Məhkəmə qərarları › İş №1(102)-82/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-82/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-82/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2023-cü il t arixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Məhəmməd Əkbərov (sədrlik edən və məruzəçi), Faiq Qəniyev və İlham Mahmudov) 25 noyabr 2022-ci il tarixli, 1(101)1695/2022 nömrəli hökmü ilə xx xxxxx 1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, xxxx şəhəri, xxxx rayonu, xxxxx qəsəbəsi, xxxx yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində faktiki yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 237.2.3 və 234.4.3cü maddələri təqsirli bilinib, ona CM-in 234.4.3-cü maddəsi ilə 6 (altı) il azadlıqdan məhrum etmə cəzası, CM-in 237.2.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 15 iyun 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmək məqsədi ilə 2022-ci ilin mart ayında yaşadığı Bakı şəhəri, xxxx rayonu, xxxx qəsəbəsi, xxxx yaşayış massivi, nömrəsiz fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq külli miqdarda, yəni 265 ədəd tərkibində narkotik maddələr olan çə tənə (kannabis) bitkiləri əkib aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, istintaqa məlum olmayan vaxtda və şəraitdə həmin çətənə bitkilərinin hissələrini toplayıb qurutmaqla satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 10015 qram (10 kq 15 qram) çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə etdikdən sonra həmin narkotik vasitəni bir ədəd sintetik torbada qablaşdırıb yaşadığı evin həyətində olan ev quşlarının saxlanılması üçün nəzərdə tutulmuş tikilinin içərisində saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 iyun 2022-ci il tarixdə saat 16:52-də Məhkum könüllü razılığı və iştirakı ilə yaşadığı xxxx şəhəri, xxxx rayonu, xxxx qəsəb əsi, xxxx yaşayış massivi, nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən həmin ərazidə xüsusi qulluq göstərilərək yetişdiriüb kultivasiya edilmiş külli miqdarda, yəni 265 ədəd təmiz çəkisi 44700 qram (44 kq 700 qram) tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və narkotik tərkibli çətənə bitkilərindən qurutmaqla satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda, yəni 10015 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana fərdi yaşayış evinin həyətində olan ev quşlarının saxlanılması üçün nəzərdə tutulmuş tikilinin içərisindən bir ədəd sintetik torbada olmaqla aşkar edilərək götürülmüşdür. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ramin Qaraqurbanlı (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Anar İbrahim ov) 16 may 2023-cü il tarixli, 1(103)-763/2023 nömrəli qərarı ilə məhkum olunmuş şəxs Məhkum və müdafiəçisi tərəfindən birgə verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Məhkum CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü məhkum olunmuş şəxsə CM-in 234.4.3-cü maddəsi ilə cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, həmin hökmlə Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri təyin edilmiş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 6 (altı) il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəllinin 15 iyun 2022-ci il tarixdən hesablanması nəzərə alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin 1(103)-763/2023 nömrəli, 16 may 2023-cü il tarixli qərarı və bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1695/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli hökmü CM-nin 234.4.3-cü maddəsi ilə olan hissələrdə ləğv edilməsini və həmin hissədə cinayət işinin icraatına xitam verilməsini, hökmün və qərarın CM-nin 237.2.3-cü hissəsində dəyişiklik edilməsini, Məhkum CM-nin 237.2.3 maddəsi ilə təqsirli bilinərkən barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməni və ona sanksiyada müəyyən olunmuş aşağı həddən də az cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ittihamın əsası kimi kifayət qədər sübutlar mövcud olmadığından, ittiham hökmünün çıxarılması üçün mövcud cinayət qanunun tətbiq olunması tam əsassızdır. Apelyasiya instansiyası məhkəməsi şikayətdə göstərilən dəlilləri və mövcud halları nəzərə almamaqla qanunsuzluğa yol vermiş, tətbiq olunmuş maddi hüquq normasının əsaslarına düzgün yanaşmamış, hüquqi qiymət verməmişdir. Belə ki, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi daha həqiqətə yaxındır. Çünki şəxs bu kolların becərməsi ilə məşğul olmuş, zəhmət çəkmiş və öz istəyinə çatmaq istəmişdir. O, avqust ayının sonunda qədər onlara qulluq göstərmişdir ki, məhsulu götürsün. İyun ayında, mariuxana kolların qol-budaq etmək məntiqsizlikdir. Hətta onları iyun ayında qurumuş vəziyyətə gətirmək inandırıcı deyil və ittihamın əsasını təşkil edən bu hal tam şübhəlidir. Qanunun tələbi baxımından da bu şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmalıdır. Məhkəmə iclasında Məhkum kimlərəsə narkotik vasitə satması, pay, hədiyyə verməsi barədə məlumatlarını təsdiq edən hər hansı sübut və ya faktı müəyyən edilməmişdir. Məhkəmənin hökmü yalnız işin nəticəsi ilə maraqlı və məhkuma qarşı qərəzli mövqədə olan polis əməkdaşlarının ifadələri üzərinə qurulmuşdur. Belə məhkəmə hökmü əsaslı hesab oluna bilməz və ləğv olunmalıdır. Şəxsin təqsirliliyi tam sübuta yetirilmədiyindən onun barəsində bəraət hökmü çıxarılmalıdır. Lakin birinci instansiya məhkəməsi bunu etməmiş, apel lyasiya instansiyası da bu səhvlərə düzəliş etməmiş və maddi hüquq normasının tətbiqində hökmü dəyişdirmədən saxlamışdır. Məhkəmənin CMnin 237.2.3-cü maddəsi ilə 5 il 6 ay cəza tətbiq etməsi isə açıq-aşkar sərt və ədalətsizlikdir. Belə ki, şəxs digər ictimaiyyət nümayəndələrinə ziyan vurmamış, məhkumluğu olmayan şəxsdir. Məişətdə müsbət xarakteriza olunur. Himayəsində 4 nəfər ailə üzvündən 3 nəfəri azyaşlıdır. Ailədə qazanc gətirən yoxdur, şəxs özü ağciyər vərəm xəstəliyindən əziyyət çəkir. Onun üzərində daha sərt cəza saxlanılması, fiziki cəhətdən onun məhvi deməkdir. Çünki, şəxs mütəmadi olaraq stasionar qaydada müalicə alır. Bu cəza həm də ailənin də, azyaşlı körpələrin də həyatında əhəmiyyətli dərəcədə pis təsir göstərəcəkdir. Odur ki, barəsində CM-nin 237.2.3-cü maddəsi ilə cəza təyin olunarkən CM-nin 62-ci maddəsi tətbiq olunmalı və sanksiyada müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyad a işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin başlıca dəlilləri ondan ibarətdir ki, məhkuma qarşı irəli sürülmüş CM-in 234.4.3-cü maddəsi ilə bağlı ittiham üzrə təqsiri sübuta yetirilməmiş, lakin buna baxmayaraq məhkəmələr tərəfindən onun barəsində əsassız və qanunsuz olaraq hər iki maddə üzrə, yəni CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə ittiham hökmü çıxarılmışdır. Məhkəmə kol legiyası kassasiya şikayətinin dəlili müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdiri lir. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutl ar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutlar məhkəmə iclasında tədqiq edib tam, hərtərəfli və obyektiv yoxlamış və həmin sübutlara qiymət verərək nəticəyə gəlmişlər ki, həmin sübutların məcmusu Məhkum hökmündə təsvir edilmiş hallarda müvafiq olaraq Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işə məhkum və müdafiəçisi tərəfində birgə verilmiş apellyasiya şikayətinə əsasən baxıb birinci instansiya məhkəmənin məhkumun əməlinin tövsifi və təqsirinin sübut olunması barədə gəld iyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salıb nəticəyə gəlir ki, məhkəmələr həmin sübutları qiymətləndirərək əsaslı olaraq Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirini müəyyən etmiş və onun əməli həmin maddələrlə tövsif etmişdir. Məhkumun verilmiş ittiham üzrə təqsirli olması və onun əməllərinin tövsifi barədə məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumların təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq, məhkəmə kollegiyası həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.1-ci m addəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmiş və barələrində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Odur ki, məhkumun müdafiəçisinin kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin digər dəlilləri ona təyin olunmuş cəzanın ağır olmasıdır. Bununla bağlı məhk əmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən c əzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğun luğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cinayət əməlini qismən etiraf edib peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Bununla da, təqsirləndirilən şəxs Məhkum 237.2.3 və 234.4.3-cü maddələri təqsirli bilinib, ona CM-in 234.4.3-cü maddəsi ilə 6 (altı) il azadlıqdan məhrum etmə cəzası, CM-in 237.2.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəza ları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, apellyasiya məhkəməsi şəxsə təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsi üzrə ona təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasını 1(bir) il endirərək ona həmin maddə üzrə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmiş, CM-in 66.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 237.2.3cü maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Kassator kassasiya şikayətində məhkum barəsində Azərba ycan Respublikası CMin 62-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş olunur. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 62.1ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud tə yin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. İşdən görünür ki, Məhkum törətdiyi cinayətin məqsədi və motivi, onun cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmadığından işə baxan məhkəmələr cinayət qanunun bu normasını tətbiq etməməklə düzgün nəticəyə gəlmişlər. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları və ailə vəziyyətini kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onların şəxsiyyətlərinə, habelə işin hallarına uyğundur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkuma cəza cinayət qanununun yuxarıda qeyd edilən normalarının tələblərinə uyğun təyin edilmiş, həmin cəza onun törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsinə və işin hallarına uyğun gəlir, cəzanın yüngülləşdirilməsi üçün qanuni əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai t əsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hallardan heç biri müəyyən edilməmişdir. Ona görə də, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edi r. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar