Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-827/2023 24.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və Məhkum müdafiəçisi Müdafiəçi iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X9 (sədrlik edən), X3 və X7 ibarət tərkibdə) 31 avqust 2022-ci il tarixli hökmü ilə xx.xx.1992-ci ildə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum edilməmiş, Şamaxı şəhəri Ş.Ş.İbrahim küçəsi ev 40-da qeydiyyatda olub Şamaxı şəhər Z.Hacıyev küçəsi ev 22-də yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddəl ərində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəlinin 29 avqust 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə digər şəxs -Təqsirləndirilən şəxs da məhkum olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Məhəmmədəli Əsəd oğlu Rzayevin sədrliyi və məruzəsi ilə, X5 və X2 ibarət tərkibdə) 24 fevral 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Təqsirləndirilə n şəxs və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 1(101)-850/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs tanışı Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 37400 (otuz yeddi min dörd yüz) manat dəyərində 22000 (iyirmi iki min) X6 dolları məbləğində pulunu gizli olaraq talamaq məqsədilə 24 avqust 2020-ci il tarixdə, saat 02 radələrində sərxoş vəziyyətdə sonuncunun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığına gəlib əvvəlcə həyətyanı sahəyə oradan isə evin taxta materialdan olan qapısını sıxıb açmaq la qanunsuz olaraq yaşayış sahəsinə daxil olduqdan sonra yataq otağına daxil olmadan digər otaqlarda pulu axtarmağa başlamış, qonaq otağı ilə yataq otağı arasında olan otaqda stolun üstündəki əl çantasının içərisindən üzərində 5 (beş) manat qiymətində ***-***-**-** saylı nömrə olan 120 manat dəyərində "Samsung Galaxy J2” markalı "SMJ250F/DS” modelli mobil telefonu, 17 (on yeddi) manat nağd pulu götürsə də, 22000 (iyirmi iki min) X6 dolları məbləğində pulu tapa bilmədiklərinə görə tanınmaması üçün həmin otaqda stolun üstündə olan tibbi maskanı geyinərək gizli yolla oğurladıqları əmlak üzərində sərəncam vermə hüquqları yaranmadan yataq otağına daxil olmuş, yataq otağındakı şkafları axtarmağına baxmayaraq pulu tapa bilmədiyindən mətbəxə keçib kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını götürərək yenidən yataq otağına qayıtmaqla ayrı-ayrı çarpayılarda bir-birindən təxminən 60 santimetr məsafədə yatmış Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 oyadaraq silah qismində istifadə etdiyi bıçaqla hədələyib «tez olun pulu verin» deməsinə baxmayaraq sonuncular evdə pul olmadığını dediklərinə görə ilk öncə yumruqla və çarpayının yanından götürdüyü taxta materialdan olmaqla silah qismində istifadə etdiyi çəliklə Zərərçəkmiş şəxs2 baş nahiyəsindən bir neçə dəfə vuraraq ona üzün sol yarısının qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirib müqavimətini tam qırdıqdan sonra qırılmış çəliyi yerə ataraq digər əlində olan bıçağı Zərərçəkmiş şəxs1 çə nəsinə dirəyib zor tətbiq edərək ona sağ və sol göz orbitalarının qançırları, hematomaları, döş qəfəsinin qançırları, sol almacıq və sol çənə oynağı nahiyəsinin hematoması, üst dodağın qançırı, alt dodağın sol aşağı hissəsinin və sağ əlin birinci barmağının yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib pul tələb etməsinə baxmayaraq sonuncunun ona müqavimət göstətərək sifətindəki maskanı çıxarmasına və əlindəki bıçağın tiyəsini əyməsinə, həmçinin, qışqıraraq səs-küy salmasına görə çarpayının yanında olan stulun üstündəki üzərində 8 (səkkiz) manat qiymətində 055-46652-55 saylı nömrə olan 25 (iyirmi beş) manat dəyərli "112” modelli, "Nokia” markalı mobil telefonu götürərək çıxıb getməklə zərərçəkmiş ş əxslərə həyat və sağlamlıqları üçün təhlükəli olan zorakılıqla bağlı olan basqın edib ümumilikdə 175 (yüz yetmiş beş) manat dəyərində özgənin əmlakını quldurluq yolu ilə talamışdır. Bundan əlavə, Məhkum tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 37400 (otuz yeddi min dörd yüz) manat dəyərində 22000 (iyirmi iki min) X6 dolları məbləğində pulunu gizli olaraq talamaq məqsədilə 24 avqust 2020-ci il tarixdə, saat 02 radələrində sərxoş vəziyyətdə sonuncunun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığına gəlib əvvəlcə həyətyanı sahəyə oradan isə evin taxta materialdan olan qapısını sıxıb açmaqla qanunsuz olaraq yaşayış sahəsinə daxil olduqdan sonra yataq otağına daxil olmadan digər otaqlarda pulu axtarmağa başlamış, Təqsi rləndirilən şəxs qonaq otağı ilə yataq otağı arasında olan otaqda stolun üstündəki əl çantasının içərisindən üzərində 5 (beş) manat qiymətində 050498-5905 saylı nömrə olan 120 manat dəyərində "Samsung Galaxy J2” markalı "SMJ250F/DS” modelli mobil telefonu, 17 (on yeddi) manat nağd pulu götürsə də, 22000 (iyirmi iki min) X6 dolları məbləğində pulu tapa bilmədiklərinə görə oğurladıqları əmlak üzərində sərəncam vermə hüquqları yaranmadan yataq otağında ayrı-ayrı çarpayılarda bir-birindən təxminən 60 santimetr məsafədə yatmış Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 oyadaraq onlara zor tətbiq etməklə pulun yerini öyrənmək qərarına gəlmişlər, bu məqsədlə o, əvvəlcədən əldə edilmiş razılığa əsasən cinayətin icraçısı olan Təqsirləndirilən şəxs bilvasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərək y ataq otağının qapısında dayanıb mühafizəni təşkil etmiş, sonuncu isə tanınmaması üçün həmin otaqda stolun üstündə olan tibbi maskanı geyinib mətbəxdən kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını götürərək ümumi niyyətləri ilə əhatə olunan hərəkətləri icra etməklə silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 oyadıb hədələyərək «tez olun pulu verin» deyib ilk öncə yumruqla və çarpayının yanından götürdüyü taxta materialdan olmaqla silah qismində istifadə etdiyi çəliklə Zərərçəkmiş şəxs2 baş nahiyəsindən bir neçə dəfə vuraraq ona üzün sol yarısının qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirib müqavimətini ta m qırdıqdan sonra qırılmış çəliyi yerə ataraq digər əlində olan bıçağı Zərərçəkmiş şəxs1 çənəsinə dirəyib zor tətbiq edərək ona sağ və sol göz orbitalarının qançırları, hematomaları, döş qəfəsinin qançırları, sol almacıq və sol çənə oynağı nahiyəsinin hematoması, üst dodağın qançırı, alt dodağın sol aşağı hissəsinin və sağ əlin birinci barmağının yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib pul tələb etməsinə baxmayaraq sonuncunun müqavimət göstərərək Təqsirləndirilən şəxs sifətindəki maskanı çıxarmasına və əlindəki bıçağın tiyəsini əyməsinə, həmçinin, qışqıraraq səs-küy salmasına görə sonuncu çarpayının yanında olan stulun üstündəki üzərində 8 (səkkiz) manat qiymətində ***-***-**-** saylı nömrə o lan 25 (iyirmi beş) manat dəyərli "112” modelli, "Nokia” markalı mobil telefonu götürərək çıxıb getməklə zərərçəkmiş şəxslərə həyat və sağlamlıqları üçün təhlükəli olan zorakılıqla bağlı olan basqın edib ümumilikdə 175 (yüz yetmiş beş) manat dəyərində özgənin əmlakını quldurluq yolu ilə talamışdır. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, Apellyasiya məhkəməsi qərarında apellyasiya şikayətinin dəlillərini qeyd etsə də, apellyasiya baxışı zamanı sonradan məlum olmuş yeni hallara, o cümlədən kobud prosessual pozuntulara ümumiyyətlə heç bir qiymət verməmiş, əksinə, sanki bundan yayınmağa çalışmışdır. Belə olan halda Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2022-ci il tarixli qərarı obyektiv, qərəzsiz, tam və hərtərəfli araşdır manın nəticəsində qəbul olunmuş qərar kimi hesab oluna bilməz. Məhkum törədilən cinayət nəticəsində Niyazovların evində ələ keçirilmiş hər hansı əmlakdan yararlanmağa cəhd göstərməmiş, talanmış hər hansı əşya və pulun Məhkum tərəfindən ələ keçirilməsi faktı müəyyən olunmamışdır. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin məzmununu 24 fevral 2022-ci il tarixli qərara köçürsə də, faktiki olaraq apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdən yayınmış və demək olar ki, yalnız Bakı Ağır Cinayət Məhkəməsinin hökmün mətnini qərarına köçürməklə kifayətlənmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi isə ən azı Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsininin qismən də olsa dəyişməsini qəbul etmişdir. Cinayət işin materiallarına əlavə edilmiş yazılı məhkəmə çıxışım dan və Məhkum yazılı son sözündən də göründüyü kimi, Məhkum da məhkəmə iclasında ibtidai istintaq zamanı verilmiş ifadəsindən fərqli ifadə vermişdir. Lakin birinci instansiya məhkəməsi bunun səbəblərini aydınlaşdırmamış və hüquqi qiymət verməmişdir. Apellyasiya Məhkəməsi məhkum edilmiş şəxs Məhkum ibtidai istintaq dövründə ifadə verərkən fiziki zorakılğa məruz qalması dəlillərinə tənqidi yanaşmışdır. Məhkum edilmiş şəxs Məhkum əsasən fiziki yox, məhz psixoloji təzyiqlərdən, o cümlədən alçaldılacağı barədə hədələndiyini bildirmişdir. Psixoloji təzyiqlər barədə isə hər hansı məhkəmə-tibbi rəy verilmir. Məhkum polis işçiləri tərəfindən psixoloji hədələrə məruz qalması məhkum edilmiş şəxsin bütün istintaq hərəkətlərinin aparılması üçün məhz Şamaxı RPŞ-nin MSY- nə etap olunmasından da müəyyən o lunur. Bu halda məhkum edilmiş şəxs demək olar ki, daimi polis şöbəsinin sərəncamında olmuş və Məhkum təzyiqləri göstərmək üçün onların bütün imkanları olmuşdur. Məhkum polis işçiləri tərəfindən psixoloji hədələrə məruz qalması eyni zamanda ibtidai istintaq zamanı formal, görünüş üçün müdafiə hüququnun rəsmilləşdİrilməsi ilə də müəyyən edilərək təsdiq edilir. Məhkum edilmiş şəxs Məhkum birinci instansiya məhkəməsində aparılan məhkəmə araşdırılması zamanı bildirmişdir ki, ibtidai istintaq zamanı dövlət hesabına təyin edilmiş vəkil tərəfindən faktiki müdafiəsi həyata keçirilməmişdir. Vəkil sadəcə olaraq yalnız müstəntiqlə birlikdə Şamaxı RPŞ-nin MSY-nə gələrək, orada zəruri sənədləri imzalamış və başqa hər hansı tədbirlər görməmiş, konfıdensial görüşləri təmin etmək məqsədi ilə saxlanıldığı istintaq təcridxanasına gəlməmiş, ona hüquqi izahlar, məsləhətlər verməmiş, adından hər hansı vəsatətlər istintaqa təqdim edilməmiş, istintaq orqanın hərəkətlərinə etirazlarını göndərməmişdir. Məhkum ibtidai istintaq zamanı müdafiə hüququ olduqca formal aparılmışdır. Məhkum edilmiş şəxs Məhkum əməllərində hər hansı zorakılıq, hədə və sadəcə basqın ümumiyyətlə müəyyən olunmamışdır. Yəni Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri Məhkum əməllərində mövcud deyil. Məhkum həqiqətən zərər çəkmiş şəxslərin evindən özgənin əmlakının talanmasına yönəldilmiş əməllərini axıra kimi çatıdrmaq niyyətində olmuş və həmin əməllərinin cinayət nəticəsini arzu edirdirsə, bu halda onun əməlləri Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə, yəni oğurluq kimi qiymətləndiril məli idi. Çünki hadisə yerinə məhz oğurluq niyyətlə yolanmasının birbaşa şahidi X4 olmuş, həmin şəxs təqsirləndirilən şəxslərdən ayrılarkən nə Təqsirləndirilən şəxs, nə də ki Məhkum hər hansı bıçaq görməmişdir. Bu halın təsdiq olunması üçün tərəfindən qaldırılmış vəsatətin məhkəmə tərəfindən təmin olunmamasının səbəbləri kimi elə bu halların onsuz da aydın olması və əlavə araşdırılmasına ehtiyac görülmədiyi kimi əsaslandırılmışdır. Bununla da görünür ki, Təqsirləndirilən şəxs ilə birlikdə Məhkum hətta oğurluğa həqiqətən getmiş olsaydı belə, Təqsirləndirilən şəxs əməlləri razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayət kimi qiymətləndirilməli və icraçının ekstsessi hesab olunmalıdır. Təqsirləndirilən şəxs ekstses sinə görə Məhkum məhz quldurluq cinayətə görə məsuliyyətinə cəlb edilə bilməz. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 2252 nömrəli 13 noyabr 2020-ci il tarixli rəyinə əsasən isə, Məhkum özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmamışdır. Bununla da bir daha müəyyən olunur ki, Məhkum məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi xüsusiyyətləri uydurma xarakter daşımırlar və həqiqətə uyğundur, o, həqiqətən də cinayət törətməyə meyilli olmamış və cinayəti törətməkdən könüllü olaraq imtina etmiş, imtina məhz özündən asılı olan səbəblərdən baş tutmuşdur. Həm ittiham tərəfin, həm də aşağı instansiya məhkəmələrinin Məhkum qarşı tutduğu mövqeyi də başadüşülməzdir. Məhkum əvvəllər məhkum olunmayıb, ailəlidir, himayəsində iki azyaşlı uşaqları var, müsbət xar akterizə olunur. Belə olan halda Məhkum da heç bir fərq qoymadan Azərbaycan Respublikası CM-in məhz 181.2.1. 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilib barəsində də 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzanın təyin olunması barədə ittiham nitqi, məhkəmə tərəfindən isə digər məhkum edilmiş şəxslə yanaşı Məhkum da eyni qaydada 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzanın təyin olunması halı ən azı ədalətsizlikdir. Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.1 və sair maddələri ilə verilmiş ittihamın sübut olunmasında ciddi və kifayət qədər əsaslı şübhələr yarandığından hesab edir ki həmin şübhələr məhkum edilmiş şəxs Məhkum xeyrinə təfsir olunmalı, Məhkum isə həmin maddələri ilə təqsirli bilinməsinə yol verilməməlidir. Məhkum edilmiş şəxs özünü yal nız Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlin törədilməsinə görə təqsirli bilmiş, çünki, ağır cinayətin törədilməsini biləndən sonra həmin cinayət barəsində rəsmi səlahiyyətli orqanlara xəbər verməmişdir. Məhkum cinayətin qarşısını ala bilmədiyimə görə çox peşimançılıq çəkir. Məhkum cəmiyyət üçün itirilmiş insan deyil və cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, o, cinayətkar əqidəyə malik deyil. Kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli hökmünün dəyişdirilməsi, hökmün Məhkum barəsində Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 10 (on) il müddəti nə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması hissədə ləğv edib, Məhkum barəsində Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə cinayət təqibinə xitam verib, Məhkum əməllərini Cinayət Məcəlləsinin 307.1 -ci maddəsinə tövsif edərək barəsində həmin maddə ilə azadlıqdan məhrum etmə ilə əlaqəli olmayan cəzası təyin edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun norm alarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkə mə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildi rir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin əməlin tövsifinə dair dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı m ülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsAslanndığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyek tinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarı) CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükə li zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqının qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Şərh edilən cinayət obyektiv cəhətdən özgənin əmlakını ələ məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçun təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqında ifadə olunur. Quldurluğun mahiyyəti xüsusi məqsədlə və təhlil edilən maddən dispozisiyasında göstərilən üsullarla törədilən basqından ibarətdir. Basqın o halda quldurluq tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq, yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə- özgə əmlakını ələ keçirməyə yönəlsin. Quldurluq formal tərkibli cinayətdir. Belə ki, bu cinayət əmlakın ələ keçirilibkeçirilməməsindən asılı olmayaraq hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqının edildiyi andan başa çatmış hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının 25-ci bəndində qeyd olunur ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükə li xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və işin müəyyən olunmuş faktiki hallarına əsaslanaraq hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulan quldurluq cinayətini törətməsi barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla zərərçəkmiş şəxs, şahidlərin ifadələri, aşağı instansiya məhkəmələrində elan edilib araşdırılmış istintaq hərəkətlərinin protokolları, bu əməlin onun tərəfindən törədilməsini təsdiq edən tədqiq olunmuş digər mötəbər sübutlarla öz əksini tapmışdır. Kassasiya şikayətinin məhkumun əməlinin düzgün tövsif edilməməsi ilə bağlı dəlilləri əsassız olmaqla hər hansı sübutla öz təsdiqini tapmır. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş hallardan və toplanmış sübutların müqayisəli təhlilindən görünür ki, istintaq zamanı Məhkum verdiyi ifadələri hadisə yerində yoxlanmış, aparılmış istintaq hərəkəti zamanı, Məhkum istintaqa verdiyi ifadələrində həmin xüsusatları mahiyyəti üzrə təsdiq edərək cinayət əməlini törətdiyi yeri təqdim edib bildirmiş və ardıcıllıqla göstərmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilən Məhkum Azərb aycan Respublikası CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun anasının xalasıdır, o da Zərifəyə xala deyir. O, bir müddət əvvəl Zərifədən 800 manat pul almışdır, lakin qaytara bilməmişdir. Təxminən xatırladığına görə 20 avqust 2020-ci il tarixdə o, Təqsirləndirilən şəxs ilə birlikdə olanda Elxana demişdir ki, "mənim xalama borcum var, borcumu qaytarmaq lazımdır”. Lakin, başqa hər hansı bir oğurluq barədə danışmamışlar. 23 avqust 2020-ci il tarixdə saat 21 radələrində o, Elxan və tanışım X4 ilə birlikdə məhlədə yeyib- içmiş, üçü də araq içmiş, arağı Valeh almışdır. Yeyib içəndən sonra hər üçü sərxoş olmuş, sonra da üçü Aşıqlar Bağı adlanan 20 yanvar parkının yanına getmiş lər, söhbət zamanı, Elxan ona "bu gün mütləq Zərifəgilə gedib pulu götürməliyik” sözlərini demiş, Valehin də onun Elxanla söhbətindən məlumatı olmuş, lakin, Valeh onlarla getməkdən imtina etmişdir, hətta Elxan Valehə təkidlə Zərifəgilə getməsini bildirsə də, Valeh qəti olaraq getməyəcəyini bildirib aralanıb çıxıb getmişdir. Daha sonra iki, yəni Elxan və o qalmış, o və Elxan gecə ilə küçədə piyada hərəkət edib H.Ciddi küçəsinə çıxıb Zərifəgilin evinin yanına gəlmiş, daha sonra, küçə ilə hərəkət edib "rus qəbiristanlğı” adlanan qəbiristanlıq tərəfdən Zərifəgilin bağ sahəsinə yaxınlaşmış, həmin vaxtı artıq 24 avqust 2020-ci il tarixdə saat 02 radələri olmuşdur. Onlar çəpərə yaxınlaşıb çəpərdən tullanıb bağa daxil olmuş, daha sonra ağacların arası ilə gəlib bağ və həyət arasında olan çəpərə ya xınlaşmış, həyətə yaxınlaşana kimi o, Elxana Zərifəgilin evinin giriş qapısından zala daxil olunduğunu, oradan solda bir otağın olduğunu və həmin otaqdan yataq otağına qapı olduğunu, pulun da yataq otağında şkafda ola biləcəyini təxmin etdiyimi bildirmişdir. Sonra o və Elxan- ikisi bağda hərəkət edib çəpərə birləşik olan qapının yanına yaxınlaşanda Elxan həmin yerdə qoyulmuş şiferə oxşatdığı yerdən həyətə girmiş, o orada aşağı əyilib Elxana "mən gəlmirəm, sən get” sözlərini demiş, Elxan da evin giriş qapısına tərəf getmiş, həmin vaxtı eşitdiyi səsdən bilmişdir ki, Elxan qapını açmışdır, az sonra Elxan onun yanına gəlmiş və ona "gəl bir yerdə girək” sözlərini demiş, o da Elxana bir söz deməyib həmin yerdən həyətə daxil olub Elxanın arxasınca evin giriş qapısına yaxınlaşmış, sonra da görmü şdür ki, Elxan qapını həqiqətən də açmışdır. Bundan sonra Elxan evin zal otağına daxil olmuş, o da Elxanın arxasınca daxil olmuş, Elxan ona yavaşca demişdir ki, "yanımda ol”. O da həmin yerdə təxminən 2-3 dəqiqə gözləmiş, Elxan da evin girişində olan zal otağın sol tərəfindəki otağa, oradan da Zərifəgilin yataq otağına daxil olmuşdur. O, Elxanın yataq otağında olduğunu görəndən sonra orada qalmayıb dərhal qapıdan həyətə düşüb gəldiyi yerdən qəbiristanlıq tərəfdən küçəyə çıxıb qaçaraq arxa yol ilə İmran market tərəfə çıxıb oradan da evinə getmişdir. 24 avqust 2020-ci il tarixdə günortadan sonra, saat 15 radələrində o, məhlədə Elxan və Valehlə görüşmüş, həmin vaxtı Elxan Samsung J2 markalı telefonu könülü vəziyyətdə ona vermişdir ki, saxlasın, o, həmin telefonu bir gün saxlayandan sonra Elxa na qaytarmışdır. Apellyasiya məhkəməsi həmçinin düzgün olaraq qeyd etmişdir ki, cinayət işinin apellyasiya baxışı zamanı məhkum olunmuş şəxs Məhkum əməllərinin tövsifinin dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir, bu barədə apellyasiya şikayətinin dəlilləri müdafiə tərəfinin subyektiv mülahizələri üzərində qurulmaqla onu cinayət məsuliyyətindən yayındırmaq cəhdləri daşıyır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 143.1-ci m addəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Bu qanunların mənasına görə sübutlar həm ibtidai araşdırma və həm də məhkəmə baxışı zamanı toplanır və toplanmış bütün sübutlar məhkəmə iclasında təhlil edilməli, birbiri ilə müqayisə edilməli, onların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməli və bu qaydada sübutlar tam, hərtə rəfli və obyektiv yoxlanılmalıdır. Cinayət işinin materiallarından görünür ki, iş üzrə götürülmüş 01 ədəd bıçaq tanınması üçün Məhkum eyni nüsxədən olan digər bıçaqlarla birlikdə təqdim edilmiş, Məhkum həmin bıçaqların içərisindən Zərərçəkmiş şəxs1 evinin bağ sahəsində təqdim etdiyi yerdən götürülmüş bıçağı olduğu kimi tanımış, xx.xx.2020-ci il tarixdə cinayət əməli törədilərkən həmin bıçaqdan istifadə edildiyini bildirmiş, bu barədə protokol tərtib edilməklə fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan h üquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5- ci maddələriində nəzərdə tutulan əməlin törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməlinin düzgün tövsif edilməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Belə ki, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edil mişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsAslannmalı, bu sübutlar ittihamın qiymə tləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya şikayətinin bu barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən dəlillər olmaqla hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Kassasiya şikayətində göstərilən, işin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, xüsusən də, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiya sı Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edi lməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinay ətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edər kən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkum edilmiş şəxs Məhkum cəza təyin edərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən halı (himayəsində 2 nəfər azyaşlı uşağının olması) və ağırlaşdıran halı (cinayətin qoca şəxsə qarşı törədilməsi), onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası məhkum olunmuş şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunmasını islah təsiri baxımından mütənasib saymamaqla qeyd edir ki: Azərbaycan R espublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsin i, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təy in edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsinin məqsədəmüvafiq olmadığını, cəmiyyətdən təcrid olmadan islah olunması üçün əsaslar mövcud olmadığını qeyd edir və kassasiya şikayətinin bu barədə dəlillərini əsassız hesab edir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nö vlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin məhkumun əməlinin tövsifi və cəza təyini ilə bağlı gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlilləri ni və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmi n edilməsin. Məhkum Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-827/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-827/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver