Məhkəmə qərarları › İş №1(102)-823/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-823/2019

28.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-823/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X3, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə 20 fevral 1980-ci il tarixdə Abşeron rayonunun ********* qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Abşeron rayonu,******************************* qeydiyyatda olan və yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 144.2.3, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2018-ci il tarixli hökmü ilə (hakimlər: S.S.Hüseynov (sədrlik edən), A.Ə.Məcidov və Z.Q.Ağayev) Məhkum Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-in 144.2.3 və 144.2.6-cı maddələri ilə 9 (doqquz) il və həmin Məcəllənin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etm ə cəzalarına məhkum edilmişdir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, cəzasının əvvəli 05 dekabr 2017-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmlə həmçinin X8 və X10 da məhkum edilmişlər. Məhkəmənin həmin hökmündən məhkumlar və onların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: N.R.Mövsümov (sədrlik edən), E.M.Əhmədov və F.G.Zeynallı) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2018ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Hökmə əsasən Məhkum, bacısı oğlu X2 və Zərərçəkmiş şəxs digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2016-cı ilin yanvar ayında “Odlar Yurdu" Universitetinin inzibati binasından külli miqdarda pul vəsaitini oğurlamaları barədə məlumat əldə etdikdən sonra, tamah niyyəti ilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən özü də faydalanmaq və pullardan ələ keçirmək qərarına gəlib, telefon vasitəsi ilə Həzrət Məmmədovla əlaqə saxlayaraq, ona polis əməkdaşlarının onları axtardığını, külli miqdarda pulları oğurlamalarından məlumatlı olduğunu və onlara köməklik edilməsi üçün pul vermələrini demiş, lakin H6 və digər qrup üzvləri bundan imtina edərək, onun təklifini qəbul etməyərək ondan gizləndikləri üçün o, mütəmadi olaraq P6 yaşadığı evə gəlib ailə üzvlərinə "P6 deyin ki, mütlə q gəlib mənə pul versin, yoxsa evi yandıracam, sizi yaşamağa qoymayacam" kimi ifadələrlə hədə-qorxu ilə özgənin əmlakını tələb etmişdir. Nəhayət, o, X8 ilə birlikdə tamah məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 mart 2016-cı il tarixdə Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən "Qızıl qum" kafesində olduğunu bilib, orada Zərərçəkmiş şəxs qarşısını kəsərək fiziki zor tətbiq etməklə, A6 idarə etdiyi "VAZ-21015" markalı, **--*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə əyləşdirib, onu oğurlamış, avtomobili qrup üzvləri arasında qabaqcadan razılaşdırdıqları qaydada Abşeron rayonu, ********** qəsəbəsində yerləşən özünə məxsus olan və fəaliyyət göstərməyən ikimərtəbəli çayxanaya aparmış, orada Zərərçəkmiş şəxs fiziki təzyiqlər göstərərək, ilk əvvəl sonunc uya məxsus mobil telefonu əlindən alaraq sındırmış, A6 ilə birlikdə 15 dəqiqə ərzində döyərək, ondan payına düşən pulu tələb etməyə davam etmiş, daha sonra qabaqcadan əlbir olan qrupun digər üzvü, onun qardaşı X1 oğurlanaraq çayxanaya gətirilməsi barədə bilib ora gəlmiş, Ş6 ilə birlikdə yenidən Zərərçəkmiş şəxs fiziki zor tətbiq etməklə ona zərbələr endirib, cinayət yolu ilə əldə etdiyi pullardan onlara verilməsini tələb etmiş, lakin sorğu-sual zamanı Zərərçəkmiş şəxs oğurladıqları pullardan onun payına düşən miqdara görə Abşeron rayonunun Masazır qəsəbəsindən 40.000 manat dəyərində ev almasını və pullardan onda qalmamasını dedikdə, Ş6 həmin evi satmasını ondan tələb etmiş və Zərərçəkmiş şəxs telefonla danışmasına şərait yaradıb sonuncu evlərin alğısatqısı ilə məşğul olan tanışı X4 ilə əla qə saxlayıb, evi təcili satmasını xahiş etmiş, bu şəkildə çayxanada saxlanıldığı 3 gün müddətində Ə6 evi təcili satmağa nail olmuş, daha sonra o, qrupun digər üzvləri ilə birlikdə Zərərçəkmiş şəxslə Ə6 Abşeron rayonu, *********** körpüsünün üstündə görüşməsinə şərait yaradıb evin satışından əldə olunmuş 15.000 manat pulu götürüb ələ keçirmiş, 16 mart 2016-cı il tarixdə əlavə olaraq 3.000 manat da ödəyəcəyi barədə Zərərçəkmiş şəxs xəbərdarlıq edib çayxanadan çıxıb getməsinə imkan vermiş, beləliklə də, zərərçəkmiş şəxsi oğurlama və külli miqdarda əmlakı ələ keçirməklə hədə-qorxu ilə tələb etmə cinayətlərini törətmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və b arəsində bəraətverici qərar qəbul edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, birinci instansiya məhkəməsi verilmiş vəsatətləri əsassız olaraq təmin etmədən, faktların təhlilini həyata keçirmədən, sübutlara istinad etmədən, Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəyə düzgün hüquqi qiymət vermədən qanunsuz və ədalətsiz hökm çıxarmış, apellyasiya instansiya məhkəməsi də həmin hökmü qüvvədə saxlamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi R6, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkə məsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, k assasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi mübahisə edilir. Hesab edilir ki, məhkumun təqsiri heç bir mötəbər sübutla təsdiqlənmədiyindən ona bəraət verilməlidir. Cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr isə iş materiallarından göründüyü kimi, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair Azərbaycan Respublikası CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə məhkumların, zə rərçəkmiş şəxsin, şahidlərin ifadələrinin alınması, üzləşdirmə protokolları, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması zamanı ibtidai araşdırma orqanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verilməmişdir. Cinayət işinin materiallarına əsasən, faktları müəyyən edən apellyasiya instansiyası məhkəməsi ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə baxışı iclasında isə tam, obyektiv və hərtərəfli araşdırılmış sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu nəticəyə gələrkən məhkəmə kollegiyası işin halları ilə yanaşı həmçinin maddi hüquq normalarının tələblərinə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli 1 saylı qərarına əsaslanır. Azərbaycan Respublikası CM-in 182-ci maddəsinə əsasən hədə qorxu ilə tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə başa düşülür. İş materiallarından olan zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması barədə 07 iyun 2017-ci il tarixli proto koldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılarkən Məhkum, X6 və X5 ona qarşı cinayət əməllərini törətdiklərini təsdiq etmişdir. İşdə olan üzləşdirmə protokollarından da görünür ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs X9, X10 və X8 ilə üzləşdirilərkən eyni ifadə verərək sonuncuların ona qarşı cinayət əməllərinin törətmələrini təsdiq etmişdir. Belə ki, Məhkum elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, iş materiallarına əlavə edilmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cinayət işi üzrə ibtidai istintaq zamanı və məhkəmədə elan edilib araşdırılmış ifadələri, şahidlər Ə6, Ü6 P6, S6, İ6, S6 və R6 ifadələri, habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin M əhkum heç bir təqsirinin olmaması və ona bəraət verilməli olması barədə dəlilini iş materialları ilə təsdiqini tapmaması səbəbindən əsassız hesab edir və bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməməsini məqsədə müvafiq sayır. Həmçinin, məhkəmələr Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza t əyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrıayrılıqda və m əcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkün dür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kasassiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar