Məhkəmə qərarları › İş №1(102)-824/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-824/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-824/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını n 12 oktyabr 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər İradə Həsənzadə (sədrlik edən və məruzəçi), Əhməd Quliyev və Azər Paşayev) 25 iyun 2023-cü il tarixli, 1(101)-402/2023 nömrəli hökmü ilə, 1993-cü il aprelin 19-da Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, himayəsində iki azyaşlı uşağı olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2022-ci il 05 aprel tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-in 177.2.1.-ci maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməmiş, Şamaxı rayonunun Qızmeydan kəndi ndə qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni yaşayış massivindəki nömrəsiz evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, CM-in 68.1.1-1.-ci maddəsinə müvafiq olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 5 aprel 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikasının CM-in 177.2.1.-ci maddəsi ilə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 4 (dörd) gün müddəti azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər hesablanmaqla 11 (on bir) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası CM-in 67.1-ci maddəsi əs asında hazırki hökm üzrə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 2022-ci il iyunun 30-dan hesablanmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum ittiham olunur ki, o, şəxsiyyəti istintaqla müəyyən edilməmiş Arif adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girdikdə 2022-ci il iyunun 30-da saat 16 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, «Azadlıq» metrostansiyasının çıxışında olan, istintaqa məlum olmayan yerdəki kolun altı nda gizlədilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 16,710 qram təşkil edən qəhvəyi rəngli toz şəklində kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda, təmiz çəkisi 4,180 qram təşkil edən ağ rəngli kristal şəklində kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşımaqla üzərində saxlamış və 2022-ci il iyunun 30-da saat 16:30-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 185 ünvanındakı Heydər Əliyev adına parkın yaxınlığında keçirdikləri əməliyyataxtarış tədbiri zamanı göstərilən ünvanda saxlanaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində axtarış aparılarkən əynindəki göy rəngli cin s şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 16,710 qram təşkil edən qəhvəyi rəngli toz şəklində kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 4,180 qram təşkil edən ağ rəngli kristal şəklində kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilməklə götürülmüşdür. Hökmə əsasən birinci instansiya məhkəməsi nəticəyə gəlmişdir ki, Məhkum tərəfindən ittihamda təsvir edilmiş əməllərin törədilməsi cinayət işi üzrə sübutlarla təsdiq edilsə də, onun bu əməli satış məqsədi ilə törətməsi təsdiq olunmur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Anar İbrahimov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlıdan ibarət tərkibdə) 12 oktyabr 2023-cü il tarixli, 1(103)-1675/2 023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-402/2023 saylı, 25 iyun 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı3 Ağakərim oğlu kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 Ağakərim kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Kassator hesab edir ki, məhkumun qanunsuz olaraq əldə etdiyi narkotik vasitənin və psixotrop maddənin miqdarı və onun istifadə etdiyi mobil telefon nömrəsinə gəl ən və çıxan SMS-in mətnləri onun narkotik vasitələrin və psixotrop maddəni məhz satış məqsədi ilə əldə edilməsinə dəlalət edir. Lakin birinci instansiya məhkəməsi işin bu hallarına əhəmiyyət verməyərək əsassız olaraq məhkumun narkotik vasitəni və psixotrop maddəni satış məqsədi olmadan əldə etməsinə dair nəticəyə gələrək onun əməli CM-in 234.1-1-ci maddəsi ilə tövsif etmişdir. Dövlət ittihamçısı apellyasiya protestində məhkumun cinayət əməlini satış məqsədi ilə törətməsini təsdiq edən yuxarıda göstərilən hallara istinad etsə də, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə qiymət vermədən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxış larını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsinin əsassız və qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Re spublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinin tələblərindən görünür ki, məhkəmənin qərarı qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CPM-in 349.4-cü maddəsinə əsasən məhkəmənin yekun qərarı Azərbaycan Res publikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin qərarı əsaslı hesab edilir. İş üzrə mötəbər sübutlar əsasında müəyyən edilmiş hallar ondan ibarətdir ki, 22 iyun 2022-ci il tarixdə Məhkum polis əməkdaşları tərəfindən saxlanılmış və üzərində axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 16,710 qram təşkil edən qəhvəyi rəngli toz şəklində kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 4,180 qram təşkil edən ağ rə ngli kristal şəklində kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilməklə götürülmüşdür. Məhkum məhkəmə iclasında göstərmişdir ki, o, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qəbul etsə də, heç vaxt həmin maddənin və ya narkotik vasitənin satışı ilə məşğul olmamışdır. İstintaq orqanı nəticəyə gəlmişdir ki, Məhkum 22 iyun 2022-ci il tarixdə aşkar edilərək götürülmüş 16,710 qram narkotik vasitə heroini və 4,180 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etmiş və saxlamışdır. Məhkəmələr isə işə baxarkən nəticəyə gəlmişlər ki, Məhkum tərəfindən 16,710 qram narkotik vasitə heroin və 4,180 qram psixotrop maddə metamfetaminin əldə edilməsi və saxlanması cinayət işi üzrə sübutlarla təsdiq edilsə də, onun bu əməli narkotik vasitə və psixotrop maddən i satmaq məqsədi ilə törətməsi təsdiq olunmur. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutlara nəzər salaraq qeyd edir ki, həmin sübutlar Məhkum 16,710 qram çəkidə narkotik vasitə olan heroini və 4,180 qram psixotrop maddəni satmaq məqsədini müəyyən etmir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəsinin miqdarına münasibət bildirərək qeyd edir ki, narkotik vasitə olan heroinin 16,710 qram çəkidə, psixotrop maddənin isə 4,180 qram çəkidə olması opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı olan Məhkum həmin maddələri əldə etməsi, saxlaması və daşımasında məqsədinin məhz satış olmasını şərtləndirən müstəsna hal kimi çıxış edə bilmə z. Ona görə də, məhkəmələr düzgün olaraq nəticəyə gəlmişlər ki, məhkumun narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən etmək üçün narkotik vasitənin və psixotrop maddənin miqdarı ilə yanaşı, məhkumun istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin və ya psixotrop maddənin satılmasını hazırlamaq üçün məhkum tərəfindən müəyyən hərəkətlərin edilməsi, onda bunun üçün müvafiq avadanlığın aşkar edilməsi və işin digər halları nəzərə alınmalıdır. 22 iyun 2022-ci ildə aparılan şəxsi axtarış zamanı Məhkum üzərindən narkotik vasitənin satışını realizə edə biləcək hər hansı bir predmet – tərəzi, kağız və ya sellofan kəsiyi, eləcə də onun tərəfindən narkotik vasitənin və ya psixotrop maddənin xırda bükümlərə ayrılması və ya narkotik vasitənin satışından əldə olunması ehtimal ol una biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Məhkum barəsində cinayət təqibi başlanan andan cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilənədək, habelə məhkəmə icraatı zamanı verdiyi bütün izahat və ifadələrdə narkotik vasitələrin aludəçisi olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmamasını bildirmişdir. Həmçinin məhkumun hər hansı bir şəxslə narkotik vasitənin və psixotrop maddənin satılması barədə razılığa gəlməsi və ya digər bir üsulu ilə buna cəhd etməsi müəyyən edilməmişdir. Məhkumun istifadəsində olan mobil telefonunda olan SMS gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi həmin SMS-in mətnlərini təhlil edərək, nəticəyə gəlmişdir ki, həmin SMS Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasına dair mötəbər və yekun qərarı na gəlməyə imkan vermir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin bu mövqeyini əsaslı və CPM-in 146.1-ci maddəsinin tələblərinə uyğun gəlir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş “NAR” mobil operatoru tərəfindən təqdim edilmiş məlumatdan görünür ki, məhkumun istifadəsində olmuş 77-306-61-78 nömrəsinə 01 yanvar – 01 sentyabr 2022-ci il tarixlərdə, yəni 8 ay ərzində daxil olmuş və göndərilmiş SMS-dən ittiham tərəfinin istinad etdiyi SMS-lər kassasiya protestində qeyd edildiyi kimi müxtəlif tarixlərə deyil, yalnız 11 iyun 2022-ci il tarixə saat 00:20-dən saat 00:51-dək olan vaxta təsadüf edir. Qeyd olunanları, həmçinin Məhkum həm heroindən, həm metafetamindən istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyinə düçar olmasını nəzərə alaraq, məhkəmə kollegiya sı hesab edir ki, ibtidai istintaqın təqsirləndirilən şəxsin 16,710 qram çəkidə narkotik vasitə olan heroini və 4,180 qram psixotrop maddəni məhz satmaq məqsədi ilə əldə etməsi və daşıması barədə gəldiyi nəticə sübutlara deyil, ehtimallara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmə Məhkum, şahidlərin ifadələrini dinləyib onları, iş materialları ilə, yəni işdə olan digər sübutlarla müqayisəli təhlil edib əsaslı olaraq nəticəyə gəlmişlər ki, məhkumun 16,710 qram çəkidə narkotik vasitə olan heroini və 4,180 qram psixotrop maddəni qanunsuz əldə etmədə və saxlamada təqsirinin sübutlarla təsdiq edilmiş, lakin onun həmin maddəni satmaq niyyətində olması işin hallarına uyğun gəlmir və toplanmış sübutlara təsdiq olunmur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr əsaslı olaraq nəticəyə gəlmişlər ki, Məhkum tərəfindən ondan aşkar edilmiş 16,710 qram çəkidə narkotik vasitə olan heroini və 4,180 qram psixotrop maddəni satmaq məqsədi ilə əldə edilməsi və saxlanması cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olunmamış və düzgün olaraq həmin epizodla bağlı onun əməli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə tövsif etmişdir. Apellyasiya məhkəməsinin sübutları cinayət-prosessual qanunvericiliyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna, habelə “Narkotik vasitələrin, psixotrop maddələ rin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı qərarına uyğun yoxlamasını və qiymətləndirməsini nəzərə alıb məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticələr əsaslıdır. Ona görə də məhkəmə kollegiyası məhkumun əməlinin CM-in 234-1.1-ci maddəsi ilə tövsif edilməsi və onun həmin maddə ilə təqsirli bilinməsinin əsassız olmasına dair kassasiya protestinin dəlilləri ilə razılaşmır. Bundan başqa, iş materiallarından göründüyü kimi məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yo l verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə istintaq orqanı təqsirləndirilən şəxs Məhkum qabaqcadan əlbir olub bir qrup şəxs halında narkotik vasitə satış məqsədi ilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmış, işə baxan məhkəmələr isə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum əməlini düzgün olaraq CM-in 234.1-1-ci maddəsi ilə tövsif etmişlər. Odur ki, kassasiya protestinin məhkumun əməlinin tövsifi ilə bağlı dəlili əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyasi məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təyin edilmiş cəza 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə uyğun gəlir, Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə cavab verən ədalətli cəzadır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum haqqındakı qər arının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda göstərilmiş əsaslardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, həmin protest təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 1(103)-1675/2023 nömrəli Məhkum haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 1(103)-1675/2023 nömrəli tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar