Məhkəmə qərarları › İş №1(102)-820/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-820/2021

15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-820/2021 15.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova – Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi Qafarzadə Orxan Kalam oğlunun, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Əlizadə Akif Əkbər oğlunun iştirakları ilə xx xxxxx 1960-cı ildə Bərdə rayonu, Göyüşlü kəndində anadan olmuş, Azər baycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 192.1 və 213.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli hökmündən məhkum və onun müdafiəçiləri, Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Əlizadə Akif Əkbər oğlu və Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili İskəndərov Fuad İnqlab oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin 03 iyul 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim M.Ə.Allahverdiyev) Məhkum Azərbaycan Respublikası CM-nin 192.2.2-ci maddəsində nəzərdə tutu lan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək 1 (bir) il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi hökm edilmişdir. Bundan başqa, Bərdə Rayon Məhkəməsinin həmin iş üzrə 03 iyul 2019-cu il tarixli qərarı ilə Məhkum törətdiyi əməli CM-nin 213.2.2-ci maddəsindən həmin Məcəllənin 213.1-ci maddəsinə tövsif edilməsi, Məhkum CM-nin 213.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsi, mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin təqsirləndirilən şəxs Məhkum qarşı vermiş olduğu 111180.74 manat məbləğində mülki iddiasının təmin olunmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökm və qərarından mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktor müavini tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən isə apelyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər: Ə.G.Abdullayev (sədrlik edən), Ç.B.Məmmədov və Ş.Q.Rzaquliyev) apellyasiya şikayəti tam təmin edilmiş, apelyasiya protesti isə qismən təmin edilmişdir. Bərdə Rayon Məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsinə və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam veriməsinə dair 03 iyul 2019-cu il tarixli qərarı və CM-in 192.2.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair 03 iyul 2019-cu il tarixli hökmü ləğv edilmişdir. Məhkum CM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar ona həmin maddə ilə cəza təyin edilməmişdir. Məhkum CM-in 213.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir. İşin halları: İbtidai ara şdırma orqanı tərəfindən gəlinən nəticəyə görə, Məhkum "xxxx" MMC-nin (VÖEN: **********) direktoru vəzifəsində işləyərkən, cəmiyyətin Nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olub vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.4, 16.1.7, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 82, 103.1, 105.1, 159.5, 175.1, 201.3 və 201.5-ci maddələrinin tələblərini pozaraq, həmin cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyann amələrinə gəlirlər və xərclər barədə bilə-bilə təhrif edilmiş məlumatlar daxil etməklə, habelə əmlak vergisi bəyannaməsini təqdim etməməklə, külli miqdar təşkil edən 111.180,74 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmış, xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti, yəni dövlət standartlarına uyğun olaraq İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işləri ilə məşğul olaraq külli miqdar təşkil edən 122.476,46 manat gəlir əldə etmiş, yəni Azərbaycan Respublikası CM-nin 192.2.2 və 213.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, Məhkum, hüquqi ünvanı ünvan 2 ödəyicisi kimi 09.06.2005-ci ildə qeydiyyata alınmış "xxxx" MMC-nin (VÖEN: **********) direktoru v əzifəsində 02.04.2012-ci ildən işləyərkən, Azərbaycan Respublikası Prezidentinin «Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında» 02.09.2002-ci il tarixli, “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar”ın təsdiq edilməsinə dair 02.09.2002-ci il tarixli 782 nömrəli və “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsinə dair 29.12.2006-ci il tarixli 510 nömrəli fərmanlarının, habelə “Dövlət standartlarına uyğun olaraq 1 və İİ məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı”nın təsdiq edilməsi haqqı nda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.02.2009-cu tarixli 34 saylı qərarının 1-ci (torpaq işləri), 3-cü (daşhörgü işləri), 4-cü (monolit beton və dəmir beton konstruksiyaların qurulması, yığma beton və dəmir-beton konstruksiyaların quraşdırılması), 8-ci (dam-örtük işləri) və 10-cu (bəzəktamamlama işləri) bəndlərinin tələblərini pozaraq, dövlət standartlarına uyğun olaraq İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin aparılması üçün xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan 01.07.2012-ci il tarixdən 01.04.2014-cü il tarixədək olan dövrdə İmişli rayonunun Xoşçobanlı kənd orta məktəb binasında bərpa-gücləndirmə işləri və qəzalı korpusun sökülərək yerinə əlavə sinif otaqlarının tikintisi işlərini, Xocalı rayon İcra hakimiyyətinin inzibati binasının cari təmir işlərini, habelə “Şimal regionunda Qusar rayon Qusar-Şahdağ Sudan İstifadə edənlər Birliyi üçün Suvarma Kanallarının Bərpası” obyektində torpaq işləri, tikinti - quraşdırma və sair işləri həyata keçirərək, yəni qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, külli miqdar təşkil edən 122.476,46 manat gəlir əldə etmişdir. Bundan başqa, Məhkum, 11 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi 09.06.2005-ci ildə qeydiyyata alınmış "xxxx" MMC-nin 02.04.2012-ci ildən direktoru vəzifəsində işləyərkən, 01.07.2012-ci il tarixdən 01.04.2014-cü il tarixədək olan müddətdə Azərbaycan Respublikası ərazisində ixtisaslaşdırılmış tikinti işlərinin yerinə yetirilməsi fəaliyyəti üzrə qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələr ə bilə-bilə təhrif edilmiş məlumatlar daxil etməklə və əmlak vergisi bəyannaməsini təqdim etməməklə, 2012-ci ilin iyul ayı üzrə 32972,01 manat, oktyabr ayı üzrə 2552,55 manat, noyabr ayı üzrə 15711,87 manat, dekabr ayı üzrə 56996.41 manat, 2013-cü ilin yanvar ayı üzrə 4000,00 manat əlavə dəyər vergisini (ƏDV) az hesablamaqla, 2012-ci ilin avqust ayı üzrə 17158,37 manat artıq hesablamaqla, habelə 04.11.2013-cü il tarixə olan 38392,03 manat artıq ödənişi nəzərə alınmaqla, cəmi 56682,44 manat məbləğində ƏDV, 2012-ci ilin 3-cü rübü üzrə 5603,34 manat, 4-cü rübü üzrə 16322,30 manat, cəmi 21925,64 manat ödəmə mənbəyində tutulan vergi, 2012-ci il üzrə 31253,47 manat mənfəət vergisi, 480,03 manat əmlak vergisi, 2014-cü ilin yanvar ayı üzrə 419,58 manat, fevral ayı üzrə 419,58 manat, cəmi 839,16 ma nat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 111.180,74 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumun müdafiəçisi İskəndərov Fuad İnqilab oğlu tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli hökmünün ləğv edilməsi və Məhkum haqqında olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə və mülki iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, apelyasiya məhkəməsinin hökmü qanunsuz və əsassızdır. Məhkəmə Gəncə İnzibati-iqtisadi Məhkəməsinin 02 dekabr 2014-cü il tarixli qərarının preyudisial qüvvəyə malik olmasına əsaslanmaqla səhvə y ol vermişdir. İş kassasiya instansiya məhkəməsində baxılan zaman Məhkum Azərbaycan Respublikası Ali Məhkəməsinə ərizə ilə müraciət edərək müdafiəçisi F.İskəndərov tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Məhkum və onun müdafiəçisi Əlizadə Akif Əkbər oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli hökmünün ləğv edilməsi və Məhkum haqqında CM-nin 192.2.2 və 213.1-ci maddələri ilə olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifləri qeyd edirlər ki, apelyasiya məhkəməsinin hökmündə gəlinən nəticə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə hökmündə inzibati mübahisə üzrə birinci, apellyasiya və kassasiya instan siyası məhkəmələrinin Məhkum rəhbəri olduğu müəssisə tərəfindən 111.180,74 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanmasına dair qüvvədə olan məhkəmə aktlarına istinad edilmiş, bununla da məhkəmə tərəfindən qanun səhv təfsir edilmişdir. CPM-nin 142.2-ci maddəsinə əsasən “Mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir.” Şikayət müəlliflərinin fikrincə, işdə olan inzibati məhkəmə aktları ilə Məhkum əməlində qanunsuz sahibkarlıq və vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəmə kdən yayınma cinayətinin tərkibi istisna olunur. Ona görə ki, hazırki cinayət işi üzrə toplanmış mötəbər sübutlarla müəyyən edilmişdir ki, Məhkum rəhbəri olduğu "xxxx" MMC tərəfindən 02.01.2010-cu ildən 01.02.2013-cü il tarixədək olan dövrdə cəmi 27.747,14 manat məbləğində vergilər dövlət büdcəsinə az ödənilmişdir. Bu isə o deməkdir ki, Məhkum hərəkətlərində vergidən yayınma olsa da, həmin məbləğ cinayət tərkibi yaratmır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, məhkum və müdafiəçisi Əlizadə Akif Əkbər oğlu tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, barədə Məhkum və müdafiəçi A.Əlizadənin, məhkum və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə mülki iddiaçının nü mayəndəsi O.Qafarzadə və dövlət ittihamçı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən məhkum və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmalıdır. Həmçinin, məhkəmə kollegiyası məhkumun müdafiəçisi İskəndərov Fuad İnqilab oğlu tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə Məhkum ərizəsini və çıxışını nəzərə alaraq hesab edir ki, müdafiəçi F.İskəndərovun kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qa nununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası C PM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət prosessual qanunvericiliyinin qeyd edilən tələbini və Məhkum müdafiəçisi İskəndərov Fuad İnqilab oğlu tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə məhkumun ərizəsini və məhkəmə baxışı zamanı çıxışını nəzərə alaraq belə nəticəyə gəlir ki, Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli hökmündən müdafiəçi F.İskəndərov tərəfindən verilmiş kassasiya şikayəti baxışdan çıxarılmaqla geri qaytarılmalıdır. Məhkum və onun müdafiəçisi Əlizadə Akif Əkbər oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətində Məhkum haqqında olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-nin 192.1-ci maddəsinə əsasən: “Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə — cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 192.2. Eyni əməllər: 192.2.1. külli miqdarda ziyan vurduqda; 192.2.2. külli miqdarda gəlir əldə etməklə törədildikdə; 192.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə — cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya üç ilədək müddətə azadl ığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır” Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi “Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma”ya görə cinayət məsuliyyətini nəzərdə tutur. Məhkəmə kollegiyası məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinay ətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olara q göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məh kəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmu ş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, iş materiallarında olan 23 sentyabr 2013-cü il tarixli **********684214 nömrəli səyyar vergi yoxlaması aktından görünür ki, yoxlama nəticəsində Məhkum 11 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi 09.06.2005-ci ildə qeydiyyata alınmış "xxxx" MMC-nin 02.04.2012-ci ildən direktoru vəzifəsində işləyərkən, 01.07.2012-ci il tarixdən 01.04.2014-cü il tarixədək olan müddətdə Azərbaycan Respublikası ərazisində ixtisaslaşdırılmış tikinti işlərinin yerinə yetirilməsi fəaliyyəti üzrə qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif edilmiş məlumatlar daxil etməklə və əmlak vergisi bəyannaməsini təqdim etməməklə, mənfəət vergisinin 31.253,47 manat, ƏDV-nin 112.232,84 manat azaldılması, əmlak vergisinin 480,03 manat, ödəmə mənbəyindən tutulan verginin 21.925,64 manat hesabat təqdim etməməklə yayındırılması, ƏDV-nin 17.158,7 manat artıq hesablanması müəyyən edilmişdir. Vergidən yayındırılmış məbləğ cəmi 148.733,61 manat təşkil etmişdir. Bundan ba şqa, həmin yoxlama zamanı müəssisə tərəfindən qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində 122.476,46 manat gəlir əldə etdiyi müəyyən edilmişdir. İş materiallarında olan Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 02 dekabr 2014-cü il tarixli 2-1(84)-257/2014 nömrəli qərarından görünür ki, iddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə qarşı 23 sentyabr 2013-cü il tarixli **********684214 nömrəli səyyar vergi yoxlaması aktının və 04 noyabr 2013-cü il tarixli **********700873 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi və 11 saylı Ərazi Vergilər İdarəsi tərəfindən müəssisəyə hesablanmış borcun ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə İnzibati-İqtisa di Məhkəməyə müraciət etmiş, öz növbəsində məhkəmənin qeyd edilən qərarı ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 02 dekabr 2014-cü il tarixli 2-1 (84)-257/2014 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə qarşı 23 sentyabr 2013-cü il tarixli **********684214 nömrəli səyyar vergi yoxlaması aktının və 04 noyabr 2013-cü il tarixli **********700873 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının qanuna uyğun olduğu təsdiq edilmişdir və məhkəmənin həmin qərarı hazırda qüvvədədir. Bundan başqa, iş materiallarında olan "xxxx" MMC-nin şəxsi hesab vərəqəsi və ona əlavə edilmiş sənədlər əsasında müəssisənin 2014-c ü ilin yanvar ayı üzrə 419,58 manat, fevral ayı üzrə 419,58 manat, cəmi 839,16 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini ödəməkdən yayındığı, 04 noyabr 2013-cü il tarixə 38.392,03 manat məbləğində artıq vergi ödənildiyi müəyyən edilmiş, müəssisənin vergidən yayındırdığı məbləğ müəyyən edilərkən qeyd edilən vergidən yayınma və verginin artıq ödənilməsi nəzərə alınmışdır. Belə ki, qeyd edilən vergidən yayınma və verginin artıq ödənilməsi nəzərə alınmaqla müəssisənin vergidən yayındırdığı məbləğin 111.180,74 manat (148733,61+839,16-38392,03) təşkil etdiyi müəyyən edilmişdir. "xxxx" MMC-nin 02.04.2012-ci ildən direktoru vəzifəsində işləyərkən, 01.07.2012-ci il tarixdən 01.04.2014-cü il tarixədək olan müddətdə Azərbaycan Respublikası ərazisində ixtisaslaşdırılmış ti kinti işlərinin yerinə yetirilməsi fəaliyyəti üzrə qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif edilmiş məlumatlar daxil etməklə və əmlak vergisi bəyannaməsini təqdim etməməklə, ümumilikdə 111.180,74 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması iş materiallarında olan və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı tədqiq edilmiş şahidlərin ifadələri, "xxxx" MMC tərəfindən tərtib olunmuş vergi bəyannamələri, şəxsi hesab vərəqələri və digər sənədlərlə də təsdiq olunur. CPM-nin 141.1.3-cü maddəsinə əsasən məhkəmə üçün preyudisial qaydada məcburi qüvvəyə malik qərarla müəyyən edilmiş hallar sübut edilmiş hesab olunur. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı il ə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 142.2-ci maddəsinə müvafiq olaraq, mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olubolmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan mötə bər sübutlar və eləcə də qüvvədə olan məhkəmə qərarları əsasında belə qənaətə gəlir ki, Məhkum qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla külli miqdar təşkil edən 122.476,46 manat gəlir əldə etməsi və "xxxx" MMC-nin direktoru vəzifəsində olduğu dövrdə 111.180,74 manat məbləğində verginin dövlət büdcəsinə ödəməkdən yayınması iş materialları ilə tamamilə təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsulla rla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla tam təsdiq olunur. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 sentyabr 2020ci il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd olunan lara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414 və 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Məhkumun müdafiəçisi İskəndərov Fuad İnqilab oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın. Məhkum və onun müdafiəçisi Əlizadə Akif Əkbər oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1 və 213.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar