Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-827/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Cəlilov Aydın Əli oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəmənin xx xxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikas ı CM-nin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəmənin xx xxx 2018-ci il tarixli hökmü ilə (hakimlər Abdullayev Mehdixan Ədil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Hacıyev Asim Hacımirzə oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1991-ci ildə Cəlilabad rayonu, Bəcrəvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Cəlilabad Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli hökmü ilə CM-nin 130.1 və 221.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3cü maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə qəti olaraq aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 10 (on) ay 6 (altı) gün müddətə islah işləri cəzasına məhkum olunmuş və “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2013-cü il tarixli Qərarının 1.4-cü bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan1 qeydiyyatda olan və həmin ünvanda yaşamış, CM-nin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 206.3.1 və 206.3.2-ci maddələri ilə 7 (yeddi) il müddətə, CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq 10 (on ) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X15 və X16 da 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, hər birisi ayrı-ayrılıqda cinayətlərin məcmusu üzrə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum CM-nin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Azərbaycan Respublikasının vətəndaşı X15 ilə külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gəti rilməsi barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək bu məqsədlə X15 xx xxxx 2017-ci il tarixdə rəsmi qaydada “Astara” sərhəd nəzarəti məntəqəsindən keçməklə Azərbaycan Respublikasından İran İslam Respublikasına getmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyəti istintaqa Səfa adı ilə məlum olan İran İslam Respublikası vətəndaşından külli miqdarda, narkotik vasitə olan, təmiz halda ümumi çəkisi 225,334 qram həşiş qətranını, təmiz halda ümumi çəkisi 43,381 qram heroini və psixotrop maddə olan, təmiz halda ümumi çəkisi 64,052 qram metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, həmin gün qeyd olunan narkotik vasitələri və psixotrop maddəni düz bağırsağında gizlətməklə daşıyaraq saat 15:14-də Dövl ət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Astara rayonunda yerləşən “Astara” sərhəd nəzarəti məntəqəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına rəsmi qaydada gələrək Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirdikdən sonra sərhədçilər və gömrükçülər tərəfindən saxlanılmış, daxili orqanlarının müayinəsi zamanı qeyd olunan külli miqdarda narkotik vasitə və psixotrop maddə Səbuhi Abıyevdən aşkar olunaraq götürülmüşdür. Bundan başqa Məhkum təkrar olaraq satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə xx xxxxxxxx 2017-ci il tarixdə İran İsl am Respublikasının Astara şəhərində Azərbaycan Respublikasının vətəndaşı X16 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq 1 bükümdə külli miqdarda 36,243 qram heroin, 1 bükümdə külli miqdarda 60,017 qram həşiş qatranı narkotik vasitələri və 2 bükümdə külli miqdarda 29,719 qram metamfetamin psixotrop maddəsini əldə etmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Anar Xəlilova verərək qeyd edilən narkotik vasitələri və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməsi üçün malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə düz bağırsağında yerləşdirmək barədə göstəriş vermiş Anar Xəlilov isə qeyd edilən nark otik vasitələri və psixotrop maddəni malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə düz bağırsağında yerləşdirib saxlamış, daşımış və xx xxxxxxxx 2017-ci il tarixdə saat 19 radələrində Astara Gömrük İdarəsinin sərnişin şöbəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Hökmdən Məhkum müdafiəçisi X10 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Camalov Etibar Əlioğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək onun əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmünün çıxarılmasını, bu mümkün olmadıqda isə - ona təyin edilmiş cəzanı yünjülləşdirməklə apellyasiya instansiyası məhkəməsinin qərarının bu əsasla dəyişdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, İran İslam Respublikasından Azərbaycana gələrkən onun üzərindən narkotik vasitələr və ya psixotrop maddələr aşkar edilməmiş və onun S.Z.Abıyevlə və A.R.Xəlilovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə satış məqsədilə narkotik vasitələri əldə edərək qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsini təsdiq edən heç bir sübüt əldə olunmamışdır.v Anar Rami z oğlu həmin cinayətdə iştirakını təsdiq edən kifayət qədər subut yoxdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq onun barəsində ittiham hökmü çıxarılmış, apellyasiya instansiyası məhkəməsi isə iş üzrə araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət verməyərək həmin hökmü qüvvəsində saxlamışdır. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbayc an Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəmə sində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunveiciliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhk əməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları (ibtidai araşdrma zamanı toplanmış bəzi fərqli sübutlarla birgə) ara şdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyi mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni məhkumun özünün ibtida araşdırma zamanı heç bir təsir göstərmədən, müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrlə yanaşı, digər məhkum olunmuş şəxslərin həm ibtidai araşdırma, həm də məhkəmə iclasında verdikləri ifadələri, şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X13rşı” xx xxxxxx 1994-cü il və “Hacianastas sion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin h əyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan Hüquqlarının və X6 Haqqında Avropa” Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qəra rında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). Konvensiyanın tələblərindən, Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhk əməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qəçrarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılmasına zərurət olmadığından faktların, yəni törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası vurğulayır ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkum tərəfindən törədilmiş ictimai təhlükəli əməllərin bütün cəhətlərini cinayət qanunvericiliyinin tələbləri ilə birlikdə təhlil edib nəzərdən keçirən məhkəmə kollegyası hesab edir ki, onun həmin əməlləri CM-nin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə düzgün tövsif edilmiş və nəinki adı çəkilən məhkumun barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi, eyni zamanda onun törətdiyi əməllərin bu cür tövsifinin hər hansı şəkildə dəyişdirilməsi üçün də əsaslar müəyyən edilmir. Bundan başqa, o da qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin kassasiya şikayətinin müəllifinin Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamış, məhkumun əməlinin sübuta yetirilməməsi ilə bağlı kassasiya şikay ətində irəli sürdüyü dəlillər isə əsassızdır. Məhkum təyin olunmuş cəzanın yüngülləşdirilməsi haqqında qərar qəbul edilməsinə dair məhkumun kassasiya şikayətində etdiyi xahişi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlə r yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkum barəsindəki hökmdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs haqqında cəza tədbiri seçərkən onun törətdiyi cinayətlərin ictimai təhlükəlilik dərəcəsi və xarakteri ilə yanaşı, cəzanı yüngülləşdirən hal kimi onun yaşayış yerindən müsbət cəhətdən xasiyyətləndirilməsini, habelə onun haqqında cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış və ona bu hallar uyğun olaraq təqsirli bilindiyi CM-nin 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları hüdudlarında azadlıqdan məhrum etmə cəzası təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə cəza təyini hissəsində də birinci instansiya məhkəməsi ilə razılaşmışdır. Məhkəmələrin bu məsələnin həlli zamanı hər hansı halı nəzərə almamaları, kassasiya şikayətinə məhkəmə bax ışı zamanı cəzanın növünə və həddinə təsir göstərəcək biləcək yeni hallar iş materialları ilə müəyyən edilmir. Belə olan halda məhkəmə kollegiyası Məhkum istər ayrı-ayrı cinayətlərə görə, istərsə də cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaların yüngülləşdirilməsi üçün əsaslar görmür və bütövlükdə kassasiya şikayətinin dəlillərini müzakirə edərək və həmin şikayətin təmin edilməməsi barədə dövlət itttihamçısının çıxışını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda göstərilənlərə görə kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarı isə – dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq mə hkəmə kollegiyası QƏRARA A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-827/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-827/2020
16.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver