Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-824/2023 24.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının 18 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Zeynal Ağayev (sədrlik edən və məruzəçi), Azad Məcidov və Səbuhi Hüseynov) 23 sentyabr 2022-ci il tarixli, 1(101)1286/2022 nömrəli hökmü ilə xx xxxxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış,fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X3 küçəsi, ev 37 ünvanında qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 17 fevral 2022-ci ildən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan 3,180 qram kustar üsulla hazırlanmış metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 fevral 2022-ci il tarixdə, saat 20:00-da Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X3 küçəsində nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gəti rilib, onun üzərinə inzibati binada şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli paltonun sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümün içərisində külli miqdarda ümumi təmiz çəkisi 3,180 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilib götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Adil İbrahimli (sədrlik edən və məruzəçi), Zəki Babayev və Ziya Şirinov) 18 noyabr 2022-ci il tarixli 1(103)-2088/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2022ci il tarixli 1(101)-1286/2022 nömrəli hökmü dəyişdirilmiş, həmin hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il müddətinə endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək 1(103)-2088/2022 nömrəli 18 noyabr 2022-ci il tarixli qərarının əsassız və qanunsuz olduğundan ləğv edilməsi və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliyinin sübuta yetirilməməsi əsası ilə barəsində cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ittiham tərəfin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə Məhkum verilmiş ittihamın əsasını yalnız şahid Rami Babayevin ifadəs i və Məhkum ona “seni atrava üzünə həsrət qoymasam menim var yoxmi sen indi baxarsan” məzmunlu yazılmış SMS mətni təşkil etmişdir. Lakin ittiham tərəfin hər iki dəlilləri məhkəmə istintaqı zamanı öz təsdiqin tapmamış və ona verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi bu cinayət işinə baxarkən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi baxımından yanaşmamış, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsini gətirdiyi dəlilləri, eləcə də məhkəmədə dindirilmiş şahidlərin həqiqəti əks etdirən ifadələrini deyil, ibtidai istintaq zamanı təzyiq, təsir və fiziki zorakılıq altına alınmış şübhəli və heç bir əsası olmadan ifadələri hökmdə sadalamaqla əsasız və qanunsuz ittiham hökmü vermişdir. Halbuki, Məhku m və məhkəmədə dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmədiklərini həmin ifadələrin müstəntiqin təzyiqi altında verdiyini bildirmişlər. Bundan başqa məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Səxavətdən narkotik vasitə aşkar edildikdə həmin narkotik vasitəni Habil götürüb özündə saxlamış, şöbəyə gətirəndə çəkilişlə yenidən Səxavətin üzərinə baxış keçirilməzdən əvvəl Habil narkotik vasitəni Səxavətə qaytarmış, o da videoçəkilişdə çıxarıb narkotik vasitəni təqdim etmişdir. Sonra da bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Habil narkotik vasitəni Səxavətdən ona görə götürmüşdür ki, o, bölməyə aparana qədər imkan tapıb narkotik vasitəni tullaya bilməsin. Göründüyü kimi hər iki instansiya məhkəməsi şahid qismində dindirilmiş polis işçisinin bu ifadəsinə üzgün hüquqi qiymət verməmişdir. Halbuki, şahid qismində dindirilmiş polis işçisinin ifadəsindən aşkar olunur ki, məhkum üzərində şəxsi axtarış və götürmə hərəkətləri aparılmamışdan öncə sübutları saxtalaşdırmaqla, polis şöbəsində Məhkumin cibinə narkotik vasitə qoyulmuş sonradan vəkilin iştirakı olmadan video çəkiliş aparılmaqla guya onun üzərindən narkotik vasitə aşkar edilməsi görüntüsünü səhnələşdirmişlər. Birinci instansiya məhkəməsi isə həqiqəti özündə əks etdirən bu cür mötəbər sübutları görməzdən gəlir və Məhkum məhkəmə baxışı zamanı verdiyi ifadələrini inandırıcı hesab etmir və həmin ifadələr özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Müdafiə tərəfi olaraq hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxsə q arşı irəli sürülmüş bu əsassız ittiham öz təsdiqin tapmamış, onun özünü müdafiə üçün gətirdiyi dəlillərin, ittiham tərəfin əsas şahidlərinin (bir başa sübut) onun lehinə ifadələri, habelə müdafiə tərəfinin digər əsaslı eyni zamanda mötəbər hesab olunan dəlillərinə hüquqi müəyyənlik prinsipindən ədalətli hüquqi qiymət verilməsi məsələsi apellyasiya instansiyasında müzakirə olunmalı və nəticədə yeni ədalətli hökmün çıxarılması təmin olunmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi özünün qanunsuz və əsassız hökmünü əsaslandırarkən ədalətsizliyə yol vermiş, Məhkum təqsirsizliyini sübut edən mötəbər dəlillərə, hüquqi qiymət vermək əvəzinə biri digərini təkzib edən ziddiyyətli, açıq-aşkar şübhə doğuran iş üzrə maraqlı olan ibtidai istintaq zamanı hədə qorxu və zorakılıq yolu ilə əldə ed ilmiş əsassız sübutlara və dəlillərə eləcə də ehtimallara, mülahizələrə əsaslanaraq qanunsuz və ədalətsiz olaraq ittiham hökmü çıxarmış, apellyasiya instansiyası məhkəməsi isə heç bir araşdırma aparmadan birinci instansiyanın qanunsuz və əsasız hökmünü dəyişdirmədən saxlanılmasına dair qərar qəbul etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosess ual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Cabir Mehralıyevin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işində təqsirsiz olduğuna baxmayaraq barəsində əsassız və qanunsuz olaraq Az ərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi bu cinayət işinə baxarkən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi baxımından yanaşmamış, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsini gətirdiyi dəliləri, eləcə də məhkəmədə dindirilmiş şahidlərin həqiqəti əks etdirən ifadələrini deyil, ibtidai istintaq zamanı təzyiq, təsir və fiziki zorakılıq altına alınmış şübhəli və heç bir əsası olmadan ifadələri ilə hökmü əsaslandırmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər müdafiəçinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiya sı məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə top lanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətlənd irilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, Şahid3, Şahid2, Şahid1 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişlər ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin material larına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri təsdiq etmək üçün kifayət edir. Cinayət işinin materiallarından görünür ki, Məhkum barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatına əsasən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, polis əməkdaşları tərəfindən 17 fevral 2022-ci il tarixdə saat 20:00-da saxlanılmış və polis idarəsinə gətirilmişdir. Polis İdarəsində təhqiqatçı tərəfindən Məhkum müdafiəçi təyin edilmiş və müdafiəçinin iştirakını təmin etdikdən sonra həmin gün Məhkum barəsində şübh əli şəxs qismində tutulması barədə protokol tərtib edilmiş və bundan sonra onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Məhkum könüllü olaraq 3,180 qram kustar üsulla hazırlanmış metamfetamini təqdim etmişdir. Məhkum birinci instansiya məhkəməsində özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o ancaq metamfetamindən, folqada çəkmək yolu ilə istifadə edirmiş. Mahir adlı şəxsi qonşu kimi tanımışdır. O sonradan bilmişdir ki, polislər Mahirin evinə girib bloknot tapmışlar və həmin bloknotda “Səxavət 0.5 qr. patı” qeydi olmuşdur. Əmisi nəvəsi ilə bir yerdə narkotik vasitə almaq və istifadə etməklə bağlı sms yazışmaları olmuş, amma heç kimə narkotik vasitə satmamış və narkotik vasitə satmaqla bağlı smsləri olmamışdır. Axırıncı dəfə 15 manata narkotik vasitəni “Totu” l əqəbli şəxsdən almışdır. Həyətdə onun üstünə baxış keçirmişlər, ancaq üstündən heç bir narkotik vasitə çıxmamışdır. O, Şahid1 heç vaxt narkotik vasitə satmamış, nə də ki çəkməsi üçün narkotik vasitə verməmişdir, ancaq bir yerdə narkotik vasitədən istifadə etmiş, almağa da bir yerdə getmişlər. Onun Şahid1 yazdığı mesajda məqsədi narkotik vasitə istifadə etməklərinitərgitmək olub. İbtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən Məhkum göstərmişdir ki, o, təxminən 10 aydır ki, "şüşə" kimi tanıdığı psixotrop maddə olan metamfetamini çəkmək yolu ilə istifadə edir. O, istifadə etdiyi "şüşə"ni mütəmadi olaraq üzdən tanıdığı, lakin adını bilmədiyi şəxslərdən alıb istifadə etmişdir. Tutulmamışdan təxminən 5 gün əvvəl axşam saatlarında o, yaşadığı qəsəbə də bir nəfər adını bilmədiyişəxs ilə görüşüb 70 manat ödəyib bir ədəd sellofan bükümdə narkotik vasitə olan metamfetamini özü istifadə etmək üçün almışdır. Həmin maddəni əynində olan gödəkcənin cibində saxlayıb ara-sıra istifadə etmişdir. 17 fevral 2022-ci il tarixdə, saat 20 radələrində o, yaşadığı Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X3 küçəsi ilə piyada hərəkət edən zaman iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edib Sabunçu RPİ-nin 12- ci PŞ-nin əməkdaşları olduqları bildirmişlər. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra onun üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet həmçinin maddələrin olması barədə onlarda məlumat olduğunu bildirmişdir. Onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirmişlər və müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmış, axtarış zamanı o üzərində olan metamfetamin polis əməkdaşlarında təqdim etmişdir. Məhkəmə iclaslarında Məhkum göstərmişdir ki, ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri təsdiq etmir, polis əməkdaşı tərəfindən yazdığı protokolu oxumadan imzalamışdır. O, 3 qram narkotik vasitənin külli miqdar hesab edilmədiyini və az miqdarda olduğunu düşünüb məcbur qaldığı üçün onların yazdığı ifadələrə imza etmişdir. Məhkəmələr Məhkum ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələr digər sübutlarla təsdiq edildiyindən onları düzgün və həqiqətə uyğun, məhkəmə iclasında verdiyi ifadə isə özünü müdafiə və həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası Məhkum ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrin digər sübutların məcmusu ilə uyğunluq təşkil etməsi ilə yanaşı aşağıda göstərilən işin hallarına əsasən məhkəmələrin bu mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq v ə ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı, o cümlədən narkotik vasitələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması b arədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Məhkum ilkin ifadələri polis əməkdaşları tərəfindən ona təzyiq edilməsi barədə göstərməsi ilə əlaqədar kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd etmək istəyir Məhkum ilkin ifadəsinin ona istinad edilən 3 qram narkotik vasitənin külli miqdar hesab edilmədiyini və az miqdarda olduğunu düşünüb məcbur qaldığı üçün verilməsini göstərsə də, polis əməkdaşlarının təzyiqi barədə göstərməmiş, onun təqsirləndirilən şəxs qismində dindirilməsi barədə protokoldan görünür ki, o həmin ifadəni müdafiəçinin iştirakı ilə vermiş, ona qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü madd əsi ilə, yəni onun satış məqsədi ilə cinayət əməlini törətməsi barədə ittihamın sürülməsi ilə razı olmuş və bunun səbəbini də izah etmişdir. Bundan başqa, iş materiallarından görünür ki, Məhkum ona təzyiqlər edilməsi ilə bağlı məhkəməyədək icraat zamanı heç bir şikayət və müvafiq orqanlara müraciət etməmişdir. Həmçinin birinci instansiya məhkəməsində verdiyi ifadələrdə də Məhkum ibtidai istintaq zamanı ona hər hansı bir zor və ya təzyiq edilməsi barədə göstərməmiş, müstəntiq tərəfindən yazdığı protokolu oxumadan imzalamasını demişdir. Bundan başqa cinayət işinə əlavə edilmiş Məhkum məhbusun işinin kserosurətindən də görünür ki, o,18 fevral 2022-ci il tarixdə müvəqqəti saxlama yerinə qəbul edilərkən üzərinə baxış keçirilmiş və hər hansı bir xəsarət aşkar edilməmişdir. Həmin hallar Məhkum ifadəni təzyiq altında verməsi barədə dəlillə uzlaşmır və onun ifadəni öz iradəsi ilə verdiyini göstərir. Kassasiya şikayətinin Məhkum müdafiə hüququnun pozulması barədə dəlili də cinayət işinin materialları ilə uzlaşmır. Belə ki, Məhkum tutulduqdan sonra ona müdafiəçi təyin edilmiş və bütün prosessual və istintaq hərəkətləri müdafiəçinin iştirakı ilə keçirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanununun pozulması barədə dəlilləri ilə əlaqədar qeyd edir ki, cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, hazırkı cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində yalnız Məhkum olduğu yeri müəyyən edilmiş, o tutulmuş və polis idarəsinə gətirilmişdir. Bundan sonra araşdırma təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CP M-in 207-ci maddəsinə əsasən Azərbaycan Respublikası CPM-in 86-cı maddəsində nəzərdə tutulmuş öz səlahiyyətləri çərçivəsində aparılmış, cinayət işinin başlanmasından sonra isə araşdırma ibtidai istintaq şəklində müstəntiq tərəfindən aparılmış və cinayət işi üzrə bütün sübutlar təhqiqatçı və müstəntiq tərəfindən toplanmışdır. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməlinin hüquqi tövsifi və işi n faktiki halları barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən ə sassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddə sində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 noyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəs ini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-824/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-824/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver