Məhkəmə qərarları › İş №1(102)-821/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-821/2019

02.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-821/2019 02.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2018-cı il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim: R.Ş.Əliyev) 17 yanvar 2018-ci il tarixli hökmü ilə xx xxxx 1996-cı il tarixdə Salyan rayonunda anadan olmuş, natamam ali təhsilli, Ukrayna Respublikasında Xarkov Polis Akademiyasının 3-cü kurs tələbəsi, subay, Bakı şəhəri Səbail rayon məhkəməsinin 01 dekabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan mə hrum edilmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarı ilə ona təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan cəzasının 1 il 9 ay 23 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, işləməyən, Bünvan 1-də qeydiyyatda olan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarı ilə Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilərək onun tərəfindən çəkilməmiş qalan 2 (iki) il 24 (iyirmi dörd) gün müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə və 1 (bir) il 9 (doqquz)ay 23 (iyirmi üç) azad lıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunan cəza ilə qismən birləşdirilməklə X2 qəti olaraq 2 (iki) il 24 (iyirmi dörd) gün müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə X14 və X8 təqsirli bilinərək məhkum edilmişlər. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Mirzəyev Sahibxan Arzuman oğlu (sədrlik edən və məruzəçi), Qasımov Faiq Adil oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə) 05 iyul 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli hökmü dəyişdi rilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2018-ci il tarixli qərarından müdafiə tərəfi kassasiya şikayəti verərək qərarın ləğv edilərək, məhkumun əməlinin CinayətMəcəlləsinin128-ci maddəsinə tövsif etməklə onun zərərçəkmiş şəxslə barışmaslnl nəzərə alaraq ctnayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum bir qrup şəxs halında X14 və X8 ilə birlikdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq etmişdir. Belə ki, o, 03 iyul 2017-ci il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri Nəsimi rayonu “Memar Əcəmi” metro stansiyası yaxınlığında idarə etdiyi “BMW” markalı **-OG-*** dövlət qeydiy yat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə həmin yolla hərəkət edən 99 JM- 354 dövlət nömrə nişanlı 85 saylı marşrut avtobusunun sürücüsü X12 ona siqnal verməklə iradını bildirdiyi üçün Məhkum özünün idarə etdiyi avtomobillə avtobusun qarşısını kəsərək avtobusu saxlatmış, ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə olunan qərəzli hərəkətlər edərək sürücü Səmədov X2la mübahisə etmiş, onu sərnişinlərin yanında nalayiq sözlərlə təhqir edərək avtobusdan düşürtməyə cəhd göstərmiş, lakin buna nail olmadıqda avtobus sürücüsünü cəzalandırmaq niyyəti ilə mobil telefon vasitəsi ilə onun zənginə əsasən həmin ünvana gəlmiş tanışları X14 və X8 ilə birlikdə-özü idarə etdiyi “BMW” markalı **-OG-*** dövlət qeydiyyat nişanlı tanışları X1 və X2 isə sonu ncunun idarə etdiyi “Mitsubisi Rajero” 10SR 009 dövlət qeydiyyat nişanlı avtomaşınla həmin avtobusun sürücüsünü yol boyu təqib edərək, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Dövlət ittihamçısı küçəsi 119 saylı binanın yaxınlığında yerləşən “9” Çay evinin qarşısında saat 21-40 radələrində avtobusu saxlatmış, bundan sonra Məhkum tanışları X2 və X1lə bir qrup şəxs halında birləşərək, ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, heç bir əsaslı səbəb olmadan ictimai qaydalara qarşı etinasızlıq göstərərək, əxlaq normalarını və cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarını kobud surətdə pozaraq, kənar şəxslərin gözü önündə X1 üzərinə hücum edərək, onu zor tətbiq etməklə hədələmiş, onu nalayiq söyüşlərlə təhqir etmiş, Məhkum qərəzli xuliqa nlıq hərəkətlərini davam etdirərək qəsdən yumruqla X1 sifət nahiyəsindən vurmuş, sonuncu aldığı zərbədən müvazinətini itirərək, yerə yıxılaraq baş nahiyəsi səki daşına (“bardür”) dəymiş, nəticədə onun ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol çənə bucağı nahiyəsinin, sol qançır şişkinliyi, sağ dirsək oynağı nahiyəsinin sıyrığı ilə tamamlanan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmələrin gəldiyi nəticə qeyri obyektiv, qanunsuz və əsassızdır. Qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, bu səbəbdən məhkumun əməli düzgün qiymətləndirilmə miş, Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsinə səhv tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş X1a qarşı elədiyi hərəkətlər intiqam hissi nəticəsində edilən hərəkətlərdir və məhz həmin hissin yaranmasına səbəbdə X1la aralarında baş vermiş mübahisə zamanı X1 ona qarşı söyüş söyməsi olmuşdur. Məhkum niyyəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan hərəkətə yol vermək olsaydı, o, heç bir müdaxilə etmədən X1 yolunu tam başa vuraraq sonuncu sərnişinin avtobusdan düşməsinə qədər gözləməz və onu kənara çəkərək təklikdə söhbət etməzdi, “Memar Əcəmi” metrosunun yaxınlığındakı dairədə X1la elə mübahisəsi yarandığı zaman avtobusa idarə etməsinə imkan vermədən onu döyərdi. Bundan başqa, “sübutların qiymətləndirilməsi və madd i sübut kimi tanınma haqqında” 26 iyul 2017-ci il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış AR DİN Təhlükəsiz Şəhər Xidməti tərəfindən verilən “CD” diskdə olan video görüntülərdə təqsirləndirilən şəxslərin qrup halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməsini təsdiq edən heç bir fakt mövcud deyildir. Müdafiəçi Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2018-ci-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsini, Azərbaycan res publikası CM-nin 128-ci maddəsi ilə ilk dəfə cinayət törətməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə almaqla Məhkum cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Kassasiya şikayətı Məhkum barəsində tərtib edilməsinə baxmayaraq, madafiəçi sonda digər məhkumların haqqında şikayətin təsviri hissəsində heç bir dəlil gətirmədən bəraətləndirici əsaslarla qərar qəbul edilməsini xahiş etmişdir. 28 fevral 2019-cu il tarixli Vəkil Orderi ilə təsdiq olunur ki, müqavilədə Məhkum hüquqi yardım göstərilməsi əks olunmuşdur. Buna görə də kassasiya şikayətinə Məhkum münasibətdə baxılır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Müdafiəçi kassasiya şikayətində Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməli olması dəlilini irəli sürmüşdür. Kollegiya işin məhkəmələr tərəfindən tədqiq edilmiş hallarına əsasən qeyd edir ki, sübutlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq edilmişdir. Məhkəmələrin iş üzrə gəldiyi nəticə işim faktiki hallarına uyğundur. Məhkəmələr məhkumun istinad edilmiş cinayət əməlinini törətməsi nəticəsini aşağıda şərh olunan sübutlarla əsaslandırmışlar. Zərərçəkmiş şəxs X21 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində bildirmişdir ki,. 03 iyul 2017-ci il tarixdə səhər saat 06.00-dan başlayaraq o, işdə olmuş və idarə etdiyi marşrut avtobusu ilə saat 21.29-da metronun «Memar Əcəmi» stansiyasının dairəsində olarkən, dairəyə daxil olmaq üçün sol tərəfini gözləməklə dairəyə girmiş, bu vaxt sağ tərəfdən hərəkət edən qara rəngli “BMW” markalı ** OG *** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü gözləmədən onun yoluna keçərək onun hərəkətinə mane olmuşdur. Yol hərəkəti qaydalarına görə həmin avtomobilin sürücüsü onun idarə etdiyi avtomobili buraxıb, sonra dairəyə girməli olduğu halda bu qaydanı pozu b bu avtomobil onun qarşısını kəsdiyindən o, avtobusu saxlayıb siqnal vermişdir. Qeyd olunan avtomobilin sürücüsü, əvvəl tanımadığı Məhkum avtomobilini saxlayıb və avtobusa sol tərəfdən yaxınlaşaraq ona niyə siqnal verdiyini soruşanda o, «sən yol hərəkəti qaydalarını pozursan, məni gözləməli idin, mən keçəndən sonra dairəyə daxil olmalısan» deyə cavab vermişdir. X2, «nəyə görə belə deyirsən» soruşanda o, X2ə işıq dirəyində olan yol nişanını göstərib «bu yol nişanına görə deyirəm» cavabını vermişdir. X2 yol nişanına baxanda həqiqətən də, işıq dirəyində nişan olduğunu görəndən sonra, heç bir səbəb olmadan onu nalayiq sözlərlə söyməyə başlamış və yaxşı edib yol hərəkəti qaydasını pozduğunu bildirmişdir. O, avtobusun pəncərəsindən başını çıxarıb X2ə söyüş söyməməsini, avtobusda qadınların oldu ğunu bildirdikdə X2 ona yaxınlaşaraq mobil nömrəsini istəyib, təklikdə söhbət etməyə çağırmış, o isə mobil nömrəsini verməyib, avtobusla yoluna davam etmişdir. O, idarə etdiyi avtobusla 3-cü mikrorayon dairəsində olarkən X2 idarə etdiyi avtomobili onun yanında saxlayıb ondan yenə nömrəsini istəyib, «kişisənsə mobil nömrəni ver» demişdir. O, yenə mobil nömrəsini vermədikdə X2 avtobusun hansı istiqamətdə getdiyini soruşmuşdur. O da avtobusun son dayanacağının 9-cu mikrorayonda olduğunu bildirmişdir. X2 yenidən onun ünvanına söyüş edib, «get, gəlirəm payını verəcəm» demişdir. Bundan sonra, o, ünvan 2 ünvanına, yəni işlədiyi 85 saylı marşrutun son dayanacağına getmiş, təxminən saat 21.50 radələrində həmin ünvana çatıb avtobusu saxlamış, sərnişinlər avtobusdan düşəndə - biri qara rəngli “BMW” m arkalı ** OG *** dövlət qeydiyyat nömrəli, digəri isə ağ rəngli “Mitsubişi Pajero” markalı sonu 009 dövlət qeydiyyat nömrəli iki avtomaşının avtobusun arxasında dayandıqlarını görmüşdür. Sərnişinlər avtobusdan düşdükdən sonra o da, avtobusdan düşüb, dispetçer X1a yaxınlaşmaq istəyəndə X2 onu yanına çağırsa da o, onların yanına getməyib, X1a yaxınlaşmış, orada yolda olanlar barədə X2 məlumat vermək istəyərkən X2, habelə yanında olan əvvəl tanımadığı sonradan adlarını bildiyi X1və X2 adlı şəxslər ona yaxınlaşmışlar. O, X2dən «niyə mənim üstümə adam gətirmisən», eləcə də X1və X2dan «davaya gəlmisiniz yoxsa söhbət etməyə» soruşanda X1ucadan qışqıraraq ona «səni vurmağa gəlmişəm» demiş, ucadan danışıb onu hədələmişdir. X2 isə ona «sən söyüş söymüsən» dedikdə o, X2ə «söyüşü sən söymüsən» deyə ca vab vermişdir. Bundan sonra, X2 və yanında olan şəxslər ona «yaxşı eləyib, səni sındıracağıq» demişlər. Bu zaman X2 və X1, ona «indi səni başa salacağıq» demiş, ucadan danışaraq onu hədələyib, onun üstünə gəlmək istədikdə dispetçer Əsgər, onların arasına girmişdir. Həmin vaxt X2, gözlənilmədən yumruqla onun sol sifət nahiyəsindən bir dəfə vurmuş və o, zərbənin təsirindən özünü saxlaya bilməyib yerə yıxılmış, nəticədə başının arxa tərəfi yerdə olan betona dəymiş və o, huşunu itirmişdir. Birinci instansiya məhkəməsinin iclasında məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs X12 ilə təqsirləndirilən şəxs Məhkum, X8 və X14 arasında keçirilmiş üzləşmələrə dair protokollar tədqiq edilərək zərər çəkmiş şəxsin eyni ifadələsini onların üzünə dediyi müəyyən edilmişdir Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, o, 2011-ci ildən hal-hazıra kimi “xxxx” MMC-də tənzimləyici vəzifəsində işləyir, iş rejimi bir gün iş, bir gün istirahət olmaqla, işi Bakı şəhəri 9-cu mikrorayon ərazisində yerləşən 85 nömrəli marşurtun sonuncu dayanacağında avtobusların hərəkətini nizamlamaqdan ibarətdir. 85 saylı marşrutun hərəkət istiqaməti ünvan 1 ünvandan başlamaqla Nəsimi rayonu ünvan 2 06.00-da başlayıb, axşam saat 24 radələrində bitir. 85 nömrəli marşurut üzrə hərəkət edən ** JM *** dövlət qeydiyyat nomrəli, “İsuzi” markalı avtobusun sürücüsü X1 bir iş yoldaşı kimi tanımış, onunla qohumluğu və ədavəti olmamışdır. 03 iyul 2017-ci il tarixdə səhər saat 06.00 radələrindən başlayaraq o, 9-cu mikrorayon ərazisində yerləşən dispetçer məntəqəsində olmuş, həmin tarixdə saat 21.30 radələrində 9-cu mikrorayon ərazisində yerləşən dispetçer məntəqəsində olan zaman X1 idarə etdiyi avtobusla axırıncı dövrəsindən qayıtmış və dayanacaqda avtobusu saxlamış, avtobusdan düşüb ona yaxınlaşaraq «Əcəmi» dairəsində tanımadığı qara rəngli “BMW” markalı avtomobilin sürücüsü cavan oğlanla mübahisəsi olduğunu və həmin cavan oğlanın onun arxasınca bir neçə nəfərlə gəlmələrini danışıb, ona yol verməməsinin səbəbini araşdırmasını bildirmişdir. Bu zaman əvvəl tanımadığı sonradan adlarını bildiyi X2, X2 və X1onlara tərəf gəlmiş, o, x1 narahat olmamasını deyib yanında dayanmasını tapşırmışdır. Daha sonra o, bir neçə addım irəli çıxıb, X2, X2 və X1ə «uşaqlar deyəsən söz-söhbət olub, gəlin aydınlaşdıraq, yoluna qoyaq, bu məsələ qurtarsın» demişdir. Həmin vaxt X2, «ağsaqqal mənim onunla işim yoxdur, bir kəlmə söz deyib gedirəm» demiş, X1isə ucadan danışıb x3döyəcəyini bildirmişdir. X1in yanında olan X2 da X2 üstünə gəlib, onu vurmaq istədikdə o, x3vurmamaları üçün onların arasına keçmişdir. Bu zaman ətrafda olan sürücü və dispetçerlər, ətrafda olan şəxslər hadisəyə müdaxilə etmək istəmişlər. Həmin vaxt avtobus sürücülərindən x3, x1 və x2 də onun yanında olmuşlar. Elə bu zaman X2 qəflətən yumruqla X2 sol sifət nahiyəsindən bir dəfə zərbə ilə vurmuş və X2 özünü saxlaya bilməyib müvazinətini itirib yerə yıxılmışdır. Orada hər şey bir-birinə qarışmış, X2, X1və X2 X2 üstünə gedib onu yerdə vurmaq istədikdə, ətrafa yığışmış şəxslər onları tutub bir təhər saxlamış, o, bir əlilə yıxılan yerdə X2 başından tutmuşdur. Həmin vaxt kimsə DİN-in 102 xidmətinə zəng vurmalarını ded ikdə o, öz istifadəsində olan mobil telefonunu X9 vermiş, X4də onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən DİN-in 102 xidmətinə zəng vurub, olanlar barədə məlumat vermişdir. Bundan başqa, Ə.C.Qasımov, X2, X1və X2in x3döyəcəkləri ilə hədələdiklərini, onun üstünə qışqırıb vurmaq istədiklərini qeyd etmişdir. Məhkəməyədək icraat zamanı şahid X15 eyni ifadəsini keçirilmiş üzləşmələr zamanı təqsirləndirilən şəxs Məhkum və X4 üzünə demişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X16 ifadə bildirmişdir ki, o, 2013-cü ilin yay aylarından hal-hazıra kimi “xxxx” MMC-də sürücü vəzifəsində 85 nömrəli marşurut avtobusunda işləyir, iş rejimi bir gün iş, bir gün istirahət olmaqla iş saatı səhər saat 06.00-dan axşam saat 22.00-dək olur. 85 saylı marşurut ünvan 3 ün vandan başlayıb, ünvan 4 yoldaşı kimi tanımış, onunla qohumluğu və ədavəti yoxdur. 03 iyul 2017-ci il tarixdə sürücü X1 idarə etdiyi “İsuzi” markalı ** JM *** dövlət qeydiyyat nömrəli avtobusla marşurutun son dayanacağına gələndə o, X2 idarə etdiyi avtobusun arxasınca qara rəngli BMW markalı ** OG *** dövlət qeydiyyat nömrəli avtomobilin gəldiyini görmüşdür. BMW markalı avtomobildən düşən sonradan adını bildiyi X2, X1və X2 adlı şəxslər X1yaxınlaşaraq onunla söhbətinin olduğunu bildirmişlər. Onlar, bir-biri ilə mübahisə etmiş, X2, X1və X2, x3döyəcəkləri ilə hədələmişlər. Ətrafa yığışmış şəxslər onları sakitləşdirmək istədikləri vaxt X2 qəflətən yumruqla x3vurub yerə yıxmışdır. Həmin vaxt orada ondan başqa sürücülərdən X2, X3, dispetçer X1də olmuşdur. X1bir əli ilə yıxılmış vəziyyətdə olan X 2 başından tutub, istifadəsində olan mobil telefonu ona verərək ondan DİN-in 102 xidmətinə zəng vurmağını istəmişdir. O da DİN-in 102 xidmətinə zəng vurub hadisə barəsində məlumat vermişdir. Bu zaman X2 idarə etdiyi avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş üzləşmə zamanı şahid X16 eyni ifadəsini təqsirləndirilən şəxs Məhkum üzünə demişdir. Məhkəməyədək icraat zamanı şahid X13 ifadəsində göstərmişdir ki, o, 85 saylı avtobus marşurutunda sürücü kimi işləmişdir. 03 iyul 2017-ci il tarixdə təxminən saat 21-30 radələrində o, Binəqədi rayonu 9-cu mikrorayon ərazisində yerləşən “9” Cay adlanan çayxananın yanında idarə etdiyi 85 saylı marşurut asvtobusunun hərəkət etməsi üçün kart doldururduğu zaman həmin yerə iş yoldaşı X12 idarə etdiyi avtobusla gəlmiş və o, sərnişinləri avtobusdan yerə düşürtmüşdür. Bu zaman “BMW” markalı və “Pejero” avtomobili gəlmiş və avtomobullərdən tanımadığım üç nəfər cavan oğlanlar düşmüşlər. “BMW”-dən düşən cavan oğlan X1 yaxınlaşmış və onu niyə söyməsini soruşmuşdur. X2 ona onu söymədiyini bildirmişdir. Bundan sonra həmin oğlan X2 nalayıq söyüşlərlə təhqir etmiş, orada olan camahatın gözü qarşısında və sonra X2 üzərinə hücum çəkib yumruğu ilə onun sifət nahiyyəsindən bir dəfə vurmuş və X2 müvazinətini saxlaya bilməyərək yerə yıxılmış, başı bardürə dəymiş və qanlamışdır. Həmin oğlanın yanında iki nəfərdə əvvəllər tanımadığı oğlanlar da olmuş və onlarda x3nalayiq sözlərlə təhqir etsələr də amma onu vurmamışlar. Sonra həmin oğlanlar avtomobillərinə minib çıxıb getmişlər. Bu hadisəni yoladn keçənlər görmüşlər və son ra o, və digər şəxslər onun üzünə su vurmuş və onu ayıltmışdır. Sonra o, avtobusna əyləşmiş reysə çıxmışdır. Daha sonra nə olduğunu bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, “BMW” avtomobilinin sürücüsu hadisədən əvvəl yolda yol hərəkətini pozmuş, X2 avtobusunu buraxmamış və X2 ona siqnalı ilə iradını bildirmiş, həmin şəxs avtomobili ilə avtobusun qarşısını kəsmiş, x3təhqir etmiş və onu digər dostları ilə təqib edərək dayanacağa gəlmişlər və orada yuxarıda qeyd olunan hadisənin baş verməsini söyləmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X1 X2 ifadəsinə uyğun ifadə vermişdir. Konstitusiya Məhkəməsinin bu xarakterli cinayətlər üzrə (17 fevral 2017-ci il və 20 may 2011-ci il) qərarında göstərilmişdir ki, «xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiya sında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir» Beləliklə, müdafiəçinin Məhkum istinad edilən cinayət əməlini törətməmələri barədə gətirdiyi dəlillər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Məhkumun Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirsiz olması barədə müdafiə tərəfinin dəliləri məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Kollegiya hesab edir ki, Məhkum bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli olaraq xuliqanlıq hərəkətləri etmələsi məhkəmə iclasında tədqiq olunmuş məhkəməyədək icraat zamanı toplanmış sübutların məcmusu ilə təsdiqini tapmış, məhkəmələr tərəfindən Məhkum ifadələri həqiqətə uyğun olmayan, müdafiə xarakterli ifadə kimi qiymətləndirilərək sübut kimi qəbul etməməklə gəldikləri nəticə əsaslıdır. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinə uyğun pozuntular müəyyən edilmədiyindən kassasiya şikayəti təmin olunmadan qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2018-ci il tarixli qərarı ona aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar