübəsi və Tədris Birliyi tərəfindən keçirilmiş, Zərərçəkmiş şəxs1 04 sentyabr 2018-ci il tarixli 788 N-li, Zərərçəkmiş şəxs2 04 sentyabr 2018-ci il tarixli 30 N-li, Zərərçəkmiş şəxs3 04 sentyabr 2018-ci il tarixli 791 N-li, Zərərçəkmiş şəxs4 04 sentyabr 2018-ci il tarixli 789 N-li, Zərərçəkmiş şəxs13 04 sentyabr 2018-ci il tarixli 786 N -li, Zərərçəkmiş şəxs7 04 sentyabr 2018-ci il tarixli 787 N-li, Zərərçəkmiş şəxs5 31 avqust 2018-ci il tarixli 768 N-li, Zərərçəkmiş şəxs6 31 avqust 2018- ci il tarixli 767 N-li, Zərərçəkmiş şəxs8 05 sentyabr 2018-ci il tarixli 799 N-li, Zərərçəkmiş şəxs9 05 sentyabr 2018-ci il tarixli 798 N-li, Zərərçəkmiş şəxs10 05 sentyabr 2018-ci il tarixli 800 N-li, Zərərçəkmiş şəxs11 05 sentyabr 2018-ci il tarixli 797 N-li, X3 05 sentyabr 2018-ci il tarixli96 N-li məhkəmə-tibbi ekspertizalarına dair rəylərindən görünür ki, onların bədən səthində hər hansı xəsarət və xəsarət izi aşkar edilməmişdir; adları çəkilən şəxslər 12 avqust 2018-ci ildə tibb müəssisəsinə «qida zəhərlənməsi» diaqnozu ilə müraciət etmiş, onlara ilk tibbi yaldlm" göstərilmiş, medikamentoz müalicə tədbirləri həyata keçirilmiş, toks iki və epidemioloji analizlər götürülmüşdür; onların zəhərlənməsinə səbəb peroral (ağız vasitəsilə) qəbul edilmiş heyvan və bitki mənşəli qida məhsulları olmuşdur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı şəhər İdarəsi tərəfindən aparılmış araşdırmanın nəticəsinə dair rəydən görünür ki, 11.09.2018-ci il tarixdə "xxxx" restoranında şam yeməyi yemiş Zərərçəkmiş şəxs8 kandida mənşəli, Zərərçəkmiş şəxs9 törədicisi məlum olmayan, Zərərçəkmiş şəxs10 törədicisi məlum olmayan Zərərçəkmiş şəxs11 törədicisi məlum olmayan, X4 törədicisi məlum olmayan, Zərərçəkmiş şəxs1, kandida mənşəli, Zərərçəkmiş şəxs2 törədicisi məlum olmayan, Zərərçəkmiş şəxs3 stafilokok mənşəli, Zərər çəkmiş şəxs4 stafilokok mənşəli, Zərərçəkmiş şəxs13 törədicisi məlum olmayan, Zərərçəkmiş şəxs7 kandida mənşəli, Zərərçəkmiş şəxs5 kandida mənşəli, Zərərçəkmiş şəxs6 stafilokok mənşəli qidadan zəhərlənmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr təqsirləndirilən şəxs Məhkum əməlində cinayət tərkibinin olmasını və ona bəraət verilməsi üçün əsasların olmamasını müəyyən etməklə düzgün nəticəyə gəlmişlər. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Kassasiya şikayətinin digər dəlili Məhkum əməlinin düzgün tövsif edilməməsidir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin bu barədəki dəlilini əsaslə hesab etməklə aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsinin dispozisiyasına görə vəzifə səlahiyyətlərin dən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəziflərinin isrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük ələdə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vurması ağır nəticələrə səbəb olmalıdır. Azərbaycan Respublikası CM-nin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Azərbaycan Respublikası CM-nin 308-ci maddəsində nəzərdə tutulmuş əməl qəsdən törədilmiş cinayət hesab edilir. Deməli, təqsirləndirilən şəxs Məhkum həmin maddə ilə cina yət məsuliyyətinə cəlb edilməsi üçün onun 11 avqust 2018-ci il tarixdə "xxxx" restoranında 13 nəfərin zəhərlənməsi ilə nəticələnmiş hadisəni qəsdən törətməsi sübut olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İş üzrə dindirilmiş təqsirləndirilən şəxs Məhkum və zərərçəkmiş şəxslərin ifadələrindən görünür ki, onlar biri-birini tanımırlar. Belə olan halda, Məhkum zərərçəkmiş şəxslərin zəhərlənməsi ilə nəticələnmiş əməli qəsdən törətməsini iddia etmək məntiqə uyğun deyildir. Azərbaycan Respublikası CM-nin 314.2 -ci maddəsinin dispozisiyasına görə səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə zərər vurulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olmalıdır. İşin materialları ilə müəyyən edilmişdir ki, Məhkum ünvan 4 ünvanında yerləşən "xxxx" restoranını işlətməklə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs olub işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməyərək və ya lazımi qaydada yerinə yetirməyərək restoranın işçiləri, restorana daxil olan ş əxslər və müştərilər tərəfindən baş vermiş bütün hadisələrə və dəymiş zərərə cavabdeh olduğu halda işçilərin tibbi müayinədən keçirilməsini, mətbəxdə dezinfeksiyaedici məhsullar üçün xüsusi yerin ayrılması və mütəmadi olaraq dezinfeksiya işlərinin həyata keçirilməsini, qida məhsullarının hazırlanma sahəsində məhsulların soyuducu kameralarda sanitar-epidemioloji norma və qaydaların tələblərinə uyğun saxlanılmasını, restorana daxil olan məhsulların keyfiyyətini təsdiq edən sənədlərin təqdim edilməsini təmin etməyərək üzərində baytar möhürü olmayan, keyfiyyətini təsdiq edən baytar sanitar-ekspertiza arayışı olmayan qoyun əti, mal əti, toyuq əti və tərəvəz məhsullarını restorana qəbul edərək saxlanmasını və həmin məhsuldan yeməklərin hazırlanaraq restorana gələn müştərilərə satılmasını təşki l edərək gəlir əldə etmiş və nəticədə 11 avqust 2018-ci il tarixdə, saat 19:00 radələrində restorana şam yeməyinə gəlməklə soyuq qəlyanaltılardan pomidor-xiyar, pendir çeşidləri, tərkibində bağırsaq çöpü aşkar edilmiş manqal salatı, isti yeməklərdən isə toyuq kababı, çiy ətində bağırsaq çöpü aşkar edilmiş quzu buğlaması, lülə kababı, quzu basdırma kababı yemiş müştərilərdən 13 nəfər heyvan və bitki mənşəli qida məhsullarından sağlamlığa yüngül zərər vuran törədicisi məlum olmayan qidadan zəhərlənmişlər. Zərərçəkmiş şəxslərə yetirilmiş xəsarət, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olsa da, zərərçəkmiş şəxslərin sayının çoxluğu (13 nəfər) ağır nəticə kimi qiymətləndirilməyə əsas verir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəm ələr təqsirləndirilən şəxs Məhkum tərəfindən törədilmiş cinayət əməlinin tövsifini müəyyən edərkən sübutların yoxlanılması və qiymətləndirilməsinə dair Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin tələblərini pozmuşlar. Belə ki, Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsa sən qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin materiallarında Məhkum "xxxx" restoranını rəhbəri kimi fəaliyyət göstərədiyi zaman vəzifəsindən sui-istifadə etməklə zərərçəkmiş şəxslərin zəhərlənməsi ilə nəticələnən əməli törətməsini təsdiq edən heç bir sübut yoxdur. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəməni n hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyələrdən göründüyü kimi, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr Məhkum barəsində Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə verilmiş ittih am üzrə ittiham hökmü çıxarmaqda haqlı olmamışlar. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə tövsif olunmalı və həmin maddə ilə ona cəza təyin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilm əsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin ar adan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Bu baxımdan da kassasiya kollegiyası işə baxan məhkəmələrin təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifi ilə bağlı mövqeyini əsaslı hesab etmir. Azərbaycan Respublikası CPM-in 416.0.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protesti təmin edilməməli, kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2019-cu il Məhkum haqq ındakı qərarı dəyişdirilməli, onun Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə tövsif olunmuş əməli həmin Məcəllənin 314.2-ci maddəsinə tövsif edilməli və ona törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə uyğun olan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla cəza təyin edilməlidir. Məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə cəza təyin edərkən işə baxan məhkəmələr tərəfindən müəyyən edilmiş cəzanı yüngülləşdirən halları (ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, 2-ci tipli şəkərli diabetdən və ürək-damar xəstəliyindən əziyyət çəkməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə edərək, ona qarşı şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmasın ı) və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət ehtiyatsızlıqdan törədilmiş əməl hesab edildiyindən və Məhkum cəzasını CM-nin 56.1.1-ci maddəsinə uyğun olaraq məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə kollegiyası Məhkum barəsində qərarın əməlin tövsifinin daha yüngül maddəyə dəyişdirilməsi və ona həmin maddə ilə yeni cəza təyin edilməsi barədə nəticəyə gəldiyindən, kassasiya protestinin dəlillərinin isə cəzanın ağırlaşdırılması ilə əlaqədar olduğundan kassasiya protestinin dəlillərinə münasibət bildirilməsinə zərurət görmür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.0.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyas iya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2019-cu il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə tövsif olunmuş əməli həmin Məcəllənin 314.2-ci maddəsinə tövsif edilsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Qərar qalan hissədə dəyişdirilməsin. Dövlət ittihamçısının kassasiya protesti təmin edilməsin, müdafiəçinin kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar