Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-822/2024 29.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X6 üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X6 və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Bəraət almış şəxs Nəzərov Mərdan Məmməd oğlunun iştirakları ilə, Nəzərov Mərdan Məmməd oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublika sı CM-in və ya CM-in) 306.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2023-cü il tarixli, 1(104)-434/2023 nömrəli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X6 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Bəraət almış şəxs Nəzərov Mərdan Məmməd oğlu xx.xx.1976-cı il tarixində Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Şorəlli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.
2. Bəraət almış şəxs Nəzərov Mərdan Məmməd oğluna ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, cavabdeh kimi ondan qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla 14.4.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 75 manat sabit pul məbləğində alimentin alınaraq Kazımova (Nəzərova) Yeganə Təbriz qızına verilməsinə və ödənilmiş dövlət rüsumuna görə 22,5 manat məbləğində pulun dövlət büdcəsinə tutulmasına dair Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(073)-698/2014 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- ci maddəsi ilə təqsirl i bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 4.05.2021-cı il tarixədək 6375,00 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmiş, bununla da zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir.
3. Bərdə Rayon Məhkəməsinin (sədrlik edən hakim: Babaşov Fuad Bəhruz oğlu) 6 iyun 2023-cü il tarixli, 1(021)-1/2023 nömrəli hökmü ilə Nəzərov Mərdan Məmməd oğlunun Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi hökm edilmişdir.
4. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir.
5. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət məhkəmə tərkibində) 22 sentyabr 2023-cü il tarixli, 1(104)-434/2023 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, Bərdə Rayon Məhkəməsinin 6 iyun 2023-cü il tarixli, 1(021)-1/2023 nömrəli hökmünün dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə müna sibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X6 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:
7. Dövlət ittihamçısı kassasiya protestində cinayət işi materiallarında öz əksini tapan sübutlar siyahısına və bir sıra qanunvericilik aktlarına istinadlar edərək, protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi yekun qərar qəbul edərkən sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 143-146-cı maddələrinin təl əblərinə müvafiq olaraq tədqiq etməmiş və bunun nəticəsi olaraq Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə Nəzərov Mərdan Məmməd oğluna əsassız bəraət vermişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirməklə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2023-cü il tarixli, 1(104)-434/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.
8. Qərardan bəraət almış şəxs və zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir.
9. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Proses iştirakçılarının çıxışları:
10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən bəraət almış şəxs Nəzərov Mərdan Məmməd oğlu kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər:
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırı lmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibəti ni bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə Nəzərov Mərdan Məmməd oğluna əsassız bəraət verildiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsasla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2023-cü il tarixli, 1(104)-434/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
19. Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsində əməldə cinayət tərkibinin olmaması bəraətin əsaslarından biri kimi göstərilmişdir.
20. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
21. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-c ı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
22. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
23. CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış b ütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).
24. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).
25. CPM-in 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissə sində göstərsin.
26. Kassasiya protestində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.
27. Belə ki, iş üzrə tərtib edilmiş ittiham aktına əsasən Nəzərov Mərdan Məmməd oğlu Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində ittiham edilmişdir.
28. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı araşdırılan sübutlara əsasən müəyyən edilmişdir ki, faktiki surətdə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-470/2023 nömrəli qərarı ilə Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 22 iyun 2007-ci il tarixli 679 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydinin ləğv edilməsi Nəzərov Mərdan Məmməd oğlunun X2 atası olmadığını təsdiq edir və buna görə də Cəlilabad rayon məhkəməsinin 2(073)698/2014 saylı qətnaməsi Nəzərov Mərdan Məmməd oğlunun artıq cinayətin subyekti olmadığı anlamına gəldiyinə görə Nəzərov Mərdan Məmməd oğluna münasibətdə icra edilməməli, həmin şəxsdən aliment tutulmamalı və X2 atasının kimliyi mülki hüquqi mübahisənin predmeti olduğundan bununla bağlı zərərçəkmiş Zərərçəkmiş şəxs, hansı şəxsi X2 atası hesab edirsə həmin şəxsə qarşı atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli, atalıq faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra aliment həmin şəxsdən tutulmalıdır.
29. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, Nəzərov Mərdan Məmməd oğlundan 14 aprel 2007-ci il tarixdə doğulmuş X2 yetki nlik yaşına çatanadək saxlanması üçün hər ay 75 manat sabit pul məbləğində alimentin tutulmasına dair Cəlilabad rayon Məhkəməsinin 27 mart 2014-cü il tarixli, 2(073)-698/2014 nömrəli qətnaməsinin qüvvədə olmasına və ləğv olunmamasına baxmayaraq alimentin tutulmasına əsas olan Nəzərov Mərdan Məmməd oğlunun xx.xx.2007-ci il təvəllüdlü X2 atası olmasına dair atalığın müəyyən edilməsi haqqında Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş 22 iyun 2007-ci il tarixli 679 nömrəli akt qeydi Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-470/2023 nömrəli qərarı ilə ləğv edilmişdir. Belə ki, məhz həmin akt qeydi ilə Nəzərov Mərdan Məmməd oğlu X2 atası hesab edildiyindən və akt qeydi müvafiq məhkəmə qərarı ilə ləğv edildiyindən və Şirvan İnzibati Məhkəməsinin həmin qərarı ndan iş üzrə cəlb edilmiş üçüncü şəxs, hazırki iş üzrə Zərərçəkmiş şəxs tərəfindən şikayət verilmədiyindən həmin qərar 08 aprel 2023-cü il tarixində qanuni qüvvəsini alaraq icraya yönəlmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs da həmin qərarla razılaşmışdır.
30. Göründüyü kimi, birinci instansiya məhkəməsi hökmdə iş üzrə toplanmış sübutları obyektiv müqayisə edib, onların məcmusu əsasında müəyyən etdiyi halları, xüsusilə də Nəzərov Mərdan Məmməd oğlunun xx.xx.2007-ci il təvəllüdlü X2 atası olmasına dair atalığın müəyyən edilməsi haqqında Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş 22 iyun 2007-ci il tarixli 679 nömrəli akt qeydi Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-470/2023 nömrəli qərarı ilə ləğv edilməsini nəzərə alıb, belə vəziyyətdə sübutlar və sübutet məyə dair cinayətprosessual normaların tələblərinə, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olmasına dair Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə, cinayət mühakimə icraatının prinsiplərinə, o cümlədən təqsirsizlik prezumpsiyasına tam uyğun olaraq – təqsirliliyinin sübuta yetirilməməsi və Nəzərov Mərdan Məmməd oğluna CinayətProsessual Məcəllənin 42.1.4-cü maddəsində göstərilən əsasla bəraət verilməsi haqqında nəticəyə gəlmişdir.
31. Belə olan halda həmin hökmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarı da əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
32. Odur ki, məhkəmə kollegiyası baxılan işdə Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində göstərilən pozuntulara yol verilməməsi haqqında nəticəyə gəlib, kassasiya protestində irəli sürülmüş dəlillərə görə mübahisələndirilən məhkəmə qərarının ləğv edilməsini və həmin müraciətin təmin edilməsini mümkün hesab etmir.
33. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2023-cü il tarixli, 1(104)434/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Nəzərov Mərdan Məmməd oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə bəra ət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2023-cü il tarixli, 1(104)- 434/2023 nömrəli qərarı Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.