Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-825/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Mirzəyev Fikrət Mustafa oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəmə sinin 31 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2023-cü il tarixli qərarından Məhkum və müdafiəçisi Mirzəyev Fikrət Mustafa oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 1(101)-122/2023 nömrəli (hakimlər: Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ailəli, himayəs ində 2013 və 2016-cı il təvəllüdlü iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, xxx qeydiyyatında olan, xxx-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-ci maddələri ilə 10 (on) il müddətinə və Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, ona cinayətlərin məcmusu ilə təyin olunmuş cəzalar qismən toplanılmaqla, cəzasının əvvəli 28 noyabr 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə üzərində qəti olaraq 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cinayət Məcəlləsinin 93-1.2-ci madddəsin ə əsasən, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, Cinayət Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, Məhkum Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığından bəraət verilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmiş, o cümlədən maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Mirzəyev Fikrət Mustafa oğlu; təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quliyev Azər Şahbala oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2023-cü il tarixli 1(103)-816/2023 nömrəli (hakimlər: Murquzov İlqar Musta fa oğlu (sədrliyi və məruzəsi), Babayev Qədim Xalid oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2023-cü il tarixli qərarından Məhkum və müdafiəçisi Mirzəyev Fikrət Mustafa oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli hökmünə əsasən, Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir o lan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və narkotik vasitələrə və yaxud psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz olaraq əldə etmişlər, daşımışlar və saxlamışlar. Belə ki, Məhkum Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 iyul 2020-ci il tarixli qərarı ilə rayon İcra və Probasiya şöbəsinin təqdimatı əsasında ona təyin edilmiş hökmün dəyişdirilərək 1 il 3 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsinə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4 iyun 2021-ci il tarixli qərarı ilə 5 ay 7 gün müddətinə vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən tanışı Təqsirləndirilən şəxs və barələrində cinayətin haqqında icraat ayrılmış başqa şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən xalis çəkisi 2540 qram narkotik vasitə heroini, külli miqdarda təmiz çəkisi 6470 qram narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda “Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına daxil edilən təsiredici maddəsinin ümumi miqdarının 16 qram olan narkotik vasitə metadonu və Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş külli miqdarda “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxil edilən təsiredici maddəsinin ümumi miqdarı 27 qram narkotik vasitələr və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalini əldə edib narkotik vasitə heroinin külli miqdarda təmiz çəkisi 60 qram hissəsini Məhkum üzərində və külli miqdarda xalis çəkisi 30 qram hissəsini Təqsirləndirilən şəxs üzərində, qalan kütlələri Məhkum idarə etdiyi “Hyundai Elantra” markalı **-TX-*** dövlət nömrə nişanlı avtomobilinin yük hissəsində saxlamışlar, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum və Təqsirləndirilən şəxs 28 noyabr 2021-c i il tarixdə saat 01:00-da Bakı şəhəri Səbail rayonu Bibiheybət yolu 2 ünvanın yaxınlığında saxlanılaraq “Hyundai Elantra” markalı **-TX-*** dövlət nömrə nişanlı avtomobillə Baş Narkotiklərlə Mübarizə idarəsinə gətirilib üzərlərinə şəxsi axtarış keçirilərkən, Məhkum əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 60,0 qram və Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 30,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 28 noyabr 2021-ci il tarixdə saat 06:40dan etibarən Məhkum öz könüllü razılığı və iştirakı ilə Təqsirləndirilən şəxs ilə birlikdə Məhkum idarə etdiyi “Hyundai Elantra” markalı, **-TX-*** qeydiyyat nişanlı avtomobilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyətində baxış keçirilən zaman avtomobilin yük hissəsində əldə edib, saxlayaraq daşıdıqları bir ədəd qara rəngli torbanın içərisində olan iki ədəd sellofan bağlamada külli miqdarda ayrı-ayrılıqda çəkiləri 1180,0 qram və 1270,0 qram olmaqla ümumi çəkisi 2450,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd torbanın içərisində olan 5 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1350 qram, 1300 qram, 1000 qram, 1420 qram, 1400 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 6470 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda, 16 qram olan 400 ədəd metadon həbləri və təsiredici maddəsinin ü mumi miqdarı külli miqdarda, 27 qram üzərində “Preqabalin-150” göstəricisi olan 180 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Mirzəyev Fikrət Mustafa oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmamış, məhkəmə qərarları qeyri-obyektiv və əsassız, cinayət işinin ibtidai istintaqı zamanı işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və prosessual pozuntulara yol vermişdir. Belə ki, məhkəmənin öz hökmündə sübut kimi əsaslandığı ən əsas dəlillər təqsirləndirilən şəx slərə məxsus telefonların “Whatsapp” vasitəsilə apardıqları yazışmalardır. Məhkəmədə araşdırılmış "telefon zəngləri üzrə aparılmış danışıqlara dair məlumatlara baxış keçirilməsi haqqında” yazışmalardan görünür ki, təqsirləndirilən şəxslərin telefonlarına gələn və çıxan yazışmalarda satışı sübut edən heç bir fakt yoxdur. İstintaq tərəfindən cinayətin sübutu kimi təqdim edilmiş və məhkəmədə araşdırılmış "Azerfon” MMC-dən daxil olmuş giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə baxış vaxtı yazışmalara əsasən, X özü istifadə etmək üçün narkotik vasitəni kimdənsə almaq istəyir, yəni onun əməlində satışla bağlı yox, alışla bağlı və istifadəçi kimi cinayət əməlinin tərkibi var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6 -cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Digər məsələ təqsirləndirilən şəxslərin üzərinə və avtomobilə keçirilmiş baxışla bağlıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 86.8.3-cü maddəsinə əsasən, təhqiqat orqanının əməkdaşı öz səlahiyyətləri daxilində tutduğu yerdə tutduğu şəxsin üstünü yoxlayır. Lakin təhqiqat orqanı tərəfindən tərtib olunmuş sənədlərin və vaxt intervallarına nəzər saldıqda Məcəllənin bu tələbinin kobud surətdə pozulmasının şahidi oluruq və məhkəmə də bu fakta heç bir önəm verməmişdir. Odur ki, göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 202 3-cü il tarixli təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3-cü və 240.3.2-ci maddələri ilə məhkum edilməsinə dair qərarı dəyişdirilərək onun tərəfindən törədilmiş cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməsi və ona həmin maddənin aşağı həddində cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiyası məhkəmələri toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməmiş və həmin sübutlar əsasında onun ittiham olunan 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri üzrə əməli törətməsi barədə işin faktiki hallarına uyğun olmayan qanunsuz və əsassız nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-in 234.4.1, 2 34.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif etməmişdir. Belə ki, məhkəmə kollegiyaları cinayət işi üzrə toplanmış sübutları CPM-in 143146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq etməmiş, hökmün əsasında duran sübutlar yolverilməz olmuş, cinayət qanununun müddəalarını pozmaqla qərar qəbul etmişdir. Odur ki, göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2023-cü il tarixli qərarının ləğv edilərək, daha ədalətli qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Mirzəyev Fikrət Mustafa oğlu çıxış edərək, məhkumun narkotik vasitə istifadəçisi olduğunu, lakin satışı ilə məşğul olmadığını, körpə övladları olduğunu bildirib, məhkumun əməlinin CM-nin 234-1.1-ci maddəsinə tövsif edilməsini, bu mümkün olmadıqda cəzası nın yüngülləşdirilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətlərinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2023-cü il tarixli qərarının Məhkum aid hissədə dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normala rının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərində məhkəmələr tərəfindən Məhkum əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif edildiyi və təyin edilmiş cəzanın həddən artıq ağır olduğu iddia edilmiş, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə alm adan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş ver mə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qəra rına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətlərinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətlərini təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2023- cü il tarixli qərarı isə Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin və güclü təsir edən maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirilməsində köməkçilik, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitələri, habelə narkotik vasitələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, daşıma və saxlama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə haqlı olaraq qismən sübuta yetirilmiş (əsaslı olaraq qaçaqmalçılıq c inayəti üzrə əməlində cinayət tərkibi olmadığı üçün bəraət verilmişdir), işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Verilmiş kassasiya şikayətlərində Məhkum əməlinin məhkəmələr t ərəfindən düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu iddia edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli qərarının 4-cü bəndində göstərilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxs i istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin qərarın 9-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop m addələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri, o cümlədən onlara aid olmayan güclü təsir edən maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və onların miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların çəkilib xırda bağlamalara bükülməsi, hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələr in və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 10 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 1000 qram, metadonun şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0.02 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 1.6 qram hesab olunur. Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixl i Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na əsasən preqabalinin külli miqdar daxil olmaqla aşağı həddi 5 qram hesab olunur. Qeyd olunanlara əsasən, müdafiə tərəfindən verilmiş kasasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri, o cümlədən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə edib, daşıma və saxlama cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətlərində qeyd edilmiş, məhkumu n narkotik vasitələrin və güclü təsir edən maddələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Birinci instansiya məhkəməsində məhkumun ibtidai araşdırma zamanı verdiyi etirafedici, məhkəmə istintaqı zamanı isə qismən etirafedici ifadələri, şahid qismində dindirilmiş şəxslərin ifadələri, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanmış 27 noyabr 2021-ci il tarixli raport, “şəxsi axtarış və götürmə aparılması haqqında” 28 noyabr 2021-ci il tarixli protokol, “avtomobilə baxış keçirilməsi və götürmə haqqında” 28 noyabr 2021-ci il tarixli protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 28 noyabr 2021-ci il tarixli 6/5282 nömrəli rəyi, A zərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 28 noyabr 2021-ci il tarixli 7/1227 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 17 yanvar 2022-ci il tarixli 221 nömrəli rəyi, “Təhlükəsiz Şəhər Xidmətinin videoqeydiyyat sistemi vasitəsi ilə qeydə alınmış diskə baxış keçirilməsi haqqında” 26 dekabr 2021-ci il tarixli protokol, “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” 17 yanvar 2022-ci il tarixli protokol, maddi sübutlar və işdə olan digər istintaq hərəkətlərinə dair protokollar, bundan əlavə, aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə çox olması, məhkumun əməlinin CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif olunduğuna şübhə doğurmur. Belə ki, cinayət işinin materiallarınd a olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 28 noyabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, şəxsi axtarış və götürmə videoçəkiliş aparılmaqla müdafiəçilərin iştirakı ilə tərtib edilmişdir. Baxış zamanı Məhkum əynində olan qara rəngli gödəkçənin yan cibindən 1 bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlə təqdim etmişdir. Məhkum üzərinə şəxsi axtarış zamanı əynində olan həmin gödəkçənin sol yan cibindən 1 ədəd avtomobil açarı, əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd **********780284 nömrəli plastik bank kartı və şalvarın sağ yan cibindən 10 manat pul aşkarlanmışdır. Heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş qablaşdırılma ilə birlikdə çəkisi 64 qram olduğu müəyyənləşdirilm işdir...... Sorğu zamanı Məhkum aşkar olunmuş narkotik maddəni İİR vətəndaşı “Səxi” adlı şəxsin vasitəsi ilə Beyləqan rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik vasitələri “Səxi”-nin göstərişi ilə müəyyən edilən ərazilərə çatdırıb əvəzində pul alacağını, bu işləri görməkdə Təqsirləndirilən şəxs ilə əlbir olub, qazanacağı pulu bir qismini ona verəcəyini, sonuncunun üzərində aşkar olunmuş heroini ona özünün gördüyü işin əvəzində verdiyini bildirmiş, idarə etdiyi “Hyundai Elantra” markalı avtomobildə narkotik maddə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs isə sorğu zamanı Məhkum dediklərini təsdiq etmiş və onunla əlbir olduğunu bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən heç bir şikayət, təklif və qeydlər daxil olmamış və onlar imz aları ilə protokolun düzgünlüyünü təsdiq etmişlər. Həmçinin, cinayət işinin materiallarında olan “avtomobilə baxış keçirilməsi və götürmə haqqında” 28 noyabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, baxış keçirilməsi nəzərdə tutulan avtomobil “Hyundai Elantra” markalı və **-TX-*** dövlət qeydiyyat nışanlı avtomobildir, baxış və götürmə video çəkiliş aparılmaqla müdafiəçilərin iştirakı ilə aparılmışdır. Baxış zamanı Məhkum həmin avtomobilin yük yerindən, üzərini nar meyvələri ilə örtdüyü 1 ədəd polietilen torba təqdim etmiş, torbanın içərisindəndən 2 bükümdə qəhvəyi rəngli, spesifik iyə malik olan, narkotik vasitə heroinə bənzər, 5 bükümdə yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər, 400 ədəd metadon, 180 ədəd preqabalin narkotik həbinə bənzər kütlələr aşkar edilmişdir. Heroinə b ənzər kütlələr tərəzi çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 2 kq 495 qram, marixuanaya bənzər kütlələr tərəzi ilə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 6 kq 685 qram müəyyən olunmuşdur. Sorğu zamanı Məhkum aşkar olunmuş maddələri İİR vətəndaşı “Səxi” adlı şəxsin vasitəsi ilə Beyləqan rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik vasitələri “Səxi” nin göstərişi ilə müəyyən edilən ərazilərə çatdırıb əvəzində pul alacağını, bu işləri görməkdə Təqsirləndirilən şəxs ilə əlbir olub qazanacağı pulun bir qismini ona verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Məhkum dediklərini təsdiq etmişdir. Bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən şikayət, təklif və qeydlər daxil olmamış və protokol iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Qeyd olunanl arla yanaşı, “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” 17 yanvar 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Məhkum üzərində şəxsi axtarış aparılan zaman aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefon aparatına baxış keçirilən zaman ***-***-**-** saylı mobil nömrə altında istifadə olunan telefonun “Whatsapp” ani mesajlaşma proqramına daxil olunduqda Məhkum müxtəlif şəxslərlə narkotik vasitənin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair yazışmaların və səs yazılarının olması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 29 yanvar 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMC-dən daxil olmuş giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhat ə dairələri barədə məlumatları əks etdirən CD diskə baxış zamanı Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrənin istifadəçisi tərəfindən “ata neynirsən mənəm X-di. Ata əlin çatan yer var yarı daş varsa birdə qiymətini de. Xalaoğlu gedib dənizə düşürlər ağız açdı birdənə cavab yazarsanda mənə”. xx.xx.2021-ci il tarixdə Məhkum istifadəsində olan 070-353- 23-20 saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrənin istifadəçisi tərəfindən “Qaqaş ot olacağ yoxsa yox? Bir cavab denən camaat gözləyir məni”. xx.xx.2021-ci il tarixdə Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrənin istifadəçisi tərəfindən “Zarafatsız daş haradan tapa bilərik özüm üçün istəyirəm qaqa 5 manat pulum var”. xx.xx.2021-ci il tar ixdə Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrənin istifadəçisi tərəfindən “Qaqam gör gələndə imkan elə ot götürdə qardaş”. xx.xx.2021-ci il tarixdə Məhkum istifadəsində olan 070-353- 23-20 saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrənin istifadəçisi tərəfindən “Ayqa salam. Ayqa mənə bir-iki daş verə bilərsən?”. xx.xx.2021-ci il tarixdə Məhkum istifadəsində olan ***-*****-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrənin istifadəçisi tərəfindən “ata neynirsən nə var nə yox. Ata əlin nəyəsə çatır? Mənəm X-di. Ata sabaha qədər yarı daş götürə bilərsən mənə?”. xx.xx.2021-ci il tarixdə Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 070- ***-**-** saylı mobil nömrənin istifadəçisi tərəfindən “Ot lazımdır tez yığ”. xx.x x.2021-ci il tarixdə Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrənin istifadəçisinə “Brat 3 dənə 05 elə biri daşdı mənə verərsən, X-ə bir yarım hazır elə gəlirəm. 15 dənə K, 10 dənə P”. xx.xx.2021-ci il tarixdə Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrənin istifadəçisinə “Hə şamama çet var böyük yoxdu” məzmunlu mesajlar mətnlərinin olması müəyyən edilmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqında verdiyi ifadələri, həmçinin bu barədə kassasiya şikayətində göstərilənlər özünümüdafiə xarakteri daşımaqla daha ağır cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkum ibtidai istintaq zamanı vermiş olduğu ifadələrin məzmunundan görünür k i, o ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Məhkəmələr haqlı olaraq şahidlər Şahid1, Şahid3 və Şahid4 ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək şahidlərin verdikləri ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də həmin ifadələrin mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələr i ilə cinayət məsuliyyətindən azad olunması məqsədi güddüyü barədə nəticəyə gəlmişdir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətlərində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Müdafiə tərəfindən verilmiş kassasiya şikayətlərində həmçinin Məhkum təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya şikayətlərinin dəlillərinə qiymət verərək aşağıda göstərilənlərin kassasiya instansiya məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin etmək məqsədilə gələcəkdə oxşar işlər üzrə də nəzərə alınmasını məqsədə müvafiq hesab edir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanu nunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. C əzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törəd ilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın (himayəsində iki azyaşlı uşağının olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin ed ə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətlərində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədl ərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayə tlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalı, Məhkum və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və müdafiəçisi Mirzəyev Fikrət Mustafa oğlu tərəfindən ayrı-ay rılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə əsasən Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-825/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-825/2024
09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver