Məhkəmə qərarları › İş №1(102)-819/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-819/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-819/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamında müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə 04 sentyabr 1978-ci ildə Ermənistan Respublikasının Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsi ndə bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 sentyabr 2020-cİ il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2020-ci il tarixli hökmünə əsasən (hakimlər: E.H.İsmayılov (sədrlik edən), C.İ. Hüseynov və S.İ.Əliyev) Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) il müddətə azadlıqda n məhrum etmə cəzasına məhkum edilmiş, ibtidai araşdırma zamanı 22 iyul 2016-cı il tarixdən 22 iyul 2017-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 01 (bir) il təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılmış və Məhkum üzərində qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, cəzaçəkmə müddətinin əvvəli 12 may 2020-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum və müdafiəçisi C.Cəfərov tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04.09.2020-cİ il tarixli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), V.Ə.Mursaqulov və H.H.Əhmədov) apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağ ır Cinayətlər Məhkəməsinin 02.06.2020-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilmiş, təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 01 (bir) il 06 (altı) aya endirilmiş, Məhkum ibtidai araşdırma zamanı 22 iyul 2016-cı il tarixdən 22 iyul 2017-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 01 (bir) il müddət təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılmış və Məhkum üzərində qəti olaraq 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması və hökm qalan hissələrdə hazırki apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum və qeyrisi tamah niyyəti, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında Vəliyev Elman Mehdi oğluna Bakı şəhəri, Xətai rayonu, “Bakı Əyləncə Mərkəzi”nin qarşısında yerləşən yeni tikilinin 24- cü mərtəbəsindən bir otaqlı mənzil satacaqlarına dair yalan vəd verib aldatmaqla, 07 yanvar 2013-cü il tarixdən 2014-cü ilin sonlarınadək olan dövr ərzində Bakı şəhərinin müxtəlif ərazilərində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 33.000 manat məbləğində pulunu etibarından sui-istifadə edərək alıb öz aralarında bölüşdürməklə ələ keçirərək zərərçəkmiş şəxs Elman Vəliyevə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Məhkum və qeyrisi təkrar tamah niyyəti, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında Əsgərov Ədalət İsgəndər oğluna Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında yerləşən “Ələsgəroğlu-K” şirkəti tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasında yerləşən bir otaqlı mənzili ona satcaqlarına dair yalan vəd verib aldatmaqla, 2014-cü ilin yay aylarından həmin ilin noyabr ayınadək olan müddət ərzində Bakı şəhərinin müxtəlif ərazilərində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə 9.000 manat dəyərində “Audi Q7” markalı avtomobilini və 21.000 manat nəğd pulunu etibarından sui-istifadə edərək alıb öz aralarında bölüşdürməklə ələ keçirərək zərərçəkmiş şəxs Ədalət Əsgərova ümumilikdə 30.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla də ləduzluq etmişlər. Bundan əlavə, Məhkum və qeyrisi təkrar tamah niyyəti, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında Əsgərov Ədalət İsgəndər oğluna Abşeron rayonu, Novxanı kəndi ərazisində kənd təsərrufat təyinatlı torpaq sahəsinin üzərində yarımçıq tikilini göstərib 3 ədəd fərdi yaşayış evini tikib qanuni sənədləri ilə birgə ona təhvil verəcəklərinə dair yalan vəd verib aldadaraq, 2014-cü ilin payız ayları ərzində Bakı şəhərinin müxtəlif ərazilərində vahid niyyətlə əhatə olunan qəsdlə 20.000 manat dəyərində “BMV X5” markalı avtomobili, 7.000 manat dəyərində “Mersedes Benz” markalı avtomobili, 2.100 manat dəyərində 3 ton armatur və 6.000 manat nəğd pulunu Ə.Əsgərovdan etibarınd an sui-istifadə edərək alıb öz aralarında bölüşdürməklə ələ keçirərək zərərçəkmiş şəxs Ə.Əsgərova ümumilikdə 35.100 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Məhkum və qeyrisi təkrar tamah niyyəti, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında İsmayılov Rövşən Səməd oğluna Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən “Ələsgəroğlu-K” şirkəti tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasındakı bir otaqlı mənzili ona satacaqlarına dair yalan vəd verib aldatmaqla, onlar tərəfindən satılacaq həmin mənzilin Əsgərov Ədalət İsgəndər oğluna məxsus olduğunu deyib, onunla aparılan danışıqlarda Rövşən İsmayılovun da iş tirakını təmin edib inandıraraq, həmin mənzilə dair Rövşən İsmayılovun adına 01 dekabr 2014-cü ildə notarial qaydada başqa məzmunda etibarnamə verməklə həmin dövrün məzənnəsi ilə 23.532 manat təşkil edən 30.000 ABŞ dolları dəyərində 2006-cı il buraxılışlı “BMV-X5” markalı, bir ədəd həmin dövrün məzənnəsi ilə 10.981,6 manat təşkil edən 14.000 ABŞ dolları dəyərindəki 2007-ci il buraxılışlı “Volsvagen Passat” markalı və bir ədəd həmin dövrün məzənnəsi ilə 12.550,4 manat təşkil edən 16.000 ABŞ dolları dəyərində 2008-ci il buraxılışlı “Nissan Qaşqay” markalı avtomobilləri Bakı şəhərinin müxtəlif ərazilərində vahid niyyətlə əhatə olunan qəsdlə R.İsmayılovdan etibarından sui-istifadə etməklə alıb ələ keçirərək zərərçəkmiş şəxs Rövşən İsmayılova ümumilikdə 47.064 manat məbləğində xeyli miqdarda zi yan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Məhkum və qeyrisi təkrar tamah niyyəti, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında Ağayev Anar İlyas oğluna Abşeron rayonu, Novxanı kəndi ərazisində kənd təsərrufat təyinatlı 3 sot torpaq sahəsinin üzərində yarımçıq tikilini göstərib inandıraraq, həmin sahədə 4 ay ərzində 2 mərtəbəli ev tikib qanuni sənədləri ilə birgə ona təhvil verəcəklərinə dair yalan vəd verib aldatmaqla, 2015-ci ilin yayından 2016-cı lin yanvar ayının ortalarınadək olan müddət ərzində Bakı şəhərinin müxtəlif ərazilərində, eləcə də Abşeron rayonu, Novxanı kəndi ərazisində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Anar Ağayevdən 41.000 manat dəyər ində “Range Rover Sport” markalı, 6.000 manat dəyərində “Subaru” markalı, 10.000 manat dəyərində 2001-ci il buraxılışlı “Mersedes” markalı avtomobili və 18.500 manat nəğd pulu etibarından sui-istifadə etməklə alıb ələ keçirərək zərərçəkmiş şəxs Anar Ağayevə ümumilikdə 75.500 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan əlavə, Məhkum və qeyrisi təkrar tamah niyyəti, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında İsmayılov Rövşən Səməd oğluna Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanındakı “Ələsgəroğlu-K” şirkəti tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasında yerləşən bir otaqlı mənzilin Əsgərov Ədalət İsgəndər oğluna məxsus old uğunu deyib satdıqlarını bildirdikləri həmin mənzillə bağlı danışıqlarda Rövşən İsmayılovun da iştirakını təmin edərək, mənzilə dair sənədlərin qanunusuz olması Ə.Əsgərov və R.İsmayılova məlum olduqdan sonra, sonuncu, həmin mənzili almaq üçün verdiyi əmlakı və pulları geri qaytarmalarını tələb etdikdə, Məhkum və Ziya Ələkbərli həmin mənzilə görə R.İsmayılovun verdiyi əmlakın üzərinə əlavə olaraq 13.000 ABŞ dolları qoyub onlara verəcəyi halda Abşeron rayonu, Novxanı kəndi ərazisində kənd təsərrufatı təyinatlı 5 sot torpaq sahəsinin üzərində yarımçıq tikilini göstərib bir ay ərzində 73.000 ABŞ dollarına qiymətləndirilən 2 mərtəbəli ev tikib qanuni sənədləri ilə birgə Rövşən İsmayılova təhvil verəcəklərinə dair yalan vəd verib aldatmaqla, 02 sentyabr 2015-ci il tarixdə ünvan 5 ünvanında yerlə şən Abşeron rayon İcra Hakimiyyəti binasının yaxınlığında ondan həmin dövrün məzənnəsi ilə 15.356,9 manat təşkil edən 13.000 ABŞ dolları məbləğində pulu etibarından sui-istifadə etməklə alıb öz aralarında bölüşdürərək ələ keçirməklə zərərçəkmiş şəxs Rövşən İsmayılova 15.356,9 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Məhkum və qeyrisi təkrar tamah niyyəti, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında 22 dekabr 2014-cü il tarixli müqavilə və tam ödəniş barədə arayış əsasında Quliyev Ramin Zakir oğluna məxsus Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllə ünvanında "xxxx" MTK-nın inşa etdiyi hündürmərtəbəli binanın 12-ci mərtəbəsində yerləşən 58 saylı bir otaqlı 57,13 kvadrat metr sahəsi olan 34.278 manat dəyərindəki mənzili dəyərini hissə-hissə ödəməklə digər şəxsə satacaqlarına dair yalan vəd verib aldatmaqla özlərinin adına qeydiyyata aldırıb, 16 noyabr 2015-ci il tarixdə həmin mənzili sataraq əldə etdikləri pulu R.Quliyevin etibarından sui-istifadə etməklə alıb öz aralarında bölüşdürməklə ələ keçirib zərərçəkmiş şəxs Ramin Quliyevə 34.278 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan əlavə, Məhkum və qeyrisi təkrar tamah niyyəti, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında 22 dekabr 2014-cü il tarixli müqavilə və tam ödəniş barədə arayış əsasında Quliyev Abdu lla Kazım oğluna məxsus Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllə ünvanında "xxxx" MTK-nın inşa etdiyi hündürmərtəbəli binanın 15-ci mərtəbəsində yerləşən 75 saylı üç otaqlı 104,6 kvadrat metr sahəsi olan 62.760 manat dəyərindəki mənzili dəyərini hissə-hissə ödəməklə digər şəxsə satacaqlarına dair yalan vəd verib aldatmaqla özlərinin adına qeydiyyata aldırıb, 18 noyabr 2015-ci il tarixdə həmin mənzili sataraq əldə etdikləri pulu A.Quliyevin etibarından sui-istifadə etməklə alıb öz aralarında bölüşdürmüklə ələ keçirib zərərçəkmiş şəxs Abdulla Quliyevə 62.760 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının 04 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Protestdə qeyd edilir ki, məhkəmə kollegiyası Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiq olunması barədə nəticəyə gələrkən, həmin institutun tətbiq edilməsinin mümkünlüyü barədə nəticəni kifayət qədər əsaslandırmamış, o cümlədən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, törədilmə hallarını, təqsirkarın şəxsiyyətini nəzərə almamışdır. Belə ki, mübahisələndirilən qərara əsasən, məhkəmə kollegiyası Məhkum barəsində cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, cəzanı yüngülləşdirən hallar qismində isə cinayət nəticəsində vurulmuş ziyanı tam ödəməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını və əvvəllər məhkum olunmamasını nəzərə almışdır. Şübhəsiz ki, islah olunma perspektivləri baxımandan cinayət törədənin şəxsiyyətinin düzgün qiymətləndirilməsi üçün onun cinayətin törədilməsindən sonrakı davranışının, xüsusilə törətdiyi əmələ münasibətinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır. Cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi də təqsirkarın postkriminal davranışı olmaqla onun şəxsiyyətinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin, belə qiymətləndirilmə aparılarkən həmin hal, ümumi kontekstdən ayrılmamalı və təksirkarın davranışı bütövlükdə nəzərdən keçirilməlidir. Çünki, yalnızca ziyanın ödənilməsi faktına görə təqsirkar şəxsdə törətdiyi cinayətə tənqidi münasibətin formalaşması, onun islah yoluna durması haqqında nəticə çıxarmaq mümkün deyil. Hazırki işin hallarından isə görünür ki, z ərərçəkmiş şəxslərin pul vəsaitlərinin dələduzluqla ələ keçirilməsində, yəni külli miqdarda maddi zərər şəklində ictimai-təhlükəli nəticələrin meydana gəlməsində Məhkum öz aktiv hərəkətləri ilə seçilmişdir. Həmçinin qeyd edilməlidir ki, Məhkum himayəsində azyaşlı uşaqlarının olması birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmasına baxmayaraq apelyasiya instansiyası məhkəməsi bunu təkrarən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı Y.Əliyeva, çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdiri lmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellya siya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Verilmiş kassasiya protestində mübahisə edilən məsələ məhkuma təyin edilmiş cəzanın yüngül olması, məhkəmə tərəfindən yüngülləşdirici halların həddindən artıq nəzərə alınması ilə bağlıdır. Ona görə də məhkəmə kollegiyası məhkumun təqsirliliyi ilə əlaqədar sübutların şərh olunmasını zəruri hesab etmir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya protestinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törə tdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, iki azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi və ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə g örə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya dig ər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəm ə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai- təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hal kimi və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya protestində bir sıra cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarına istinad edilərək bu normaların məzmunu, qərarların isə müvafiq olaraq müddəaları və izahları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı da plenum qərarlarının müddəaları və izahları ilə heç bir ziddiyyət təşkil etmir.Kassasiya protsetinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası həm də qeyd edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan hallar mövcud olmadığından) dəyişdirilmədən saxlanılmalı, kassasiya protesti isə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 sentyabr 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protestin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar