Məhkəmə qərarları › İş №1(102)-821/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-821/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-821/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 27 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rasim Sadıxov (sədrlik edən və məruzəçi), Azər Paşayev və Fəhmin Hümbətov) 20 dekabr 2021-ci il tarixli 1(101)938/2021 nömrəli hökmü ilə, xx xxxx 1982-ci ildə Zaqatala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 2007-ci il təvəllüdlü uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zaqatala şəhəri, Heydər Əliyev prospekti, ev 43, mənzil 1-də qeydiyyatda olan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 144-1.2.1, 1441.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirli bilinərək, CM-in 144-1.2. 1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 144-3.4-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 04 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, 2018-ci ilin iyul ayının əvvəllərində ünvan 1 ünvanında olarkən Zərərçəkmiş şəxs2 ilə danışaraq Türkiyə Respublikasının İstanbul şəhərində restoranda iş təşkil edəcəyini vəd edib al datma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra Məhkum onu özü ilə birlikdə 18 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə İstanbul şəhərinə aparmış, yaşadığı mənzildə yerləşdirdikdən sonra Zərərçəkmiş şəxs2 məxsus ümumvətəndaş pasportunu insan alveri məqsədi ilə götürüb özündə saxlamaqla 20 iyul 2018-ci il tarixdən 22 iyun 2019-cu il tarixədək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Bundan başqa, Məhkum təkrarən 201 9-cu ilin iyul ayının əvvəllərində ünvan 1 ünvanında olarkən Zərərçəkmiş şəxs2 əvvəllər nəzarəti altında fahişəliklə məşğul olduğunu yaxın qohumlarına deyəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 bu hədəni real qəbul edib razılığını bildirdikdən sonra Məhkum onu özü ilə birlikdə 13 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə İstanbul şəhərinə aparmış, yaşadığı mənzildə yerləşdirdikdən sonra Zərərçəkmiş şəxs2 məxsus ümumvətəndaş pasportunu insan alveri məqsədi ilə götürüb özündə saxlamaqla 15 iyul 2019-cu il tarixdən 22 oktyabr 2019-cu il tarixədək həmin şəhərdə yerləşən istintaq a məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən insan alveri cinayətini törətmişdir. Həmçinin, Məhkum 2019-cu ilin iyul ayının əvvəllərində ünvan 1 ünvanında olarkən Zərərçəkmiş şəxs1 ilə danışaraq Türkiyə Respublikasının İstanbul şəhərində restoranda iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra Məhkum onu özü ilə birlikdə 13 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə İstanbul şəhərinə aparmış, yaşadığı mənzildə yerləşdirdikdən sonra Zərərçəkmiş şə xs1 məxsus ümumvətəndaş pasportunu insan alveri məqsədi ilə götürüb özündə saxlamaqla 15 iyul 2019-cu il tarixdən 24 iyul 2019-cu il tarixədək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rəşad Abdulov (sədrlik edən və məruzəçi), Cavid Hüseyn və Qədim Babayev) 27 aprel 2022-ci il tarixli 1(103)-507/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, onun və müdafiəçisi Müdafiəçi4 birgə verdikləri apellyasiya şikayəti, həmçinin onun digər müdafiəçisi Müdafiəçi 1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum verilmiş ittiham tamamilə əsassız olmaqla onun ittiham olunduğu CM-in maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə cinayət işin heç bir mötəbər sübut mövcud olmamış, cinayət işi yalnız zərərçəkmiş şəxslərin və onların ailə üzvlərinin ifadələrindən ibarət olmuşdur ki, həmin şəxslərin ziddiyyətli ifadələri ilə Məhkum verilmiş ittih amın öz təsdiqini tapmadığını nəzərə alsaq ona bəraət verilməlidir. Belə ki, ibtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Məhkum və Şahid2 eyni məzmunlu İfadələr verərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dediklərini inkar etmiş və əsl həqiqəti məhkəməyə bildirmişlər. Lakin adlan qeyd olunan şəxslərin əksinə olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, şahidlər Şahid1 və Şahid3 ibtidai istintaq və məhkəmə istintaqı zamanı bir-digərinə zidd ifadələr verərək, ifadələrində göstərilənlərin həqiqət olmadığını təsdiq etmişlər. Həmçinin cinayət işinin materiaİlarından görünür ki, 02 mart 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 adından ərizə yazılaraq insan Alverinə qarşı Mübarizə Baş idarəsinə təqdim edilmiş və eyni tarixdə ondan izahat alınmışdır. Lak in məhkəmə tərəfindən “Azərcell MMC”dən əldə edilmiş məlumatlara əsasən həmin gün Zərərçəkmiş şəxs1 Bakı şəhərində ümumiyyətlə olmadığı, onun Ağdam rayonunun Xındırıstan kəndində olduğu müəyyən edilmişdir ki, bütün bunlar ittihamın qondarma olmasını sübut etmiş olur. Bundan başqa cinayət işinin materiallarında Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində 16 iyul 2020-ci il tarixdə dindirilməsi barədə dindirmə protokolu tərtib olduğu halda, "xxxx" MMC-dən alınmış məlumatlardan görünür ki, Zərərçəkmiş şəxs1 həmin gün də, Ağdam rayonu ərazisində olmuş və Bakıya gəlməmişdir. Bundan başqa cinayət işinin materiallarında olan və məhkəmə tərəfindən əldə edilmiş mötəbər sübutlarla sübut olunmuşdur ki, zərərçəkmiş şəxs də, istintaqın ilkin vaxtlarında İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində olma mış, iş materiallarında olan ərizə, izahat və ifadələr yazılıb iş materiallarına əlavə edilmişdir. Lakin cinayət işinin materiallarında olan və məhkəmə tərəfindən sorğu verilərək "xxxx" MMC-dən alınmış olan məlumatlardan görünür ki, Zərərçəkmiş şəxs2 02 mart 2020-ci il tarixdə bütün gün ərzində Xırdalan şəhəri ərazisində olmuş, həmin tarixlərdə Bakı şəhərində olmamışdur. Hətta şifahi ərizə protokolunda Zərərçəkmiş şəxs2 şifahi ərizə protokolunun DİN-nin İAQMBİ-nin əməliyyat müvəkkili Xəyyam Nəcəfov tərəfindən alındığı göstərildiyi halda ki, həmin tarixdə Xəyyam Nəcəfov ***-***-**-** telefon nömrəsindən Zərərçəkmiş şəxs2 telefonuna zəng edərək, mütəmadi olaraq onunla danışıqlar aparmışdır. Bütün bu qeyd olunanlar isə bir daha sübut edir ki, Zərərçəkmiş şəxs2 ümumiyyətlə qeyd olunan tarixdə qeyd olunan İdarədə olmamış və hər hansı bir məlumat verməmişdir. Bundan başqa cinayət işinin materiallarında Zərərçəkmiş şəxs2 05 may 2020-ci il tarixdə şahid qismində dindirilmə protokolu olmuşdur. Lakin məhkəmə tərəfindən sorğu verilərək "xxxx" MMC-dən alınmış olan məlumatlardan görünür ki, Zərərçəkmiş şəxs2 həmin tarixdə Xırdalan şəhərində olmuş, Bakı şəhərində olmamışdır. Cinayət işinin materiallarında olan ən əsası isə Şahid1 Bakı şəhərində şahid qismində dindirildiyi sənədlərdə öz əksini tapdığı halda, onun həmin vaxtda Bakıda deyil Ağdam rayonu ərazisində olmasıdır ki, bütün bunlar iş materiallarında olan mötəbər sübutlarla, yəni Azercell MMC-dən alınmış məlumatlarla öz təsdiqini tapmışdır. Beləliklə, mötəbərliyi kifayət qədər şübhə doğuran bir ifadə ilə Məhkum ittiham verilməsi ta mamilə qanunsuz və əsassız olmuşdur. Bütün bu qeyd olunanların isə bir cavabı vardır. Məhkum günahsızdır. Əslində Məhkum öz ifadəsində bu suallara cavab vermişdir ki, məhkəmə həmin cavabı qəsdən və qərəzli olaraq nəzərə almır. Yalan böhtan dolu ifadələrə istinad edərək günahsız insan barəsində qanunsuz hökm çıxarır. Beləliklə, zərərçəkmiş şəxs məhkəmədə ibtidai istintaqda fərqli və biri-digəri ilə ziddiyyət təşkil edən ifadələr vermiş, eyni zamanda Təranənin ifadəsindən belə anlaşılır ki, sonuncu Sevincin onun pulunu vermədiyinə görə ondan polisə şikayət etmişdir. Onun və Şahid3 dediklərindən belə başa düşülür ki, Sevinc onların tələb etdiyi pulu onlara versəydi onlar polisə şikayət etməzdilər. Bütün bu qeyd olunanlar isə bir daha sübut edir ki, zərərçəkmiş şəxslər Sevincdən hədə-qorxu ilə pul almağa çalışmış, Sevinc isə onlara pul verməkdən imtina etdiyinə görə onu şikayət edərək həbs etdirmişlər. Eyni zamanda cinayət işində Zərərçəkmiş şəxs2 bir neçə ifadəsi mövcud olmuşdur ki, həmin ifadələr alınarkən Təranə Xırdalan şəhərində olmuş və Bakı şəhərinə gəlməmişdir. Belə ki, "xxxx" MMC-dən alınmış məlumatlar qeyd olunanları təsdiqləmişdir. Lakin bütün bu qeyd olunanlara baxmayaraq hakim Rasim Sadıxov Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərini kobud surətdə pozaraq müdafiə tərəfinin hüquqlarını qanunsuz olaraq məhdudlaşdırmaqla Məhkum barəsində heç bir əsası olmayan hökm çıxarmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstəril ənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır, qərar mümkün olmayan sübutlara əsaslanır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası bildirir ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə tövsif edilməsi üçün şəxsləri zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcbur etmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cəlb edərək insan alveri məqsədi ilə şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetməklə iki və ya daha çox şəxs barəsində təkrarən insan alveri törədilməlidir. Azərb aycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İşin materiallarından görünür ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, Məhkum aldatma yolu ilə, həmçinin hədə-qorxu məcbur etmə vasitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cəlb edərək insan alveri məqsədi ilə zərərçəkmiş şə xsin pasportunu götürüb saxlamaqla iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi Məhkum ibtidai istintaqı zamanı verdiyi ifadələrlə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Cinayət işində olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, habelə Şahid1 dindirmə protokollarının tarixlərində həmin şəxslərə məxsus mobil telefon nömrələrinin Bakı şəhərində yerləşən anten dairələrinin kənarda olması ilə əlaqədar onların ifadələri mötəbər sübut kimi qəbul edilməməsinə dair kassasiya şikayətinin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi həmin xüsusatı araşdırıb düzgün nəticəyə gəl mişdir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil telefonların nömrələrinin əhatə dairəsi barədə məlumatların intervalları zərərçəkmiş şəxslərin Bakı şəhərinə gəlib ərizə və izahat vermələri mümkünsüz etmir. Bundan başqa nəzərə alınmalıdır ki, cinayət-prosessual qanunvericiliyin (CPM-in 349.5.12-ci mad.) tələblərinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasının protokolundan isə görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2n və Zərərçəkmiş şəxs1, habelə Şahid1 məhkəmə iclasında dindirilmiş və məhkəmələr məhkumun ona qarşı sürülmüş ittihamda təqsirli olmasına dair nəticəyə gələrkən məhz həmin zərərçəkmiş şəxslərin və şahidin məhkəmə iclasında verdikləri i fadələri əsas götürmüşlər. Məhkəmə iclasında zərərçəkmiş şəxslərin və şahidin dindirilməsi cinayət-prosessual qanunvericiliyinin tələlərinə uyğun keçirilmiş, hər hansı bir qanunun pozuntusuna yol verilməmişdir. Ona görə də, məhkəmə kollegiyası zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, eləcə də Şahid1 məhkəmə iclasında verdikləri ifadələri mötəbər və mümkün olmayan sübutlar kimi qiymətləndirilməsi barədə kassasiya şikayətinin dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası Məhkum əməlinə dair birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə uyğun ol araq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 1443.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. İş materiallarından göründüyü kimi məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPMin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kolleg iyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum olunmuş şəxs Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan R espublikası CM-in 144-1.2.1, 1441.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilm əmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 1443.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar