Məhkəmə qərarları › İş №1(102)-82/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-82/2022

05.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-82/2022 05.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova - Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxx 1992-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1də qeydiyyatda olan və həmin ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1 -ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2021-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Goranboy Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmü ilə (hakim İ.X.Abdurəhmanlı) Məhkum – Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 01 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum şübhəli şəxs qismində həbsdə saxlandığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması n övündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər: Ç.B.Məmmədov (sədrlik edən), T.A.Muxtarov və E.İ.Xasməmmədov) apellyasiya protesti təmin edilməmiş, Goranboy Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmü təqsirləndirilən şəxs Məhkum aid hissədə dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 2020-ci ilin avqust ayının sonlarında dəqiq olmayan g ündə ünvan 2də yolun kənarında olan su arxının yanında taparaq şəxsi istifadəsi ilə əlaqədar qanunsuz əldə etdiyi şəxsi istehlak miqdarından artıq çəkidə 1 ədəd kibrit qutusunda təmiz çəkisi 3,209 qram, 1 ədəd kibrit qutusunda təmiz çəkisi 3,592 qram və 1 ədəd kibrit qutusunda 2,542 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı özünə məxsus olan kürək çantasına və gödəkcəyə yerləşdirib qanunsuz olaraq daşımış, 09 oktyabr 2020-ci il tarixdə təxminən saat 17 radələrində Bakı-Qazax magistral yolunun 338-ci kilometrliyinin Goranboy rayonu, Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində "xxxx" MMC-dən etibarnamə əsasında götürülmüş, idarə etdiyi “VAZ-21214” markalı ** EV *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçmasından sonra Goranboy RPŞ-nin əməkdaşları tərəfindən olduğu Goranboy rayonu Qaradağlı kəndi ərazisində saxlanılaraq Goranboy rayon polis şöbəsinə gətirilmiş, onun idarə etdiyi “VAZ 21214” markalı ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobilin arxa oturacağının üzərində ona məxsus yaşıl, qəhvəyi və qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd kibrit qutusunda təmiz çəkisi 3, 290 qram və qara rəngli kürək çantasının ön tərəfinin aşağı hissəsində olan seplə bağlanmış yerdən bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,592 qram və 1 ədəd kibrit qutusunda təmiz çəkisi 2,542 qram, ümumi təmiz çəkisi 9,424 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) b itkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, X2 Sabirabad Rayon Məhkəməsinin 09 fevral 2016-cı il tarixli hökmü ilə CM-in 177.2.3, 177.2.4 və 29, 232.1-ci maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla və CM-in 66.3-cü maddəsinə əsasən 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş, azadlıqdan məhrum etmə cəzasını tam çəkib qurtarmış, cərimə cəzasını isə tam şəkil də 12 fevral 2019-cu ildə dövlət büdcəsinə ödəmişdir. Dövlət ittihamçısı hesab edir ki, Məhkum qəsdən az ağır cinayət törətməyə görə məhkumluğunun ödənilmə müddətinin axımı 12 fevral 2019-cu ildən başladığı üçün onun 2020-ci ilin oktyabr ayında yenidən qəsdən az ağır cinayət, yəni CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Lakin məhkəmələr əsassız olaraq Məhkum cəzasını ağırlaşdıran həmin halı nəzərə almamış və maddi və prosessual hüquq normalarının tələblərini pozmuşlar. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakıl ara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə bax ılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində işin faktiki halları mübahisələndirilmir, yalnız məhkuma cinayətlərin residivinə görə cəza təyin edilməməsinin əsassız olduğu qeyd edilir. Məhkəmə kollegiyası protestdə göstərilən dəlillərlə razılaşaraq hesab edir ki, Məhkum qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqdan sonra yenidən qəsdən az ağır cinayət törətdiyinə görə onun əməlində cinayətlərin residivi vardır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respubl ikası DİN-in BƏSİİ idarəsindən alınmış tələbnamədə göstərilən məlumatlardan, hökmün surətindən və Sabirabad rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 15 dekabr 2020-ci il tarixli 187 nömrəli məktubdan görünür ki, X2 Sabirabad Rayon Məhkəməsinin 09 fevral 2016-cı il tarixli hökmünə əsasən CM-in 177.2.3, 177.2.4 və 29, 232.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə, CM-in 66.3-cü maddəsinə əsasən 01 il azadlıqdan məhrum etmə cəzasına və 3000 manat cərimə cəzasına məhkum edilmiş. 16 iyun 2016-cı il tarixdə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını tam çəkib qurtarmış, cəriməni tam şəkildə dövlət büdcəsinə ödədiyi üçün 12 fevral 2019-cu il tarixdə Sabirabad rayon icra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Resp ublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 83.4-1-ci maddəsin in tələbinə görə əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 25 may 2009cı il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3 və 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır.” Eyni zamanda “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 dekabr 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. İş materiallarından görünür ki, Məhkum az ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək həmin hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarsa da, qeyd olunan hökm üzrə CM-i n 66.3-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş 3000 manat cərimə cəzasını 12 fevral 2019-cu ildə tam icra etdiyinə görə onun məhkumluğunun ödənilməsi müddətinin axımı 12 fevral 2019-cu il tarixdən başlanmış və məhkumluğu ödənilmədiyi dövrdə, yəni 09 oktyabr 2020ci il tarixdə yenidən az ağır cinayət törətmişdir. Belə ki, Məhkum Sabirabad Rayon Məhkəməsinin 09 fevral 2016-cı il tarixli hökmünə əsasən məhkum olunduğu, Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4 və 29, 232.1-ci maddələrində nəzərdə tutulan əməli az ağır cinayətlər kateqoriyasına aiddir. Eyni zamanda onun hazırkı cinayət işi üzrə məhkum olunduğu, Azərbaycan Respublikası CMin 234.1-ci maddəsində nəzərdə tutulan az ağır cinayətlər kateqoriyasına aiddir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum CM-in 61.1.1.-ci maddəsi ilə cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə almayaraq maddi hüquq normalarının pozulması ilə qərar qəbul etmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2021-ci il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublik ası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. Məhkum haqqında Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2021-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar