Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-824/2021 29.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun Məhkum və onun müdafiəçisi Abdıyev Rəşad İlqar oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 i yul 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı İsmayılov Samir Sabir oğlu tərəfindən verilmiş kassasiya protestinə və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2020-ci il tarixli hökmü ilə (hakimlər Abdullayev İlkin Qismət oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cəlil Cabbar oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx-ci il tarixdə Laçın rayonunun Güləbırd kəndində doğulmuş, Azərbaycan Respublikas ının vətəndaşı, orta təhsilli, ailəli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Laçın rayonunun Güləbird kəndində qeydiyyatda olmaqla ünvan 1-də yaşayan, CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 206.2-ci maddəsi il 4 (dörd) il 6 (altı) ay müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, Məhkum şəxsiyyəti məlum olmayan şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olar aq külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı 2020-ci ilin yanvar ayının əvvəllərində razılığa gəldikdən sonra, bu məqsədlə 05 yanvar 2020-ci ildə Biləsuvar gömrük postundan keçib İran İslam Respublikasına getməklə 09 yanvar 2020-ci ildə Ərdəbil şəhərinin ərazisində qrupun şəxsiyyəti məlum olmayan üzvündən qanunsuz olaraq əldə etdiyi 3 ədəd bükümdə ayrı-ayrılıqla təmiz çəkiləri - 32,428 qram, 34,720 qram, 31,108 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda - 98,256 qram olan narkotik vasitə heroini və 3 ədəd bükümdə ayrı-ayrılıqla təmiz çəkilən - 23,554 qram, 21,765 qram və 24,468 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda - 69,787 qram olan psixotrop maddə metamfetamini aşkar edilməsini çətinləşdirmək üç ün düz bağırsağına yerləşdirib saxlamaqla, İran islam Respublikasından Azərbaycan Respublikasına daşıyıb həmin gün saat 15 radələrində Azərbaycan Respublikasının gömrük sərhədindən - Biləsuvar gömrük postundan gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən və məruzəçi) Camalov Etibar Əli oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) 16 noyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddə ti 5 (beş) il 6 (altı) ayadək azaldılmış, CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 6 (altı) il müəyyən edilmiş, hökm qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı S.S.İsmayılov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini, Məhkum isə kassasiya şikayəti verərək ona təyin edilmiş cəzaların barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə yüngülləşdirilməsini, bu əsasla da barəsindəki apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya protestinin və ka ssasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) və CM-nin bir sıra maddələrinə istinad edən dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Məhkum barəsində qərar qəbul edərkən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, onun nəticəsi, törədilməsi halı, şəraiti, məqsədi və motivi, məhkumun şəxsiyyətinə aid olan halları, cinayətin törədilməsi zamanı davranışını düzgün qiymətləndirməmiş və ona açıq-aydın ədalətsiz cəza təyin etmiş, bu zaman cəza təyin etmə barədə CM-nin 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2012-ci il tarixli qərarındakı hüquqi mövqeyi, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarındakı tövsiyyələri nəzərə almamış, cəzanı yüngülləşdirən hallan düzgün müəyyən etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası təqsirləndirilən Məhkum cəza təyin edərkən həmçinin əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini və qadın olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində qiymətləndirmiş və bu halları qərarda əsas tutaraq ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini azaltmış, lakin göstərilən hallarla da bağlı öz qərarında heç bir əsaslandırma aparmamışdır. Belə ki, işin hallardan da göründüyü kimi keçirilmiş baxış istintaq hərəkəti zamanı Məhkum düz bağırsağından aşkarlanmış narkotik vasitələrlə bağlı toplanmış təkzibolunmaz, mötəbər sübutlar qarşısında qalan Məhkum əməlini etiraf etmişdir ki, bu da öz növbəsində təqsirini səmimi etiraf etməsi kimi deyil, çıxılmaz vəziyyət kimi qiymətləndirilməlidir. Bundan başqa dövlət ittihamçısı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum barəsində ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin qadın olmasını nəzərə alaraq humanist davranmış və onu təqsirli bilindiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin etməklə ədaləti qərar etdiyini göstərmişdir. Lakin məhkəm ə kollegiyası cinayət törətmiş şəxsin qadın olmasını xüsusi vurğulayıb, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə və onun törədilmə hallarına uyğun olmayan ən aşağı həddə cəza təyin etməklə CM-nin 8-ci maddəində nəzərdə tutulmuş ədalət prinspini pozmuşdur. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı S.S.İsmayılov kassasiya protestinin təmin edilməsini və apellyasiya instansiya məhkəməsinin qərarının ləğv olunmasını, cinayət işinin isə yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi onun barəsində cəza təyin edərkən cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almamışdır. Belə ki, o tərədilmiş cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb edilmiş, himayəsində İİ Vətən Müharibəsində iştirak etmiş bir oğlu və yaşlı valideynləri var. Qeyd olunanları nəzərə alaraq kassasiya şikayətinin müəllifi onun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməklə təqsirli bilindiyi maddələrin sanksiyalarının aşağı həddindən az cəzaların təyin olunması haqda qərarın qçbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı S.S.İsmayılov apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində Məhkum barəsində cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə t utulmuş halla əlaqələndirmişdir. Eynilə Məhkum da apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi kassasiya ona cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək onun barəsində CM-nin 62-ci maddəsi tətbiq olunaraq ona aşağı həddə cəza təyin edilməsi haqqında qərarın qəbul olunması barədə tələbini göstərilən maddədə nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protest ini və məhkumun kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci mad dəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyin in tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kolle giyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, istər şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olubolmamasına, istərsə onun barəsində cəza tədbirinin seçilməsinə dair sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı to planmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edibetməməsi başa düşülür. Kassasiya müraciətləri ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələrinə, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəylərinə və işə əlavə edilmiş sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırıl mış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkumun əməlini CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişlər. Kassasiya protestinin və kassasiya şikayətlərinin məzmununa görə, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər kassasiya müraciətlərinin müəllifləri tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası da bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür və dövlət ittihamçısının məhkuma həm CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə, həm də cinayətlərin məcmusu üzrə açıqaydın yüngül, Məhkum isə ona həddindən artıq ağır cəzaların təyin edilməsi haqqında iddiyalara cavab olaraq ilk növbədə qey d edir ki, Məhkum təqsirli bilinərək məhkum olunduğu CM-nin 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək, CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında isə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası vurğulayır ki, cinayət törətmiş şəxsə təyin edilən hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bu qənaət cinayət qanunu normalarının aşağıdakı tələblərindən irəli gəlir. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxs in şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləş dirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-nin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin təlblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cina yət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüng ülləşdirən hallar təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəx siyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən apellyasiya instansiya məhkəməsi düzgün olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, törətdiyi əməli etiraf etməsini, səmimi pe şmançılıq çəkməsini, ilk dəfə məhkum olunmasını CM-nin 59.2-ci madəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu halların məcmusuna uyğun olaraq məhkuma istər onun təqsirli bilindiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə, istərsə də cinayətlərin məcmusu üzrə kifayət qədər ədalətli və qanuni cəzalar təyin etmişdir. Kassasiya protestində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəm ənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Protestin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı həmin protestdə bu məsələlərlə bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı əsaslandırma aparmamış, onun kassasiya protestində istinad etdiyi hallar isə CMnin 61.2-ci maddəsinin tələblərinə əsasən cəzanı ağırlaşdıran hallar kimi nəzərə alına bilməz. Məhkum kassasiya şikayətinə gəldikdə məhkəmə ilk növbədə qeyd edir ki, cəzann yüngülləşdirilməsi üçün əsas ola bilən və həmin şikayətdə göstərilən, lakin məhkəmələrin nəzərə almadığı hallar – onun oğlunun İİ Vətən Mühairbəsində iştirak eməsi və himayə sində yaşlı valideynlərinin olması kimi hallar iş materialları ilə təsdiq edilmir, yəni bu halları təsdiq edən sübutlar istər ibtidai araşdırma orqanına, istərsə də məhkəmələrə təqdim olunmamışdar. Yuxarıda qeyd edildiyi kimi, CPM-nin 139.0.5-ci maddəsinin tələblərinə görə, işin digər halları ilə yanaşı cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız qanuni üsullarla toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlar əsasında müəyyən edilməlidir. Buna görə məhkəmələrin kassasiya şikyətində göstərilmiş bu hallara istinad etmələri üçün heç bir əsas olmamışdır və məhkəmə kollegiyası da həmin halların nəzərə alınmasını mümkün bilmir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, cinayət qanunvericiliyinin normaları təqsirkara onun təqsirli bilindiyi maddələrin san ksiyalarında nəzərdə tututlmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi üçün (kassasiya şikayətində irəli sürülmüş tələb də bununla bağlıdır) həmin şəxsin barəsində CM-nin 62-ci maddəsində göstərilən müstəsna halların müəyyən edilməsini tələb edir. Belə ki, CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndə n daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsində təsbit edilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Cinayət işinin materiallarını, kassasiya şikayətində göstərilən halları və məhkumun irəli sürdüyü dəlilləri təhlil edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum digər şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə törətdiyi əməlləri səmimi etiraf edərək peşmançılıq çəksə də, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş və həmin məhkəmələrin istinad etdikləri cəzanı yüngülləşdirən hallar müstəsna xarakter daşımır, adı çəkilən məhkum tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar isə müəyyən edilmir. Bu baxımdan məhkəmə kollegiyası Məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsi, yəni onun təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzaların aşağı həddindən də az müddətlərdə cəzaların təyin edilməsi, yaxud da ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanın başqa cəzalarla əvəz edilməsi üçün əsaslar görmür və buna görə də onun kassasiya şikayətinin təmin edilməsini mümkünsüz sayır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanıb kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, həmin protestin təmin edilməməsi barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməsi barədə isə Məhkum və müdafiəçi R.İ.Abdıyevin, habelə həmin şikayətin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2020-ci il tarixli qərarı isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət i şi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-824/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-824/2021
29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver