Məhkəmə qərarları › İş №1(102)-823/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-823/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-823/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-467/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 12 iyun 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 181.2.1, 181.2.3 və 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 06 avqust 2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki h allarına görə, Məhkum və Təqsirləndirilən şəxs tanışları X6, X5 ilə qabaqcadan əldə olunmuş razılaşmaya əsasən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 15 yanvar 2020-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanına tamah niyyəti ilə qanunsuz daxil olmaq məqsədi ilə binanın blokunda gözləyərək kənar şəxs gəldikdə məlumat vermək üçün ətrafı müşahidə etmişlər. X5 mənzilin qapısını döyüb, Zərərçəkmiş şəxs qapını açmasına nail olduqdan sonra Məhkum və X6 əlində olan silah qismində istifadə etdiyi beşbarmaqla mənzilə qanunsuz daxil olaraq sonuncu Zərərçəkmiş şəxs baş nahiyəsindən bir zərbə vurub sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirdikdən sonra, mənzilin qonaq otağında saxlanc yeri olan dolabın rəfindən 1 ədəd 50 (əlli ) manat dəyəri olan üzərində “LUÇ Quartz” sözləri yazılmış qol saatı, 1 ədəd 700 (yeddi yüz) manat məbləğində qol saatı, dəyəri 60 (altmış) manat olan pul kisəsi və 1450 manat (min dörd yüz əlli) manat nağd pulu, Məhkum isə həmin dolabın digər rəfindən 1 ədəd 35 (otuz beş) manat dəyəri olan üzərində “Roza de Prive” yazıları olan 50 faiz istifadə edilmiş ətiri, evin giriş qapısında isə sonuncuya məxsus olan 1 cüt 80 (səksən) manat dəyərində Türkiyə Respublikası istehsallı ayaqqabını götürərək evdən çıxıb getmiş və nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 2375 (iki min üç yüz yetmiş beş) manat məbləğində əmlakını ələ keçirərək quldurluq etmişlər.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-188/2021 nömrəli, 23 fevral 2021ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.1, 18 1.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 6 mart 2020-ci tarixdən hesablanması hökm edilmiş, həmçinin məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Həmin hökmlə Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmişdir.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum, onun müdafiəçisi Atakişiyev Gürsel Firəddin oğlu və Təqsirləndirilən şəxs müdafiəçisi Məhərrəmov Polad Müseyib oğlu tərəfindən apellyasiya şikayətləri verilmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-299/2021 nömrəli, 29 iyun 2021-c i il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-188/2021 nömrəli, 23 fevral 2021-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından Məhkum müdafiəçisi Atakişiyev Gürsel Firəddin oğlu və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Məhərrəmov Polad Müseyib oğlu tərəfindən kassasiya şikayəti verilmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)1105/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)299/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-467/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum, onun müdafiəçisi Atakişiyev Gürsel Firəddin oğlu, Təqsirləndirilən şəxs müdafiəçisi Məhərrəmov Polad Müseyib oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-188/2021 nömrəli, 23 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Məhərrəmov Polad Müseyib oğlu tərəfindən kassasiya şikayəti verilmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)1225/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)467/2022 nömrəli, 29 noyabr 2022-ci tarixli qərarı məhkum Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-467/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

15. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmələrin hazırkı iş üzrə mövqeyi həm qanunvericiliyin tələblərinə zidd olmuş, həm də ədalətsiz olmuşdur. Məhkəmələr iş üzrə toplanmış mövcud sübutlara yanlış qiymət verərək, edilmiş əməli düzgün qiymətləndirməyib Azərbaycan Respublikası CM-nin 181.2-ci maddəsi ilə tövsif edərək həmin maddənin sanksiyası həddində ağır cəza vermişlər. Məhkəmələrin zərərçəkmiş şəxsin ifadəsinə əsaslanaraq ona ağır ittihamla cəza təyin etməsi əsassızdır. Belə ki, zərərçəkmiş şəxs onun baş hissəsinə beşbarmaqla Raufun bir neçə dəfə zərbə vurduğunu göstərir. Müstəntiq və məhkəmə zərərçəkmiş şəxsin beşbarmaq zərbəsi ilə vurulmasını göstərir. Məhkəmə tibbi ekspertizasının 22 yanvar 2020-ci il tarixli rəyində isə sol qulaq seyvanın ənsə hissəsinin yarası, sağlamlığa yüngül zərər vurmaya aid xəsarət olduğunu müəyyən etmişdir. Əgər bu zərbə beşbarmaq zərbəsi olsa idi, ağır xəsarətə səbəb olardı, baş nahiyəsinin sümükləri belə zədələnərdi. Belə zədə zərərçəkmiş şəxsdə aşkar edilməmişdir. Deməli zərərçəkmiş şəxsin ilkin ərizə və izahatlarında və sonradan məhkəməyə yazdığı ərizədə göst ərilən xüsusatlar doğrudur və bu əsasla ittiham hökmü çıxarılmalıdır. Bununla da birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgünlüyünə təsir edə bilən bütün faktiki halları araşdırmadığından qəbul edilmiş hökm əsaslı hesab edilə bilməzdi. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən Zərərçəkmiş şəxs verdiyi ifadələri əvvəlki ifadələri ilə ziddiyyətli olsa da ona münasibətdə heç bir halda əməlində quldurluq cinayətinin əlamətlərinin olması təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-467/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, verilmiş ittihamlar üzrə əməlində cinayət tərkibi olmadığından həmin maddələr üzrə bəraət verilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

16. Kassasiya şik ayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

17. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

18. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, y əni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

19. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

20. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) old uqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

21. Kassasiya şikayətində Məhkum əməlində cinayət tərkibinin olmamasını iddia etməklə, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

22. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-467/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdı rmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

23. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

24. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

25. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsas landığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

27. Vahid məhkəmə təcrübəsinin formalaşması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi CM-nin 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır (“Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respubli kası Ali Məhkəməsi Plenumunun Qərarı, № 1, §§ 10 və 15, 03 mart 2005-ci il).

28. Şərh edilən maddi və prosessual cinayət-hüququ normaların tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyələrini rəhbər tutmaqla cinayət işinin materiallarını nəzərdən keçirən məhkəmə kollegiyası Məhkum əməlində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddəsinin tərkibi olmadığına dair dəlillərini əsassız hesab edir.

29. Apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələbləri nə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrıayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirliliyi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir. Eyni zamanda, məhkəmələrin Məhkum məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşması, onun bildirdiklərinin işin faktiki hallarına uyğun olmaması və digər mötəbər sübutlarla təkzib olunması, eləcə də onun bu ifadələrinin özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş yalan ifadələr kimi qiymətləndirmələri bar ədə gəldiyi nəticə də əsaslı olmuşdur.

30. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının qəbul etdiyi əvvəlki qərarında göstərilənlərə uyğun olmaqla zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı iştirak etməsini və ifadəsinin alınmasının zəruriliyini nəzərə alaraq işə yenidən baxarkən Zərərçəkmiş şəxs dindirmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə günü saat 01 radələrində kirayə yaşadığı ünvan 2 ünvanında olarkən qapı döyülmüş və qapıya yaxınlaşıb kimin olduğunu soruşduqda heç kəs cavab verməmişdir. Daha sonra qısa müddət qeyri-rəsmi birgə yaşadığı ləqəbi Aysel olan Adilə Əkbərovanın səsini eşitmişdir. Qapını açdıqda iki nəfər əvvəllər tanımadığı, sonradan adlarını bildiyi şəxsləri görmüşdür. Onlardan Rauf adlı şəxs o, qapını açan anda onun qulaq və üz nahiyəsinə iki zərbə vuraraq evə daxil olmuşdur. Yanındakı Sahib adlı sarışın oğlan isə ona onu vurduğuna görə iradını bildirmiş və ona yardım etmək üçün su və dəsmal gətirmişdir. Bu zaman Rauf adlı şəxs evdə nə isə axtarmağa başlamış, Sahib adlı şəxs isə onu ayağa qaldırmış və Raufa getməli olduqlarını bildirmişdir. Onlar gedərkən o Sahibə ona yardım etdiyi üçün qol saatı və ətir hədiyyə etmişdir. Onlar getdikdən sonra tibbi yardım çağırmış və hadisə barədə polisə məlumat vermişdir. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə 16 yanvar 2020-ci il tarixində baş vermişdir. Evə iki nəfər Sahib və Rauf adlı şəxslər daxil olmuşlar. Rauf adlı şəxs onun üz və qulaq nahiyəsindən beşbarmaqla vurmuşdur. Sah ib adlı şəxs tərəfindən ona qarşı qanunsuz hərəkət olmamış, əksinə ona yardım etmişdir. İbtidai istintaqda ona Rəşad adlı şəxsin aşağıda gözlədiyi məlum olmuş, lakin o Rəşadı heç görməmişdir. Evə daxil olan şəxsləri əvvəllər tanımamışdır. Ondan pul tələb etmişlər. Narkotik vasitə tələb etməmişlər. Onlar evində təqribi bir saata yaxın qalmışlar. Aysel ləqəbli Adilə onda pul gördüyü üçün onları onun üzərinə yollamışdır. Rauf adlı şəxs üz və boyun nahiyəsinə bir neçə dəfə qüvvətli zərbələr vurmuşdur.

31. Zərərçəkmiş şəxs ifadəsindən göründüyü kimi, zərərçəkmiş şəxsə məxsus əmlakı talamaq məqsədilə mənzilə basqında Məhkum qrupun digər üzvü olan X6 ilə birlikdə birbaşa iştirak etmiş, mənzilə basqın zamanı Rauf Alışov silah qismində beşbarmaqdan istifadə etməklə zərərçəkmiş şəxsin sağlamlığına xəsarət yetirmişdir. Basqın zamanı silah və ya silah qismində istifadə edilən predmetdən Məhkum şəxsən özü yox, Rauf Alışov tərəfindən istifadə edilməsi, eləcə də xəsarətin zərərçəkmiş şəxsə onun yox, R.Alışov tərəfindən yetirilməsi Məhkum təqsirini istisna edən hal kimi qəbul edilə bilməz ona görə ki, qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxslərdən yalnız birinin silah və ya silah qismində istifadə edilən predmet tətbiq etməsi, qrup iştirakçılarının digər üzvlərinin də birgə icraçı kimi məsuliyyətini əhatə edir.

32. Təfsiri verilən məsələ daxil olmaqla, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər han sı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş Məhkum hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddəsinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin bu məsələlər üzrə gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdır masına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

34. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, m övcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

35. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-467/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-467/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar