Məhkəmə qərarları › İş №1(102)-819/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-819/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-819/2023 04.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 1(103)-1957/2021 saylı qərarından məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli hökmünə əsasən (sədrlik edən M.M.Ağalarov, hakimlər E.Əmikayılov və S.H.Hacıyev) xx xxxxx 1983-cü ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Binəqədi rayon Evlər İdarəsində ekspert işləmiş, məhkum olunmamış, Lənkəran şəhəri Koroğlu küçəsi, ev 19-da qeydiyyatda olmaqla, Bakı şəhəri Yasamal rayonu, V.Əliyev küçəsi, ev 353-də kirayədə yaşamış, hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan m əhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 10 mart 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması, maddi sübut kimi tanınaraq Yasamal RPİ-də saxlanılan Məhkum üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 9,725 (ekspertiza tədqiqatından sonra 9,625) qram narkotik vasitə heroin, təmiz çəkisi 9,750 (ekspertiza tədqiqatından sonra 9,650) qram psixotrop maddə metamfetamin, Məhkum yaşadığı evdən aşkar olunmuş təmiz çəkisi 139,798 (ekspertiza tədqiqatından sonra 139,698) qram narkotik vasitə hero in, təmiz çəkisi 347,031 (ekspertiza tədqiqatından sonra 346,911) qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkum üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı sonuncunun üzərində aşkar edilərək götürülmüş 1 ədəd «Samsung» markalı mobil telefon aparatı onun qohumlarına qaytarılsın. "xxxx" MMC-dən daxil olmuş 7 aprel 2021-ci il tarixli, 7011 nömrəli məktuba əlavə edilmiş üzərində «6829-xx.xx.2021» rəqəmləri yazılmış 1 ədəd CD disk, 10 mart 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsində təqsirləndirilən şəxs Məhkum üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD disk, 10 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs Məhkum yaşadığı Bakı şəhəri Yasamal rayonu, V.Əliyev küçəsi, 353 ünvanda yerləş ən evində aparılmış baxış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD disk isə iş materiallarında saxlanılması və məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Məhkum Sücədin oğlundan dövlət nəfinə tutulması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X4 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə) 15 dekabr 2021-ci il tarixli, 1(103)1957/2021 saylı qərarı ilə məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 1(103)-1957/2021 saylı qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən Məhkum ona görə məhkum edilmişdir ki, o, t əxminən 2021-ci ilin fevral ayında qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan «Fərşid» adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada ünvan 1 ünvanda yerləşən yaşayış binasının giriş hissəsində yerləşdirdiyi bir ədəd göy rəngli polietilen bağlamada olmaqla ümumi təmiz çəkisi 149,523 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroini və ümumi təmiz çəkisi 356,781 qram olan kustar üsulla hazırlanmış ağ rəngli kristallik hissəciklərdən ibarət külli miqdarda psixotrop maddə metamfetamini 10 mart 2021-ci il tarixdə gecə saatlarında həmin yerdən götürüb sonradan ayrı-ayrı şəxslərə satıb əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərti ilə daşımaqla yaşadığı ünvan 2 ünvanda yerləşən bir otaqlı fərdi həyət evinin yataq otağında çarpayının altında saxlamış, 10 mart 2021-ci il tarixdə, saat 11 radələrində yaşadığı evin yataq otağında çarpayının altında saxladığı narkotik vasitə hesab edil ən həmin heroinin 9,725 qram çəkidə olan hissəsini və psixotrop maddə hesab edilən metamfetaminin 9,750 qram çəkidə olan hissəsini iki bükümdə ayırıb əynində olan qara rəngli gödəkçənin sol yan cibinə qoyaraq istintaqa məlum olayan şəxslərə satmaq niyyəti ilə yaşadığı evdən çıxmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin gün saat 17:00-da ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq baş idarənin inzibati binasına gətirilmiş, inzibati binada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən iki ədəd bükümdə olmaqla təmiz çəkisi 9,725 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən kül li miqdarda heroin və təmiz çəkisi 9,750 qram olan kustar üsulla hazırlanmış ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyataxtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 20:00-da yaşadığı ünvanda baxış və götürmə aparılarkən yataq otağında olan çarpayının altında saxladığı bağlamadan bir ədəd bükümdə olmaqla təmiz çəkisi 139,798 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroin, dörd ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 100,094 qram, 106,369 qram, 79,016 qram və 61,552 qram olmaqla ümumi təmiz çəkisi 347,031 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən kül li miqdarda metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum edilmiş şəxs Məhkum əsaslandıraraq işə baxan birinci instansiya və apellyasiya məhkəmələri tərəfindən onun işinə istintaq araşdırılması aparılmadan baxıldığını, onun ailə vəziyyəti, yüngülləşdirici halları nəzərə alınmadan ona həddindən artıq ağır cəza verildiyini bildirmiş, bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(103)-1957/2021 saylı qərarının ləğv edilərək, cəzasının minimum həddə endirilməsinə kömək edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı dövlət ittihamçısı isə çıxış edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəli llərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəm əsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Res publikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkumun kassasiya şikayətində onun işinə istintaq araşdırılması aparılmadan baxıldığını, onun ailə vəziyyəti, yüngülləşdirici halları nəzərə alınmadan ona həddindən artıq ağır cəza verildiyini bildirmiş, bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 1(103)-1957/2021 saylı qərarının ləğv edilərək, cəzasının minimum həddə endirilməsinə kömək edilməsini xahiş etmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraci əti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli Bakı Apellyasiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 1(103)-1957/2021 saylı qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq qeyd edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri onun apellyasiya şikayətinin dəlilləri ilə eynidir və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə qanuna uyğun və əsaslı şərhlər verilmişdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzə rdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiya məhkəmələri məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclaslarında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və Məhkum törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə habelə tədqiq olunmuş digər mötəbər sübutlarla təsdiq edildiyini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli t örədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlə rinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilmə sinə dair” 02 aprel 2012-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onu n ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cə za və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə kоllеgiyаsı Məhkum təyin edilmiş cəza ilə bağlı birinci instansiya məhkəməsinin və apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, onun cəzasını yüngülləşdirən hal olaraq himayəsində azyaşlı uşağının olmasını, o cümlədən cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini və işin digər hallarını nəzərə alaraq Azərbaycan Respublikası C M-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol veri lmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hökmünün dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas olan hallar iş üzrə müəyyən edilmədiyindən məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və protestini təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı kassasiya şik ayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(103)-1957/2021 saylı qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar