Məhkəmə qərarları › İş №1(102)-825/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-825/2019

25.09.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-825/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhadoğlu, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29,177.2.1, 29,177.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1, Məhkum2, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum3 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə ilə birlikdə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əkbərov Tərlan Xanəli oğlu) xx xxxxx 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, işləməyən, Bakı şəhəri Xəzər rayon Məhkəməs inin 10 iyul 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 21 aprel 2016-cı il tarixli qərarı ilə 06 ay 17 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında fərdi tikilidə yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2 və 29,177.2.1, 29,177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14 fevral 2017-ci il tarixdən 15 fevral 2017-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət təyin edilmiş cəzasının müddətindən CM-nın 69.3-cü maddəsinə əsasən çıxılmaqla qəti olaraq, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 02 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; xx xxxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan üç uşağı olan, işləməyən, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 02 noyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.4-cü maddəsinə əsasən üç min manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10 yanvar 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1 və 68.1.3-cü maddələrinə əsasə n 05 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2, 29,177.2.1, 29,177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13 fevral 2017-ci il tarixdən 15 fevral 2017-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət təyin edilmiş cəzasının müddətindən CM-nın 69.3-cü maddəsinə əsasən, çıxılmaqla qəti olaraq, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 02 il 05 ay 28 gü n müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanında yaşamış Məhkum3 Azərbaycan Respublikası CM-nın 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nın 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində 10 iyul 2018-ci il tarixdən 17 iyul 2018-ci il tarixə qədər həbsdə, 17 iyul 2018-ci il tarixdən 16 noyabr 2018-ci il tarixə qədər ev dustaqlığında saxlanıldığı 04 ay 06 gün müddət bir günə iki gün hesablanmaqla təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıx ılmaqla qəti olaraq 01 il 03 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmşdir. İŞİN HALLARİ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli hökmü ilə Məhkum1 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayaraq, təkrarən, oğurluq etmiş, habelə öz iradəsindən asılı olmayan səbəbə görə cinayəti başa çatdıra bilməyib, oğurluğa cəhd etmişdir. Belə ki, Məhkum1 özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 yanvar 2017-ci il tarixdə, saat 1400 radələrində, Zərərçəkmiş şəxs4 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu ərazisində yerləşən sahədən dəyəri 450 manat olan dəmir darvazanı g izli olaraq talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Məhkum1, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 yanvar 2017-ci il tarixdə, saat 1400 radələrində, Zərərçəkmiş şəxs5 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu ərazisində yerləşən sahədən dəyəri 450 manat olan dəmir darvazanı gizli olaraq talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Məhkum1, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 10 yanvar 2017-ci il tarixdə, saat 1400 radələrində, Zərərçəkmiş şəxs4 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu ərazisində yerləşən sahədən dəyəri 100 manat ola n su çənini və dəyəri 500 manat olan taxta materiallarını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 600 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Məhkum1, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 10 yanvar 2017-ci il tarixdə, saat 1400 radələrində, Zərərçəkmiş şəxs5 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu ərazisində yerləşən sahədən dəyəri 250 manat olan taxta materiallarını gizli olaraq talayıb zərərçəkmiş şəxsə 250 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Məhkum1, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 fevral 2017-ci il tarixdə, saat 1300 radələrində, Zərərçəkmiş şəxs6 məxsus olan Bakı şəhəri, Xəzər ra yonu, Qala qəsəbəsi, Zeytunçuluq sovxozu ərazisində yerləşən sahədən dəyəri 800 manat olan taxta darvazanı gizli olaraq talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Məhkum1, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 fevral 2017-ci il tarixdə, saat 16 radələrində, Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən nömrəsiz bağ sahəsinin daş hasarına bərkidilmiş 1.100 manat dəyərində dəmir darvazasını çərçivədən çıxarıb gizli talayaraq darvazanın bir tayını X5 idarə etdiyi “Ford” markalı, AZ**-GM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yüklədikdən sonra hadisə yerində yaxalanaraq cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli özünün iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Bundan başqa, Məhkum1, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Məhkum2 və Məhkum3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birgə icraçı olaraq 24 iyun 2018-ci il tarixdə, saat 1500 radələrində, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozunun yaxınlığında yerləşən mal-qaranın otlaması üçün nəzərdə tutulmuş otlaq sahəsindən X3 məxsus 2.000 manat dəyərində iri buynuzlu heyvan hesab edilən bir baş inəyi gizli olaraq talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vuraraq oğurluq etmişdir. Həmin hökmlə Məhkum2 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayaraq. təkrarən, oğurluq etmiş, habelə öz iradəsindən asılı olmayan səbəbə görə cinayəti başa çatdıra bilməyib, oğurluğa cəhd etmişdir. Belə ki, Məhkum2 özgənin əmlakını ələ keçirmək məqsədi ilə 05 dekabr 2016-cı il tarixdə, saat 2200 radələrində, Zərərçəkmiş şəxs7 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu ərazisində yerləşən sahədən dəyəri 650 manat olan darvazanı gizli olaraq talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Məhkum2, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 yanvar 2017-ci il tarixdə, saat 1400 radələrində, Zərərçəkmiş şəxs4 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxoz u ərazisində yerləşən sahədən dəyəri 450 manat olan dəmir darvazanı gizli olaraq talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Məhkum2, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 yanvar 2017-ci il tarixdə, saat 1400 radələrində, Zərərçəkmiş şəxs5 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu ərazisində yerləşən sahədən dəyəri 450 manat olan dəmir darvazanı gizli olaraq talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Məhkum2, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 fevral 2017-ci il tarixdə, saat 1300 radələrində, Zərərçək miş şəxs6 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Zeytunçuluq sovxozu ərazisində yerləşən sahədən dəyəri 800 manat olan taxta darvazanı gizli olaraq talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Məhkum2, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 fevral 2017-ci il tarixdə, saat 16 radələrində, Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən nömrəsiz bağ sahəsinin daş hasarına bərkidilmiş 1.100 manat dəyərində dəmir darvazasını çərçivədən çıxarıb gizli talayaraq darvazanın bir tayını X5 idarə etdiyi “Ford” markalı, AZ**-GM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yüklədikdən sonra hadisə yerində yaxalanaraq cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli özünün iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Bundan başqa, Məhkum2, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Məhkum1 və Məhkum3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birgə icraçı olaraq 24 iyun 2018-ci il tarixdə, saat 1500 radələrində, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozunun yaxınlığında yerləşən mal-qaranın otlaması üçün nəzərdə tutulmuş otlaq sahəsindən X3 məxsus 2.000 manat dəyərində iri buynuzlu heyvan hesab edilən bir baş inəyi gizli olaraq talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vuraraq oğurluq etmişdir. Həmin hökmlə Məhkum3 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, qabaqcad an əlbir olan bir qrup şəxs halında, təkrarən, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Məhkum3 özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Məhkum1 və Məhkum2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birgə icraçı olaraq 24 iyun 2018-ci il tarixdə, saat 1500 radələrində, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozunun yaxınlığında yerləşən mal-qaranın otlaması üçün nəzərdə tutulmuş otlaq sahəsindən zərərçəkmiş şəxs X3 məxsus 2.000 manat dəyərində iri buynuzlu heyvan hesab edilən bir baş inəyi gizli olaraq talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Məhkum3, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 05 iyul 2018ci il tarixdə, saat 1530 radələrində, Ba kı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozunun yaxınlığında yerləşən mal-qaranın otlaması üçün nəzərdə tutulmuş otlaq sahəsindən Zərərçəkmiş şəxs1 məxsus 2.000 manat dəyərində iri buynuzlu heyvan hesab edilən bir baş inəyi gizli olaraq talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vuraraq oğurluq etmişdir. Hökmdən Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Mursaqulov Vaqif Ənvər oğlu, hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə) 17 yanvar 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə ilə birlikdə kassasiya şikayəti verərək həmin qərarını ləğv etməklə cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmənin hökmü işin müəyyən edilmiş faktiki hallarına uyğun deyildir. Belə ki, zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilmədiyi halda, məhkəmə Məhkum3 tərəfindən ona vurulmuş ziyanın tam ödənilməsi barədə nəticəyə gəlmiş, hökm çıxararkən və cəza təyin edərkən Məhkum3 tərəfindən vurulmuş ziyanın tam ödənilməsi kimi əsassız nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsində icr aat zamanı ifadə vermiş təqsirləndirilən şəxs Məhkum3 göstərmişdir ki, “cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş maddi zərəri tamamilə ödəmiş və onlarla barışmışdır. Hazırda zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və ya digər tələbləri yoxdur”. Məhkəmənin iclasında zərərçəkmiş şəxs verdiyi ifadəsində qeyd etmişdir ki, “mənə ümumilikdə 4.000 manat məbləğində ziyan dəymişdir. Belə ki, hər bir inəyin ayrı-ayrılıqda dəyəri 2.000 manatdır. Hazırda mənə dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxslərdən şikayətçiyəm, mənə vurulmuş maddi zərərin ödənilməsini və təqsirləndirilən şəxslərə qanuna müvafiq cəza təyin edilməsini xahiş edirəm”. İş materiallarında zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi barədə heç bir sübut yoxdur. Bu barədə yeganə iddia təqsirləndirilən şəxs Məhk um3 ifadəsidir. Məhkəmə isə hökmdə qeyd etmişdir: “...Məhkəmə Məhkum3 törətdiyi əməllərindən səmimi peşman olmasını, cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş maddi zərəri tam ödəməsini və onlarla barışmasını, həmin zərərçəkmiş şəxslərin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır...”. Məhkəmə öz hökmündə gəldiyi nəticələri qanuna uyğun şəkildə və sübutlarla əsaslandırmalıdır. Göründüyü kimi, zərərçəkmiş şəxsin şikayətçi olmağı, ona vurulmuş ziyanın ödənilmədiyinə əhəmiyyət verilmədən guya vurulmuş ziyanın tam ödənilməsi kimi qanunsuz nəticəyə gəlinmişdir. Şikayətdə həm də qeyd edilmişdir ki, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilmədiyi halda, nəyə görə hökmdə ödənilmiş hesab edilməklə təqsirləndirilən şəxs Məhkum3 azadlıqda saxlanılması ilə bağlı apellyasiya şikayətində göstərmiş, apellyasiya məhkəməsi qərarında şikayətdə qeyd etdiyi hallara nəinki şərh verməmiş və şikayətin dəlillərini araşdırıb qiymətləndirməmişdir. Belə ki, apellyasiya məhkəməsinin də qərarında birinci instansiya məhkəməsinin yazdıqları sözbəsöz təkrar olunmuşdur “...Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Məhkum3 törətdiyi əməllərindən səmimi peşman olmasını, cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş maddi zərəri tam ödəməsini və onlarla barışmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi şikayətin dəlilinə qiymət verməmişdir. Bundan başqa, şikayətdə gös tərilmişdir ki, məhkəmə qanunsuz olaraq məhkumlara yüngül cəza təyin etmiş, Məhkum3 isə ümumiyyətlə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin etmişdir. Halbuki, iş materiallarından göründüyü kimi, bu şəxslər çoxsaylı oğurluq cinayətləri törədən əlbir şəxslərdir. Qeyd olunanları nəzərə zərərçəkmiş şəxs və onun nümayəndəsi apellyasiya məhkəməsinin qərarını ləğv edərək cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxsin və onun nümayəndəsinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə kassasiya şikayətinin qismən təmin edilməsinə etirazının olma ması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2019-cu il tarixli qərarı Məhkum3 aid hissədə ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya şikayətində məhkumların təqsirli bilinməsi və əməlin tövsifi məsələləri mübahisələndirilmir. Şikayətdə X3ə qarşı cinayət törətmiş Məhkum1 və Məhkum2 təyin edilmiş cəzaların nə səbəbdən yüngül hesab olunduğu (zərərçəkmiş şəxs tərəfindən) göstərilməsə də, apellyasiya məhkəməsinin qərarının tam şəkildə ləğv edilməsi xahiş olunmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin məhkumlara ağır cəza təyin edilməsinə dair tələb apellyasiya şikayətində də qoyulmuş, bununla bağlı bir sıra dəlillərə istinad edilmiş və bu səbəbdən də həmin dəlillər apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin Məhkum 1 və Məhkum2 təyin edilmiş cəza ilə bağlı mövqeyi iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır. Kassasiya şikayətində konkret olaraq Məhkum3 təyin edilmiş cəzanın yüngül olması iddia edilir və bununla bağlı bir sıra dəlillərə istinad olunur. Həmin dəlillərdən biri ondan ibarətdir ki, ona vurulmuş ziyanın ödənilmədiyi halda, birinci instansiya məhkəməsi hökmdə Məhkum3 cəza təyin edərkən onun zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam şəkildə ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmış, nəticədə ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın təyin edilməli olduğu qənaətinə əsassız olaraq gəlinmişdir. Şikayətin həmin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, X3 vurulmuş ziy an ödənilməmiş, buna baxmayaraq, birinci instansiya məhkəməsi hökmdə Məhkum3 zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənildiyi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alındığı (məhkəmə tərəfindən) qeyd olunmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş materiallarına uyğun deyildir. Apellyasiya məhkəməsi isə həmin məsələyə münasibət bildirməmiş, bu çatışmazlığı aradan qaldırmamış, apellyasiya şikayətinin bu barədə dəlillərinə səthi yanaşmış, onları qanunla nəzərdə tutulmuş qaydada cavablandırmamış, gəldiyi nəticəni faktiki olaraq əsaslandırmamışdır. Mübahisəsizdir ki, belə çatışmaqlıqlarla çıxarılmış qərar qanuni hesab oluna bilməz. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən aşağıdakı normaların tələblərini və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcr übəsini də nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində qeyd olunmuşdur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yalnız sübutlara əsasən müəyyən edilir Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır, yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə qə rarının əsaslandırılması problemi üzrə mövqeyini bir çox sənəddə o, cümlədən “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 11 yanvar 2007-ci il tarixli qərarının 83-cü bəndində şərh etmişdir. Həmin qərarda göstərilmişdir ki, “...formalaşmış ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi prinsipini əks etdirən presedent hüququna uyğun olaraq məhkəmələrin və ədalət mühakiməsini həyata keçirən başqa orqanların qərarlarında onların qəbul edilməsi əsasları yetərincə əks etdirilməlidir. 6-cı maddənin 1-ci bəndi məhkəmə instansiyalarından tələb edir ki, onlar çıxardıqları qərarların əsaslarını göstərsinlər, lakin həmin bəndə hər bir dəlilin ətraflı cavablandırmasını tələb edən qayda kimi baxmaq olmaz. Qərarın əsaslandırılması barədə vəzifə hansı həcmdə yerinə yetilməlidir – bu q əbul edilən qərarın xarakterindən asılıdır (Ruis Torixa İspaniyaya qarşı iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarın 29-cu bəndi). Baxmayaraq ki, məhkəmələr konkret iş üzrə dəlillərin müəyyən edilməsi məsələsi haqqında qərarın verilməsində və tərəflərin mövqelərinin əsaslandırılması üçün sübutların gətirilməsində məhdud səlahiyyətlərdən istifadə edirlər, bu orqanlar qəbul etdikləri qərarların motivlərini təsvir etməklə öz hərəkətlərinin əsaslarını göstərməyə borcludurlar (Suominen Finlyandiyaya qarşı iş üzrə 01 iyul 2003-cü il tarixli qərarın 36-cı bəndi). Əsaslandırılmış qərarın daha bir rolu ondan ibarətdir ki, bu halda tərəflərə aydın olur ki, onların mövqeləri dinlənilib. Bundan başqa qərarın əsaslandırılması tərəflərə onu mübahisələndirməyə, apellyasiya məhkəməsinə isə həmin qərara y enidən baxmağa imkan yaradır. Qərarda əsasların təsvir edilməsi ictimaiyyət tərəfindən ədalət mühakiməsi üzərində nəzarətin həyata keçirilməsi üçün başlıca vasitədir. (Xirvisaari Finlyandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli qərarın 30-cu bəndi)”. Qeyd olunanlara uyğun mövqe Hiro Balani İspaniyaya qarşı iş üzrə məhkəmə qərarında da (09 dekabr 1994-cü il tarixli) göstərilmişdir. Həmin işdə ərizəçi məhkəməyə konkret cavab tələb edən yazılı arqumentlər təqdim etməsinə baxmayaraq, məhkəmə həmin arqumentlərə cavab verməmiş, bu səbəbdən də müəyyən etmək mümkün olmamışdır ki, məhkəmə həmin arqumentlərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib, əgər rədd edibsə bunu hansı əsaslara görə edib. Bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda göstərilən qərarı ilə İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusu hesab edilmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarı Məhkum3 cəza təyini hissəsində əsassız olduğundan həmin hissədə ləğv edilməli (Azərbaycan Respublikası CPM-nin 416.0.2 və 416.0.21ci maddələrində göstərilən əsaslarla), kassasiya şikayəti isə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29,177.2.1, 29,177.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1, Məhkum2, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum3 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2019-cuil tarixli qərarı Məhkum3 aid hissədə ləğv edilsin və cinayət işinin apellyasiya instansiya məhkəməsində həmin hissədə yenidən baxılması təyin edilsin. Apellyasiya məhkəməsinin qərarının qalan hissəsi dəyişdirilmədən saxlanılsın (Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə ilə birlikdə verdiyi kassasiya şikayətinə münasibətdə). Kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar