Məhkəmə qərarları › İş №1(102)-821/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-821/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-821/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbulfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri X3, Məhkum – Məhkum, Müdafiəçi – məhkumun müdafiəçisi Müdafiəçi4 və Zərərçəkmiş şəxs – Qanuni nümayəndə1 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli hökmü ilə Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.4.7, 29, 186.2.2 və 228.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarından məhkumun özü və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli hökmü (hakimlər: Əhməd Quliyev (sədrlik edən və məruzəçi), Azər Paşayev və İradə Həsənzadədən ibarət tərkibdə) ilə xx xxxxxx 1988-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Füzuli ra yonu, Merdinli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası, nömrəsiz ünvanda yaşamış, hal-hazirda 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.4.7, 29, 186.2.2 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib ona CM-in 29, 120.2.4, 29, 120.2.7-ci maddələri ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının, Cinayət Məcəlləsinin 29, 186.2.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılma sı və Məhkum qəti olaraq 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 08 iyul 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasını 1(103)-717/2023 saylı, 31 avqust 2023-cü il tarixli qərarı ilə (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X9 və X1 ibarət tərkibdə) məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2023-cü il tar ixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmü ilə müəyyən edilmişdir ki, Məhkum verilmiş ittihama əsasən qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı və gəzdirdiyi döyüş sursatı ilə qəsdən özgənin əmlakını partlatmaqla məhv etməyə cəhd edərək iki və ya daha çox şəxsi ümumi təhlükəli üsulla öldürməyə, yəni digər şəxsləri qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, qardaşı X7 ilə birgə yaşadığı evin bölgüsünə dair öz aralarında baş vermiş mübahisələrə aidiyyəti olmadan müdaxilə etmiş özündən yaşca kiçik qardaşı Qanuni nümayəndə1 ona mütəmadi olaraq spirtli içki qəbul edib sərxoş vəziyyətdə ailədə heç bir əsas olmadan mübahisə yaratmasına dair iradlar bildirməsini, habelə sonuncunun evində təmir işləri aparsa da ona olan 770 manat məbləğində borcunu ö dəməkdən yayınmasını özünə qarşı təhqir kimi qəbul edib, xx.xx.2022-ci il tarixdə Qanuni nümayəndə1 ilə bu məzmunda aralarında baş vermiş növbəti mübahisədən sonra hiddətlənərək şəxsi münasibətlərin pozulması zəminində qisas almaq niyyəti ilə qardaşı Qanuni nümayəndə1 və onun ailə üzvlərini yəni iki və daha çox şəxsi qəsdən öldürmək qərarına gəlib cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə edib yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindəki gizli saxlanc yerində saxladığı döyüş sursatı hesab edilən 1 (bir) ədəd “F-1” markalı qəlpəli əl qumbarası ilə silahlanıb üzərində gəzdirərək xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində qardaşı Qanuni nümayəndə1 öz ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 2 ünvanını n qarşısına gəlib həmin vaxtı işıqların yanılı vəziyyətdə olması səbəbindən Qanuni nümayəndə1, arvadı Qanuni nümayəndə2, 2 azyaşlı övladı Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 oyaq olmaları qənaətinə gələrək onların qaçmasına mane olmaqla öz cinayət əməlinin törədilməsini asanlaşdırmaq məqsədi ilə əvvəlcə küçədə olan elektrik qovşağından elektrik naqilini ayıraraq qardaşının evində işıqların sönməsinə nail olub vahid niyyətlə qisas almaq məqsədi ilə seçdiyi vasitənin ətrafda olan digər şəxslərin həyatı üçün də təhlükəli olduğunu şüurlu surətdə dərk edərək ümumi təhlükəli üsulla qəsdən öldürmək məqsədi ilə, həmçinin partlatmaqla zərərçəkmiş şəxsə məxsus ümumi dəyəri 45000 (qırx beş min) manat məbləğində olan fərdi yaşayış evinə xeyli miqdarda ziyan vurub özgə əmlakını qəsdən məhv etmək məq sədi ilə əlində saxladığı həmin qumbaranın qoruyucu milini çəkib küçədən evin yataq otağının pəncərəsi istiqamətində atsa da, qumbaranın evin divar örtüyünə dəyərək içəri daxil olmayıb həyətdə partlaması nəticəsində evin plastik pəncərəsinə 250 manat, beton döşməyə 20 manat olmaqla ümumilikdə evə 270 manat maddi ziyan vurması səbəbindən öz iradəsindən asılı olmayan səbəblərə görə qəsdən adam öldürməyə yönəlmiş əməllərini başa çatdıra bilməyərək, partlatmaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurub özgə əmlakını qəsdən məhv etməyə, iki və ya daha çox şəxsi ümumi təhlükəli üsulla qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində şikayət müəllifi qeyd edir ki, məhkəmələr tərəfindən yekun qərar qəbul edil ərkən sübutlar Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və apellyasiya məhkəməsinin qərarı qismən ləğv edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2013-cü il tarixli qərarın qismən ləğv edilərək Məhkum əməlinin düzgün tövsif olunmasını, ona CM-in 29, 120.2.4, 29, 120.4.7, 29, 186.2.2-ci maddələri ilə hissəvi bəraət verilməsini və Məhkum CM-in 221.3 və 228.1-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək ona həmin maddələrin sanksiyası həddində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkum öz şikayətində onun əməlinin düzgün tövsif edilmədiyini və ona törətmədiyi əmələ görə ağır cəza verildiyini və nevroz xəs təsi olmaqla 3-cü qrup əlilik dərəcəsinin olduğunu bildirərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinin və əməlinin düzgün tövsif edilməsinin xahiş edir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-717/2023 saylı, 31 avqust 2023-cü il tarixli qərarından məhkum edilmiş şəxs və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda kassasiya şikayəti verilmişdir. Qərardan kassasiya protesti, o cümlədən kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumun, onun müdafiəçisinin və zərərçəkmiş şəxsin, kassasiya şikayətlərinin təmin edilməmə si barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmə lərinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə məhkum edilmiş şəxsin ifadəsinə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspe rt rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayətprosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Müdafiəçi və məhkum tərəfindən verilmiş kassasiya şikayətlərində məhkuma istinad edilən cinayətin törədilməsində əməlinin düzgün tövsif edilməməsi və məhkuma ağır cəza təyin edilməsi mübahisə olunur. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı q anuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarın ın qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakt eri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr məhkumun CM-in 29, 120.2.4, 29, 120.4.7, 29, 186.2.2 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad etmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Birinci instansiya məhkəməsində Məhkum ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7, 29,186.2.2 və 228.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7, 29,186.2.2-ci maddələri ilə təqsirli bilməyərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 20 ildir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış massivi nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin 2-ci mərtəbəsində ailə üzvləri ilə birlikdə yaşamış, uzun illər müxtəlif şəxslərin evində usta kimi tikinti fəal iyyəti ilə məşğul olmuş, Qanuni nümayəndə1 onun qardaşıdır. Rəşaddan başqa onun Şahid2 və X13 adında iki qardaşı və iki bacısı vardır. Qardaşı Qanuni nümayəndə1 qardaşı ilə birlikdə onun yaşadığı ünvanın qonşuluğunda öz ailəsi ilə birlikdə iki mərtəbəli evdə yaşamışdır. Eyni zamanda atası və anası da yaşadığı ünvanın yaxınlığında, qonşuluqda özlərinə məxsus fərdi yaşayış evində yaşayırlar. Qardaşı Qanuni nümayəndə1 də usta kimi fəaliyyət göstərmiş, o, yaşadığı fərdi evin birinci mərtəbəsində böyük qardaşı Şahid2 ailəsi ilə qalmış, ikinci mərtəbəsində isə o, ailəsi ilə birlikdə yaşamışdır. Bir neçə dəfə qardaşı Şahid2 torpaq sahəsini sataraq ayrı-ayrı ev almağı təklif etmiş, lakin sonuncu onunla razılaşmamış və bu səbəbdən aralarında münaqişələr olmuş, Şahid2la aralarında olan münaqişəyə so nradan valideynləri, eyni zamanda kiçik qardaşı Qanuni nümayəndə1 də qarışmışdır. Bu səbəbdən də bütün ailə üzvləri ilə münasibəti pisləşmiş, aralarında ara-sıra münaqişələri olmuşdur. Təxminən 2-3 ay əvvəl tanışı “Ataş” adlı şəxs ona bir ədəd əl qumbarası vermiş, həmin əl qumbarasının yararlı olduğunu görərək özü ilə götürüb yaşadığı evə gətirmiş, qış paltarlarının arasında gizlətmişdir. Onun fikrinə görə əl qumbarasını “Ataş” adlı şəxsin ona verməkdə məqsədi onu ilişdirərək, tutdurmaq olmuşdur. 06 iyul 2022-ci il tarixdə spirtli içki qəbul edərək, axşam saatlarında qumbaranı cibinə qoyaraq yaşadığı məhəllədə, bir neçə ev aralıda yaşayan kiçik qardaşı Qanuni nümayəndə1 evinə getmiş, bu zaman özündə olmadığından, əl qumbarasını Qanuni nümayəndə1 yaşadığı evin həyətinə atmışdır. Qardaşı Rəş ad ilə aralarında hər hansı pul borcu olmamış, əl qumbarasını evin içərisinə deyil, həyətə atmış, qumbaranı atarkən qardaşının və onun ailəsinin evdə olmamasını güman etmişdir. O, onları öldürmək, sağlamlıqlarına zərər vurmaq, eləcə də evi məhv etmək və ya zədələmək niyyəti olmamışdır. O, uşaq yaşlarında yıxılaraq, xəsarət aldığından müəyyən vaxtlarda hərəkətlərini anlamaqda çətinlik çəkmişdir. Hərbi xidmətdə olmamış, onda yalnız bir qumbara olmuş, 7-8 ədəd qumbara onda olmamış, ibtidai istintaq qərəzli şəkildə aparılmışdır. Təqsirləndirilən şəxs Məhkum məhkəmə iclasında əlavə ifadə verərək, əl qumbarasını qardaşı Qanuni nümayəndə1 yaşadığı evin həyətinə özünün atmadığını, həmin əl qumbarasının “Ataş” ləqəbli şəxs tərəfindən atıldığını, lakin, ibtidai istintaq zamanı həmin xüsusatların ara şdırılmadığını bildirdi. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Qanuni nümayəndə1 ifadəsində göstərmişdir ki, o, 2014-cü ilin aprel ayında Qanuni nümayəndə2 ilə ailə həyatı qurmuş, həmin evlilikdən xx.xx.2015-ci il tarixdə qızı Zərərçəkmiş şəxs3, xx.xx.2016-ci il tarixdə X4, xx.xx.2018-ci il tarixdə isə oğlu Zərərçəkmiş şəxs4 anadan olmuşdur. Təxminən 20 ildir ki, Bakı şəhəri, ünvan 4 ünvanında yaşayır. Ailə qurduqdan sonra da ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamış, uzun illərdir müxtəlif şəxslərin evində usta kimi tikinti fəaliyyəti ilə məşğul olur. Məhkum onun doğma qardaşıdr, ondan başqa onun Şahid2 və X13 adlı iki qardaşı və iki bacısı da vardır. Məhkum öz ailəsi ilə birlikdə onun yaşadığı ünvanın qonşuluğunda digər qardaşı Şahid2la birlikdə eyni evin fərqli mərtəbələrində yaşamışdır. Atası Şahid1 və anası Ofelya Abbasova da yaşadığı ünvanın yaxınlığında, qonşuluqda özlərinə məxsus fərdi yaşayış evində qalmışlar. Qardaşı Ramində usta kimi fəaliyyət göstərmiş, onun yaşadığı ev imkansızlıq ucbatından təxminən 11 ildir ki, təmir olunmuş, həmin evin təmirində qardaşı Ramində onunla birlikdə iştirak etmiş, müxtəlif işlər görmüşdür. 2022-ci ilin aprel-may aylarında sonuncu ona yaxınlaşaraq evində işlədiyi üçün müəyyən məbləğdə pul verməli olduğunu bildirmiş, bu söhbətdən sonra o, Məhkumla birlikdə sonuncuya verilməli olan məbləği hesablamış, nəticədə həmin məbləğ 1850 manat miqdarında hesablanmışdır. İlk dəfə Məhkum həmin məbləğlə razılaşmasa da, sonradan düzgün hesablandığını və razılaşdığını bildirmiş, bundan sonra müxtəlif tarixlər də hər dəfəsində müəyyən miqdarda pul vəsaitini sonuncuya əlbəəl vermiş, sonuncu dəfə isə 26 iyun 2022-ci il tarixdə 60 manat məbləğində vəsaiti Məhkum əlbəəl vermişdir. Bundan sonra onun sonuncuya 770 manat borcu qalmış, 05 iyul 2022-ci il tarixdə Məhkum yenidən ona yaxınlaşıb 770 manat məbləğində borcu olduğunu və həmin vəsaiti qaytarmalı olduğunu bildirmişdir. O da qardaşına cavabında borcu olduğunu bildiyini, lakin hazırda imkan olmadığını ona görə də qaytara bilmədiyini, zamanla qaytaracağını demişdir. Lakin qardaşı Ramin onunla razılaşmayaraq həmin pulu təcili olaraq qaytarmağını tələb etmişdir. Bundan bir neçə dəqiqə sonra qardaşı yaşadığı evin həyət qapısını açıb qapının qarşısında durub, onu yanına dəvət etmiş, o isə kənardan durub qardaşından getməsini tələb etmişdir. Çünki o, on a yaxınlaşsa aralarında mübahisə yaranacağını bilmiş, həmin vaxt Məhkum əlində parçaya bükülü vəziyyətdə olan əl qumbarasını ona göstərib, onu qorxutmaq məqsədi ilə bir daha yanına çağırmış, o isə qardaşının əlində əl qumbarasını görüb hər an partlada biləcəyini düşünüb qorxduğu üçün yanına getməmiş, həmin vaxt Məhkum ona verməli olduğu 770 manat məbləğində vəsaiti verməsə, bir gün gəlib onu partladacağını bildirmişdir. O da ona cavabında çıxıb getməsini, işi ilə məşğul olmasını bildirmiş, bundan sonra Məhkum çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Maştağa qəsəbəsində yerləşən kafelərin birində oturub çay içən zaman Məhkum özünə məxsus olan ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib, harada olduğunu soruşmuş, o da cavabında şəhərdə olduğunu gec gələcəyini, sabah söhbət edə biləcəklərini demiş, Məhkum isə ona evə qayıdanda xəbər verməyini bildirmişdir. O da qardaşına əl qumbarasına güvənməməsini, bununla bağlı hüquq mühafizə orqanlarına xəbər verəcəyini demiş, həmin vaxt Məhkum cavabında “iş verən” deyib telefonu söndürmüş, bundan sonra o bir neçə saat kafedə oturduqdan sonra öz evinə qayıtmış, evdə olan zaman artıq saat təxminən 23 radələri olmuş, həmin vaxt evdə arvadı Qanuni nümayəndə2, böyük qızı Zərərçəkmiş şəxs3 və oğlu Zərərçəkmiş şəxs4 olmuş, ortancıl qızı Ofelya İsakzadəni isə anası ilə birlikdə evlərinə göndərmişdir. Evdə olan zaman bütün ailə üzvləri oyaq olmuş, bir müddət sonra yemək yeməyə başlamış, həmin vaxt artıq xx.xx.2022-ci il saat 01 radələri olmuş, təxminən 00:20-də evin işı qlarının söndüyünü görmüş, həmin vaxt yaşadığ evin birinci mərtəbəsində qonaq otağında ailə üzvləri ilə birlikdə olmuşdur. Həmin ev 2 mərtəbəlidir, birinci mərtəbəsində 01 ədəd qonaq otağı, 01 ədəd yataq otağı, 01 ədəd mətbəx və 01 ədəd təmirsiz sanitar qovşağı mövcud olmuşdur. Evin 2-ci mərtəbəsində isə hazırda uşaqlar üçün yataq otağı təmir etmiş, hazırkı vaxtadək övladları o və arvadı ilə bərabər 1-ci mərtəbədə yataq otağında qalmışlar. Həmin vaxtı işıqlar söndükdən sonra Məhkum gəldiyini və işıqları söndürdüyünü düşünüb, evin pəncərəsinə doğru getmiş, oradan digər qonşuların evlərinə baxdıqda işıqlarının sönmədiyini görmüş və Məhkum gəldiyini anlamışdır. O, sonra həyətə çıxıb sonuncunun nə məqsədlə bu vaxtı evə gəldiyini və nə üçün işıqları söndürdüyünü soruşmaq istəyərkən, evin yataq otağına tərəf nəyinsə atıldığını və atılan predmetin evin divarına dəyib həyətə düşdüyünü hiss etmiş, bir neçə saniyə sonra isə həyətdə güclü partlayış səsi eşitmiş, həmin vaxt yataq otağının pəncərləri sınmış, ev silkələnmişdir. Bundan sonra dərhal qonaq otağına tərəf gedib ailə üzvlərinə baş çəkmək qərarına gəlmiş, ailə üzvlərinin yanına gəldikdə çox qorxduqlarını görüb, xəsarət alıbalmadıqlarını soruşmuşdur. Arvadı xəsarət almadıqlarını, lakin çox qorxduqlarını demiş, bundan sonra dərhal evin həyətinə çıxıb işıqların elektrik qovşağından söndürülüdüyünü görüb, yenidən işıqları birləşdirmiş, bir neçə saniyə sonra patlayış səsinə atası Şahid1 da hadisə yerinə gəlmişdir. Atası gəldikdən sonra dərhal bu barədə DİN-nin “102” zəng xidmətinə məlumat vermiş, bundan bir neçə dəqiqə sonra polis ə məkdaşları gəlib yaşadığı evə baxış keçirmiş, həmin vaxt polis əməkdaşlarına qardaşı Məhkum ünvanını deyərək, yaşadığı evə əl qumbarası atdığını bildirmişdir. bundan sonra polis əməkdaşları yaşadığı evdən uzaqlaşıb Məhkum yaşadığı ünvana getmiş, Məhkumla əvvəllər bir neçə dəfə mübahisələri olmuş, həmin mübahisələr zamanı bir neçə dəfə dalaşmış, lakin sonradan öz aralarında həll edib qaydasına qoymuş, birbirilərindən şikayətləri olmamışdır. Qardaşı Məhkum onu və ailə üzvlərini öldürmək niyyəti olmamış, sadəcə olaraq qorxutmaq məqsədi ilə qumbaranı atmışdır. Hazırda qardaşı Məhkum qarşı hər hansı şikayəti, tələbi yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxs Qanuni nümayəndə1 barəsində təyin edilmiş məhkəmə-tibb ekspertizasının 05 avqust 2022-ci il tarixli 1757 nömrəli rəyindən görünür ki, vət. Qanuni nümayəndə1 bədənində xəsarət aşkar edilməmişdir. İş üzrə zərərçəkmiş şəxs Qanuni nümayəndə2 barəsində təyin edilmiş məhkəmə-tibb ekspertizasının 05 avqust 2022-ci il tarixli 1758 nömrəli rəyindən görünür ki, vət. Qanuni nümayəndə2 bədənində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 26 avqust 2022-ci il tarixli 3/1073 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 02 (iki) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, “Ф-1, РГ-42, РГД-5” əl qumbara gövdələrinin partladılması üçün istifadə edilən, “УЗPГM” markalı partladıcının hissələridir, bir ədədi partladıcının qoruyucu dəstəyidir, digəri halqası ilə birlikdə qoruyucu milidir, qoruyucu dəstəyin üzərində “УЗPГM82, 583” rəqəmləri-zavod işarələri həkk edilmiş, üzərində və za vod nişanlarında dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 15 (on beş) ədəd predmet zavod üsulu ilə hazırlanmış, döyüş sursatı hesab edilən, müdafiə təyinatlı “Ф-1” markalı qəlpəli əl qumbara gövdəsinin, partlayış nəticəsində əmələ gəlmiş hissələridir-qəlpələridir. Təqdim edilmiş “УЗPГM” markalı alışdırıcı “Ф -1” markalı qəlpəli əl qumbara gövdəsinə bağlanaraq partladılmışdır. “Ф-1” markalı qumbara partladıqda, təxminən 1000-qədər qəlpələri 0,1-1,0 qr. çəkidə, müxtəlif formalı olmaqla, surətdə 700-800 m/san-də ətrafa səpələnir, səpələnmə radiusu 200 metr, təxminən 50-60 m radiusda yaıyılan qəlpələr məhvetmə gücünə malikdir. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2089 saylı rəyindən görünür ki, Məhkum törət diyi əməl dövründə üzvi (epilepsiya nəticəsində) şəxsiyyət pozuntusu formasında psixi patologiya qeyd olunmuşdur. Məhkum hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkum aşkar edilən “üzvi (epilepsiya nəticəsində) şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Məhkum törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Məhkum törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkum üzvi (epil epsiya nəticəsində) şəxsiyyət pozuntusu formasında psixi patologiya aşkar olunur. Məhkum halhazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Məhkum əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Məhkum hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Məhkum cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Həmin halın yaranma səbəbləri situasiya ilə şərtləşmişdir. Məhkum cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4310 nömrəli rəyindən görünür ki, müayinə zamanı Məhkum opioidlərin və psixostimulyatorların birgə qəbulu nə ticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Məhkum İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan hadisə yerinə baxış keç irilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış massivində yerləşən ev 5, mənzil 11 ünvanıdır. Belə ki, həmin evin həyətyanı sahəsinə daxil olduqda sağ tərəfdə yerləşən yardımçıq tikili ilə üzbəüz plastik materialdan hazırlanmış pəncərənin şüşəsinin sındığı müəyyən edilir, bundan başqa həmin yardımçı tikilinin qarşısında yerdə kiçik ölçülü çuxurun əmələ gəldiyi, həmçinin fərdi yaşayış evinin həyətyanı hissəsində əl qumbarasına məxsus dəmir parçası və qırıntılar olduğu aşkar olunur. Qeyd edilən hissəciklər müvafiq formada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan fərdi evə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin evə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış m assivində yerləşir. Evin giriş qapısı göy rəngli dəmir materialldan hazırlanmışdır. Giriş qapısı ilə üzbəüz 2 mərtəbəli fərdi yaşayış evi vardır, həmin evin 2-ci mərtəbəsinin giriş qapısı isə seyf qapıdır. Baxış zamanı Məhkum könüllü şəkildə qardaşı Qanuni nümayəndə1 yaşadığı evə atdığı əl qumbarasının qoruyucu halqasını mili ilə birlikdə təqdim etmiş, qeyd edilən hissəciklər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan X6 yaşadığı ünvan 5 ünvanda yerləşən evinə və saxlanc yerlərində axtarış aparılması haqqında protokoldan görünür ki, qeyd edilən ünvandan hər hansı odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddə və qurğu aşkar edilmədi. Axtarış zamanı hər hansı bir odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddə və qurğu, bundan başqa şübhəli hər hansı bir predmet götürülməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya və apellyasiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş və məhkəmələrin gəldiyi nəticə Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifinə dair hissədə cinayət işinin materiallarına tam uyğundur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin t övsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin qərarda həmçinin qeyd olunur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM- in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq məhkumun və şahidlərin verdiyi ifadələri və digər sübutları məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 29, 120.2.4, 29, 120.4.7, 29, 186.2.2 və 228.1-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X8rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 199 2-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyaları məhkəməsi tərəfindən aparılan məhkəmə istinlaqı zamanı verilmiş ifadələrin möhtəbərliyi şübhə doğurmadığından və iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığından, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş, obyektiv sübutların məcmusu ilə Məhkum məhkəmələr tərəfindən müəyyən edilən maddələr üzrə cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.4.7, 29, 186.2.2 və 228.1-ci maddələri ilə təqsirli bilinməsinə dair işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Resp ublikasım Cinayət Prosessual Məcəlləsinin 143-146-ci maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun qeyd edilən cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qararı qəbul edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hökmü dəyişdirmədən saxlamış və iş üzrə toplanmış digər sübutların məcmusu belə bir nəticəyə gəlməyə əsas verir ki, Məhkum barəsində olan cinayət işinin apellyasiya instansiya məhkəməsinin yeni baxışına təyin edilməsi üçün də əsaslar yoxdur. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı to planması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materialla rını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum əməlinin tövsifi ilə bağlı istər birinci instansiya, istərsə də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun CM-in 29, 120.2.4, 29, 120.4.7, 29, 186.2.2 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrı-ayrılıqda və məcmu qayd asında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şiksyətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlərin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündü r. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.4.7, 29, 186.2.2 və 228.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2023-cü tarixli qərarı məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar