Məhkəmə qərarları › İş №1(102)-820/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-820/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-820/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Məmişov Anar Mövsüm oğlunun iştirakları ilə, Şəki Ağır Cinay ətlər Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Əliyev Novruz Əfrasiyab oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və digər müdafiəçi A.M.Məmişov tərəfindən verilmiş həmin şikayətə əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Rəfail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə) Məhkum, 5 fevral 1971-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, heç yerdə işləməmiş, sonuncu dəfə Ağdaş Rayon Məhkəməsinin 10 fevral 2015-ci il tarixli hökmü ilə CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 avqust 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, Ağdaş şəhəri ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 234.4.3-cü maddəsi üzrə 7 (yeddi) il müddətə, CM-in 237.2.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 2021-ci ilin mart ayının axırlarında yaşadığı ünvan 1 ünvanında yerləşən həyətyanı sahəsində əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan 1 ədədi dibçəkdə və 21 ədədi yerdə olmaqla, ümumilikdə 22 ədəd - külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, 23 iyul 2021-ci il tarixdə saat 11:30-da Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının Ağdaş şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum ünvan 1-da yerləşən yaşadığı evin həyətyanı sahəsindən həmin bitkilərdən hündürlüyü 162 sm-dən 304 sm-dək, ümumi təmiz çəkisi yaş vəziyətdə 21 kil oqram 760 qram olan 22 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa Məhkum istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda 118,530 qram, külli miqdarda narkotik vasitə - heroin, 9,82 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 2,379 qram, külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edərək qeydiyyatda olduğu və faktiki yaşadığı Ağdaş şəhəri, ünvan 2 ünvanında yerləşən həyət evində saxlamış, Məhkum qeydiyyatda olduğu və faktiki yaşadığı Ağdaş şəhəri, ünvan 3 ünvanında yerləşən evinə 23 iyul 2021-ci il tarixdə saat 12:01 radələrində baxış keçirilərkən dəhlizin sağ tərəfind əki otaqda olan yazı masasının sürməli daxılında 1 ədəd sellofan torbada təmiz çəkisi 9,37 qram və 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,45 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edərək həmin həyət evinin mətbəxindəki soyuducunun qapısının iç hissəsindəki rəfdə 1 ədəd sellofan torbada təmiz çəkisi 98,589 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd sellofan torbanın içərisində 4 ədəd sellofan bükümlərdə, ayrıayrııqda təmiz çəkiləri 5,069 qram, 4,897 qram, 4,934 qram, 5,041 qram, ümumi təmiz çəkisi 19,941 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və həmin m ətbəxin məşiət əşyaları yığılan dolabın içərisindən 1 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 2,379 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin Ağdaş Rayon Polis Şöbəinin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum və onun müdafiəçisi Məmmədzadə Ramil Tarix oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə) 25 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2022-ci il tarixli qərarınd an Məhkum müdafiəçisi N.Ə.Əliyev kassasiya şikayəti verərək həmin qərarın hüquqlarını müdafiə etdiyi şəxsin CM-in 234.4.3-cü maddəsi ilə cəzalandırılması hissəsində ləğv edilməsini və onun əməlində CM-in 234.1-1 və CM-in 237.2.3-cü maddələrinin tərkib əlamətlərinin olmasını nəzərə alaraq həmin maddələrlə ona aşağı həddə cəza təyin olunmasını, məhkumun digər müdafiəçi A.M.Məmişov isə həmin kassasiya şikayətinə əlavə verərək Məhkum CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi və CM-in 237.2.3-cü maddəsinin sanskiyasında nəzərdə tutulumuş cəzanın aşağı həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona edilmiş əlavənin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) və CM-in bir sıra maddəl ərinə, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli 2 saylı qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarına, Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi N.Ə.Əliyev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində narkotik vasitələri və ya psixotrop maddələri satma, yaxud prekursorları eyni məqsədlə hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma əlamətləri yoxdur və bununla bağlı hallar nə ibtidai istintaq orqanı, nə də ki məhkəmələr tərəfindən sübuta yetirilməmiş, verilmiş vəsatətlər araş dırılmamış və araşdırılmış sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Şikayət müəllifi həmçinin bildirmişdir ki, Məhkum barəsində hökm çıxarılarkən məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və işin faktiki hallarına uyğun olmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş və cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. Həmçinin, işə baxan apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayətində qeyd olunan dəlilləri araşdırmadan, habelə apellyasiya araşdırması zamanı ortaya çıxmış digər ziddiyyətlərə heç bir hüquqi qiymət vermədən hökmü qüvvədə saxlamışdır. Şərh olunan dəlillərə əsaslanaraq müdafiəçi N.Ə.Əliyev kassasiya şikayətinin təmin edilməsini xahiş ed ir. Kassasiya şikayətinə əlavəsində Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrinə, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 3, 5 və 6-cı maddələrinə, “Beynəlxalq müqavilələri bağlanması, dəyişdirilməsi və denonsasiyası haqqında” 1969-cu il Vyana Konvensiyasının 3-cü maddəsinə, “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikasının Qanununa, CM-in və CPM-in bir sıra maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarlarına, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun12 may 200 9-cu il tarixli və “Narkotik vasitələrin, psixatrop maddələrin və ya onların prekusorslarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Rlenumunun 4 mart 2011-ci il Qərarlarına, əsasən də iş üzrə ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında əldə edilmiş və araşdırılmış bir çox sübutlara, məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarına, həmin aktlarda məhkəmələrin gəldikləri müvafiq nəticələrə istinad edən müdafiəçi A.M.Məmişov öz kassasiya müraciətini belə əsaslandırmışdır ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum münasibətdə qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş və ona qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutlar cinayət-prosessual qanunvericiliyinin normalarının pozulması ilə əl də edilmişdir. Belə ki, Məhkum polis əməkdaşları tərəfindən evində faktiki olaraq tutularkən, onun prosessual statusu, yəni hansı qisimdə-şübhəli və ya təqsirləndirilən şəxs qismində və ya digər statusda tutulması, tutulmanın əsasları və halları müəyyən olunmamış, ona tutulmanın əsasları barədə hər hansı məlumat verilməmiş, həmin vaxt tutulması sənədləşdirilməmiş, yəni tutulma faktı qeydə alınmamış, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri, o cümlədən özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, tutulduğu andan müdafiəçinin yardımından istifadə etmək, tutulmadan dərhal sonra tutulmasını o cümlədən yaxın qohumlarına xəbər vermək hüquqları izah edilməmiş, onun tutulma faktının qeydə alınması, tutulma sənədləri ilə tanış olmaq, bu barədə ailə üzvlərinə xəbər verməsi, tutulduğu andan öz vəkili və qanun nümayəndələri ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq, öz vəkili olmadıqla, ona müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını almaq və seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək, maddi vəziyyəti imkan vermədikdə dövlət hesabına müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı əldə etmək və ya vəkildən imtina etmək hüquqları pozulmuşdur. Hətta təhqiqatçı tərəfindən Məhkum şübhəli şəxs qismində tutulması protokolunda onun hansı əsaslarla CM-in 234.1ci maddəsilə nəzərdə tutulan əməli törətməsində şübhəli bilinərək tutulması hallarının olması göstərilməmişdir. Şikayət müəllifi həmçinin bildirmişdir ki, iş üzrə əməliyyat-axtarış tədbiri düzgün keçirilməmiş, baxış və götürmə istintaq hərəkəti qanunamüvafiq qaydada aparılmamışdır. İş materiallarında olan sənədlərdən görünür ki, hüquqlarını müdafiə etdiyi şəxsin himayəsində bir azyaşlı uşağı var, ümumi xəstəliklə bağlı ikinci dərəcəli əlildir və onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, qeyd olunanlara əsaslanaraq müdafiəçi A.M.Məmişov onun kassasiya şikayətinə verdiyi əlavənin təmin olunmasını və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2022-ci il tarixli qərarını Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi hissəsində ləğv olunaraq, ona həmin maddə ilə təqsiri sübuta yetirilmədiyi üçün bəraət verilməsini, CM-in 237.2.3-cü maddəsi ilə isə - ona aşağı həddə cəza təyin edilməsini xah iş edir. Kassasiya şikayətinə və ona edilmiş əlavəyə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq Məhkum müdafiəçisi N.Ə.Əliyev naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə və ona edilmiş əlavəyə Məhkum müdafiəçisi N.Ə.Əliyevin iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin işti rak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya müraciətlərinin məzmunlarından göründüyü kimi, həmin müraciətlərin əsas dəlilləri ondan ibarətdir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr iş üzrə toplanmış və araşdırılmış sübutları qanuna müvafiq qaydada tədqiq etməmiş və onlara düzgün qiymət verməmiş, Məhkum əməlləri düzgün tövsif olunmadığına və cinayət qanunu normasının tətbiqində səhvə yol verildiyinə görə, sonuncu əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə təqsirli bilinib məhkum olunmuş, eyni zamanda o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Bununla da, kassasiya müraciətlərini n müəllifləri apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələblərini CPM-in 416.1.2, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-in 416.1.2, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda, törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum müdafiəçisi N.Ə.Əliyevin kassasiya şikayətini və onun digər müdafiəçisi A.M.Məmişov tərəfindən ona edilmiş əlavəni kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını həmin materiallarla əlaqəli şəkildə yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kass asiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxı şının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi ha qqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Ci nayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müdd əalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrə əsaslanaraq məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə və ona edilmiş əlavəyə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılmasına, sübutetməyə və digər məsələlə rə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməllərin bütün hallarının müəyyən edilməsinə əsasən bu əməllərə maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 63-cü maddəsinin tələbinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqları n bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən tələbləri həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə n ail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmı ş sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasınd a sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həc mini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi ci nayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı qərarlarında əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci mad dəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi q iymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməlləri n cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə t əqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsu liyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəl i və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, cinayət mühakimə icraatının təməl prins iplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-in 21ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətl əndirirlər. CPM-in 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-in 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-in 124.1.2-ci maddəsi hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndir ilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halların yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 138.1-ci maddəsində əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnı z sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanm ış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasə n qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cə za tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hall arına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikavsı Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslıl ığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respub likasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında göstiərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa M əhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin və Ali Məhkəmənin Plenumunun izahlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydad a qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-in 14 5.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də, apellyasiya şikayətləinə qismən məhkəmə istintaqı aparılmaqla baxaraq həmin sübutların hamısının təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəl illərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, o cümlədən Məhkum ibtidai araşdırma zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı hazırki iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə maddi sübutlarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin araşdırma, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksin ə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum 2021-ci ilin mart ayının axırlarında yaşadığı ünvan 1 ünvanında yerləşən həyətyanı sahəsində əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan 1 ədədi dibçəkdə və 21 ədədi yerdə olmaqla, ümumilikdə 22 ədəd - külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, həmçinin istintaqa məlum olmayan mənbədən və vaxtda külli miqdarda narkotik vasitə - 118,530 qram çəkidə heroini, 9,82 qram çəkidə (kannabis) bitkisindən kustar üsulla ha zırlanmış narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda - 2,379 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edərək qeydiyyatda olduğu və faktiki yaşadığı evində saxlamış, Məhkum qeydiyyatda olduğu, 23 iyul 2021-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həm külli miqdarda çətənə bitkisinin kolları, həm də göstərilən narkotik vsitələr və psixotrop maddə aşkar edilərək edilərək götürülmüşdür. Məhkəmə kollegiyası işin bu faktiki hallarının arxasında duran, ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların bir hissəsinə müraciət etməyi zəruri bilir. Belə ki, Məhkum məhkəmə iclaslarında yalnız qanunsuz olaraq külli miqdarda çətənə bitkilərini əkib becərməsini, eyni zamanda yaşadığı evdə şəxsi istifadəsi üçün qurudulmuş marixuananı saxlamasını etiraf edib heroinin və metamfetaminin ona məxsus olmamasını, habedən narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmamasını bildirsə də, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən göstəmişdir ki, o, təxminən 2021-ci ilin mart ayının axırlarında ünvan 1 ünvanında yerləşən yaşadığı evin həyətyanı sahəsində 21 ədəd yerə və həyətində 1 ədəd dibçəyə olmaqla ümumilikdə 22 ədəd narkotik tərkibli bitkilərin toxunlarını əkmiş, 2-3 gündən bir yetişmiş bitkiləri suvarın onları kultivasiya etmişdir. 23 iyul 2021-ci il tarixdə təxminən saat 11 radələrində o, yaşadığı evdə olarkən yoldan onu kiminsə səsləməsini eşitdib küçəyə çıxarkən polis əməkdaşlarının ona yaxınlaşaraq onlarda yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməsi və evində narkotik vasitələr saxlamağı barədə məlumat olduğunu bildirmiş və yaşadığı evə və evin həyətinə baxış keçirilməsi barədə onlarda Ağdaş Rayon Məhkəməsinin qərarının olmasını deyib bu istintaq hərəkitini aparmışlar. Videoçəkilişlə aparılmış baxış zamanı yaşadığı evin həyətyanı sahəsindən 21 ədəd yerə və həyətindən 1 ədəd dibçəyə əkib becərdiyi, ümumi sayı 22 ədəd olan narkotik tərkibli kol aşkar olunmuş, həmin narkotik tərkibli bitkilər kökündən çıxardılaraq hündürlükləri ölçüldüldükdə onların ən kiçiyinin hündürlüyünün 162 sm, ən böyüyünün isə hündürlüyünun 304 sm olması müəy yən edilmiş, həmin kollar kisələrə qablaşdırılıb kisələr möhürlənmiş, bu haqda müvafiq protokol tərtib edilmiş və iştirakçılar tərəfindən kisələrin üzəri və protokol imzalanmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən videoçəkiliş aparlımaqla baxış keçirilmiş, bu zaman evin baş hissəsində yerləşən otağın birindən olan masalardan kiçik sellofan və kağız bükümlər və şəffaf plastik qab, evin anbar kimi istifadə etdiyi otağında 3 ədəd elektron və 1 ədəd mexaniki əl tərəziləri, mətbəxdəki soyuducudan 2 ədəd kiçik sellofan büküm, orada yerləşən şkafdan isə 1 ədəd kiçik sellofan büküm aşkar edilmiş, həmin bükümlərin içərisində qablaşdırılmış kütlələr – narkotik vastələr olan heroin və qurudulmuş marixuana, habelə psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilərək onların çəkiləri müəyyən edilmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, qurudulmuş marixuananı həyətində əkdiyi kollardan yığıb qurutmuş, heroini və metamfetamini Şəki rayonunda tanımadığı şəxsdən almış və bunların hamısını şəxsi istifadəsi üçün yaşadığı evdə saxlamış, onları satmaq niyyətində olmamışdır. 23 iyul 2021-ci il tarixdə Məhkum yaşadığı evinə və evin həyatyanı sahəsinə baxışın keçirilməsi, həmin baxış nəticəsində sonuncuya elan olunmuş ittihamda göstərilən miqdarlarda, çəkidə və sayda narkotik tərkibli çətənə bitkisinin kollarının, qurudulmuş marixuananın, heroinin, psixotrop maddə metamfetaminin və tərəzilərin aşkar edilərək götürlmüsinə dair məhkumun ifadələrinə uyğun ifadələri həmçinin ibtidai araşdırma zamanı və məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş Rayon Polis Ş öbəsinin CAB-nin əməkdaşları Şahid2 və Şahid3 da vermişlər. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 23 iyul 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və Məhkum iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncunun yaşadığı ünvan 1 ünvanında yerləşən evinə baxış keçirilmiş və baxış zamanı evdən 1 ədəd sellofan torbada təmiz çəkisi 9,37 qram və 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,45 qram, ümumi təmiz çəkiləri 9,82 qram oln narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd sellofan torbada təmiz çəkisi 98,589 qram və 1 ədəd sellofan torbada olan 4 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda çəkiləri 5,069 qram, 4,897 qram, 4,934 qram, 5,041 qram, ümumi təmiz çəkisi 19,941 qra m olmaqla ümumi təmiz çəkiləri 118,53 qram narkotik vasitə-heroin, 1 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 2,379 qram psixotrop maddə-metamfetamin, 2 ədəd elektron və 2 ədəd asma tərəzi aşkar olunaraq götürülmüşdür. "Telefonun yaddaşında olan məlumatlara baxış keçirilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli protokoldan müəyyən edilir ki, Məhkum istifadəsində olan mobil telefonda: - 2 iyul 2021-ci il tarixdə saat 21:11-də 1:52 saniyə ərzində "axşamınız xeyr, Gülnarədir, şeydir, sənə lazımdır, nə, nənəm-nənəm, o mənimlə hətərəm-pətərəm danışdı, o mənə deyir saat yarımdan sonra nəsə olmalıdır, deyirəm ki, Araza verərsən, deyir ki, yox hələ qalsın, o mənə aidiyyatı yoxdur, sən öl, bizim öz işimiz 2-3 gün şey eliyəcək, ama sənə hara desələr ver, dedim qaqa mən 50 manata, 100 manata gör ə maşın sürmürəm kiməsə görə, səndə qalsın, ona görə mən sənə dedim ki, sənin özünə lazımdırsa denən mən deyim atsın, hə də yəni sənə lazım olsa de mənə, mən də öz adamıma deyim atsın sənə, hə yaxşı, təxminən nə vaxt lazım olar mənə bir de, nə bilim 3 günə pataloku, kasıbçılıqdıda, 2 günə 3 günə, yaxşı onda mənə deyərsən, atarsan karta, kartdan da ataram, biri gün deyərəm sənə, çünki mən ona dedim Araza verərsən, sabah sənə padxod edərsə ki, xanım bunu yer yurd edin, onda edərsən, yoxsa mən qaçmıram tələsmirəm, mənə ehtiyac yoxdu, prosta deyirəm ki, sənin özünə lazım olsa deyərsən, mənə denən mən şeyləyim, oldu qadası sağol”; - 22 iyul 2021-ci il tarixdə saat 19:23-də "mənə deyir ki, al saxla, dünənnəri elə mənə deyir ki, verməlidirlər, oda mənim başım çıxmır, iranlıdır, deyir ki, xanım bu təmiz iş olsun, mənim də başım çıxmır, nədən gedir, bilmirəm bax nədi o, amma nəsə elə bil nəyisə nisyə almağa bacarır, nəsə nisyə alacaq deyir, dünən qoyulmalı idi, götürməli idi, dünənləri çıxa bilmədi, bu gün də yığmışdı məni, bu biri buran yığır ki, niyə götürmədin, niyə götürməmisən, danışa bilmirəm, bütün hamın əlində qalmışam, iki dəqdən bir yığırlar, adamı bütün biyabır edirlər, indi guya ki, bir iki saatdan sonra səni yığacam, hara lazımdı deyəcəm gedərsən, ona görə səninlə danışıb sənə vermək istəyir ya nə, sırağa gün dedi 500-300 manat vurarsan götürərəm, bu gün təzdən deyib ki, 1000 manat vuraram, hə, heşnə da, dedim ki, Mehman oradan bircə qıram, bircə qram əskik olsa məndən incimə, dedi oldu, heşnə da razılaşdıq, dedi prostu ehtiyacım var, nə bilim belə elə, bəs pulu hara vu r dedi sənə, nə bilim, mənə kimsə zəng etsə deyəcək, indi mənə də bu gün demədilər gedib götürməliyəm, dedi götür saxla, hə oldu yaxşı, mən ona görə dedim ki, görüm sənə deyər mənə deyər, indi əlaqə saxlayarıqda sənə deyər ya mənə deyər, hə heş bişey oldu sağol”; - 22 iyul 2021-ci il tarixdə saat 19:45-də "alo, bəli, bəlin şirin, salam məleykim, əleykimə salam, necəsiz nə var nə yox, narahat elmədim qardaş, salamatçılıqdı, hər qardaş, rayonda nə vaxr nə yax, istilərlə nağarsız, istilərlə güləşirik, hamı nətə bizdə elə, ə yox qardaş, biz güləşmirik, biz elə bilki mübarizə aparırıq, təslim olursuz, yox yox təslim olmuruq olmağına, yenə də mübarizəmizi aparırıq, tərləməklə mübarizə aparmaq lazımdır, mənim əziz qardaşım mən elə bil ki sənin işin üstündəyəm, sən işi elə bil ki, 999 faiz həll el əmişəm, hə bir faiz qalıb ki, mənim burdan el bilki əyağa durub, gedib özüm ondan bir dənə götürüb onun vəziyyətinə özüm baxmaq istəyirəm, əla, baxım sizə deyim ki, gəlin, Bakı deyil, yox rayon, rayona gələmmiceyik qaqa, sən şəhərdə olsan özün gələssən, mən istirəm sənin özündən görüşəme birinci, mən özümün bakıya yolum düşsə 1 gün qabaqdan deyərəm bakıda görüşək, o da arxeynçilikdə, mən qardaşımdı pramoy, bildime sən orada görüşdüyün adam vara o sən dosdoğma qardaşındı hə, yox, dosdoğma qardaşdan artıqdı, Allah köməyi olsun, yəni mən bisən niyə görə dimək istirəm, qardaşım mən rahatçılığına görə dirəm, problem yoxdu, indi belə bir şeydə ola bilər yarı yol da gələ bilərik, məsəlçün sənüzbəüz, belə sənin vaxtın varsa gəl bir stəkan çayımızı iç getda, mənim vaxtım olmur, gəlib içərəme çayı, niyə içmirəm, indi prosta qardaşım indi mən sənə bir söz deyim da, mən indi burdan götürüb gətirsəm pulda verməliyəm axı, hə yerində verməlisən, o uje biraz şey çıxır, belə o qədər götürmə, az götür, arxeyn ol sora götür, onda belə alınmicaqe, bizim yolumuzun üstü deyil, yada mən burdan qırağa çıxmıram, mən qardaşım biz belə görmüşük ki, belə mən sözümü başqa cür başa düşmə, mənə nəsə lazımdısa mən özüm gedirəm, mənə lazım olan şeyin dalınca özüm gedirəm, mən gələ bilərəm sən qonağın ola bilərəm, sən də mən qonağım ola bilərsən, onun problem deyil, indi sən dedim mən eşitdim Fərid, sən də qulaq as, mən sənə dirəm, mən nəyisə alanda tək tük hallarda gedirəm, qaqaşcanı kimdisə razılaşıram, gələ bilirsən flan ünvana, hə, görüşək orda, xoşum gəlir, namesta haqqesablaşıb, göndərəm, da mən ki minsə dalınca harasa gedim növbəyə durum o mənim xarakterimdə yoxdu qaqa, mən əziz qardaşım indi biz sənin xarakterinlə hərəkət etməliyik, dügüzünü o duda qaqaş, sən satanısan dastafka ilə olmalıdı, bu gün dünyanın hər yerində dastafka var, dastafka edir işdə, dastafka edə bilmirsən səndən nə getdi,məndən nə getdi, dastafka edirəm, mən sə onu dastafka edirəm, mən sənə o pulu da verə bilmirəm axı, gəlib sən mən görəcən biləcən ki, nətər adamla məsələn iş görsən ondan sonra bezproblem kimdənsə vuracan qoltuğa, məndə sənə baxacam helə uverrine olacaq, ondan sonra mən sənə pulu vuracam ki, pramoy vura bilcəm ki, qaqa ala götür oradan nədisə götür gəl, nədisə onu elə” məzmunda səsli danışıqların aparılması müəyyən edilmişdir. Əvvəla, iş materialları ilə müəyyən edilir ki, Məhkum evinə baxış hər hansı qanun pozuntusuna yol verilmədən, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun və CPM-in tələblərinə müvafiq qaydada keçirilmiş, bu istintaq hərəkətinin aparılması Məhkum da razılaşaraq imzaladığı protokolda əks etdirilmiş, bunun nəticəsində isə evdən külli miqdarda narkotik vasitə olan heroin və külli miqdarda psixotrop maddə olan metamfetamin (ittihamda göstərilən miqdarlarda), habelə elektron və mexaniki tərəzilər aşkar edilib götürülmüşdür. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunan istintaq hərəkətinin nəticələri, aşkar edilib götürülmüş narkotik vasitənin və psixotrop maddənin külli miqdarlarda olması, onların ayrı-ayrı bükümlərdə qablaşdırılması, həmçinin Məhkum yaşadığı evdə həmin vasitənin və maddənin satışında onların çəkilməsi üçün ist ifadə edilməsi mümkün olan tərəzilərin, eləcə də yuxarıda göstərilən məzmunda telefon danışıqlarının müəyyən edilməsi sonuncunun dövriyyəsi qanunsuz qadağan olunmuş həmin əşyaları məhz satış məqsədilə əldə etməsinə və yaşadığı evdə saxlamasına, yəni CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinə dəlalət edir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, araşdırılmış sübutların fonunda Məhkum əməllərinin CM-in 237.2.3-cü maddəsi ilə yanaşı həm də CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi qanunvericiliyin tələblərinə, cinayət qanunu normalarına aşağıdakı şəkildə verilmiş təfsirə və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməs inin Plenumunun 4 mart 2011-ci il tarixli Qərarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrə uyğundur. Belə ki, CM-in 234.4.3-cü maddəsinin dispozisiyasında CM-in 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-in 234.2-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - narkotik vasitə v ə ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psi xotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd olunaraq məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının madd i xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-u bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum təqsirli bilindiyi itihamda göstərilən miqdarda narkotik vasitələri və psixotrop maddə metamfetamini məhz satış məqsədilə yaşadığı evdə və evin həyətində saxlaması obyektiv olaraq təkcə onun digər sübutlarla təsdiq olunan ibtidai araşdırma zamanı etirafedici ifadələri ilə deyil, həmçinin obyektiv olaraq dövriyyəsi müvafiq icazə olmadan qadağan edilmiş bu vasitələrin miqdarı, kultivasiya etdiyi çətənə bitkisi kollarının sayı, çəkisi, həmçinin onların hazırlanması üçün avadanlığın olması ilə sübuta yetirilir. Məhkəmə istintaqı zamanı Məhkum məhkəməyədək icraat zamanı p olis əməkdaşları tərəfindən təsirə məruz qalması, evdən aşkar olunan kütlələrin ona aid olması barədə etirafedici ifadə verməsə ailə üzvlərinin məsuliyyətə cəlb olunacağı ilə bağlı təzyiq nəticəsində məcbur qalıb etirafedici ifadələr verməsi barədə qeyd etdiklərinə münasibət bildirən birinci instansiya məhkəməsi qeyd edilənlərlə razılaşmayaraq onun ibtidai istintaq zamanı təsirə məruz qalması ilə bağlı hər hansı halın aşkar olunmadığını, Məhkum evinə və evinin həyətyanı sahəsinə baxış keçirilərkən, habelə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə dindirilərkən və barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən bu barədə heç bir məlumat vermədiyini əsas götürərək şəxsin qeyd etdiklərini müdafiə xarakterli ifadə kimi qəbul etmişdir. Məhkəmə iclasında Məh kum onun evinə və evinin həyatyanı sahəsinə baxışın keçirilməsi zamanı evindən aşkar edilərək götürülmüş narkotik vasitələrin və psixotrop maddə metamfetaminin ona məxsus olmadığını iddia etsə də, işə baxan məhkəmələr haqlı olaraq onun sonuncu ifadələrinə tənqidi yanaşmış və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələrə üstünlük vermişlər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin bu hərəkəti qanuni olmuş, çünki digər sübutlarla yanaşı məhkumun ibtidai araşdırma zamanı verdiyi ifadələrin qanunsuz yolla əldə edilməsi, yəni ibtidai aradırma orqanı tərəfindən CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə sübutların əldə edilməsi halı iş materialları ilə müəyyən edilmir. CPM-in 125.2-ci maddəsinə ə sasən isə, yalnız aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; 125.2.4. cinayə t prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; 125.2.5. cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; 125.2.6. cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.2.8. sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; 125.2.9. məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; 125.2.10. müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Məhkəmə kollegiyası hesab edir, istər ibtidai araşdırma orqanı, istərsə də işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri bu haqda nəticəyə gələrkən nəinki sübutların toplanmasına, araşdırılmasına və qiymətləndirilməsinə dair prosessual qanunvericiliyin tələblərinə, həmçinin prosessual hüquq normalarının aşağıdakı tələbləinə də əməl etmişlər. Belə ki, CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası CPM-in yuxarıda istinad olunan 349.5-ci maddəsinin tələblərind ən çıxış edərək qeyd etməyi zəruri bilir ki, “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən şəxsin, zərərçəkmişin və ya şahidin təkcə onların məhkəmədə verdiyi ifadələrini deyil, həmçinin həmin şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin qanunsuz yolla (CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə) alınması müəyyən edilməmiş olsun, buna görə belə ifadələr məhkəmə tərəfindən sübutlar siyahısından çıxarılmasın, bu ifadələr digər sübutlarla təsdiq edilsin və və qanuni yolla alınmış ifadələr kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun məhkəmə aktlarında məcmu qaydasında qiymət verilsin. Digər tərəfdən məhkəmə kollegiyası bir daha vurğulayır ki, işə baxan məhkəmələr CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətlərin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlləri CM-in 237.2.3 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə həm bəraətin əsasları (CPM-in 42-ci maddəsində təsbi edilmiş), həm də Məhkum əməllərinin başqa cür tövsif edilməsi üçün əsaslar, nəticə etibarı ilə isə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM- in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Məhkəmə kollegiyası həmçinin məhkumun müdafiəçisi A.M.Məmişovun kassasiya şikayətinə verdiyi əlavənin Məhkum barəsində olan cinayət işi üzrə əməliyyat-axtarış tədbirinin düzgün keçirilməməsi, baxış və götürmə istintaq hərəkətinin qanunamüvafiq qaydada aparılmaması, həmçinin hüquqlarını müdafiə etdiyi şəxsin ibtidai istintaq zamanı müdafiə hüququnun pozulması ilə bağlı dəlillərinə cavab olaraq qeyd edir ki, cinayət işinin materiallarında olan 23 iyul 2021-ci il tarixli raportdan və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında eyni tarixli qərardan görünür ki, Ağdaş Rayon Polis Şöbəsinə Ağdaş şəhər, ünvan 1 ünvanında yaşayan xx.xx.1971-ci il təvəllüdlü Məhkum yaşadığı evin həyətində narkotik vasitə tə rkibli bitkiləri əkib-becərməsi, narkotik vasitələri və psixotrop maddələri qəbul etməsi, üzərində və evində saxlaması barədə məlumat daxil olmuş və həmin tarixdə Məhkum ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. İşə baxan birinci instansiya məhkəməsi sözügedən raportla bağlı qeyd etmişdir ki, həmin raport 23 iyul 2021-ci il tarixdə polis əməkdaşı Şahid3 tərəfindən tərtib olunsa da, bu sənəddə Məhkum barəsində əməliyyat məlumatının bundan əvvəl də daxil olması istisna ediləmişdir. Bunu təsdiq edən hal isə ondan ibarətdir ki, raport tərtib edilməzdən əvvəl təhqiqat orqanı tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun tələbinə müvafiq olaraq həmin əməliyyat məlumatının yoxlanılması üçün Məhkum yaşadığı evə və evin həyatyanı sahəsinə b axış keçirilməsi barədə təqdimatla Ağdaş Rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmənin 22 iyul 2021-ci il tarixli qərarı ilə həmin təqdimat təmin olunduqdan sonra qeyd olunan istintaq hərəkəti keçirilmişdir. Bu halda Məhkum məhz göstərilən istintaq hərəkəti aparılmazdan əvvəl tutulması, onun müdafiəçi ilə təmin olunması üçün zərurət yaranmamış, istintaq hərəkəti isə qanuna müvafiq qaydada, yəni CPM-in 236-cı maddəsinin tələblərinə uyğun olaraq Cinayət işinin materiallarına əlavə edilmiş video görüntülərdən də müəyyən edilir ki, evə baxış keçirilməmişdən əvvəl Məhkum Ağdaş Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli məhkəmənin qərarı təqdim olunmuş, sonra evə baxış başlanmış, bu zaman Məhkum buna etiraz etməmiş, evə bundan əvvəl polis əməkdaşlarının daxil olmaları ilə bağlı iradını bil dirməmiş, bütün proses müddətində polis əməkdaşları ilə birlikdə hərəkət etmiş, aşkar edilən narkotik vasitəni isə Şəki şəhərindən əldə etdiyini göstərmişdir. Odur ki, işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyası məhkəmələri haqlı olaraq cinayət işi üzrə 23 iyul 2021-ci il tarixdə Məhkum evinə baxışın keçirilməsi ilə bağlı həyata keçirilən tədbirin və bu haqda tərtib olunmuş protokolun, habelə həmin baxış nəticəsində əldə olunan sübutların etibarsız sayılmasını qeyri-mümkün hesab etmişlər. Məhkəmə kollegiyası həmçinin Məhkum israrla müdafiəçi tələb etdiyi halda onun bu hüququnun təmin edilmədiyi ilə bağlı qeyd etdiklərinə münasibətdə isə bildirir ki, əvvəla Məhkum evinə və evinin həyətyanı sahəsinə baxış keçirilməsi ilə bağlı video görüntülərdə onun vəkil tələb etməsi müəyy ən olunmur. CPM-in 92-ci maddəsinə əsasən isə, şəxs şübhəli və ya təqsirləndirilən şəxs statusunda olduqda və müdafiəçi tələb etdikdə, onun tələb etdiyi andan müdafiəçinin iştirakı prosesdə təmin edilməlidir. Hazırki iş üzrə cinayət işinin materiallarından görünür ki, Məhkum yalnız 23 iyul 2021-ci il tarixdə saat 13:20-də polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və bundan sonra cinayət təqibinin bütün mərhələlərində onun müdafiə hüququ, qanunvericiliyin tələb etdiyi qaydada tam şəkildə təmin olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası onun ibtidai araşdırmanın ilkin dövründə müdafiə hüququnun pozulması ilə bağlı müdafiəçi A.M.Məmişovun kassasiya şikayətinə etdiyi əlavəsində əksini tapmış dəlillərini qəbul edilməz sayır, ümumiyyətlə həm in dəlilləri məhkumun cinayət məsuliyyətindən yayındırılmasına yönəlmiş dəlillər kimi dəyərləndirir və həmçinin vurğulayır ki, Məhkum istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclasında fiziki və ya psixi təsirlər altında ifadələr verməsi, onun dindirilməsi zamanı CPMin 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilməmiş və həmin ifadələr yuxarıda sadalanan digər sübutlarla tam təsdiq edilmişdir. Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə və cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalı olan işin digər hallara uyğun olmaması barədə kassasiya şikayətinin və ona edilmiş əlavənin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, onun tö rətdiyi cinayət əməllərinə görə təqsirli bilindiyi CM-in 237.2.3cü maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə, CM-in 234.4.3-cü maddəsinin sanksiyasında isə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalıdır. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında əksini tapmış hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmələrə ünvanlanmış tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmadan təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətsiz və qanunsuz hesab edilər. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümləd ən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Yuxarıda istinad olunan CPM-in 349.5-ci maddəsinin mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Bu isə o deməkdir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalara, o cümlədən CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə, hökmün əsaslılığına dair müddəalara (CPM-in 349.5-ci maddəsi) həmçinin təqsirkar barəsində cinayət hüquqi tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin x arakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstit usiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan əlavə, cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 4 saylı Qərarın 1-ci bənd inin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qe yd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə a lmaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə gö rə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il taixli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza tədbiri seçərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalı dırlar. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (resi divistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Bu halların cəza təyin edilərkən nəzərə alınmalı olması barədə tövsiyə Azərbaycan Respublikasının 1992-ci il oktyabrın 28-də qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasının tələblərindən də irəli gəlir. Məhkum barəsindəki birinci instansiyası məhkəməsinin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin yekun məhkəmə aktlarından görünür ki, məhkəmələr Məhk um barəsində həm ayrı-ayrılıqda CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə, həm də cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi məsələsini həll edərkən onun törətdiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, CM-in 59.2-ci maddəsinə əsasən isə ikinci dərəcəli əlilliyinin olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirməklə həm bu halları, həm də iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almışdır. Eyni zamanda, birinci instansiya məhkəməsi kifayət qədər humanstlik və ədalətlilik nümayiş etdirərək Məhkum CM-in 234.4.3 və 237.2.3-cü maddələrinin sanksiyaları həddlərində cəza təyin etmiş, təyin olunmuş cəzaları qismən toplayarkən və qəti cəzanın müddətini m üəyyən edərkən isə ağlabatan həddləri aşmamışdır. Apellyasiya şikayətinə baxılarkən apellyasiya instansiyası məhkəməsi bu nəticə ilə razılaşmış və həmin cəzaların növünə və həddinə təsir edə biləcək hər hansı yeni hal müəyyən etməmişdir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin bu mövqeyi ilə razılaşaraq eyni zamanda qeyd edir ki, kassasiya müraciətlərinə baxılarkən də həmin məhkəmələrin cəza təyini zamanı nəzərə almadıqları hər hansı yeni hal müəyyən edilməmiş və kassasiya müraciətlərində həmin halların olması barədə hər hansı yetərli dəlil irəli sürülməmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib müdafiəçi N.Ə.Əliyevin kassasiya şikayətinin və digər müdafiəçi A.M.Məmişovun həmin şikayətə əlavəsinin dəlillərin i nəzərdən keçirərək, Məhkum və onun müdafiəçisi A.M.Məmişovun həmin şikayətin və ona edilmiş əlavənin təmin edilməsi, dövlət ittihamçısı H.B.İmranovun isə kassasiya müraciətlərinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya müraciətləri təmin edilməməli, Məhkum CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Məhkum müdafiəçisi N.Ə.Əliyevin kassasiya şikayəti və digər müdafiəçi A.M.Mə mişovun ona etdiyi əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2022-ci il tarixli qərarı kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar