Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-823/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov X1 ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və məhkumun müdafiəçisi X3 iştirakları ilə, Biləsuvar Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 dekabr 2020-ci il tarixli qərarından Dövlət ittihamçısı Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Biləsuvar Rayon Məhkəməsinin (hakim: X6) 20 avqust 2020-ci il tarixli hökmü ilə 26 yanvar 1980-ci il tarixdə İran İslam Respublikasının Təbriz şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, İran İslam Respublikasının Təbriz şəhərində qeydiyyatda olan və orada yaşayan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 206.2-ci maddəsi ilə 3 il mü ddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 1(bir) 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 dekabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: X11 (sədrlik edən və məruzəçi) X9 və X4 ibarət tərkibdə) məhkumun müdafiəçisi X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmiş, nəhkum Məhkum Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq olunmaql a Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əvəz etmək yolu ilə Məhkum üzərində cinayətlərin məcmusu üzrə qəti olaraq 2 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmaqla cəzası yüngülləşdirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum İran İslam Respublikasının Təbriz şəhərində istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artiq miqdarda, tərkibindəki buprenorfin psixotrop maddəsinin təsiredici maddəsinin ümumi miqdarı 0,064 qram təşkil edən üzərində “B2” nişanəsi olan 29 ədəd buprenorfin həbini və 15 ədəd buprenorfin həbinin qırıntılarını əldə etmiş, həmin həblərdən 20 ədədini, şəffaf sellofan paketdə qablaşdıraraq özünə məxsus əl çantasına yerləşdirib idarə etdiyi “Dong Feng” markalı 97B487-10/97B488-10 dövlət qeydiyyat nişanlı yük avtomobilin kabinində yataq yerinin üzərində, qalan 9 ədəd bütöv və 15 ədəd həb qırıntısını şəffaf plastik qutuya qablaşdıraraq əynindəki gödəkçənin içəri sol cibində yerləşdirib saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 17 fevral 2020-ci il tarixdə saat 16 radələrində Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Kassasiya protestinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət koll egiyasının 02 dekabr 2020-ci il tarixli qərarından Dövlət ittihamçısı Əli oğlu kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, Məhkum apelyasiya məhkəməsi tərəfindən cəza təyin edilərkən cinayət qanununun qeyd olunan normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də Məhkum şəxsiyyətinə əhəmiyyət verilməmiş, apelyasiya instansiyası məhkəməsi cəza təyin edərkən göstərilən cinayətin yüksək ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, həmçinin cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, qanunsuz olaraq psixotrop maddəni əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq yolu ilə keçirmə cinayətlərini təqsirin birbaşa qəsd forması ilə törədən, cinayətkar niyyətini sonadək həyata keçirən, törətmiş olduğu cinayət əməlləri başa çatmış olmaqla az ağır cinayətlər kateqoriyasına aid olan Məhkum əsassız olaraq CM-nin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi CM-in 206.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağr həddən də az cəza - 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, bununla onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum isl ah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs Məhkum tərəfindən törədilən, CM-nin 234-cü maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Əlavə obyekti isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığıdır. Göründüyü kimi, Məhkum əhalinin sağlamlığının təhlükəsizliyini, eləcə də ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin nomal fəaliyyətini təmin edən ictimai münasibətlərə ziyan vuraraq CM-nin 206.2 və 234.1 -ci maddələrində nəzərdə tutulan, az ağır cinayətlər kateqoriyasına aid olan cinayətləri törətmişdir. Bütün bunlar eləcə də baş vermiş nəticənin ağırlığı, törətmiş olduğu cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə məhkumun şəxsiyyəti və əsasən də onun cinayətin törədilməsində rolu ona maddənin sanksiyasında nəzərdə tutulan cəzanın təyin edilməsini şərtləndirən amillərdir. Lakin, məhkəmə hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, yuxarıda göstərilən hallar Məhkum törətdiyi əməlin ictimai təhlükəliliyinin və cinayətin xarakterinin məhkəmələr tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan hallar olmasına baxmayaraq, məhkəmə bu halları cəza təyini zamanı nəzərə almamış, bununla da qanunun yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Hazı rkı işdə isə məhkəmə Məhkum barəsində CM-nin 62- ci maddəsini tətbiq edərkən hansı halların əməlin ictimai təhlükəliliyini azaltdığını qeyd etməmiş, həmin halların cəza təyini zamanı müstəsna əhəmiyyətini göstərməmiş, heç bir əsaslandırma aparmamışdır. Məhkəmə nəzərə almamışdır ki, Məhkum barəsində CM- nin 62-ci maddəsinin tətbiq edilməsini mümkün edən, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hal mövcud olmamış, Məhkum törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan heç bir halın mövcud olmamasına baxmayaraq, məhkəmə onun barəsində CM-nin 62-ci maddəsini tətbiq etmiş, həmin maddənin tətbiq edilməsini mümkün edən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və Məhkum şəxsiyyəti ilə bağlı məhz hansı hallara istinad etdiyin i, hansı səbəbdən bu halları təklikdə və məcmu halında müstəsna hesab etdiyini qərarda əsaslandırmamışdır. Lakin məhkəmə Məhkum barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə ona cəza təyin edərkən qanunda nəzərdə tutulmamış yuxanda göstərilən halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla əsassız və qanunsuz nəticəyə gəlmiş, o cümlədən nəyə görə həmin halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə almasını əsaslandırmamış və obyektiv qiymətləndirməmişdir. Dövlət ittihamçısı qeyd olunanların nəzərə alınmasını, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 dekabr 2020-ci il tarixli qərarı cəza təyininə dair hissədə əsassız olduğundan ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyas ı işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin olunmaması barədə məhkumun müdafiəçisinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmi şdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya protestində məhkuma təyin olunmuş cəzanın yüngül olması ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, kassasiya protestinin dəlilləri əsassızdır, təmin edilməməlidir. İş materiallarından görünür ki, Apellyasiya instansiya məhkəməsi cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxs iyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinə təsirini nəzərə alaraq onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə t əyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ai ləsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Həmin Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyy ən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsas ən məhkəmənin qəbul etdiyi müstəsna hallar törədilmiş cinayətin məqsəd və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, təqsirkarın cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Bununla yanaşı, qanunverici CM-nin 62-ci maddəsinin tətbiqinə əsas ola biləcək məsuliyyəti yüngülləşdirən halların dairəsini konkretləşdirmir, yəni belə hallar həm qanunda birbaşa göstərilən, həm də göstərilməyən, lakin obyektiv məzmununa görə belə hal kimi qiymətləndirilən hallar ola bilər İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkumnin əməlini etiraf etməsi və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi hökmdə göstərmişdir. Azərbaycan Respublikas ı CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Apellyasiya məhkəməsi Məhkum törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində xəstə və yaşlı anasının olmasını, ailə üzvlərinin təqsirləndirilən şəxsin himayəsində olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, İran İslam Respublikasının vətəndaşı olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, İran İslam Respublikasının X14 Universitetinin nəzarəti altında Nur-e Təbriz adına narkotik maddə istifadəsinin müalicəsi mərkəzi tərəfindən verilmiş 06.03.2020-ci il tarixli tibbi arayışda Məhkum müalicəsi üçün “Buprenorpine” dilaltı dərmanın müalicənin ayrılmaz hissəsi sayılmasını, həm ölkə daxilində, həmdə ölkə xaricində istifadəsi nin zəruri olması barədə rəyin verilməsini, 17 fevral 2020-ci il tarixdən İİR-dan Azərbaycan Respublikasına keçərkən də Məhkum aşkar olunmuş psixotrop maddənin məhz təqdim edilmiş sənəddə göstərilən “Buprenorpine” psixotrop maddəsi olması, bununla yanaşı Məhkum cinayətə meyillii şəxs olmamasının məcmusunu müstəsna hal kimi qiymətləndirərək təqsirli bilindiyi əməlin ictimai təhlükəliliyini nəzərə almaqla Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə təqsirləndirildiyi CM-in 206.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzadan da daha aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə onun islah olunmasını və cəzanın məqsədinə nail olunmasına hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi tərəfindən məhkuma cəza təyin e dərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-823/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-823/2021
23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver