Məhkəmə qərarları › İş №1(102)-827/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-827/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-827/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs və onun nümayəndəsi, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Əkbərov Tərlan Xanəli oğlunun, Bəraət almış şəxs X9 və onun müdafiəçisi, “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Orucov Vüsal Əkbər oğlunun iştirakları ilə x xxxxxx 1972-ci ild ə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış,ünvan 1 ünvanda yaşayan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs və onun nümayəndəsi, “Universal” Vəkil Bürosunun vəkili Əlizadə Rəhim Ələkbər oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2 022-ci il tarixli hökmü ilə (hakimlər: S.İ.Əliyev (sədrlik edən), E.H.İsmayılov və C.İ.Hüseynov) X9 - Azərbaycan Respublikası CM-in 178.3.2-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 16 noyabr 2022-ci ildən hesablanması, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsi, təqsirləndirilən şəxs (mülki cavabdeh) X2 zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməmiş hissəsi 224000 (iki yüz iyirmi dörd min) manat və 120000 (yüz iyirmi min) ABŞ dolları ödəniş icra olunduğu gün Azərbaycan Respublikası Mərkəz i Bankının müəyyən etdiyi ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq manatla X2 tutularaq zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi və eyni zamanda zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən mülki iddia üçün ödənilmiş 820 (səkkiz yüz iyirmi) manat dövlət rüsumunun təqsirləndirilən şəxs X2 tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçiləri Hümbətov Azər Oqtay oğlu və Xanəliyev Tərlan Ağaməmməd oğlu tərəfindən birgə, təqsirləndirilən şəxs və müdafiəçisi Orucov Vüsal Əkbər oğlu tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2023-cü il tarixli hökmü ilə (hakimlər: E.H.Allahverdiyev (sədrlik edən), C.V.Hüseyn və H.Ç.Məmmədov) məhkum və onun müdafiəçilərinin apellyasiya şikayətləri təmin edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli hökmü ləğv edilərək, X3 CM-in 178.3.2-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən təqsirsiz hesab edilmiş, ona CPM-in 42.1.4-cü maddəsinə əsasən CM-in 178.3.2-ci maddəsi ilə bəraət verilmişdir. Hökmlə həmçinin Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanımış, ona mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X9 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə vəzifəli şəxs olmaqla maddi im kanlara malik olduğunu bildiyi Zərərçəkmiş şəxs ilə tanış olub yaxın münasibət qurduqdan sonra, sonuncunun aralarında olan həmin münasibətlərinə görə ona olan inam və etibarından sui-istifadə edərək, guya vəfat etmiş qardaşı Şahid10 məxsus olmuş Riqa və Bakı şəhərlərində hazır qazanc gətirən biznesinin, daşınmaz əmlaklarının və bank hesabında külli miqdarda pul vəsaitinin qaldığını, həmin əmlakları öz adına keçirdikdən sonra onunla biznes ortaqlığı qurub külli miqdarda qazanc əldə edəcəkləri barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib, əslində Zərərçəkmiş şəxs məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq 2016-cı ilin yaz aylarından 2019-cu ilin yanvar ayınadək olan müddət ərzində ayrı-ayrı vaxtlarda və yerlərdə hissə-hissə olmaqla Zərərçəkmiş şəxs cəmi 2 45.000 (iki yüz qırx beş min) manat, o cümlədən sonuncunun 2017-ci ilin əvvəllərində tanışı X11 vasitəsi ilə göndərdiyi milli məzənnə ilə 85.000 (səksən beş min) manat təşkil edən cəmi 50.000 (əlli min) ABŞ dolları, Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsində yerləşən “Oxford” məktəbinin yaxınlığında, Şahid1 vasitəsi ilə göndərdiyi cəmi 60.000 (altmış min) manatı və Şahid3 vasitəsi ilə göndərdiyi cəmi 10.000 (on min) manatı Bakı şəhəri Yasamal rayonu 20 saylı tam orta məktəbin yaxınlığında və sonuncu dəfə Zərərçəkmiş şəxs özündən Bakı şəhəri Yasamal rayon X19, 239 ünvanında yerləşən Yasamal Telefon Qovşağının inzibati binasının qarşısında milli məzənnə ilə 34.000 (otuz dörd min) manat təşkil edən cəmi 20.000 (iyirmi min) ABŞ dolları pulu almaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxs us ümumilikdə 434.000 (dörd yüz otuz dörd min) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2023-cü il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protest müəllifi bildirir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, habelə ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina edildiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Belə ki, apelyasiya instansiyası məhkəməsi Zərərçəkmiş şəxs, habelə şahidlər Şahid1, X4 və Şahid3 ifadələrini nəzərə almamış, onların qərəzsizliyinə əsaslı şübhələrin olması nəticəsinə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2023-cü il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Belə ki, şikayət müəllifi apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən istinad etdiyi mesaj mətnləri ilə bağlı bildirir ki, bəraət almış şəxs Zərərçəkmiş şəxs uzun müddət pul istəməkdə davam etdikdən sonra Zərərçəkmiş şəxs əvvəl verdiyi pulların müqabilində heç bir işin görülmədiyini görüb, heç olmasa zərərin yarısından qayıdıb əlavə pul verməməsi üçün müxtəlif bəhanələr gətirərək yazdığı mesaj mətnlərində borclu olduğunu vurqulamaqla ona pul verməmək və verdiyi pulları qaytarmağa cəhd etmişdir. Cinayət işinin materiallarından görünür ki, bəraət almış şəxs ilə həmin şahidlər arasında üzləşdirmə keçirilmiş, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs tərəfindən adları çəkilən şahidlər vasitəsi ilə bəraət almış şəxsya müvafiq məbləğlərdə pulun göndərilərək verilməsi öz təsdiqini tapmışdır. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələrini ziddiyy ətli hesab edib həmin ifadələri təqsirləndirilən şəxsin xeyrinə həll etmiş, bununla da, işin obyektiv araşdırılmasında maraqlı olmamış, vəsatət verilməsinə baxmayaraq, həmin şahidləri dindirməmiş, onların ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdikləri ifadələrin mötəbərliyini əsassız olaraq şübhə altına almışdır. Həmçinin şikayətdə bildirilir ki, məhkəmə prosesləri zamanı təqsirləndirilən şəxs və onun müdafiəçiləri tərəfindən cinayət işi üzrə bəraət almış şəxsnın törətdiyi cinayət əməlinin təkzib edilməsi, şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yüngülləşdirən halların mövcudluğuna dair heç bir sübut təqdim olunmamış, məhkəmə tərəfindən bununla bağlı heç bir fakt müəyyən edilməmişdir. Məhkəmədə bəraət almış şəxsya Zərərçəkmiş şəxs t ərəfindən verilən pullar barəsində dəfələrlə suallar verilməsinə baxmayaraq, o həmin suallara cavab verməkdən yayınmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və nümayəndə T.Əkbərovun, kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməməsi barədə bəraət almış şəxs bəraət almış şəxsnın və müdafiəçi V.Orucovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-P rosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müə yyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş protestdə və şikayətdə bəraət almış şəxsnın əməlində ittiham edildiyi dələduzluq cinayətinin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq apellyasiya instansiya məhkəməsi həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinə əsasən “bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdəbeş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası kassasiya protestində və kassasiya şikayətində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mən bəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki,onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inka r edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblər inə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respu blikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, nəzərə alınsın ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanuns uz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məs ələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibard an sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda d a baş verir. Nəzərə alınmalıdır ki, dələduzluq əmlakın mülkiyyətçisinə və ya qanuni sahibinə qarşı deyil, həmin əmlakdan müvəqqəti istifadə edən şəxsə qarşı törədildikdə maddi zərər mülkiyyətçiyə (qanuni sahibə) vurulur və o da iş üzrə zərər çəkmiş şəxs qismində tanınır. Belə hallarda dələduzluğun törədilməsi nəticəsində zərərin birbaşa əmlakın mülkiyyətçisi (qanuni sahibi) ilə yanaşı, həm də ondan müvəqqəti istifadə edən şəxsə də vurulması müəyyən edildikdə sonuncu da iş üzrə zərər çəkmiş şəxs kimi tanınmalıdır. Məhkəmə kollegiyası iş materiallarını qanunvericiliyin yuxarıda şərh olunan normalarının tələblərı, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenumlarının qərarları nəzərə alınmaqla təhlil edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından görünür ki, həm biri nci instansiya məhkəməsində məhkəmə baxışı zamanı, həm də apellyasiya baxışı zamanı X9 Zərərçəkmiş şəxs dolanışığına pulu olmadığı üçün ara-sıra ona maddi yardım kimi ***-**** manat arası pul verdiyini, ümumilikdə Zərərçəkmiş şəxsdən 10.000-12.000 manat məbləğdə maddi yardım kimi aldığını, bu maddi yardımdan başqa ondan pul almadığını, Zərərçəkmiş şəxsin təhlükəli adam olduğunu, onun düz yolla getmədiyini başa düşdüyü üçün onunla münasibətlərini pozduğunu, sonradan Zərərçəkmiş şəxsin ona verdiyi pulları kimdənsə borc aldığını dediyi üçün ona 5.000 manat pulunu qaytardığını bildirmişdir. İttihamın əsasını bəraət almış şəxsnın qardaşı X10in ölməsi barədə yalan məlumat verib aralarında yaranmış münasibətlərdən istifadə edərək zərər çəkmiş şəxsi inandırmaqla X10dən miras qalmış əmlakları öz ad ına sənədləşdirib sonradan aralarında bölüşdürülməsi adı ilə Zərərçəkmiş şəxs məxsus pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi təşkil edir. Apellyasiya instansiyasında dindirilən Zərərçəkmiş şəxs verilən sualı cavablandıraraq bəraət almış şəxs ilə onun arasında təqsirləndirilən şəxsin qardaşından başqa digər X10 adlı ümumi tanış şəxsin olmamasını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi öz mövqeyini əsaslandıraraq haqlı olaraq qeyd etmişdir ki, “Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin dələduzluq əməllərini X10in ölməsi barədə sonuncunun verdiyi yalan məlumatla əlaqələndirsə də, həqiqiliyi heç bir şübhə doğurmayan SMS mətnlərində n əinki X10in ölməsi haqda hər hansı bir məlumat mövcud deyil, hətta 2016-cı ilin sentyabr ayında onların qarşılıqlı mesajlaşmalarında X10 barədə söhbətlər öz əksini tapır ki, bu hal da Zərərçəkmiş şəxs X10in ölməməsi, əksinə sağ olması barədə məlumatlı olmasına dəlalət edir. Yəni 2016-cı ilin sentyabr ayına qədər bəraət almış şəxsnın qardaşı X10in ölməsi barədə yalan məlumat verib ölmüş qardaşının əmlakını ələ keçirərək sonradan aralarında bölüşdürməsini vəd edib Zərərçəkmiş şəxs aldatmaqla onun 65.000 manat pulunun, sonrakı vaxtlarda da eyni üsulla zərərçəkmiş şəxsin digər vəsaitinin ələ keçirməsi heç bir məntiqə sığmır.” Belə ki, Zərərçəkmiş şəxs ifadəsində qeyd etmişdir ki, təqsirləndirilən şəxs artıq 2016-cı ilin may ayında qardaşı X10in ölməsi barədə zərər çəkmiş şəxsə bildirmişdir. Lakin qarşılıqlı SMS yazışmalarından göründüyü kimi, xx.xx.2016-cı il tarixdə X21 “Ürəyim, dünən X10 gəldi, danışa bilmədik, ona zəng gəldi, təzə girmişdi, getməli oldu. Birazdan bizə gələcək, bu gün onunla danışım, görüm nə deyir” mətndə mesaj göndərir, Zərərçəkmiş şəxs isə “Yaxşı canım, təki işlər həll olunsun, gedəndən sonra yazarsan” mətndə cavab yazır (cild 2 i.v.72). xx.xx.2016-cı il tarixdə isə Zərərçəkmiş şəxs özü bəraət almış şəxsya “X10ə dedin? Səhərə onda olanı və yuristi hazırlasın” mesajı göndərir, bəraət almış şəxs da xx.xx.2016- cı il tarixdə Zərərçəkmiş şəxs “Üzr istəyirəm, səni nigaran qoydum, telefonum maşında qalmışdı, indi X10 gətirdi” mətndə SMS yazır (cild 2 i.v.74). Eyni zamanda zərərçəkmiş şəxsin ifadəsindən görünür ki, bəraət almış şəxs onu aldadıb müxtəlif bəhanəl ərlə pulları aldıqdan sonra verdiyi vədlərin əməl etməsindən yayındırmaq üçün qardaşı X12in uşağının ölməsini, “Mercedes-G” klass markalı avtomobillərin gömrükdə rəsmiləşdirilməsi adı ilə əlavə pullar aldıqdan 3-4 gün sonra isə hətta Musa adlı kiçik oğlunun X10ə məxsus Badamdar qəsəbəsində yerləşən villasında hovuzda boğularaq öldüyünü bildimişdir. Bundan başqa, məhkəmə iclasında Zərərçəkmiş şəxs qeyd etmişdir ki, bəraət almış şəxsya hədsiz inandığı üçün X10ə aid olub-olmamasına dair hər hansı bir sənəd tələb edib baxmamış, hətta Bakı şəhərində olan “Mercedes-G” klass markalı avtomobillərin, X10in Binəqədi rayonunda yerləşən şərikli zavodunun, X10in mülkiyyətində olan, Badamdar qəsəbəsində yerləşən villanın mövcudluğunu belə yoxlamamış, ali təhsilli şəxs olmasına, uzun müddət mühüm rəhbər vəzifələrdə işləməsinə, hətta məhbus həyatı yaşayıb hərtərəfli böyük həyat təcrübəsinə malik olmasına baxmayaraq, özünü verilən vədlərə asanlıqla inanan şəxs kimi qələmə verməyə çalışsa da, 07 dekabr 2016-cı il tarixli SMS yazışmalardan (cild 2 i.v.108) məlum olur ki, Şahid7 onların gizlin görüşməsi barədə xəbər tutduqdan sonra nikahın pozulması ərəfəsində aralarında yaranmış əmlak bölgüsü zamanı Zərərçəkmiş şəxs bəraət almış şəxsya “Advokatsız onunla heç bir şey həll etmə, özün heç kimə inanma, yazılanların hamısını oxu sonra qol çək, birdə qeyd elətdir ki, səni və bizləri (özün başa düşürsən də) narahat etməsin, sənəddə bunlar öz əksini tapmalıdır, bir sözlə diqqətli ol, harada isteyirsən iki dəqiqəlik maşında (dostumun maşınında) oturub sənə bəzi məsləhətlər verərik, dostum yuridik işlə ri yaxşı bilir” məzmunlu mesaj göndərmişdir. Bu və digər mesajlar Zərərçəkmiş şəxs heç də sadəlövh, hər sözə inanan deyil, əksinə “tədbirli”, planlaşdırdığı işlərini düşüncəli və davamlı həyata keçirən şəxs olmasını göstərir. Cinayət işinin 2-ci cildində olan SMS yazışmalarından məlum olur ki, bəraət almış şəxs hər hansı bir işin görülməsi ilə bağlı Zərərçəkmiş şəxs heç bir təklif etməmiş, ondan pul istəməmiş, yalnız mobil telefon nömrəsinə konturlar göndərilməsini xahiş etmiş, Zərərçəkmiş şəxs tərəfindən 5 manatlıq konturlar yükləndikdə belə bunu minnətdarlıqla qəbul etmişdir. Əksinə, Zərərçəkmiş şəxs xx.xx.2016-cı il tarixli mesajında təqsirləndirilən şəxsə pula ehtiyacı olduğunu dedikdə, bəraət almış şəxs ona “Sene işlərin üçün pul lazımdısa denən evimi satım sənə pul verim, öz borcları mı da qaytararam, sənin üçün mən hər şeyə hazıram” mətndə cavab göndərir (cild 2 i.v.35). İş materiallarında olan SMS mətnlərinə nəzər saldıqda görünür ki, Zərərçəkmiş şəxs bəraət almış şəxs ilə tanışlıqdan əvvəl və sonra maddi sıxıntıları olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs xx.xx.2015-ci il tarixdə ***-***-**-** nömrəli mobil telefonun istifadəçisinə “Salam qardaş, mən heç kimdən pul dilənmirəm, sən məni yaxşı tanıyırsan, fikirləşdim ki, bir yerdə işləyərik, mən səni çox istədiyimdən fikirləşdim bir yerdə işləyərik özün bu həyatda hər şeyi görmüsən, onsuzda mən səninlə işləyəcəm, heç bir şeydən asılı olmayaraq, prosto mənim finans durumum yaxşı olmadığından sənə ağız açıram, sənə onsuzda hörmətim böyükdür” (cild 2 i.v.9-10), xx.xx.2016-ci il tarixdə nömrəli mobil telefonun istifadəçisi Zə rərçəkmiş şəxs “Mən çox gözlədim, səndən cavab olmadı, axı sən mənim evimi satanda demişdin sənin üçün üç otaqlı alacam, indi mənim balalarıma ev lazımdı, sənə elədiklərimi indiyə kimi geri istəməmişdim, amma bundan sonra hamısını qanuni və qeyri qanuni tələb edəcəm, fermamı, mal-heyvanlarımı, zapravkamı, uşaqların üçün xərclədiyim pulları, sənin borcuna görə lənkəranlılara verdiyim pulları, sənin üçün xərclədiyim pulları, Biləsuvardakı torpaq sahəmi” (cild 2 i.v 26), xx.xx.2020-ci il tarixdə ******-**-** nömrəli mobil telefonun istifadəçisi Zərərçəkmiş şəxs “Salam müəllim, mən bilsəydim sən məni bu formada alladacaqsan mən sənə pul verməzdim, iki ildir mən xəstə yatıram, bir dəfə də olsun məni aramadın, bu hörmətsizlikdir, xahiş edirəm sənə verdiyim pulları fevral ayının sonlarına kimi qaytarasan, özün bilirsən nə qədərdir, yadlna salım – 26.500, əks halda nə edəcəyimi özüm yaxşı bilirəm, istəməzdim bu məsələni qohumlar və tanışlar bilsin, bu işdə şahidlərim də var, özün bilirsən, ayın sonunda səninlə görüşəcəm, artıq suallara ehtiyac duymuram. Cavid müəllimin oğludur” (cild 2 i.v 177) mesajlar göndərir. xx.xx.2020-ci il tarixdə sonuncu şəxs atasının xəstə olmasını, onun müalicəsinə pul lazım olduğunu vurğulayıb Zərərçəkmiş şəxs yenə də 26.500 məbləğində pulu tələb edir (cild 2 i.v 178). Zərərçəkmiş şəxs pul tələbi ilə bağlı ona ünvanlanan mesajları cavablandırmır. Bu mesajlardan əvvəl, xx.xx.2016-cı il tarixdə Zərərçəkmiş şəxs 050 21373-17 nömrəli mobil telefonun istifadəçisinə “Qardaş, başına dönüm, bu Cavid... uje məni yığıb boğaza, hər şey dirənib, sənin başına dönü m, məni bu bəladan qurtar, dözə bilmirəm, bağışla məni” məzmunda mesaj göndədrir. Zərər çəkmiş şəxs bəraət almış şəxs ilə yazışmasında da maddi sıxıntılarının olmasını gizlətməmişdir. Belə ki, Zərərçəkmiş şəxs xx.xx.2016-cı il tarixdə “Allaha and olsun, ümid yerim də yoxdur, bir nəfərə mənim borcum var idi, onun da qardaşını tutublar, pul lazımdı, dünəndən məndən borcunu istəyir, hələ tapa bilməmişəm, sən bildiyin dostumla axtarışdayıq, onlarda dirənib, mən həyatı belə təsəvvür etməzdim, benzin tökməyə pulum yoxdur” (cild 2 i.v.97), xx.xx.2016-cı il tarixdə isə “Mən neçə illərdi borc yığmışam, axırıncı yolçuluq etmişəm demək olar, bilseydim düşmənimdə pul var, sənə görə onun qapısına gedərdim, heç kəs mənə borca pul vermir, özümü də pis hiss edirəm” (cild 2 i.v.103) məzmunda təqsirləndiril ən şəxsə mesajlar göndərir. X20 özünə məxsus qiymətli əşyaları satmaq istəməsini deyib dolayı yolla Zərərçəkmiş şəxs maddi durumunun qənaətbəxş olmamasını bildirdikdə sonuncu ona maddi dəstək əvəzinə, müxtəlif “məsləhətlər” vermişdir (cild 2 i.v.37-38). xx.xx.2016-cı il tarixdə isə bəraət almış şəxs təcili xəz yarıgödəkçəsini (norkovıy poluşubok) satmaq niyyətində olmasını bildirdikdə Zərərçəkmiş şəxs “Mənim hələlik dilimi gödək edən bu gün pulumun olmamasıdır, sən onu bil, mən çoxlu pul da görmüşəm, amma məni həyatda çox incidiblər, ona görə deyirəm bir az səbrli ol, onda görəcəksən mən sənə necə diqqətliyəm” mesaj göndərir, bəraət almış şəxs da “Pulun olacaq, mənim ayağım düşərlidir, onda mənə maşın alarsan” cavab yazır (cild 2 i.v.51). Bundan başqa, Zərərçəkmiş şəxs ifadələrində X14 və Novosibirsk şəhərlərinə səfər etməsi, yaxın qohumlarının ölümü ilə bağlı başının yasa qarışması və sair səbəblərdən bir ay, bəzən iki-üç ay onunla əlaqə saxlaya, görüşə bilməməsi barədə məlumat versə də, SMS yazışmalarının intensivilik üzrə təhlilindən görünür ki, onların arasında bu qədər zaman kəsiyində əlaqənin olmaması halı, Zərərçəkmiş şəxs bəraət almış şəxsya bu qədər uzun müddət harada olması, X7 miras qalmış əmlakın əldə edilməsi məqsədi ilə Riqa və Novosibirsk şəhərlərinə getməsi, qardaşı X12in ailəsini Almaniyaya yola salınması barədə mövzular mövcud deyil. Həmçinin SMS yazışmalarından göründüyü kimi, bir neçə gün ərzində bəraət almış şəxs ilə intim münasibətdə olmaq məqsədi ilə görüşləri alınmayanda Zərərçəkmiş şəxs Mirzyev dərhal narahat olur, bəraət almış şəxsdən israrla görüş mələrini istəyir (cild 2 i.v.65). Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Zərərçəkmiş şəxs ifadələri həm özü-özlüyündə, həm təqsirləndirilən şəxsə verilən ittihamla müqayisədə ziddiyyətli olduğundan, həm də artıq cinayət işi materiallarında mövcud olan digər sübutlarla, o cümlədən həqiqəti şübhə doğurmayan SMS mətnləri ilə uzlaşmadığından, həmin ifadələrin obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edilməsi istisna olunur. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən əldə edilmiş, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar bəraət almış şəxsya istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və açıq-aşkar şübhəyə yer qoyur. Müəyyən olunmuş bu ziddiyyətlər ittihamın sübuta yetirilməsində kifayət qədər ə saslı şübhələr yaratmaqla həmin şübhələrin aradan qaldırılması üçün hər hansı bir digər sübut məhkəmə tərəfindən müəyyən edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası ittihamın əsas şahidləri olan Şahid1, X11 və Şahid3 Abı oğlunun ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdikləri ifadələri ilə bağlı aşağdakıları qeyd edir: Şahid qismində dindirilmiş Şahid1 ifadəsində Zərərçəkmiş şəxslə bir yerdə işləməsini, birgə işlədiyi vaxt Zərərçəkmiş şəxs göstərişi əsasında bir neçə dəfə ayrı-ayrı şəxslərə paket və bağlamalar verdiyini, bəraət almış şəxsnı əvvəllər tanımasa da, Zərərçəkmiş şəxsin tapşırığı ilə ona Yasamal rayonunun ərazisindəki 20 nömrəli məktəbin yaxınlığında görüşüb ona sellofan paket verdiyini, lakin paketin içərisində nə olmasını bilmədiyini, paketdə olanları sən əd zənn etdiyini, orada pul olmasını bilsə idi, pulu aparmağa etiraz edib Zərərçəkmiş şəxsin özü tərəfindən sahibinə çatdırlımasını xahiş edəcəyini bildirmişdir (c.1 i.v. 176-179). bəraət almış şəxs ilə üşzləmə zamanı isə Şahid1 onu tanımadığını, ona pul vermədiyini bildirmişdir (c.1 i.v.233- 234). Birinci instansiya məhkəməsində Şahid1 hətta iki dəfə Zərərçəkmiş şəxs tərəfindən verilən bağlamanı bəraət almış şəxsya 20 nömrəli məktəbin yaxınlığında verdiyini, Zərərçəkmiş şəxs rəhbər şəxs olduğu üçün bağlamanın içərisində nə olduğunu soruşmadığını, birinci dəfə bağlamanı verdikdən 6-8 ay keçdikdən sonra ikinci dəfə Zərərçəkmiş şəxs tərəfindən verilən bağlamanı bəraət almış şəxsya çatdırdığını bildirimişdir (c.4 i.v.144-145). X11 istintaq zamanı xx.xx.2021-ci il tarixdə verdiyi ifadəsində gö stərmişdir ki, Zərərçəkmiş şəxs onun həm iş yoldaşı, həm də qohumudur. 3-4 il əvvəl Zərərçəkmiş şəxs onun yanında 50.000 ABŞ dolları sayıb zərfin içinə qoyub, hətta zərfin üzərində onu imza etdirməklə bir nəfərə çatdırmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsin xahişi ilə həmin zərfi Oxsford” məktəbinin yanında bəraət almış şəxsya çatdırmışdır. Zərərçəkmiş şəxsin hansı məqsədlə pulu bəraət almış şəxsə verməsi, sonuncunun Zərərçəkmiş şəxs qarşı dələduzluq etməsi barədə məlumatı yoxdur (c.1 i.v.185-187). bəraət almış şəxs ilə üzləşmə zamanı X11 eyni halları bildirmişdir (c.1 i.v.235-236). Birinci instansiya məhkəməsində də X11 eyni ifadə verib əlavə olaraq Zərərçəkmiş şəxsi Mirzəyevin bacısı qızının əri olduğunu, hadisənin 4-5 il əvvəl payız-yaz aylarında baş verdiyini, Zərərçəkmiş şəxsin onda n vəzifədə üstün olmasını, Zərərçəkmiş şəxs yorğun olduğu üçün bəraət almış şəxsə pulun çatdırılmasını ondan xahiş etdiyini, yaşca böyük olduğu üçün Zərərçəkmiş şəxsin xahişindən imtina etmədiyini bildirimişdir (c.4 i.v.144- 144). Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs 2017-ci ilin əvvəllərində 50.000 ABŞ dollarını X11 vasitəsilə bəraət almış şəxsnın “keçmiş əri” üçün “ölmüş qardaşı X10in” miras payından əl çəkməsi üçün göndərilməsi inandırıcı deyil, çünki SMS yazışmalarından Zərərçəkmiş şəxs nə X10in ölməsini, nə də bəraət almış şəxsnın artıq boşanmış olmasını bildiyi deyil, bunun əksi görünür. Şahid3 iş üzrə verdiyi izahat və ifadələr də ziddiyyətlidir.Belə ki, ilkin izahatında X22 onun rəhbəri olduğunu, yəni mühəndis işlədiyi Dövlət Radiotezliklər idarəsinin rəisi vəzifəsində işlədiyini, Zərərçəkmiş şəxs göstərişinə görə 2017-ci ilin qış aylarında Bakı şəhərində “Pekin” restoranının qarşısında Zərərçəkmiş şəxsin verdiyi, içində 10.000 manat pul olan zərfi bəraət almış şəxs adlı qadına verdiyini bildirmişdir (c.1 i.v.24-25). Şahid qismində dindirilən zaman isə Şahid3 zərfin içində pul olmasını görmədiyini, zərfdə 10.000 manat pulun olmasını ona Zərərçəkmiş şəxs dediyini bildirmişdir. Birinci instansiya məhkəməsində isə Şahid3 zərfdə 10.000 manat pul olduğunu, pulun onun tərəfindən sayılmadığını, Zərərçəkmiş şəxs tərəfindən işdə sayılıb ona verildiyini bildirimişdir (c.4 i.v.145-146). Belə olan halda məhkəmə kollegiyası iş üzrə bütün sübutlara həm ayrılıqda, həm də bir-biri ilə müqayisəli şəkildə qiymət verərək, belə nəticəyə gəlir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər Şahid1, X11 və Şahid3 ziddiyyətli ifadələrindən başqa digər sübutların mövcud olmaması, hazırkı cinayət işi üzrə şübhəli məqamların olması, bu məqamlara aydınlıq gətirən, aradan qaldıran mötəbər sübutların yoxluğu X3 dələduzluq cinayətini törətməsi qənaətinə gəlinməsinə əsas vermir. Məhz yuxarıda qeyd edilənlərə əsasən apellyasiya instansiya məhkəməsi tərəfindən tam əsaslı olaraq, bəraət almış şəxsya təqsiri sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Avropa Məhkəməsi qeyd edir ki, istənilən şübhə vicdanlı şübhə olmalıdır. Mürrey Birləşmiş Krallığa qarşı məhkəmə işi üzrə qərarında məhkəmə qeyd etdi ki, şübhənin həqiqi və vicdanlı olması onun əsaslığının zəruri elementlərindən birini təşkil edir. Lakin şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhə li şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Buna görə də, sözügedən şəxsin törətdiyi hərəkətlərin onun hüquq pozuntusunda iştirakını birbaşa təsdiq etdiyini göstərən, yaxud sənədlərlə və ya məhkəmə-tibb ekspertizasının nəticələri ilə təsdiq edilən sübutlar olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bund an əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təmi nat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məh kəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq bəraət almış şəxsnın təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin protestin və şikayətin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2023-cü il tarixli hökmü əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan protest və şikayət təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. Bəraət almış şəxs X9 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2023-cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar