Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-819/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, X14 oğlunun katibliyi, Xüsusi ittihamçı – X3 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli qərarı ilə X3 xüsusi ittiham qaydasında şikayət ərizəsi əsasında X4 CM-nin 147.1 və 148-ci maddələri ilə bəraət almasına dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 oktyabr 2023-cü il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 tərəfindən verilmiş kas sasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin (sədrlik edən hakim: X10) 1(060)-340/2023 saylı, 06 iyun 2023-cü il tarixli hökmü ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs 16 noyabr 1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, işləməyən, Siyəzən rayonu, Beşdam kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, 43 saylı orta məktəbin yaxınlığında olan özbaşına tikilidə yaşayan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə bəraət verilmiş və təqsirsiz elan edilmişdir. X9 xüsusi ittiham qaydasında şikayət ərizəs i ilə məhkəməyə müraciət edərək xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Siyəzən rayonu, Beşdam kəndində qeydiyyatda olan, faktiki olaraq Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində yerləşən 43 saylı orta məktəbin yaxınlığında olan özbaşına tikilidə yaşayan X4 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1- ci və 148-ci maddələrinin tərkibləri olduğunu nəzərə alaraq, Xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilərək onun həmin maddələrlə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunması və təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məh rum etmə cəzasına məhkum olunması barədə hökm çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi, X5 və X2 ibarət tərkibdə) 1(105)-461/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qərarı ilə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 1(060)-340/2023 saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Xüsusi ittihamçı kassasiya şikayətində göstərmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli qərarını aşağıdakılara əsasən əsassız, qanunsuz və ədalətsiz hesab edirəm. Əvvəla, məhkəmə mənim apellyas iya şikayətimin dəlillərini araşdırmamış və işin faktiki halları ilə bağlı barəsində şikayət verilən şəxsin özünü müdafiə xarakterli dəlilləri əsasında qərar qəbul etmişdir. Məhkəmə kollegiyası şikayət materialları və mənim və qızımın barəsində yayılmış məlumatların kifayət qədər insanlara ötürülməsini, məhz X4 bizim ailədən əvvəlcədən qisas almaq məqsədini, “TikTok” internet səhifəsindən yaydıqdan sonra məhkəmədə şahid kimi dindirilmiş X8 adlı şəxsə ötürərək məlumatın genişləndirilməsini və kütləviləşdirilməsini, bu “TikTok” internet saytında: “@ilhamekərimova36r’ adlı səhifənin bizim şikayətimiz əsasında DİN -yi tərəfindən X12ma məxsus telefon nömrəsindən (mob: ***-***-**-**) qeydiyyatdan keçirilərək yayınlanması barədə bizə bildirlməsini nəzərə almamışdır. DİN-nin aidiyyatı şəxslərinin bizə verdiyi həmin nömrə üzərindən bu səhifənin bağlanmasının və bir neçə ay ərzində hər hansı məlumat olmamasının və sonrada yenidən fəliyyətini davam etdirməsini nəzərə almamışdır. Bundan əlavə X4 şəxsiyyəti ilə bağlı halları və onun dəfələrlə qonşularını və qohumlarını qisas almaq məqsədi ilə məhkəmələrə və polisə verməsini nəzərə almayaraq mənim bir zərərçəkmiş şəxs kimi ailə üzvlərimin bu hadisəyə qədər barəsində şikayət verilən şəxs tərəfindən şərlənməyimiz və polisə verilməyimizi nəzərə almamışdır. Bundan başqa Məhkəmə X1 hadisəyə qədər və hadisədən sonra da bizi yenə də səhifəsində rüsvayedəcəyi barədə hədələyərək xəbardar etməsi hədələrini nəzərə almayaraq birinci instansiya məhkəməsdində olduğu kimi həmin şəxsi müdafiə etmişdir. Hansı ki, həmin şəxsin belə hərəkətləri nəinki tək mənim üçün başqa insanlar üçün də təhlükəli olmasını nəzərə alamamışdır. Məhkəmə Kollegiyası şikayətlərimdən çox əvvəl dəfələrlə hüquq mühafizə orqanlarına müraciət edərək bu şəxsin hərəkətləri üzündən anamın və qızımın qonum-qonşu və ailə üzvləri içərisində biabır olmağımızı və bu səbəbdən intihara etmək dərəcəsinə çatdığımıza əhəmiyyət verməmişdir. Bütün sübutlarım məcmusunda məhkəmə ancaq mənim həmin saytın barəsində şikayət verilən şəxsə məxsus olmasını sübuta yetirməmyimi əsas gətirməklə X4 hadisəyə aidiyyatı qismən bəlli olsada və bu hadisəni törətməsi müəyyən edilmiş olduğu halda ittihamedici hökm çıxarmamışdır. Barəsində şikayət verilən X4 bu cinayəti törətməsi motivi- qisas almaq olmuş dəfələrlə başqa şəxsləri rüsvay etdiyi kimi bizim ailəni də hədəfə almışdır. İlhamənin məni bu c inayət əməlindən əvvəl hədələməsi müxtəlif orqanları verdiyim şikayətlərlə təsdiqini tapmışdır. Həmin şikayətlər bu formalarda olmuşdur; Şikayət ərizəmi mətni belə olmuşdur: İlhamə mənim keçmiş həyat yoldaşımın bacısı qızıdır. Mən həyat yoldaşımla çoxdan boşanmışam. Bizimlə onların arasında heç bir münasibət yoxdur. İlhanıə açıq-aşkar bildirir ki, mən sizin ailəni dağıdacam. Səni də qızını da küçə qadını kimi sosial şəbəkələrdə tanıtdıracam. Qızımın ailəsi dağılmaq üzrədir, iki-üç dəfə intihar etmək istəyib, hətta öz həyat yoldaşına bu barədə heç nə deməyib ki, qoy özü sosial şəbəkəni görsün. Bundan sonra hansı addım atacağı bilinmir. İlhamə açıq-aşkar bildirir ki, onun hər yerdə tanışı var, sudan-quru çıxmağı da bacarır. İlhamənin hərəkətlərinə görə anam, Cənıilə xanını bir dəfə intihar a cəhd edib, onun həyatını güdə xilas ediblər. Sumqayıt şəhər Məhkəməsinin qarşısındakı, hərəkətlər disk vasitəsilə açıq -aşkar göstərir ki, o bizim ailənin son nöqtəsini qoynıaq istəyir. Heç bir qanunlara riayət etməyən İlhamə sosial şəbəkə vasitəsilə bizi intihara sürükləyir. Sizdən xahiş edirəm ki, qızımın həyatını xilas edin, qoymayın ailəsi dağılsın, tez bir zamanda sosial şəbəkədəki yayımların silinməsi və İlhamənin ağır cəza almasını təmin edin. Kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 1(105)-461/2023 saylı qərarının ləğv edərək işin baxılması üçün işin yenidən apelyasiya məhkəməsinə qaytarılmasına dair yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə bax mış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-nin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmunu nun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələyə də baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışına hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 302.2.3-cü maddəsinin tələbinə əsasən CPM-in 302.1.6-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasinda şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Belə ki, Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinin dispozisiyası – böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma, CM-nin 147.2-ci maddəsinin dispozisiyası – ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma kimi hərəkətlərlə ifadə olunmuşdur. Bu cinayətin bilavasitə obyektini başqa şəxsin şərəfi, ləyaqəti və ya nüfuzu təşkil edir. Şərəf – cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – isə cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində qeyd edilir ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi isə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma kimi nəzərdə tutulmuşdur. Bu cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. X9 xüsusi ittiham qaydasında hazırki şikayət ilə məhkəməyə müraciət edib, onun və qızı Rəqsanə barəsində “TikTok” internet saytında “@ilhamekərimova361” adlı səhifənin X7 məxsus olmaqla bu məlumatların sonuncu tərəfindən yayıldığını və bu məlumatlar əsasında onun və qızının şərəf və ləyaqətinə ləkə gətirən hərəkətlərə yol verildiyi göstərmiş, lakin işə baxan birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və və 148-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməsi heç bir vasitə ilə sübuta yetirilmir. Belə ki, birinci instansiya məhkəməsinin istintaqı zamanı barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 TikTok internet saytında olan “@ilhamekərimova361” adlı profilin ona aid olmadığını və yuxarıda göstərilən nalayiq ifadələrin onun tərəfindən yazılmadığını bildirmişdir. Eyni zamanda xüsusi ittihamçı X9 “Tik-tok” sosial şəbəkəsində olan profilin İlhamə Kərimovaya məxsus olması, nalayiq ifadələrin onun tərəfindən yazılması və böhtan atması barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin xüsusi ittiham qaydasında şikayət vermiş X3 vəsatəti əsasın məhkəmə kollegiyasının iclasında videokonfrans sistemi ilə iştirakı təmin edilmiş X8 şahid qismində dindirilərkən ifadəsində bildirmişdir ki, iş üzrə tərəflərdən Gülafət Vəliyeva yoldaşının dayısı qızı, İlhamə Kərimova isə onunla qonşulqda yaşayır. Keçən ilin ortalarında həbsdən yeni azad olunmuşdu, evdə olarkən mobil telefonuna mesaj gəlmiş, həmin vaxt yoldaşının dayısına məxsus mobil telefon nömrəsi onun istifadəsində olmuş və mesajı açdıqda fotoşəkil olduğunu görmüşdür. İlk öncə fotoşəkilin kimə məxsus olmasını bilməmişdir, çünki tərəfləri 11 ildən çoxdur ki, görmür. Mesajda olan fotoşəkil ilə bağlı məsələni aydınlaşdırmaq üçün mobil nömrənin məxsus olduğu Eynullaya zəng etmiş, ondan soruşmuşdu r ki, uşaqların şəkilini internetə qoyublar bu nə məsələdir? Daha sonra şəkili Eynullaya göndərmiş, sonuncu da qardaşı və onun yoldaşına zəng edərək bu barədə məlumat vermişdir. Axşam saatlarında Gülafət və qızı ona zəng edərək məsələni aydınlaşdırmağa çalışmış, məlumatı olmadığından heç nə deyə bilməmişdir. Ona fotoşəkili İlhamə Kərimova göndərmiş, bu məlumatı telefonunda skan edərək saxlamışdır. Fotoşəkilin ona göndərilməsində məqsəd, İlhamə Kərimova bilirdi ki onun Gülafət Vəliyevanın dayısı ilə münasibəti var. Apellyasiya instansiyası məhkəməsinin araşdırması zamanı barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş İlhamə Kərimova şahidin ifadəsində qeyd edilənlərlə bağlı bildirmişdir ki, onun adından “@ilhamekərimova361” adlı saxta profil açılmaqla belə bir şəkilin orada paylaşıl masını o həmin səhifədən skrin edərək X3 qohumu X6 göndərərək onun adından saxta profil düzəldilərək belə bir şəkil paylanılmış və qohumlarının ona şər atmasını bildirməklə “Oktay əmi bu nə məsələdir?” soruşmuşdur. Hətta şahid ona vatsapla səslər də atıb sonra pozub, lakin onun telefonunda şahidin səslərini silməsinin əks olunması qalır. Onun TikTokda “@ilhamekərimova361” adlı səhifəsi yoxdur, o 7-8 aydır ki, TikTokda canlı yayım açır və qazilərə, hərbiçilərə dəstək olur. Onun öz səhifəsi “İlhamə Kərimova 299”-dur və hər bir profilin kim tərəfindən açılmasının müəyyən edilməsi mümkündür. Gülafət Vəliyevanın iddia etdiyi “@ilhamekərimova361” adlı profilin ona məxsus olmasını sübut edərsə o cavab verməyə hazırdır. Məhkəmə kollegiyası hesab edir ki, xüsusi ittihamçı tərəfindən irəli sürülən i ttihamla bağlı “TikTok” internet saytında “@ilhamekərimova361” adlı səhifənin X7 məxsus olmasını təsdiq edən sübutlar məhkəmələrə təqdim edilməmişdir. CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmünün ehtimallara əsaslana bilməməsi və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılması ilə bağlı qanunun tələbinə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 hərəkətlərində qeyd edilən cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və və 148-ci maddələri ilə bəraət verilməsinə dair gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bu mövqeyi ilə r azılaşmışdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 03 nömrəli Qərarının 2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiy i qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qa ydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6, 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, X3 xüsusi ittiham qaydasında ərizəsi üzrə məhkəmələrin cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmaması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə tə crübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 03 nömrəli Qərarının 5-ci bəndinə əsasən qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləy aqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş e tdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmələr tərəfindən X3 xüsusi ittiham qaydasında ərizəsinə baxılarkən cinayət və cinayət-prosessual qanunların pozulması, ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Gö stərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Xüsusi ittihamçı X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutu lmuş cinayətin tərkibi olmadığına görə bəraət verilməsi və təqsirsiz elan edilməsinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-461/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-819/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-819/2024
18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver