Məhkəmə qərarları › İş №1(102)-82/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-82/2021

28.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-82/2021 28.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakı ilə, Bakı Şəhər Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhər Səbail Rayon Məhkəməsinin (sədrlik edən hakim: A.H.Əliyeva) xx xxxxxx 2018-ci İl tarixli hökmü ilə, Məhkum - xx xxxx 1972-ci il tarixdə Tər-tər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli orta təhsilli, məhkumluğu olan, Tər-tər şəhəri, Nəriman ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşamış, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2 (iki) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəlinin xx xxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxx 2018-ci il tarixdə saat 11-12 radələrində ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Təhlükəsizli yi Xidmətinin Hərbi Hospitalının birinci mərtəbəsində olarkən saxlanc yeri hesab olunan * saylı xidməti otağın giriş qapısının açıq olmasından istifadə edərək qanunsuz həmin otağa daxil olmuş və hospitalda həkim-pediator işləyən Zərərçəkmiş şəxs2 giriş qapısının yanında oturacağın üzərində nəzarətsiz qoyduğu əl çantasından içərisində 120 manat nağd pul, iki ədəd “xxxx” ASC-nin plastik bank kartları və sürücülük vəsiqəsi olan 50 manat dəyərində pul kisəsini gizli talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 170 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2018-ci il tarisdə saat 11 radələrində ünvan 3 ünvanında yerləşən “Mərkəzi Klinika” tibb müəssisəsinin stomotologiya şöbəsində olarkən saxlanc yeri hesab olunan qan alma otağının giriş qapısının açıq olmasından istifadə edərək qanunsuz həmin otağa daxil olmuş və otağın sağ tərəfində yerləşən dolabın üst hissəsindən şöbənin stomotoloqu işləyən X2 əl çantasından içərisində R.Əsgərovanın AZE seriyalı ******** nömrəli, azyaşlı X5 AZE seriyalı * nömrəli şəxsiyyət vəsiqələri, Zərərçəkmiş şəxs1 iş vəsiqəsi, iki ədəd “xxxx” ASC-nin plastik bank kartları, “Entertainer”, “İdeal”, “Albalı”, “Bazar Stope” marketlərdə və “My Brands” beynəlxalq güzəştlər sistemində alış-veriş etmək üçün ümumilikdə 5 ədəd bonus plastik kartları, Azərbaycan manatının məzənnəsi ilə 850 manat təşkil edən 500 ABŞ dolları və 50 manat nağd pul olan 350 manat dəyərində “Armani Jeans” markalı pul kisəsini gizli talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1250 manat məbləğində maddi ziy an vuraraq oğurluq etmişdir. Məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: E.E.Rəhimov (sədrlik edən və məruzəçi), M.Ə.Abbasov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhər Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın və Bakı Şəhər Səbail Rayon Məhkəməsinin hökmünün ləğv edilərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərb i Hospitalının yerləşdiyi yeri tanımadığını, bundan əlavə Səbail rayonunda barəsində gedən istintaqdan heç bir xəbərinin olmamasını, videoçəkilişə baxışda da iştirak etmədiyini bildirmişdir. Məhkəmə cəza təyin edərkən cəzanı yüngülləşdirən halları, o cümlədən zərərçəkmiş şəxs X3 vurulmuş zərəri ödəməsi də nəzərə almamışdır. Qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilərək barəsində obyektiv qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublik ası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Kassasiya şikayətində məhkum Səbail rayonunda barəsində gedən istintaqdan heç bir xəbərinin olmamasını, videoçəkilişə baxışda da iştirak etmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan xx xxxxxx 2018-ci il tarixli elektron daşıyıcısına baxış keçirilməsi barədə protokoldan müəyyən edilir ki, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi-vəkil Rafael Əliyevlə birlikdə ünvan 4 ünvanında yerləşən “**” tibb müəssisəsinin stomotologiya şöbəsinin binasında quraşdırılmış müşahidə kameraları tərəfindən aparılmış videoçəkilişlərə dair kompakt diskə baxış keçirilməsində iştirak etmiş, özünün həmin videogörüntülərdə müşahidə etdiyini təsdiq etmiş, bu barədə tərtib edilmiş həmin pr otokolu müdafiəçisi ilə birlikdə imzalamışdır. İbtidai istintaq müddətində Məhkum ifadələrində ünvan 4 ünvanında yerləşən “**” tibb müəssisəsinin stomotologiya şöbəsindən X3 məxsus əl çantasından pul kisəsini götürdüyini, içindəki pulları götürdükdən sonra həmin pul kisəsini atdığını göstərmişdir. Sonra isə həmin çantanı atdığı yeri göstərmiş, onun göstərdiyi yerdən həmin pul kisəsi tapılaraq istintaq tərəfindən maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkum kassasiya şikayətində Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Hospitalının yerləşdiyi yeri tanımadığını kassasiya şikayətində göstərsə də onun həmin epizod üzrə oğurluq cinayət əməlini törətməsi ibtidai istintaq zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq e dilmiş sübutların məcmusu ilə sübut edilmişdir. İbtidai istintaq zamanı ifadənin yerində yoxlanması barədə xx xxxxxx 2018-ci il tarixli protokolodan müəyyən edilmişdir ki, Məhkum Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Hospitalının yerləşdiyi binanın birinci mərtəbəsindəki saxlanc yeri hesab olunan 1046 saylı xidməti otağından oğurluq etdiyi yeri göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Hospitalının yerləşdiyi yeri tanımadığı barədə məhkumun kassasiya şikayətinin dəlili də əsassızdır. Birinci instansiya məhkəməsi ona cəza təyin edərkən zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəməsini cəzanı yüngülləşdirən hal kimi və cinayətlərin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Cinayət işin in materiallarından müəyyən edilmişdir ki, Məhkum əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 29, 177.3.3 və 177.3.3-cü maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2017ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi ilə əlaqədar cəzası 5 ilə endirilmiş, cəzasını tam çəkdiyindən cəzadan azad edilmişdir. Bu cinayət üzrə məhkumluq müddəti keçmədən hazırkı cinayət əməlini törətmiş və bununla da cinayətlərin residivini yaratmışdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işi üzrə Bakı Şəhər Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmündən müəyyən edilmişdir ki, məhkəmə yuxarıda göstərilən halları, o cümlədən cəzanı yüngülləşdirən halı və residivə görə cəza təyin edilməsi qaydasını nəzərə alaraq cəza təyin etmişdir. Ona görə də kassasiya şikayətinin bu barədə dəlili də əsasızdır və təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsa ssız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 201 9-cu il tarixli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar