Məhkəmə qərarları › İş №1(102)-828/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-828/2021

16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-828/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Məhkumun iştirakları ilə Masallı Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 228.1 və 234.4-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dai cinayət işi üzrə apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ayaz Səlimov) xx xxxx 1973-cü il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli - himayəsində 3 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Ünvan1 ünvanda qeydiyyatda olmaqla yaşayan, əvvəllər Masallı Rayon Məhkəməsinin 17 may 2016-cı il tarixli hökmünə əsasən CM-nin 315.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə aza dlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19.02.2018-ci il tarixdə vaxtından əvvəl şərti azad edilmiş, 12.10.2018-ci il tarixdə cəzasını tam çəkib qurtarmış, məhkumluğu ödənilməmiş Məhkum Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmdən Məhkum tərəfindən apelyasiya şikayəti verilmiş, Şirvan Apelyasiya Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qərarı ilə Məhkum tərəfindən verilmiş apelyasiya şikayəti hərəkətsiz saxlanılmış, onun CM-nin 228.1 və 234.1-ci maddələri ilə məhku m olunması barədə cinayət işinin materiallarının Masallı Rayon Məhkəməsinə qaytarılması, CPM-nin 386-ci maddəsində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün Masallı Rayon Məhkəməsinə daxil olduğu vaxtdan 20 (iyirmi) gün müddət təyin olunması və qeyd olunan tələblər yerinə yetirildikdən sonra cinayət işinin materiallarının Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkum Masallı Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli hökmündən apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə Masallı Rayon Məhkəməsinə müraciət edərək, hökmdən apelyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Vəsatətə baxan Masallı Rayon Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli qə rarı ilə (hakim Ayaz Səlimov) vəsatət əsassız olduğundan təmin edilməmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayətinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim E.Ə.Camalov, hakimlər R.M.Cəfərov və K.S.Bəşirovdan ibarət tərkibdə) 02 fevral 2021-ci il tarixli qərarı ilə Masallı Rayon Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli qərarı apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2021-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ləğv etməklə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessu al müddətin üzürlü hesab edilərək bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi məqsədilə vəsatətlə Masallı Rayon Məhkəməsinə müraciət etmiş, lakin, həmin məhkəmə tərəfindən əsassız olaraq vəsatəti təmin edilməmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayətinə baxan Şirvan Apellyasiya Məhkəməsi də əsassız olaraq şikayət təmin edilməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, kassasiya şikayətinin təmin edilməsi, apellyasiya şikayəti üçün nəzərdə tutulmuş prosessual müddəti üzürlü səbəbdən buraxdığından prosessual müddətin bərpa olunmasını xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materialları nı araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Həmin iş üzrə Masallı Rayon Məhkəməsinin 22 iyul 2020-ci ildə çıxarılmış hökm ü, məhkuma 03 avqust 2020-ci il tarixdə təqdim edilmiş, məhkum tərəfindən 03 oktyabr 2020-ci il tarixdə apellyasiya şikayəti verilmişdir (birinci instansiyası məhkəməsinin hökmünün çıxarıldığı gündən 02 ay vaxt keçmişdir). Məhkəmə kollegiyası bu şikayətlə əlaqədar verilmiş müddətin bərpasına dair vəsatəti müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.3-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. Beləliklə, kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıran məhkəmə kollegiyası hesab edir ki, vəsatətdə məhkumun apellyasiya şikayəti vermə müddətinin üzürlü səbəbdən buraxılmasını təsdiq edə biləcək heç bir sənəd iş materiallarına əlavə olunmamışdır. Odur ki, birinci instansiya və apellyasiya məhkəmlələri apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmaması barədə tamamilə dügün hüquqi nəticəyə gəlmişlər. Beləlik lə, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 411 və 419.10.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cin ayət işi üzrə apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2021-ci il tarixli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar