Məhkəmə qərarları › İş №1(102)-819/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-819/2022

17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-819/2022 17.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, zərərçəkmiş şəxsin hüquqi varisi X7 nümayəndəsi X1, məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi X2 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsin in 07 aprel 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2021-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X13 və nümayəndəsi X3 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X14 (sədrlik edən), X10 və X8 ibarət tərkibdə) 07 aprel 2021-ci il tarixli hökmü ilə xx xxxx 1989-cu il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, məhkum olunmayan, Biləsuvar şəhəri, A.Mustafayev küçəsi ev 36-da qeydiyyatda olmaqla Biləsuvar şəhəri, S.Vurğun küçəsi ev 74-də yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 06 avqust 2020-ci il tarixdən hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X11 (sədrlik edən), X20 və X15 ibarət tərkibdə) 29 iyul 2021-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi X13 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2021-ci il tarixli hökmü həmin apellyasiya şikayət lərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs bacısı X9 qeyri-rəsmi nikahda olub boşandığı əri X17 tərəfindən ailənin dağılmasının əsas səbəbkarı kimi qəbul edilib mütəmadi nalayiq ifadələrlə təhqir olunması və 06 avqust 2020-ci il tarixdə yenidən Elxan Vəliyevin sərxoş vəziyyətdə zəng edib onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyməsi səbəbindən sonuncu ilə münasibətləri aydınlaşdırmaq üçün aralarındakı razılaşmaya əsasən həmin gün saat 21 radələrində idarə etdiyi “VAZ2107” markalı, “T034UO-26” Rusiya Federasiyası dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu ərazisində “Platina” adlanan əraziyə gəlib Elxan Vəliyevi gözləmiş, lakin sonuncu həmin ünvana gəlmədiyindən və arzuolunmaz hadisənin baş verməsinin qarşısı alınması məqsədilə Elxan Vəliyevin əraziyə gələn dostları onu sakitləşdirdiyi üçün avtomobillə Biləsuvar şəhərinə doğru qayıdarkən hərəkətdə olan zaman Elxan Vəliyev yenidən dəfələrlə ona zəng edib nalayiq ifadələr işlədərək görüşməyə təkid etdikdə sonuncuya Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Ucuzluq Univermağı”nın qarşısında olduğunu bildirmiş, bir neçə dəqiqə sonra, saat 22 radələrində idarə etdiyi “Kia Sportage” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı maşınla həmin yerə gələn Elxan Vəliyev ondan avtomobilə əyləşməsini tələb etdikdə, o, buna məhəl qoymayıb Elxan Vəliyevi şəxsi münasibətlər zəminində qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gələrək bu niyyətlə sonuncunun avtomobilinin sol ön qapısını açıb öz avtomobilində saxladığı, soyuq silah hesab edilməyən bıçaqla sükan arxasında əyləşmiş Elxan Vəliyevin bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirməklə ölümünə səbəb olan ürəyin və dalağın zədələnməsi nəticəsində əmələ gələn daxili və xarici qanitirməsi ilə nəticələnən, döş qəfəsinin ön divarının daxilə keçən və ürəyi zədələyən, qarının sol tərəfinin daxilə keçən və dalağı zədələyən, qarının ön divarının daxilə keçən, lakin daxili üzvləri zədələməyən deşilmiş-kəsilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığa ağır zərər vuran 3 ədəd xəsarət yetirərək Elxan Vəliyevi qəsdən öldürmüş, yəni həyatdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2021-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X13 və nümayəndəsi X3 tərəfindən birgə veri lmiş kassasiya şikayətində göstərilir ki, məhkəmənin qərarı əsaslı və qanuni deyil, ona görə də Təqsirləndirilən şəxs barəsində məhkum olunduğu Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyası həcmində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi təyin olunmalıdır. İstər ibtidai istintaq zamanı, istərsə də birinci instansiya məhkəməsinin istintaqı zamanı araşdırılan sübutlar onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs barəsində təyin olunmuş 12 il müddətə azadlıqdan məhrum etmə cəzası cinayət işinin faktiki hallarına və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə hallara tam olaraq uyğun deyildir. Belə ki, cinayət işinin faktiki halları ilə, həmçinin Təqsirləndirilən şəxs öz ifadəsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayının 6-sı axşam saat 22 radələ rində planlı şəkildə rayon mərkəzinə gedərək sonuncuya qarşı heç bir fiziki təsir göstərməyən, maşında oturaq vəziyyətdə olan X16 özü ilə gəzdirdiyi bıçaqla ölümcül nahiyələrindən vurmuşdur. Məhkum olunmuş şəxs bildirir ki, Elxan dəfələrlə ona zəng vuraraq nalayiq ifadələrlə onu söymüşdür. Əgər Təqsirləndirilən şəxs mərhumun mütəmadi olaraq onu söyüb təhqir etməsindən narazı idisə bu barədə hüquq-mühafizə orqanlarına müraciət edərək onun barəsində qanuna müvafiq tədbirlərin görülməsini xahiş edə bilərdi. Lakin o bu barədə heç bir orqana şikayət etməmiş, hətta mərhumun həqiqətən də onu söyüb-söyməməsini sübut edə bilməmişdir. Təqsirləndirilən şəxs əvvəlcədən Elxan Vəliyevi öldürmək niyyətinin olması, qeyd olunan cinayəti törədib başa çatdırması, zərərçəkmişə heç bir yardım etmədən hadisə ye rindən qaçması onun zərərçəkmişi köməksiz vəziyyətdə düşmənçilik niyyəti ilə öldürməsini təsdiq edir. İşin faktiki halları onu göstərir ki, Təqsirləndirilən şəxs islah olunmasına təqsirli bilindiyi maddənin yuxarı həddində cəza təyin etməklə nail olmaq olar. Kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kolleqiyasının 29 iyul 2021-cı il tarixli qərarının dəyişdirilərək, Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə azadlıqdan məhrumetmə cəzasının yuxarı həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə zərərçəkmiş şəxsin hüquqi varisi nümayəndəsinin, kassasiya şikayətinin təmin olunmaması b arədə dövlət ittihamçısının və müdafiə tərəfinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verər sə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı b ir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzanın yüngül olmasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təy in edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ict imai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirka rın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, yüngülləşdirən halı (himayəsində iki azyaşlı uşağının olmasını) və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəza təyin etmənin ümumi prinsiplərinə dair Azərbaycan Respublikası CM-in 8, 41 və 58-ci maddələrinin tələblərinə riayət etməklə Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasının həddində qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməs inin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci i l tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraiti nə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbir olmaqla cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan da məhkəmə kollegiyası kassasiya şikayətinin məhkum Təqsirləndirilən şəxs barədə daha ağır cəza tətbiqi ilə əlaqədar barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, məhkuma Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş son həddə cəza təyin edilməsi, bununla da ona təyin edilmiş cəzanın ağırlaşdırılması üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, k assasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxsin hüquqi varisi X13 və nümayəndəsi X3 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2021-ci il tarixli qərarı zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar