Məhkəmə qərarları › İş №1(102)-825/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-825/2021

16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-825/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X14, Məhkum və Zərərçəkmiş şəxs2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Resp ublikası CM-nin 178.3.2, 179.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Ə.Q.Quliyev (sədrlik edən), E.H.Vəliyev və İ.X.Həsənzadədən ibarət tərkibdə) 03 noyabr 2017-ci il tarixli hökmü ilə xx xxxxxx 1956-cı ildə Abşeron rayonunun Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Qobu bələdiyyəsinin üzvü, ünvan 1 ünvanda yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2 və 320.1-ci maddələri ilə təqsirli b ilinib CM-nin 178.3.2-ci maddəsi ilə 02 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 il müddətinə, CM-nin 179.3.2-ci maddəsi ilə 02 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 il müddətinə, CM-nin 320.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddəsinə əsasən əsas və əlavə cəzalar qismən toplanmaqla Məhkum qəti olaraq 03 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Hökmdən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, mü dafiəçilər X28 və X4 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2018-ci il tarixli qərarı ilə müdafiəçilərin apelyasiya şikayətləri təmin edilmiş, zərər çəkmiş şəxsin apelyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.3.2 və 320.1-cü maddələri məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4-ci maddələrinə tövsif edilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsindən həmin Məcəllənin 179.2.2, 179.2.3 və 179.2.4-ci maddələrinə tövsif edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-ci maddələri ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-ci maddələri ilə 2 (iki) il müddətinə dövlət və özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edimiş, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən hazırkı qərarla və Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təyin edilmiş cəzaları qismən toplanmaqla Məhkum qəti olaraq 3 (üç) il müddətinə dövlət və özü nüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 03 noyabr 2017-ci il tarixdən 26 yanvar 2018-ci il tarixədək həbsdə olduğu 2 (iki) ay 23 (iyirmi üç) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 3 (üç) il müddətinə dövlət və özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 9 (doqquz) ay 7 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası Məhkum şərti olaraq tətbiq edilmiş və ona 2 (iki) il sınaq müddəti müəyyən edilmiş, Məhkum barəsində seç ilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə zalında həbsdən azad edilmiş, Məhkum üzərində nəzarət Abşeron rayon icra şöbəsinə həvalə edilmiş Məhkum üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmuş, hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs2 və nümayəndəsi X15 birgə kassasiya şikayətlərinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi 18 iyun 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətini təmin edərək, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2018-ci il tarixli qərarı Zərərçəkmiş şəxs2 və nümayəndəsi X15 birgə kassasiya şikayətlərinə münasibətdə ləğv edilmiş, cinayət işi həmin məhkəmədə yenidən apelyasiya baxışına təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər: X21 (sədrlik edən), X7 və X5 ibarət tərkibdə) zərərçəkmiş şəxs və müdafiəçilər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.3.2 və 320.1-cü maddələri məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli hökmü Azərbaycan Respublikası CM-nin 178.3.2 və 179.3.2-ci maddələrinə aid hissədə dəyişdirilsin, 320.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair hissədə ləğv edilmiş, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müd dəti keçdiyindən Məhkum Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət təqibinə xitam verilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4-ci maddələrinə, Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsindən həmin Məcəllənin 179.2.2, 179.2.3 və 179.2.4-ci maddələrinə tövsif edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-ci maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırması, Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-ci maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət v ə özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən, təyin edilmiş cəzaları qismən toplanmaqla Məhkum qəti olaraq 2 (iki) il müddətinə dövlət və özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 03 noyabr 2017-ci il tarixdən 26 yanvar 2018-ci il tarixədək həbsdə olduğu 2 (iki) ay 23 (iyirmi üç) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il müddətinə dövlət və özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırması cəzası saxlanılmış, qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmiş, hökm qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 2010-2015-ci illərdə Abşeron rayonu, Qobu bələdiyyəsinin sədri vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını talama məqsədilə, Qobu bələdiyyəsinin hesabına ayrıayrı daxilolmalar üzrə xəzinəyə mədaxil edilmiş mövcud olan pul vəsaitindən 4000 manat məbləği 19.10.2012-ci il tarixli 56 saylı kassa məxaric orderi ilə təhtəl hesab şəxs kimi malmaterial alınması adı ilə məxaric edib götürməsinə baxmayaraq, həmin məbləğ üzrə heç bir mal-material almadan, qanunsuz və əvəzsiz olaraq özünə götürüb, həmin məbləği özünün şəxsi ehtiyaclarına xərcləməklə, qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş Qobu bələdiyyəsinə məxsus xeyli miqdarda əmlakı mənimsəməklə talamışdır. Bundan əlavə o, həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək vahid qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını təkrarən ələ keçirmə niyyəti ilə, 2013-cü ilin avqust ayında ona müraciət etmiş Bakı şəhər sakini X18 Qobu qəsəbəsində 0,08 ha torpaq sahəsini 2000 manata, Sumqayıt şəhər sakinləri - X8 hər biri 0,08 ha təşkil edən iki torpaq sahəsini 4000 manata, həmçinin X12 hər biri 0,08 ha təşkil edən iki torpaq sahəsini 4000 manata satmaqla onların adına rəsmiləşdirəcəyini yalandan vəd verib, qu lluq mövqeyinə görə və eləcə də aralarında yaranmış münasibətlərə görə həmin şəxslərin ona olan inam və etimadından istifadə etməklə, 2013cü ilin avqust ayında Abşeron rayonu, Qobu qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən Qobu Bələdiyyəsinin inzibati binasındakı xidməti otağında Rəhman Nuriyev, Samir Qəribov və Namiq Abdullayevdən ümumilikdə 10.000 manat pulu alaraq, öz qulluq mövqeyindən istifadə edərək özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, qeyd edilən vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək təkrarən eyni niyyətlə, Qaradağ rayonu, Müşfiqabad qəsəbə sakini X1 adına olan torpaq sahəsinin rəsmiləşdirilməsi üçün etdiyi müraciətinə əsasən, Abşeron rayonu Qobu qəsəbəsində so nuncuya məxsus 0,05 ha torpaq sahəsinin 1900 manat müqabilində sənədləşdirilməsini, 50 manat müqabilində isə torpaq sahəsinin xəritəsinin hazırlanmasını təşkil edəcəyini yalandan vəd verərək, 2014-cü ilin aprel ayının 27-də 500 manat, həmin ayın 29-da 500 manat və 01 may 2014-cü il tarixdə isə 950 manat olmaqla, sonuncunun cəmi 1950 manat pulunu Abşeron rayonu Qobu qəsəbəsi ərazisində almaqla, öz qulluq mövqeyindən istifadə edərək özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Həmçinin o, göstərilən vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək təkrarən eyni məqsədlə, ona müraciət etmiş Abşeron rayonu, Qobu qəsəbə sakini Zərərçəkmiş şəxs2 Abşeron rayonu Qobu qəsəbəsində hər biri 0,08 ha təşkil edən üç və 0,04 ha təşkil edən bir torpaq sahəsini onun qohumlarının adına rəsmiləşdirilməsini təşkil edəcəyini yalandan vəd verərək, qulluq mövqeyinə və həmyerli kimi Zərərçəkmiş şəxs2 ona olan inam və etibarından istifadə etməklə 2013-2014-cü illərdə sonuncudan Abşeron rayonu, Qobu qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən Qobu Bələdiyyəsinin inzibati binasındakı xidməti otağında hissə-hissə olmaqla ümumilikdə 3900 manat pulu alaraq, öz qulluq mövqeyindən istifadə edib özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, qeyd edilən vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək təkrarən eyni niyyətlə, Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 müraciətinə əsasən, ona Abşeron rayonu Qobu qəsəbəsində ye rləşən 0,04 və 0,08 ha torpaq sahələrinin verəcəyi 3000 manat pulun müqabilində adına rəsmiləşdirilməsini təşkil edəcəyini yalandan vəd verərək, 2014-cü ilin fevral ayında ünvan 2 ünvanında yerləşən evində 3000 manat pulu sonuncudan almaqla, öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs1 həmin məbləğdə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını vahid qəsdlə təkrarən talama məqsədilə, Qobu bələdiyyəsinin hesabında ayrı-ayrı daxilolmalar üzrə xəzinədə mövcud olan pul vəsaitlərini rəsmi sənədlər əsasında, o cümlədən 118600 manat məxaric olunmasına dair 17.04.2014cü il tarixli 09 saylı, 49000 manat məxaric olunması na dair 22.04.2014-cü il tarixli 10 saylı, 25500 manat məxaric olunmasına dair 25.04.2014-cü il tarixli 11 saylı, 41680 manat məxaric olunmasına dair 11.06.2014-cü il tarixli 16 saylı, 48000 manat məxaric olunmasına dair 09.07.2014-cü il tarixli 16 saylı, 13000 manat məxaric olunmasına dair 18.08.2014-cü il tarixli nömrəsiz, 22800 manat məxaric olunmasına dair 05.09.2014-cü il tarixli 26 saylı, 33600 manat məxaric olunmasına dair 29.09.2014-cü il tarixli 28 saylı, 56620 manat məxaric olunmasına dair 10.10.2014-cü il tarixli 28 saylı, 25000 manat məxaric olunmasına dair 21.10.2014-cü il tarixli 29 saylı, 20600 manat məxaric olunmasına dair 22.10.2014-cü il tarixli 30 saylı, 5000 manat məxaric olunmasına dair 28.10.2014-cü il tarixli 31 saylı, 34200 manat məxaric olunmasına dair 03.11.2014-c ü il tarixli 32 saylı, 13800 manat məxaric olunmasına dair 14.11.2014-cü il tarixli 34 saylı, 11400 manat məxaric olunmasına dair 28.11.2014-cü il tarixli 35 saylı, 17000 manat məxaric olunmasına dair 04.12.2014-cü il tarixli 36 saylı, 32800 manat məxaric olunmasına dair 16.12.2014-cü il tarixli 37 saylı, 1120 manat məxaric olunmasına dair 16.01.2015-ci il tarixli 1 saylı, 32040 manat məxaric olunmasına dair 04.02.2015-ci il tarixli, 27200 manat məxaric olunmasına dair 25.02.2015-ci il tarixli, 83800 manat məxaric olunmasına dair 25.02.2015-ci il tarixli, 17500 manat məxaric olunmasına dair 10.02.2015ci il tarixli, 45500 manat məxaric olunmasına dair 01.04.2015-ci il tarixli və 5650 manat pul vəsaitinin məxaric edilməsinə dair 14.07.2015-ci il tarixli 10 saylı kassa məxaric orderləri ilə t əhtəl hesab şəxs kimi götürdüyü ümumilikdə 781410 manat pul vəsaitindən, heç bir sənəd tərtib etmədən 577480 manat məbləğin 2014-2015-ci illərdə Abşeron rayonu Qobu qəsəbəsində işlərin görülməsinə-daxili yolların və küçələrin təmir edilməsinə, yeni asfalt örtüyünün vurulmasına, eyni zamanda 160207.30 manat vəsaitin qəsəbə ərazisində stadionun inşasına sərf etməklə, qalan cəmi 43722.70 (qırx üç min yeddi yüz iyirmi iki) manat məbləği özünün şəxsi ehtiyaclarına xərcləyərək, öz qulluq mövqeyindən istifadə edib ona etibar olunmuş Qobu bələdiyyəsinə məxsus küllü miqdarda əmlakı vahid qəsdlə mənimsəmə yolu ilə təkrarən talamışdır. Həmçinin o, qeyd olunan vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək təkrarən eyni niyyətlə, ona müraciət etmiş Gədəbəy rayon sakini X6 1600 manat müqabi lində Qobu qəsəbəsində 0,08 ha torpaq sahəsi ayrılmaqla adına rəsmiləşdiriləcəyini yalandan vəd edərək, 21 iyul 2015-ci il tarixində Abşeron rayonu, Qobu qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən Qobu Bələdiyyəsinin inzibati binasındakı xidməti otağında sonuncunun bacısı X3 1600 manat pulu almaqla, öz qulluq mövqeyindən istifadə edərək ZŞ4 həmin məbləğdə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, göstərilən vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək vahid qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını təkrarən ələ keçirmə məqsədilə, yenidən ona müraciət etmiş Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0,08 ha olmaqla 16 torpaq sahəsinin hər birini 2300 manat müqabilində onun və qohumu X16 adına sənədləşdirilməsini təşkil edəcəyini yalandan vəd verərək, 2014-cü ilin aprel-may aylarında ünvan 3 ünvanında yerləşən Abşeron RİH-nin inzibati binasının qarşısında 7000 manat, daha sonra həmin yerdə 11.500 manat, Abşeron rayonu, Qobu qəsəbəsinin girəcəyində yerləşən çayxanada müxtəlif vaxtlarda 5000 və 8000 manat, daha sonra isə Abşeron rayonu Qobu qəsəbəsi ərazisində 5300 manat olmaqla, ümumilikdə 36800 manat pulu sonuncudan alaraq, torpaq sahələrinin sənədlərinin hazırlanmasını təşkil etməsi görüntüsünü yaratmaqla törətmiş olduğu cinayət əməlini gizlətmək üçün, bələdiyyədə müvafiq vəzifəsindən azad olunmasına baxmayaraq, 2016-cı ilin iyun ayında Bakı şəhəri ərazisində fəaliyyət göstərən istintaqa məlum olmayan kompyuter xidmətləri m ərkəzlərindən birində torpaq üzərində mülkiyyət hüquqlarının tanınmasına hüquq verən rəsmi sənədləri - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 25.10.2012-ci il tarixli 2015, 2016, 2017, 2018, 2019, 2020, 2021, 2022, 2023, 2024, 2025 və 2026 №-li rəylərini, Abşeron rayon şöbəsində 25.10.2012-ci il tarixdə 2015, 2016, 2017, 2018, 2019, 2020, 2021, 2022, 2023, 2024, 2025 və 2026 №-si ilə qeydə alınmış torpaq alqı-satqısına dair aktlarını, Abşeron rayonu Qobu bələdiyyə Şurasının Zərərçəkmiş şəxs1 torpaq sahəsi satılmasına dair 10.01.2007ci il tarixli 01 №-li, 17.05.2007-ci il tarixli 09 №-li, 14.06.2007-ci il tarixli 18 №-li, 18.07.2007-ci il tarixli 14 №-li, 01.08.2007-ci il tarixli 17 №-li, 06.11.2007-ci il tarixli 22 №-li, X19 torpaq sahəsi s atılmasına dair 18.07.2007-ci il tarixli 14 №-li, 14.06.2007-ci il tarixli 18 №-li, 17.05.2007-ci il tarixli 09 №-li, 06.11.2007-ci il tarixli 22 №-li, 10.01.2007-ci il tarixli 01 №-li, 01.08.2007-ci il tarixli 17 №-li qərarlarını hazırlayaraq, rəylərdə nömrə və tarix rəqəmlərini, Azərbaycan Respublikası DT və XK-nin Abşeron rayon şöbəsinin müdiri: M.İ.Vəliyev” qrafasındakı imzaları, Abşeron rayonu Qobu bələdiyyə Şurasının qərarlarında “SƏDR: M.Ə.Bayramov” qrafasındakı imzaları, torpaq alqı-satqısına dair aktlarda nömrə və tarix rəqəmlərini, “GSG” qrafalarındakı imzaları, habelə “MəhkumN” qrafalarındakı imzaları şəxsən icra edib, rəylərdə və torpaq alqı-satqısına dair aktlarda Azərbaycan Respublikası DT və XK-nin Abşeron rayon şöbəsinin və Qobu bələdiyyəsinin, Abşeron rayonu Qobu bələdiyyə Şurasının qərarlarında Qobu bələdiyyəsinin möhür əkslərini naməlum şəxs tərəfindən relyef klişedən üzərinə birbaşa vurulması üsulu ilə saxtalaşdırılmasını təmin edib qanunsuz hazırlayaraq sonradan Zərərçəkmiş şəxs1 verməklə, öz qulluq mövqeyindən istifadə edib özgənin küllü miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmışdır. Kassasiya şikayətinin dəlilləri: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs2 kassasiya şikayəti verərək əməlinin düzgün tövsif olunmadığını qeyd etmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarında göstərilir ki, Məhkum 2010- 2015-ci illərdə Abşeron rayonu Qobu bələdiyyəsinin sədri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərkən, təkrarən dələduzluq, yəni alatma yolu ilə bir neçə nəfərdən: Samir Qəribovdan, Namiq Abdullayevdən, Rəhman Nuriyevdən 10.000 manat; Sevindik Məmmədovdan 1950 manat; Gülşən Hüseynovadan 1600 manat; Zərərçəkmiş şəxs1 3000 və 36.800 manat məbləğində, o cümlədən məndən 3900 manat ona etibar edilmiş pulu rəsmi sənədləri saxtalaşdıraraq mənimsəmişdir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən Məhkum tərəfindən dələduzluq yolu ilə əldə edilmiş ümumi məbləğ 57250 manat təşkil edir. Belə olan halda məhkəmə tərəfindən tövsifin dəyişdirilməsi qanuna uyğun deyil. Bundan sonra apellyasiya məhkəməsinin qərarında qeyd edilir ki, Məhkum tərəfindən mənə 4500 manat ödənilmiş və bundan əlavə Məhkum mənə 13100 manat məbləğində borcu var. Zərərçəkmiş şəxs2 qeyd olunanların nəzərə alınmasını, məhkumun əməlinin Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.3.2 və 320.1-ci maddələrinə tövsif olunmasını və ona ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə zərərçəkmiş şəxsin, kassasiya şikayətinin təmin olunmaması barədə məhkumun və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə q ənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkumun əməlinin əsassız olaraq CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif edilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun əməlinin düzgün tövs if edilməməsi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir Azərbaycan respubl ikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət əməli nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 179.1-ci maddəsində isə mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama cinayət əməli nəzərdə tutulmuşdur. Məhkum Müsəllim oğlu həmin Məcəllənin 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinmiş, yəni, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətini törətməyə və şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda əmlakı təkrar mənimsəməklə talamağa görə cinayət məsuliyyəti cəlb olunmuşdur. İş materiallarından görünür ki, Məhkum Novruz oğlunun 2010-2015-ci illərdə Abşeron rayonu, Qobu bələdiyyəsinin sədri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərəkən, təkrarən dələduzluq, yəni aldatma yolu ilə X9, X12 və X18 məxsus 10.000 manat, X2 məxsus 1950 manat, Zərərçəkmiş şəxs2 məxsus 3900 manat, Zərərçəkmiş şəxs1 məxsus 3000 və 36800 manat məbləğlərində pulu ələ keçirməsi, habelə təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş 43722,3 manat məbləğində pulu mənimsəməsi və rəsmi sənədləri saxtalaşdırması tam təsdiq olunmuşdur. Hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinə olan qeydin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182, 185-187 və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məb ləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinə əsasən əməlin cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli törətmiş şəxslərə şamil edilir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi qüvvədə olan cinayət qanununa əsasən Məhkum tərəfindən talanmış əmlakın miqdarının xeyli olduğundan, onun dələduzluq və mənimsəmə əməllərini Azərbaycan Respublikası CM-nin 178.3.2 və 179.3.2-ci maddələrindən, müvafiq olaraq həmin Məcəllənin 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrinə tövsif etməklə əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsində hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma cinayət əməli nəzərdə tutulmuşdur. Həmin Maddənin sanksiyasına əsasən üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən olunur. Azərbaycan Respublikası CM-nin 15.2-cü maddəsinə əsasən, həmin Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrumetmə ilə b ağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 75.1, 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. İş materiallarından müəyyən olunur ki, Məhkum ittiham olunduğu cinayət əməlini 2010-2015-ci ildə törətmişdir. Məhkum Azərbaycan Respublikasının CM-nin 320.1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilmə müddəti cinayət qanunvericiliyinin tələblərinə görə 2017-ci ildə bitmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinin tələblərinə görə cinayət məsul iyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə kollegiyası qeyd etmək istəyir ki, Apellyasiya məhkəməsinin Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə cinayət işi üzrə cinayət təqibinə xitam verilməsinə dair gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respubl ikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, məhkumun qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə xətşünaslıq, məhkəmə texniki ekspertizalarının və mütəxəssisin rəyləri, CD disklərə baxış keçirilməsi protokolları və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilərək əsaslı nəticəyə gəlinmişdir. Məhkuma daha ağır cəza təyin edilməsinə dair kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq məhkəmə kollegiyası qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bi r konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran ha lları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli q ərarı ilə Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini, məhkumun zərərçəkmiş şəxslərin çoxuna dəymiş ziyanı ödəməsi, qalan ziyanı ödəməyə cəhd göstərməsini, məhkəmələr tərəfindən məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları m üəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli qərarı Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar