Məhkəmə qərarları › İş №1(102)-82/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-82/2020

05.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-82/2020 05.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun Zərərçəkmiş şəxsin hüquqi varisi X4 nümayəndəsi “Adil İsmayılov və partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə Məhkum və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində dörd nəfər azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Həndbol Federasiyasının baş hakimi vəzifəsində işləmiş, ünvan qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 124.1ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019cuil tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Ələsgəroğlu tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi “Adil İsmayılov və partnyorları” Vəkil Bür osunun vəkili Nümayəndə və Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2019-cuil tarixli hökmü ilə (hakimlər: Ə.M.Abasov (sədrlik edən ), E.Ə.Mikayılov və M.M.Ağalarov) Məhkum Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi və Məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: S.A.Mirzəyev (sədrlik edən), F.A.Qasımov və K.H.Əkbərov) verilmiş apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2019-cuil tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum, bacısı X2 nişanlısı olan, xx.xx.2018-ci il tarixdə, saat 21 radələrində onun mobil telefonuna ardıcıl olaraq dəfələrlə zəng edib onun ailəsinin bacısı ilə evlənməsinə qarşı çıxmasını irad tutaraq onun və ailəsinin ünvanına nalayiq söyüşlər işlətməklə təhqir edərək onu təkidlə görüşə çağırmış Zərərçəkmiş şəxs ilə görüşmək üçün həmin gün saat 23 radələrində ünvan 2 ünvanında yerləşən Xüsusi Dövlət Mühafizə Xidmətinin qərargahının qarşısına gələrək, sonuncunu gözlədiyi zaman, oraya gəlib ona çatdıqda gözlənilmədən cibindən bıçaq çıxararaq ona hücum edərək bıçaqla vurmaq istəyə n Zərərçəkmiş şəxs həmin hücumundan aktiv şəkildə qorunmaqla, bıçağı əlindən almaq məqsədilə sonuncunun bədəninin müxtəlif yerlərinə, o cümlədən sifət nahiyəsinə əli və dirsəyi ilə vuraraq bıçağı əlindən almış, bunların nəticəsində Zərərçəkmiş şəxs xəsarətlər, o cümlədən sol sağrı nahiyəsinin aşağı-bayır hissəsinin bir ədəd deşilmişkəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid, sağ və sol körpücükaltı, sol bazu, sol baldırın qançırları, sağ kürəküstü, sağ əl, sol mil bilək oynağı, sağ diz oynağının sıyrıqları kimi dərəcəsi təyin edilməyən, alın, sol gicgah nahiyəsində yumşaq toxumaya, sol alın, gicgah, təpə və ənsə nahiyəsində sərt və yumşaq beyin qişası altına, beyin toxumasına qansızmalar, burun sümüklərinin yerdəyişən sınığı, b urun belinin sıyrıq və qançırı, hər iki gözətrafı, alın nahiyələrinin qançırları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətləri almış, xx xxxx 2018-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs almış olduğu ağır xəsarətlə birbaşa səbəbli əlaqədə olan başın küt travması nəticəsində beyin toxuması və qişaları altına qansızma səbəbindən yaşadığı ünvan 3 ünvanında ölmüş, bununla da Məhkum Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan öldürmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin olunması xahiş olunur. Protest müəllifi hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən sübutlar CPM-nin 143-145-ci maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir və əsassızdır. Dövlət ittihamçısı qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs baş nahiyəsinə yumruqla zərbələr vurması, Zərərçəkmiş şəxs Məhkum yumruq zərbələri nəticəsində aldığı xəsarətlər nəticəsində ölməsi və həmin nəticəyə (ölümə) Məhkum psixi münasibətinin ehtiyatsızlıqdan olması məhkəmə tərəfindən də qəbul edilsə də, birinci instansiya məhkəməsi təqsirin formasını, habelə hadisənin törədilmə mexanizmini səhv müəyyən etmiş, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmü əsassız olaraq qüvvədə saxlamışdır. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisinin nüma yəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsin işin hallarına və onun törətdiyi cinayət əməlinə uyğun olmayan cəza təyin etmiş birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərarını əsaslandıra bilməmiş, ittiham tərəfinin apellyasiya şikayəti və protestində göstərdiyi dəlillərə heç bir münasibət bildirməmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və Məhkum əməlində cinayət tərkibi ol maması əsasına görə barəsində bəraət qərarı çıxarılması xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, hadisənin baş vermə səbəbi Zərərçəkmiş şəxs onu öldürmək istəməsi ilə bağlı olmuşdur. İşin halları ilə birmənalı sübut olunmuşdur ki, Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə, özü ilə bıçaq götürməklə görüşə gələrkən onu həyatına qəsd etmək niyyəti güdmüşdür. Sadəcə təsadüf nəticəsində Zərərçəkmiş şəxs bıçaq zərbələri ona dəyməmişdir. Məhkum həmçinin hesab edir ki, Zərərçəkmiş şəxs həyatını itirməsinin səbəbi öz səhhətinə laqeyd münasibətinin nəticəsi olmuşdur. Məhkum fikrincə, istintaq orqanının və məhkəmələrin onun təqsirliliyi ilə bağlı gəldiyi nəticələr yalnız mülahizələrdən və ehtimallardan ibarətdir. Əksinə, Məhkum zəruri müdafiə həddində hərəkət etməsi iş materialları ilə tam təsdiq olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protesti və kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin təmin edilməsi, məhkumun kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyev və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə, məhkumun kassasiya şikayətinin təmin edilməsi, kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin təmin edilməməsi barədə Məhkum və onun müdafiəçisi Müdafiəçi çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti qismən təmin edilməli, məhkumun kassasiya şikayəti təmin edilməməli, apellya siya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normalarının tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Kassasiya protestinin məzmunundan göründüyü kimi, orada məhkumun əməlinin tövsifi mübahisə edilir. Hesab olunur ki, məhkumun əməlində Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsinin tərkibi olsa da, birinci instansiya məhkəməsi onun əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsinə tövsif etmiş, apellyasiya inst ansiyası məhkəməsi isə onun mövqeyi ilə razılaşmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin Məhkum əməlinin düzgün tövsif edilməməsinə dair hissəsi kassasiya protesti ilə eyni dəlillərə əsaslandığından məhkəmə kollegiyası bu məsələni birlikdə təhlil etməyi zəruri hesab edir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə olunur və əməlində cinayət tərkibi olmadığından barəsində bəraət verilməsi xahiş olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərə findən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası dövlət ittihamçısı və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən mübahisələndirilən məsələni qismən əsaslı hesab edir və öz mövqeyini əsaslandırmaq üçün cinayət qanunu normalarının tələblərinə və mənasına, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarlarındakı tövsiyyələrinə, eləcə də “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına müraciət etməyi zəruri hesab edir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli, 3 saylı Qərarının 3-cü bəndinə əsasən qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkar ın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 2-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (mə sələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmağa görə, həmin M əcəllənin 126.3-cü maddəsində isə CM-nin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin obyektini insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, obyektiv cəhətini isə başqa şəxsin sağlamlığına ağır zərər vurulması təşkil edir. Həmin cinayət subyektiv cəhətdən həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. CM-nin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. CM-nin 25.2-ci maddəsində müəyyən edilmişdir ki, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nət icələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 25.3-cü maddəsində təsbit edilmişdir ki, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. CM-nin 26-cı maddəsi “Cinayətin ehtiyatsızlıqdan törədilməsi”ni aşağıdakı kimi müəyyən etmişdir: “26.1.Cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. 26.2. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. 26.3. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair" xx xxxx 2013-cü il tarixli Qərarında göstərilmişdir k i, psixoloji kateqoriya kimi təqsir müxtəlif psixoloji elementlərin məcmusundan ibarət olan müəyyən bir məzmuna malikdir. Təqsirin məzmununu təşkil edən psixoloji elementlərə şüur və iradə aiddir ki, onlar da psixoloji akt kimi ictimai təhlükəli davranışın müvafiq əqli və iradi tərəfini təşkil edir. Bu psixoloji elementlər öz növbəsində əməlin (hərəkət və ya hərəkətsizliyin) ictimai təhlükəlilik dərəcəsini formalaşdırır. Göründüyü kimi qanunun mənasına görə, birbaşa və dolayı qəsdin mahiyyəti onunla bağlıdır ki, şəxs öz hərəkətinin ictimai təhlükəli nəticələr doğuracağını real olaraq əvvəlcədən görür, lakin belə nəticə ona nə son, nə də ara məqsəd kimi lazım deyildir. Bununla belə, şəxs vətəndaşların mənafeyinə biganəlik göstərərək əməli törədir. Dolayı qəsdlə törədilən cinayətlərdə şəxsin nə hərəkəti, nə də niyyəti konkret nəticənin baş verməsinə doğru istiqamətləndirilmir, başqa sözlə ictimai təhlükəli nəticənin baş verməsinə şüurlu surətdə yol verilir. Cinayət qanunvericiliyinin yuxarıda qeyd edilən normalarından görünür ki, cinayət törətmiş şəxslərin əməllərinin hüquqi tövsifi zamanı təqsirin dolayı qəsd formasının cinayətkarcasınsa özünə güvənmədən fərqləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Təqsirin həmin iki formasının fərqləndirilməsi üçün şəxsin iradəsinin məzmununun müəyyən edilməsi vacibdir. Cinayəti dolayı qəsdlə törədən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görür, lakin bunları arzu etmir və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir. Cinayətkarcasına özünəgüvənmə zamanı isə şəxsin törətdiyi əməlin ictimai təhlükəli nəticələrin baş verməsinə şüurlu sürətdə yol verməsi istisna olunur, əksinə təqsirkar hesab edir ki, baş verə biləcək ictimai təhlükəli nəticələrin qarşısını ala biləcəkdir və öz iradəsini həmin nəticələrin qarşısının alınmasına istiqamətləndirir. CM-nin 126.3-cü maddəsi ilə olan əməl təqsirin qarışıq forması ilə törədilir: şəxsin təqsiri sağlamlığa ağır zərər vurmaya münasibətdə qəsddən, ölümə münasibətdə isə ehtiyatsızlıqdan ibarət olur. Şərh edilən cinayət maddi tərkibli cinayət olduğundan təqsirkarın əməli faktiki baş vermiş nəticələrə görə tövsif edilir. CM-nin 124-cü maddəsində isə “Ehtiyatsızlıqdan adam öldürmə”yə görə məsuliyyət müəyyən edilmişdir. İbtidai araşdırma orqanının gəldiyi nəticəyə görə Məhkum bacısının nişanlısı Zərərçəkmiş şəxs xx.xx.2018-ci il tarixdə, saat 21 radələrində onun mobil telefonuna etdiyi ardıcıl zənglər zamanı onun və ailəsinin ünvanına nalayiq sözlər işlətməsini özünə təhqir bilib, sonuncudan qisas alaraq döymək məqsədilə həmin gün, saat 23 radələrində görüşən zaman idmançı kimi özünün fiziki cəhətdən üstünlüyündən istifadə edərək, əvvəl sonuncunun əlində saxladığı bıçağı sağ dirsəyi ilə üz nahiyəsindən vurub idman fəndi işlətməklə əlindən alıb həmin bıçaqla Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərərvurmaya aid xəsarət yetirmiş, daha sonra yumruqla üz-baş nahiyələrinə ölümü ilə birbaşa səbəbli əlaqədə olan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmiş, bununla da o, Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan ölümünə səbəb olan qəsdən sağlamlığına a ğır zərər vurmuşdur. Məhkəmənin hökmünə əsasən Məhkum, bacısı X2 nişanlısı olan, xx.xx.2018-ci il tarixdə, saat 21 radələrində onun mobil telefonuna ardıcıl olaraq dəfələrlə zəng edib onun ailəsinin bacısı ilə evlənməsinə qarşı çıxmasını irad tutaraq onun və ailəsinin ünvanına nalayiq söyüşlər işlətməklə təhqir edərək onu təkidlə görüşə çağırmış Zərərçəkmiş şəxs ilə görüşmək üçün həmin gün saat 23 radələrində ünvan 2 ünvanında yerləşən Xüsusi Dövlət Mühafizə Xidmətinin qərargahının qarşısına gələrək, sonuncunu gözlədiyi zaman, oraya gəlib ona çatdıqda gözlənilmədən cibindən bıçaq çıxararaq ona hücum edərək bıçaqla vurmaq istəyən Zərərçəkmiş şəxs həmin hücumundan aktiv şəkildə qorunmaqla, bıçağı əlindən almaq məqsədilə sonuncunun bədəninin müxtəlif yerlərinə, o cümlədən sifət nahiyəsinə əli və dirsəyi ilə vuraraq bıçağı əlindən almış, bunların nəticəsində Zərərçəkmiş şəxs xəsarətlər, o cümlədən sol sağrı nahiyəsinin aşağı-bayır hissəsinin bir ədəd deşilmişkəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid, sağ və sol körpücükaltı, sol bazu, sol baldırın qançırları, sağ kürəküstü, sağ əl, sol mil bilək oynağı, sağ diz oynağının sıyrıqları kimi dərəcəsi təyin edilməyən, alın, sol gicgah nahiyəsində yumşaq toxumaya, sol alın, gicgah, təpə və ənsə nahiyəsində sərt və yumşaq beyin qişası altına, beyin toxumasına qansızmalar, burun sümüklərinin yerdəyişən sınığı, burun belinin sıyrıq və qançırı, hər iki gözətrafı, alın nahiyələrinin qançırları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlə ri almış, xx xxxx 2018-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs almış olduğu ağır xəsarətlə birbaşa səbəbli əlaqədə olan başın küt travması nəticəsində beyin toxuması və qişaları altına qansızma səbəbindən yaşadığı ünvan 3 ünvanında ölmüş, bununla da Məhkum Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan öldürmüşdür. Göründüyü kimi, Məhkum Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərinə əli və dirsəyi ilə zərbələr vurması, bunların nəticəsində Zərərçəkmiş şəxs xəsarətlər, o cümlədən sol sağrı nahiyəsinin aşağı-bayır hissəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid, sağ və sol körpücükaltı, sol bazu, sol baldırın qançırları, sağ kürəküstü, sağ əl, sol mil bilək oynağı, sağ diz oynağının sıyrıqları kimi dərəcəsi təyin edilməyən, alın, sol gicgah nahiyəsində yumşaq toxumaya, sol alın, gicgah, təpə və ənsə nahiyəsində sərt və yumşaq beyin qişası altına, beyin toxumasına qansızmalar, burun sümüklərinin yerdəyişən sınığı, burun belinin sıyrıq və qançırı, hər iki gözətrafı, alın nahiyələrinin qançırları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətləri alması, Zərərçəkmiş şəxs Xin zərbələri nəticəsində aldığı xəsarətlər nəticəsində ölməsi məhkəmə tərəfindən də qəbul edilməklə inkar olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri Məhkum Zərərçəkmiş şəxs yetirdiyi çoxsaylı xəsarətləri ehtiyatsızlıqdan yetirməsi nəticəsinə gəlməklə maddi hüquq normasını düzgün tətbiq etməmişlər. Belə ki, birinci instansiya məhkəməsinin hökmündə göstərili r: “Məhkum özünü müdafiə edərkən niyyəti yalnız bıçağın alınmasına yönəlmiş və onun bu istiqamətdə ani, qısa zaman kəsiyində etdiyi hərəkətlərinin (bıçağı almaq məqsədilə Zərərçəkmiş şəxs vurmasının) sonuncuya xəsarət yetirilməsi ilə nəticələnəcəyini, yəni bu hərəkətlərin ictimai təhlükəli olduğunu dərk etməsi barədə birmənalı fikir söyləməyə də əsas yoxdur. Sübutların təhlili yalnız belə qənaətə gəlməyə əsas verir ki, Məhkum həmin hərəkətlərinin, yəni bıçağı almaq məqsədilə Zərərçəkmiş şəxs vurmasının nəticəsində sonuncunun xəsarət ala biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olmuş, lakin bunları görməmişdir.” Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum Zərərçəkmiş şəxs əlində olan bıçağı almaq məqsədilə on a yetirdiyi zərbələri ehtiyatsızlıqdan etməsi nəticəsinə gəlməklə səhvə yol vermiş, apellyasiya instansiyası məhkəməsi də əsassız olaraq onunla razılaşmışdır. Aşağı instansiya məhkəmələri nəzərə almamışlar ki, qanunvericilikdə bu hala aid xüsusi normalar müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi” adlanan 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. CM-nin 36.1-ci maddəsinə əsasən zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zər uri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. CM-nin 36.3-cü maddəsinə əsasən qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Qanunun tələbinə görə hər bir şəxsin zəruri müdafiə olunmaq hüququ dedikdə, onun özünün və ya başqa şəxslərin həyatına, sağlamlığına, hüquqlarına, mənafelərinə qarşı yönələn qəsddən, həmin qəsdi edənə zərər vurmaq yolu ilə mühafizə olunması başa düşülür. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şəxsin müdafiə olunmaq hüququnun yaranması üçün ilk növbədə onun və ya digərlərinin həyatına sağlamlığına, hüquqlarına qəsd edən hücümün olub-olmamasının müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. İş materiallarından görünür ki, ibtidai araşdırma orqanın ın gəldiyi nəticəyə görə Məhkum, onu və ailəsini təhqir etmiş Zərərçəkmiş şəxs qisas almaq məqsədilə sonuncu ilə görüşə gəlmiş və sərxoş olmaqla ayaqüstə çətinliklə duran Zərərçəkmiş şəxs əlində saxladığı bıçağı sağ dirsəyi ilə üz nahiyəsindən vurub idman fəndi işlətməklə əlindən alıb, həmin bıçaqla Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərərvurmaya aid xəsarət yetirmiş, daha sonra yumruqla üz-baş nahiyələrinə ölümü ilə birbaşa səbəbli əlaqədə olan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmiş, bununla da o, Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan ölümünə səbəb olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Yəni ibtidai araşdırma orqanı belə bir nəticəyə gəlmişdir ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Məhkum qarşı bıçaqla hücumu olmamış, yalnız əlindəki bıçağ ı nümayişkaranə şəkildə saxlamışdır. İbtidai araşdırma orqanı həm də belə bir nəticəyə gəlmişdir ki, Məhkum ilk zərbə ilə bıçağı Zərərçəkmiş şəxs əlindən almış, bundan sonra isə ona çoxsaylı xəsarətlər yetirmişdir ki, həmin xəsarətlər nəticəsində Zərərçəkmiş şəxs ölmüşdür. Aşağı instansiya məhkəmələri isə belə bir nəticəyə gəlmişlər ki, Məhkum Zərərçəkmiş şəxs gözlədiyi zaman, Zərərçəkmiş şəxs oraya gəlib ona çatdıqda gözlənilmədən cibindən bıçaq çıxararaq ona hücum edərək bıçaqla vurmaq istəyən Zərərçəkmiş şəxs həmin hücumundan aktiv şəkildə qorunmaqla, bıçağı əlindən almaq məqsədilə sonuncunun bədəninin müxtəlif yerlərinə, o cümlədən sifət nahiyəsinə əli və dirsəyi ilə vuraraq bıçağı əlindən almış, bunların nəticəsində Zərərçəkmiş şəxs çoxsaylı xəsarətlər almış və həmin xəsarətlər səbə bindən ölmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr həmin nəticələrə gələrkən CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət etməyərək toplanmış sübutları tam, hərtərəfli yoxlamamış, kifayət qədər araşdırma aparmadan əsassız nəticəyə gəlmişlər. Belə ki, birinci instansiya məhkəməsi cinayətin obyektiv cəhətinə aid olan cinayətin baş vermə səbəbi və nəticəsini (Məhkum Zərərçəkmiş şəxs həyati vacib orqan olan baş nahiyəsinə yumruqla zərbələr vurması nəticəsində, sonuncunun ağır xəsarətlər alması və bu xəsarətlərin onun ölümünə səbəb olması), əməllə nəticə arasında səbəbli əlaqəni (əməlin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmasını) düzgün müəyyən etsə də, cinayətin subyektiv cəhətinin bəzi elementlərini, o cümlədən təqsirləndirilən şəxsin niyyətinin məzmununu, onu n əmələ psixi münasibətini, təqsirin formasını, habelə hadisənin törədilmə mexanizmini səhv müəyyən etmiş, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmü əsassız olaraq qüvvəsində saxlamışdır. Cinayətin subyektiv cəhəti əməlin tövsifində mühüm hüquqi əhəmiyyət kəsb edir. Belə ki, obyektiv cəhətinə görə oxşar olan bir sıra cinayətlər (CM-nin 120, 124, 126-cı və sair normalarında nəzərdə tutulan cinayətlər) məhz subyektiv cəhətin köməkliyi ilə bir-birindən fərqləndirilir. Bundan başqa, kriminal əməlin xarakteri (niyyətin hansı ictimai münasibətlərə zərər yetirməsinə yönəlməsi) məhz subyektiv cəhətin köməyi ilə müəyyən edilir. Ona görə də cinayətin subyektiv cəhəti diqqətlə araşdırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən yuxarıda göstərildiyi kimi, cinayətin sub yektiv cəhəti tam araşdırılmamış və ona düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmələr həmin səhv nəticəyə gələrkən işin faktiki hallarına uyğun gəlməyən Məhkum və onun dostu T.Tağıyevin hadisənin baş vermə mexanizmini dəyişməyə yönəlmiş ifadələrinə əsaslanmışlar. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Məhkum ilkin zərbələrinin təsirindəndən sonra müvazinətini itirib yerə oturduqdan sonra da Məhkum ona zərbələr vurmaqda davam etmişdir. Məhkəmələr bir halı da diqqətə almamış, sübutları düzgün tədqiq etməyərək, Məhkum, Zərərçəkmiş şəxs onun zərbəsinin təsirindən müvazinətini itirib yerə oturduqdan sonra ona zərbələri vurmaqda davam etməsinə, nəticədə, zərərçəkmiş şəxsə xəsarətlər yetirməsinə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi məhkumun əməlini Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsinə tövsif edərkən sübutların məcmusuna kifayət qədər araşdırma aparmadan düzgün hüquqi qiymət verməmiş, nəticədə cinayət qanunun normasını düzgün tətbiq etməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə mali kdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və Məhkum əməlində cinayət tərkibi olmaması əsasına görə barəsində bəraət qərarı çıxarılması xahiş olunur. Kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq məhkəmə kollegiyası qeyd edir ki, dövl ət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə münasibət bildirilərkən geniş şərh verildiyindən və həmin şərhlərdə məhkumun kassasiya şikayətinin əsassız olması izah edildiyindən təkrar şərhə zərurət yoxdur. Məhkəmə kollegiyası bildirir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Azərbaycan Respublikası CPM-in CPM-in 416.0.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməl barəsində cinayət qanununu düzgün tətbiq etmədikdə və bu səbəbdən ona düzgün hüquqi qiymət verilmədikdə kassasiya instansiy a məhkəməsi apellyasiya instansiya məhkəməsinin həmin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestini və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətini qismən təmin etməklə, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarl a yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti qismən təmin edilsin. Məhkumun kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cuil tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar