Məhkəmə qərarları › İş №1(102)-828/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-828/2019

29.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-828/2019 29.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikay əti və Müdafiəçi kassasiya şikayətinə əlavə üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər N.F.Quliyev (sədrlik edən və məruzəçi), O.Y.Cəlilov və R.M.Cəfərovdan ibarət tərkibdə) 1(089)-192/2016 nömrəli 21 aprel 2016-cı il tarixli hökmü ilə 11 iyun 1985-ci il tarixdə Ağcabədi rayonunun Kəhrizli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, Ağcabədi rayonunun Kəhrizli kəndində qeydiyyatda olan və həmin kənddə yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə m üəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 03 dekabr 2015-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, həmkəndlisi X5 onun bacısı X1 ilə 05 avqust 2015-ci il tarixədək ər-arvad kimi birgə yaşadıqları müddətdə onun bacısına lazımı qayğı göstərmədiyinə, hamiləliyi ilə bağlı onu özünün hesabına müalicə etdirmədiyinə, bacısından boşanıb başqa bir qadınla ailə həyatı qurmasına, eləcə də, boşanandan sonra onun bacısını yaşadığı kənddə maşınla təqib edib qanunsuz hərəkətlərə yol verdiyinə görə, özünü təhqir olunmuş hesab edərək, bu hərəkətlərinə görə qisas alıb X8i qəsdən öldürmək qərarına gəlmiş, həmin məqsədlə istintaqa məlum olmayan mənbədən əldə etdiyi ümumi uzunluğu 170 mm, tiyəsinin uzunluğu 80 mm, dəs təyinin uzunluğu 90 mm olan zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən, qatlanan turist bıçağını özünə məxsus olan YAZ-2107 markalı, **- XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda saxlayıb əlverişli şəraitin yaranmasını gözləmişdır. 01 dekabr 2015-ci il tarixdə saat 21 radələrində o, özünə məxsus olan VAZ-2107 markalı avtomobili idarə edib Ağcabədi rayonunun Şərəfxanlı kəndindən yaşadığı Kəhrizli kəndinə gələrkən X8in də, özünün VAZ-2101 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilində tək eyni istiqamətdə hərəkətdə olmasını görüb, onu qəsdən öldürməklə məqsədini həyata keçirmək üçün əlverişli imkan yaranması qənaətinə gələrək işıq siqnalı verib, əli ilə işarə etməklə saxlatmaq istəmiş, lakin, sonuncu avtomobilini dayandırmadığından niyyətini başa çatdır a bilməmiş, bundan sonra, o, yaşadığı Ağcabədi rayonunun Kəhrizli kəndinə gəlib həmin kənddə yerləşən, X8 məxsus olan ərzaq mağazasının qarşısında olarkən X8in mağazaya girdiyini görüb, cinayətkar niyyətini başa çatdırmaq üçün mağazanın yaxınlığında saxladığı VAZ-2107 markalı avtomobilinin salonunda əvvəlcədən gizlətdiyi qatlanan turist bıçağını götürüb sonuncunun çıxmasını gözləmiş, X8 mağazadan çıxıb özünün asfalt yolun əks tərəfində saxlamış olduğu VAZ2101 markalı avtomobilinə tərəf hərəkət edərkən arxa tərəfindən ona hücum edib, bıçaqla həyat üçün vacib orqanlarının yerləşdiyi sol kürək nahiyəsindən iki dəfə zərbə endirib, döş qəfəsinin sol yarısının arxa səthində sol kürək nahiyəsindən döş boşluğuna keçərək daxili qanaxma, hemopnevmatoraksla müşayiət edilən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid deşilmiş-kəsilmiş yara və döş qəfəsinin sol yarısının arxa səthində sol kürək nahiyəsində boşluğa keçməyən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid deşilmiş-kəsilmiş yara xəsarətləri yetirmiş, həmin vaxt yaxınlıqda olan kənd sakini X10 onu tutub saxladığına görə növbəti bıçaq zərbələrini endirməyə imkanı olmadığından, həmçinin qohumları tərəfindən xəstəxanaya çatdırılan X6 göstərilən intensiv tibbi yardımlar nəticəsinə onun həyatı xilas olduğundan o, iradəsindən asılı olmayan səbəbdən niyyətini başa çatdıra bilməyərək X7 qisas almaq niyyəti ilə qəsdən öldürməyə cəhd etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Z.B.Babayev (sədrlik edən və məruzəçi), A. Q.Dosiyev və Ə.Ə.Novruzovdan ibarət tərkibdə) 1(106)418/2016 nömrəli 12 oktyabr 2016-cı il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2016-cı il tarixli hökmü dəyişdirilmiş, Məhkum cinayət əməli Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmiş, ona CM-in 126.1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər H.Q.Nəsibov (sədrlik edən və məruzəçi), Ə.S.Seyfəliyev və İ.M.Cəfərovdan ibarət tərkibdə) 05 aprel 2017-ci il tarixli qərarı ilə Şirvan Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 12 oktyabr 2016-cı il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər E.Ə.Camalov (sədrlik edən və məruzəçi), İ.H.Əhmədov və K.H.Əkbərovdan ibarət tərkibdə) 1(106)18/2018 nömrəli 10 yanvar 2018-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi İ.Ə.Həsənov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətlərində xahiş edirlər ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2018-ci il tarixli qər arı ləğv edilsin və məhkuma təyin olunmuş cəzanın yüngülləşdirilməsi və ya onun barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəzanın şərti hesab edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2018-ci il tarixli qərarı əsassızdır. Belə ki, barəsində cəza təyin edilərkən cinayət qanunvericiliyinin müddəaları və konstitusion hüquqları kobud şəkildə pozulmuşdur. Onun əməlində kifayət qədər cəzasını yüngülləşdirən hallar olmasına baxmayaraq ona sərt cəza təyin edilmişdir. İş üzrə zərərçəkmiş şəxs X8 məhkəmə prosesi zamanı məhkumdan şikayətçi olmadığını və hətta məhkumun onu öldürmək istəmədiyini bildirmişdir. Bundan başqa məh kəmələr onun ailəli olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını qeyd etsələr də nədəncə cəza təyini zamanı bu hallar nəzərə alınmamışdır. Kassasiya şikayətinə əlavənin dəlillərini məhkumun müdafiəçisi Müdafiəçi onunla əsaslandırır ki, zərərçəkmiş şəxsin Məhkum ilə barışması, ondan heç bir şikayəti və tələbi olmaması, hətta zərərçəkmiş şəxsin Məhkum barəsində daha yüngül cəza təyin edilməsinə dair xahişi imkan verir ki, Məhkum azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəza təyin olunsun. Həmçinin Məhkum 3 il 10 aydır ki, ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkir. Bundan başqa Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqi haqqında qərar çıxarıla bilər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışını n predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMnin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin başlıca dəlili Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməməsi və ya ona təyin olunmuş cəzanın ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 70.1ci maddəsində nəzərdə tutulmuşdur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi h aqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. İş materiallarından, o cümlədən hökmdən və qərardan görünür ki, məhkəmələr qeyd olunan normada göstərilən bütün halları təhlil edərək nəzərə alıb məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymamış və nə səbəbdən belə q ənaətə gəldiyini qərarlarında şərh etmişlər. Məhkəmələrin gəldiyi bu nəticə iş materiallarına və qanunun tələblərinə tam uyğun olduğundan məhkəmə kollegiyası da həmin nəticə ilə razılaşır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə kassasiya şikayətində istinad olunan halların heç biri Məhkum barəsində şərti məhkum etmənin tətbiq olunmasını mümkün sayıla bilən amillər kimi qiymətləndirilə bilməz. Məhkuma təyin edilmiş cəzanın ağır olması barədə dəlili ilə əlaqədar məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsi ilə müəyyən olunur ki, cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdən görünür ki, birinci instansiyası məhkəməsi cəza təyin edərkən təqsirləndirilən şəxs Məhkum himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi və işdə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, CM-in 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi CM-in 29,120.1-ci maddəsi ilə 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Nəzərə alınsa ki, Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur və məhkəmə ona CM-nin 120.1-ci maddəsinin aşağı həddindən də aşağı olan cəza təyin etmişdir, belə cəzanı heç cür ağır hesab etmək mümkün deyildir. Həm çinin təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni mə qsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi və yaxud təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddələrinin tətbiq olunması üçün işdə heç bir qanuni əsas yoxdur. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2019-cu il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlər ə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2019-cu il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar