Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-820/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlu oğlundan ibarət tərkibdə; Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X6 iştirakı ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2, 221.3 və 228.4-cü ma ddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 1(124)-204/2023 nömrəli (X1 (sədrlik edən), X11 və X2 ibarət tərkibdə) hökmü ilə xx xxxxxxxx 1987-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Penitensiar Xidmətin 07 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 221.3 və 228.4-cü ma ddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 29,120.2.2-ci maddəsi ilə 14 il 6 ay müddətinə, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplamaq yolu ilə qəti olaraq 16 il müddətində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə təqsirli bilməsi, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona cəza təyin edilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ev dustaqlığında və 10 may 2021-ci il tarixdə həbsdə saxlandığı 6 ay 1 gün müddətin ona təyin olunmuş azad lıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılması və onun üzərində qəti cəza olaraq 15 il 5 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəza çəkmə müddətinin başlanğıcının 18 iyun 2022-ci il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənə qədər dəyişdirilməməsi qərara alınmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Səxavəddin oğlu da təqsirli bilinərək məhkum edilmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-177/2024 saylı, 11 oktyabr 2024-cü il tarixli (Hakimlər: X3 (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət tərkibdə) qərarı ilə Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3, Təqsirləndir ilən şəxs2 müdafiəçisi Müdafiəçi6, təqsirləndirilən şəxs Məhkum və müdafiəçiləri Müdafiəçi4 ilə Müdafiəçi9 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli hökmü cəza təyini hissəsində dəyişdirilərək, Məhkum Azərbaycan Respublikası CM-in 29,120.2.2-ci maddəsi ilə təyin edilmiş 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 14 il müddətinə endirilmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 15 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ev dustaqlığında və 10 may 2021-ci il tarixdə həbsdə saxlandığı 6 ay 1 gün müddətin ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla onun üzərində qəti cəza olaraq 14 il 5 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmışdır. Təqsirləndirilən şəxs1 Səxavətdin oğluna Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası 7 il müddətinə endirilmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 Səxavətdin oğluna qəti olaraq 9 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təyin edilmiş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 il müddətinə endirilmişdir. Hökm qalan hissədə də yişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2024-cü il tarixli, 1(105)-177/2024 saylı qərarından Məhkum tərəfindən kassasiya şikayəti və müdafiəçi tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir. Qərardan kassasiya protesti verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İŞİN HALLARİ: Məhkum Azərbaycan Respublikası CM-in 29,120.2,2, 221.3 və 228.4-cü maddələri ilə ittiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, o, xuliqanlıq niyyətilə şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında silahdan və silah qismində istifadə edilən əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərind ə zor tətbiq etməklə qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş, habelə qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmişdir. Belə ki, Məhkum qardaşı Təqsirləndirilən şəxs2, bibisi oğlu Təqsirləndirilən şəxs1 Səxavəddin oğlu və istintaqla müəyyən edilməyən şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, 18 iyul 2020-ci il tarixdə saat 18 radələrində Şahid1 və onun qohumlarının yaşadığı Abşeron rayonu, Novxanı kəndi, Mehdi Hüseynzadə küçəsi, 3 nömrəli evin qarşısına gələrək, üç gün əvvəl, yəni 15 iyul 2020-ci il tarixdə saat 14 radələrində həmin kənd ərazisində Təqsirləndirilən şəxs2 idarə etdiyi «Mercedes Benz» markalı **-VF-*** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən avtomobilini yolun hərəkət hissəsində saxlamasına və yüksək sürətlə idarə etməsinə gör ə Şahid1 ona irad tutmasını bəhanə edib, öz hərəkətlərini bir-birləri ilə qarşılıqlı uzlaşdıraraq əvvəlcədən əldə etdikləri razılığa əsasən özləri ilə silah qismində istifadə etmək üçün beysbol idman növündə istifadə olunan qalın taxtadan hazırlanmış əşyalarla (bitalarla) silahlanıb Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən düşərək Şahid1 “cəzalandırmaq” üçün onu evdən çağırmış, orada ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozmaqla, habelə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq və cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış və əxlaq normalarına saymamazlıq göstərməldə ictimai qaydam kobud surətdə pozub, cəmiyyə tə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, yaşadığı ərazinin sakinləri arasında özlərinin müstəsna şəxsiyyət olduqlarını və başqalarından əsaslı surətdə fərqləndiklərini, istənilən məsələni zor gücünə həll etmək iqtidarında olmalarını nümayiş etdirərək ictimai yer olan küçədə Şahid1 deyil, həyətdən onların qarşısına çıxan sonuncunun qardaşı Zərərçəkmiş şəxs1 qarşı ucadan nalayiq ifadələr işlədərək hər üçü silah qismində istifadə etdikləri əllərində olan beysbol taxtaları ilə sonuncunun başına zərbələr endirməklə zor göstərib qərəzli hərəkətlər, yəni xuliqanhq etmiş, Zərərçəkmiş şəxs1 ona qarşı yönələn zərbələrdən qorunmaq üçün onun əlindən beysbol taxtasını (bitanı) aldıqdan sonra o, qrupun digər üzvləri ilə birlikdə xuliqanlıq hərəkətlərinə yönəlmiş vahid niyyətdən kənara çıxara q öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib onları idarə etmək iqtidarında olmaqla Rəcəb Ağamahyevi qəsdən öldürmək qərarına gəlib, bu niyyətlə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi, ümumi uzunluğu 260 mm, tiyəsinin orta xətt üzrə uzunluğu 116 mm olan zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı deşici-kəsici xassəyə malik soyuq silah hesab olunan qatlanan ov bıçağından istifadə edib şüurlu sürətdə Zərərçəkmiş şəxs1 həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi baş və sinə nahiyələrinə ardıcıl zərbələr endirərək ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid “başın təpə nahiyəsinin sol yarısının 2 ədəd, sol said nahiyəsinin orta 1/3-nin 1 ədəd, sol said nahiyəsinin aşağı 1 /3-nin 1 ədəd, sol sağrı nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları”, habelə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “döş qəfəsinin sol yan səthində orta qoltuq xətti üzrə döş boşluğuna nüfuz edərək pnevmatoraks (döş boşluğuna havanın toplanması) ilə nəticələnən 1 ədəd, sağ qabırğaaltı nahiyənin və qamın sol yarısının qarın boşluğuna edərək nazik bağırsağı zədələyən 2 ədəd deşilmiş-kəsilmiş yaraları xəsarətlərini yetirsə də, Zərərçəkmiş şəxs1 qısa müddət ərzində tibb müəssisəsinə çatdırılaraq ona ixtisaslı tibbi yardım göstərilməsi səbəbindən həyatı xilas olduğundan o, bilavasitə sonuncunu qəsdən həyatdan məhrum etməyə yönələn əməllərini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməməklə xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə, yəni digər şəxsi h əyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya şikayətinin və ona əlavənin dəlilləri: Məhkum verilən kassasiya şikayətində göstərmişdir ki, o, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2, 221.3 və 228.4-cü maddələri ilə 15 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmü ədalətsiz hesab edərək, müdafiəçi vasitəsi ilə vermiş olduğu apellyasiya şikayəti təmin ediməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-177/2024 saylı, 11 oktyabr 2024cü il tarixli qərarı ilə hökm cəza təyini hissəsində dəyişdirilərək, təyin edilmiş cəza 14 il 6 ay müddətinə endirilmişdir. Məhkum ibtidai istintaqın və məhkəmə istintaqının düzgün qənaətə gəlməməklə nəticədə barəsi ndə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2, 221.3 və 228.4-cü maddələrinə düzgün tövsif olunmamasına gətirib çıxardığını bildirmişdir. Belə ki, zərərçəkmiş şəxsin onunla barışdığını ona qarşı heç bir şikayət və tələbinin olmadığını və hətta onun həbsdən azad edilməsini zərərçəkmiş şəxs apellyasiya baxışı zamanı məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs özü də məhkəmədə qismən etiraf etmişdir ki, hadisə yerində Zərərçəkmiş şəxs1 onu yerə yıxaraq döymüş və bu faktı həyətdə işləyən fəhlələrdə görmüşlər. O da özünü müdafiə məqsədi ilə üzərindəki bıçaqdan istifadə etmək məcburiyyətində qalmışdır. Məhkum bu kimi halların məhkəmə tərəfindən nəzərə alınmadığını, işin faktiki hallarının tam araşdırılmamasını və əməlində ölümə qəsdin olmadığını, yalnız zəruri müdafiə hərəkətlərin in baş verdiyini bildirmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Məhkum Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işi üzrə əməlinin düzgün tövsif olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, məhkumun müdafiəçisi Müdafiəçi10 əvvəlki məhkəmə iclasında məhkəməyə kassasiya şikayətinə əlavə təqdim edərək şikayətində göstərmişdir ki, Sumqayıt Apellyasiya məhkəməsi xx.xx.2024-cü il tarixli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünü cinayət Qanunun maddələrinin tətbiqi baxımından dəyişdirilmədən saxlamış və bununla da 1-ci instansiya məhkəməsinin səhvlərini təkrarlamış, iş üzrə qanunsuz və əsassız qərar qəbul etmişdir. Aşağıdakılara əsasən Sumqayıt Ap ellyasiya Məhkəməsinin bu iş üzrə qərarını qanunsuz və əsassız hesab edirəm. Hüquqlarını müdafiə etdiyim Məhkum istintaqda və məhkəmədə verdiyi ifadələrdə göstərir ki, o, Şahid1 təklifi ilə onlara gedib və məqsəd də o olub ki, yaranmış narazılıq aradan qalxsın. İşin əsas məğzini, yəni tövsif olunan əməlin subyektiv cəhətini sübuta yetirmək üçün bu məqamın aydınlaşdırılması zəruri olduğu ha da və ittiham tərəfi, nə də məhkəmədə bu məsələləri araşdırmamış və Məhkum Şahid1lə hadisədən əvvəl telefon danışıqları iş materiallarına əlavə edilməmişdir. İttiham tərəfi öz mövqeyini onun üzərində qurub ki, Miran qabaqcadan bir qrup səxs halında məhz Hafizi və Rəcəbi öldürmək məqsədilə o evə gəlib. Lakin bu halı sübut edən heç bir dəlil ortada yoxdur. Halbu ki, məhkəmə Miranın hadisə yerinə gəlməmişdə n əvvəl Hafizlə olan telefon danışıqların tələb etməli və bununla da Miranın Hafizgilə gəlmə məqsədini aydınlaşdırmalı idi. Təəssüf ki, məhkəmə yalnız birinci instansiya məhkəməsinin hökmünü öz qərarına köçürməklə kifayətlənmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsınin 143.2-ci maddəsində deyilir ki, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə cinayət prosesi tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanması prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaları təqdim etməyi, yoxlama və təftişin keçirilməsini səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlıdır. Cinayət Prosessual Məcəllənin 143-146-cı maddələrin tələb inə görə yalnız istintaq orqanı deyil, məhkəmədə sübutları toplamaq, yoxlamaq, qiymətləndirmək və sübutların iş üzrə kifayət edib-etməməsinə fikir bildirmək səlahiyyətinə malikdir və bu da işin obyektiv araşdırılması üçün qanunun məhkəməyə verdiyi səlahiyyətdir. Sumqayıt Apellyasiya Məhkəməsi qanunun ona verdiyi səlahiyyətlərdən istifadə etməmiş, Miranın həqiqətən adam öldürməyə cəhd cinayət əməlini törətməkdə təqsirli olduğunu sübut edən heç bir faktın olmadığına hüquqi qiymət verməmiş, məhkum özü də bu sübutlar toplamaq fikrində olmamış və nəticədə heç bir obyektiv araşdırma aparmadan, birinci instansiya məhkəməsinin hökmünü, son nəticədə ittiham aktını qərarına köçürməklə kifayətlənmiş və bununla da ədalətsiz və qanunsuz qərar qəbul etmişdir. İşi diqqətlə nəzərdən keçirdikdə məlum olu r ki, İttiham tərəfi qərəzli mövqe, xüsusilə Mirana qarşı qərəzli mövqe tutmuş, lakin bu qərəzin nədən qaynaqlandığı məlum deyil. Belə ki, iş əvvəl Abşeron Rayon Polis İdarəsində araşdırılıb və qəsdən adam öldürməyə cəhddən söz belə getməyib. İş qəsdən bədənə ağır xəsarət yetirmək maddəsi ilə araşdırılb. Sonradan nə dəyişdi ki, iş Abşeron rayon Prokurorluğuna göndərildi, Abşeron rayon Prokurorluğu isə heç bir araşdirma aparmadan belə qərara gəldi ki, Miran Zərərçəkmiş şəxs1 öldürmək istəyib. Abşeron rayon Prokurorluğu heç bir araşdıma aparmadan, heç bir sübut əldə etmədən belə qərara gəlib ki, Miran Rəcəbi öldürmək istəyib və Hafizin evinə də o məqsədlə gəlib. Sumqayıt Apellyasiya məhkəməsi də işin bu halı üzərindən sükutla keçmiş və araşdırmamışdır ki, iş hansı əsasla Abşeron Polis İdarəs indən Abşeron Prokurorluğuna ötürülüb. İstintaqın aidiyyatı hansı əsasla dəyişib, təəssüf ki, Sumqayıt Apellyasiya məhkəmsi işin bu halı üzrə də heç bir araşdırma áparmamış və nəticədə qərarının ləğvi üçün əsaslar yaratmışdır. İşdə dəfələrlə təkrar edilir ki, Miran və onunla əlbir olan şəxslər əllərində beysbol adlanan, silah qismində istifadə etdikləri taxtalarla hadisə yerinə gəlib və bu taxtalarla da xəsarətlər yetiriblər. Lakin iş materiallarında ümumiyyətlə bu halı təsdiq edən nə maddi, nə də digər sübutlar yoxdur. İş materiallarında Miranın Hafizgilin qapısına gələdyi hərəkətləri sübut edən kamera görüntüləri var. Miranın və onunla gələn digər şəxslərin görüntüsü o kameralarda var. Kamera görüntüsü ilə müəyyən edilir ki, Miran və digərləri maşından düşüb Hafizgilin həyətinin qarşısın a gedir. Görüntüdə onların əlində beysboll və ya hər hansı digər taxta parçasımın olduğu görünmür. Belə olan halda məhkəmə hansı əsasla qərara gəlib ki, Mirangil əllərində beysboll taxtaları ilə Hafizgilin evinə hücuma gəlib. Sumqayıt Apellyasiya məhkəməsi işin bu halı üzrə də araşdırma aparmamış və nəticədə Məhkum hüquqlarını pozmuşdur. Miran dəfələrlə qeyd edir ki, Rəcəb məni yerə yıxaraq sinəmin üstünə çıxmış və boğazımdan tutub boğurdu. Məndə artıq boğuacağımı görüb ğzümü müdafiə etmək məqsədi ilə əlimdəki bıçaqla Rəcəbə xəsarət yetirdim ki məndən əl çəksin. Məhkəmə işin bu hallarınada obyektiv qiymət verməmiş və bunu ölümə cəhd kimi qiymətləndirmişdir. Məsələnin acınacaqlı olan tərəfi budur ki, necə deyərlər "Can yiyəsi", Rəcəb deyir ki, bəli mən artıq Miranı boğurdum və ona görə o mə nə bıçaq xəsarət yetirdi, onun məni öldürmək fikri olmayıb və biz artıq barışmışıq. Məhkəmə isə deyir ki, yox, sən düz demirsən Miranın səni öldürmək fikrində olub. Azərbaycan Resbublikası Cinayət Məcəlləsinin 36.2-ci maddəsində deyilir ki, peşə və digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai-təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. Məhkəmə işin hallarını nəzərə alaraq CM-in 36-cı maddəsini iş üzrə tətbiq etdikdən sonra, Miranın zəruri müdafiə həddini aşıb-aşmadığını araşdırmalı idi. Lakin məhkəmə ümumiyyətlə bu halları nəzəra almamış və heç bir əsas olmadan Məhkum qəsdən adam öld ürmə cinayətinə cəhddə təqsirli bilmişdir. Hüquqlarını müdafiə etdiyim Məhkum əməli Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə tövsif edilməli idi ki, bunu da is materiallarında olan sübutlar təsdiq edir. Beləliklə bütün yuxarıda göstərilənləri nəzərə alıb, məhkəmədən Sumqayıt Apellyasiya Məhkəməsinin bu iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarını qanunsuz və əsassız olduğundan ləğv edib, işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya məhkəməsinin Cinayət Kollegiyasına göndərilməsi barədə qərar qəbul edəsiniz. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, əvvəlki məhkəmə iclası zamanı məhkumun müdafiəçisinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəm ələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbu l edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən ed ilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş ş əkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti y üngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əm əlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair m əhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkumun kassasiya şikayətində və onun müdafiəçisinin kassasiya şikayətinə əlavəsində məhkum barəsində olan cinayət işi üzrə əməlinin yəni törətdiyi əməlin Cinayət Məcəlləsinin 29,120.2.2, 221.3 və 228.4-cü maddələri ilə düzgün tövsif olunmaması mübahisələndirilir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 29,120.2.2, 221.3 və 228.4-ci maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 29,120.2.2, 221.3 və 228.4-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cina yət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş –şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət iş ləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qəra r) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respubl ikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasın da müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətində mübahisələndirilən məsələlərdən biridə İnsan hüquq və X8 Avropa Konvensiyasının 3, 5, 6 və 9-cu maddələrinin pozuntusu barədədir. İnsan hüquq və X8 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörm ətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə və kassasiya şikayəti nə əlavəyə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin şəxsin CM-in 29,120.2.2, 221.3 və 228.4-cü maddələri ilə təqsirli olması barədə mövqeyini əsaslı sayaraq qeyd edir ki, göstərilən məhkəmə cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi b axımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 221.3 və 228.4- cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün toplanmış sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, düzgün hüquqi nəticəyə gəlmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsass ız imtina edilməmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə ə sasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübh ələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, məhkumun kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin bu dəlillərinin heç bir əsası yoxdur. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyyələrinə əsaslanaraq kassasiya kollegiyası Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzə rə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini mümkün hesab etmir və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2024-cü il tarixli qərarının qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini və onun müdafiəçisinin kassasiya şikayətinə əlavəsinin dəlillərini tutarlı bir fakta söylənmədiyinə görə qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin və ona əlavənin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində və ona əlavədə irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və onun müdafiəçisi Müdafiəçi10 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 221.3 və 228.4cü maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-177/2024 saylı, 11 oktyabr 2024-cü il tarixl i qərarı məhkumun kassasiya şikayətinə və onun müdafiəçisinin kassasiya şikayətinə əlavəsinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-820/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-820/2025
05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver