Məhkəmə qərarları › İş №1(102)-823/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-823/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-823/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Abşeron rayon Vəkil Bürosunun vəkili İsgəndərov Coşqun İbad oğlunun iştirakları ilə xx xxxxx 1992-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, Ağdam rayo nu, Quzanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 120.1ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2024-cü il tarixli 1(105)-63/2024 nömrəli qərarından məhkumun müdafiəçisi, Abşeron rayon Vəkil Bürosunun vəkili İsgəndərov Coşqun İbad oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli 1(124)-295/2023 nömrəli hökmü ilə (hakimlər: A.T.Rzayeva (sədrlik edən), F.Z.Hümbətov və H.S.Əliyev) Məhkum – Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli b ilinərək, 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 7 avqust 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2024-cü il tarixli 1(105)-63/2024 nömrəli qərarı ilə (hakimlər: M.Ə.Rzayev (sədrlik edən), E.G.Rəhimov və E.M.Əhmədov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli 1(124)-295/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum arvadı Şahid3 tanışı Zərərçəkmiş şəxs söz atması ilə bağlı aralarında əvvəl baş vermiş söhbəti başqa şəxslərə danışdığı üçün, habelə Zərərçəkmiş şəxs arvadına qarşı etdiyi hərəkətinə görə onu cəzalandırmaq qərarına gəlib Zərərçəkmiş şəxslə bu məsələni aydınlaşdırmaq və onu qəsdən öldürməklə qisas almaq məqsədilə 06 avqust 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı evdən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, “kəpənək” formalı, soyuq silah hesab edilməyən cib bıçağını və istintaqla müəyyən edilməsi mümkün olmayan dəmir parçasını götürüb cibində gizlətmiş və Zərərçəkmiş şəxsun bərbər işlədiyinə görə saçını kəsdirmək istədiyini bəhanə edib onunla Abşeron rayonu Mehdiabad qəsəbəsi “Gənclər şəhərciyi” yaşayış kompleksi 2 saylı binanın qarşısında görüşərək aralarında olan narazılığı başqa şəxslərə yayanın ünvanına nalayiq s öyüşlər söyüb, bundan sonra aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs öldürmək niyyətini qətiləşdirib, əvvəlcə üzərində olan dəmir alətlə, daha sonra bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə 5 dəfə, o cümlədən həyat əhəmiyyətli orqanların yerləşdiyi döş qəfəsinə 1 dəfə zərbə vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “başın sol gicgah nahiyəsinin 1 ədəd, sol kürək nahiyəsinin 1 ədəd, sağ çiyin qurşağı nahiyəsinin 1 ədəd daxilə keçməyən deşilmişkəsilmiş yaraları, sol dirsək oynağı nahiyəsinin 1 ədəd kəsilmiş-deşilmiş yarası, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “döş qəfəsinin sağ yan səthinin ön qoltuqaltı xətt üzrə İX, X qabırğaarası sahənin döş və qarın boşluğuna nüfuz edən sağ tərəfli hemopnevmatoraks (ple vra boşluğuna qanın və havanın toplanması) və hemoperitoneum (periton boşluğuna qanın toplanması) ilə nəticələnən deşilmiş-kəsilmiş yarası” xəsarətlərini yetirsə də sonuncuya vaxtında ixtisaslı tibbi yardım göstərilərək həyatı xilas edildiyindən iradəsindən asılı olmayan səbəblərdən öz niyyətini başa çatdıra bilməməklə, onu qəsdən öldürməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və onun əməlinin CM-in 29, 120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin olunması barədə qərar qəbul olunması xahiş olunur. Müdafiəçi qeyd edir ki, Mə hkum əməli CM-in 29,120.1-ci maddəsinə düzgün tövsif edilməmişdir. Belə ki, iş materiallarında Məhkum Zərərçəkmiş şəxs öldürmək istəməsini təsdiq edən sübutlar yoxdur. Məhkum ona qarşı irəli sürülən ittihamla bağlı özünü təqsirli bilməmiş, Zərərçəkmiş şəxs öldürmək fikrinin olmadığını bildirmişdir. Adam öldürməyə cəhdlə bağlı irəli sürülən ittihamlarda təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hansı orqanına hücum etməsini müəyyənləşdirmək zəruridir. Ekspert rəyindən də görünür ki, Məhkum vurulmuş ağır zərər kimi qiymətləndirilən xəsarətlər ürək nahiyəsi tərəfdən deyil, bədənin sağ tərəfindən vurulmuşdur. Məhkum Zərərçəkmiş şəxs öldürmək istəsəydi ürək nahiyəsinə hücum edərdi. Digər tərəfdən əsas məsələ heç də vurulan xəsarətin ağırlıq dərəcəsi ilə ölçülmür. Əsas məsələ Məhkum niyyəti ilə bağlıdır. Məhkum Zərərçəkmiş şəxs xəsarət yetirməmişdən öncə olan davranışı Zərərçəkmiş şəxsu öldürmək istəməsini təsdiq etmir. Şikayətə həmçinin qeyd edilir ki, iş materiallarında olan kamera görüntüsündən məlum olur ki, Məhkum bıçaqla hara gəldi zərbələr endirir. Onun kortəbii şəkildə bıçaqdan hara gəldi vurması Məhkumın niyyətinin Zərərçəkmiş şəxs öldürmək istəməsini təsdiqləyən hal deyil. Sonda Məhkumın hücumu dayandırması da bir daha təsdiq etmişdir ki, əgər Məhkum Zərərçəkmiş şəxsu öldürmək istəsəydi ona kimsə mane olmurdu. Videgörüntüyə baxış zamanı Zərərçəkmiş şəxs fəal müqavimət göstərdiyi hətta fiziki imkanlarına görə Zərərçəkmiş şəxsdan daha güclü olması görünür. Bir müddət sonra əslində Məhkum özünü müdafiə edir. İşin mübahisəsiz sübut edilmiş halı ondan ibarətdir ki, Məhkum özü hücumu dayandırır. Ekspert rəyi ilə təsdiqlənmişdir ki Zərərçəkmiş şəxs da Məhkuma yüngül xəsarət yetirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi C.İsgəndərovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. M əhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində əməlin hüquqi tövsifi və məhkuma təyin edilmiş cəzanın ağır olması mübahisə edilir. Hesab edilir ki, Məhkum əməli CM-in 126.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə”yə görə cinayət məsuliyyətini nəzərdə tutur. Məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmas ına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. M əhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini on ların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətindəki dəlilləri əsassız hesab edərək Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarına istinad edərək qeyd edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əm ələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səb əb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002 -ci il tarixli Qərarındakı tövsiyələrə əsaslanaraq məhkumun əməlinin CM-in 126.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində - Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybə cərləşdirilməsində ifadə olunan zərər vurmanı nəzərdə tutulur. İş materiallarından görünür ki, Məhkum arvadı Şahid3 tanışı Zərərçəkmiş şəxs söz atması ilə bağlı aralarında əvvəl baş vermiş söhbəti başqa şəxslərə danışdığı üçün, habelə Zərərçəkmiş şəxs arvadına qarşı etdiyi hərəkətinə görə onu cəzalandırmaq qərarına gəlib Zərərçəkmiş şəxslə bu məsələni aydınlaşdırmaq və onu qəsdən öldürməklə qisas almaq məqsədilə 6 avqust 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı evdən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, “kəpənək” formalı, soyuq silah hesab edilməyən cib bıçağını və istintaqla müəyyən edilməsi mümkün olmayan dəmir parçasını götürüb cibində gizlətmiş və Zərərçəkmiş şəxsun bərbər işlədiyinə görə saçını kəsdirmək istədiyini bəhanə edib onunla Abşeron rayonu Mehdiabad qəsəbəsi “Gənclər şəhərciyi” yaşayış kompleksi 2 saylı binanın qarşısında görüşərək aralarında olan narazılığı başqa şəxslərə yayanın ünvanına nalayiq söyüşlər söyüb, bundan sonra aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs öldürmək niyyətini qətiləşdirib, əvvəlcə üzərində olan dəmir alətlə, daha sonra bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə 5 dəfə, o cümlədən həyat əhəmiyyətli orqanların yerləşdiyi döş qəfəsinə 1 dəfə zərbə vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “başın sol gicgah nahiyəsinin 1 ədəd, sol kürək nahiyəsinin 1 ədəd, sağ çiyin qurşağı nahiyəsinin 1 ədəd daxilə keçməyən deşilmişkəsilmiş yaraları, sol dirsək oynağı nahiyəsinin 1 ədəd kəsilmiş-deşilmiş yarası, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “döş q əfəsinin sağ yan səthinin ön qoltuqaltı xətt üzrə İX, X qabırğaarası sahənin döş və qarın boşluğuna nüfuz edən sağ tərəfli hemopnevmatoraks (plevra boşluğuna qanın və havanın toplanması) və hemoperitoneum (periton boşluğuna qanın toplanması) ilə nəticələnən deşilmiş-kəsilmiş yarası” xəsarətlərini yetirsə də sonuncuya vaxtında ixtisaslı tibbi yardım göstərilərək həyatı xilas edildiyindən iradəsindən asılı olmayan səbəblərdən öz niyyətini başa çatdıra bilməməklə, onu qəsdən öldürməyə cəhd etmişdir. CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarına əsasən, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmiş şəxsin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Burada təqsirkarın niyyəti məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsəl ən həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. İş materiallarından görünür ki, Məhkum və Zərərçəkmiş şəxs sonuncunun Məhkum arvadına söz atması ilə bağlı aralarında əvvəl baş vermiş söhbəti başqa şəxslərə danışdığı üçün, habelə Zərərçəkmiş şəxs arvadına qarşı etdiyi hərəkətinə görə bu məsələni aydınlaşdırmaq məqsədilə cinayət hadisəsi baş verən gün “Gənclər şəhərciyi” yaşayış kompleksi 2 saylı binanın qarşısında görüşərək aralarında olan narazılığı başqa şəxslərə yayanın ünvanına nalayiq söyüşlər söyüb, bundan sonra aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Məhkum əvvəlcə üzərində olan dəmir alətlə, daha sonra bıçaqla on un bədəninin müxtəlif nahiyələrinə 5 dəfə Zərərçəkmiş şəxs zərbə endirmiş, sonuncu vaxtında ixtisaslı tibbi yardım göstərildiyi üçün sağ qalmışdır. Təhlükəsizlik kameralarının görüntülərini əks etdirən CD disk və həmin CD diskə baxış keçirilməsi haqqında 17 oktyabr 2022-ci il protokoldan görünür ki, 7 avqust 2022-ci il tarixdə saat 00:01-də qeydə alınmış ilk görüntüdə Zərərçəkmiş şəxs (əynində tünd rəngli qısaqol mayka və açıq rəngli şalvar vardır) marketin yanından keçərək irəliyə doğru hərəkət edir. Bir neçə saniyədən sonra müşahidə kamerasının əhatə dairəsindən bir qədər kənarda (yalnız ayaqlar görünür) iki nəfərin bir-biriləri ilə dalaşdıqları görünür. Saat 00:01:30-da Məhkum (əyninə açıq rəngli qısaqol köynək və şalvar vardır) arxa-arxaya gələrək sağ əlində olan alətlə (parıltısında n bıçaq olması ehtimal olunur) qarşısında olan Zərərçəkmiş şəxs vurduğu görünür. Daha sonra saat 01:55-də Məhkum Zərərçəkmiş şəxs əlindəki alətlə üzərinə gedir və vurur, sonuncu isə onun zərbələrindən qorunmaq üçün geri çəkilir. Daha sonra kənardan hadisə yerinə bir neçə nəfər (üzlərini görmək mümkün olmur) yaxınlaşır və bundan sonra görüntülər başa çatır. Baxış zamanı Zərərçəkmiş şəxs əlində hər hansı alətin, o cümlədən bıçağın olmadığı, Məhkum ona yaxınlaşan Zərərçəkmiş şəxslə hər hansı mövzuda söhbət etmədiyi, onunla dərhal davaya başladığı, əlindəki bıçaqla ona ardıcıl zərbələr vurduğu görünür. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 7 oktyabr 2022-ci il tarixli 2290 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı və adına olan tibbi sənədlə rdə qeyd olunanlara əsasən bədənində aşkar edilmiş “başın sol gicgah nahiyəsinin 1 (bir) ədəd, sol kürək nahiyəsinin 1 (bir) ədəd, sağ çiyin qurşağı nahiyəsinin 1 (bir) ədəd daxilə keçməyən deşilmiş-kəsilmiş yaraları, sol dirsək oynağı nahiyəsinin 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası, döş qəfəsinin sağ yan səthinin ön qoltuqaltı xətt üzrə İX, X qabırğaarası sahənin döş və qarın boşluğuna nüfuz edən sağ tərəfli hemopnevmatoraks (plevra boşluğuna qanın və havanın toplanması) və hemoperitoneum (periton boşluğuna qanın toplanması) ilə nəticələnən deşilmiş-kəsilmiş yarası” xəsarətləri iti kəsici əşyanın (əşyaların), alətin (alətlərin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 6 avqust 2022-ci il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilm ələri mümkündür. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərdən: başın sol gicgah nahiyəsinin 1 (bir) ədəd, sol kürək nahiyəsinin 1 (bir) ədəd, sağ çiyin qurşağı nahiyəsinin 1 (bir) ədəd daxilə keçməyən deşilmiş-kəsilmiş yaraları, sol dirsək oynağı nahiyəsinin 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Döş qəfəsinin sağ yan səthinin ön qoltuqaltı xətt üzrə İX, X qabırğaarası sahənin döş və qarın boşluğuna nüfuz edən sağ tərəfli hemopnevmatoraks (plevra boşluğuna qanın və havanın toplanması) və hemoperitoneum (periton boşluğuna qanın toplanması) ilə nəticələnən deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hadisə vaxtı Məhkum tərəfindən cib bıçağı ilə zərərçəkmiş şəxsin məhz döş qəfəsinin sağ yan səthinin ön qoltuqaltı xəttinə və qarın boşluğuna nüfuz edən bir neçə zərbənin endirilməsi, yəni yetirilən xəsarətlərin sayı və lokalizasiyası onu deməyə əsas verir ki, Məhkum məqsədi həmin anda Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə yönəlmiş, lakin iradəsindən asılı olmayan səbəbdən, yəni zərərçəkmiş şəxsin fəal müqaviməti və vaxtında tibbi ixtisaslı yardım alması nəticəsində sonuncunun cinayəti başa çatdırmaqdan ibarət niyyəti baş tutmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkumun zərərçəkmiş şəxsi öldürmək məqsədilə vurmaması barədə ifadəsi özünü müdafiə xarakte rli olmaqla işin faktiki hallarına uyğun gəlmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə toplanmış sübutlara, o cümlədən ekspert rəyləri, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 29, 120.1-ci maddəsi ilə tövsif edib həmin maddə ilə barəsində ittiham hökmü çıxarmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış digər sübutların məcmusu belə bir nəticəyə gəlməyə əsas verir ki, Məhkum əməlinin CM-in 126.1-ci maddəsinə tövsif edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir q anun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və ona dəymiş ziyanın ödəməsini, himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prin siplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2024cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2024-cü il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar