Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-828/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxx 1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum olunmasına və Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət almasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 oktyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Sadıqov Səyavuş Köçəri oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 5 iyun 2023-cü il tarixli hökmü ilə (hakimlər: F.Z.Hümbətov (sədrlik edən), H.S.Əliyev və A.T.Rzayeva) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına mə hkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, onun 2 iyun 2021-ci il tarixdən 14 iyun 2021-ci il tarixədək tutulduğu və həbsdə olduğu 12 (on iki) gün ona təyin edilmiş cəza müddətinə hesablanmaqla çıxılması və üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 22 yanvar 2022-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.Ə.Ağayev (sədrlik edən), R.O.Əsgərova və A.İ.İsmayılov) apellyasiya protesti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 5 iyun 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq ümumilikdə 168,579 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamış, 02 iyun 2021-ci il tarixdə saat 11:50-də Sumqayıt şəhəri Səməd Vurğun küçəsi ərazisində yerləşən “Göyərçin” abidəsinin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat a xtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd yaşıl rəngli sellofana bükülmüş gümüşü rəngli falqanın içərisində, satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı təmiz çəkisi 168,579 qram olan qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmənin hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,230 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 22 yanvar 202 2-ci il tarixdə saat 21:10-da ünvan 3 ünvanında yerləşən yaşayış binasının qarşısında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb 3-cü polis bölməsinə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibinin üzərində yerləşən kiçik ölçülü cibindən 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,230 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin apel lyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayarkən ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdiyindən, işdəki sübutlar CPM-nin 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Dövlət ittihamçısının fikrincə, ibtidai araşdırma orqanı tərəfindən Məhkum barəsində olan cinayət işinin istintaqı zamanı cinayət prosessual qanu nvericiliyin tələblərinə riayət olunmaqla toplanmış sübutlarla onun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmiş və məhkəmə əsassız olaraq həmin sübutları mötəbər hesab etməyərək Məhkum təqsirliliyinin sübuta yetirilməməsi nəticəsinə gəlmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəmə si kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əs asən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protestdə qeyd edilir ki, Məhkum əməlində ittiham edildiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmələr həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təq sirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçü n irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kas sasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamış, bu vaxt cinayət və cinayətprosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qal dırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarında iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin qərarında verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Belə ki, Məhkum məhkəmə istintaqı zamanı göstərmişdir ki, o, 2021-ci ilin may ayının 30-da dostu X10 onu götürmək üçün öz avtomaşını ilə onların evinə gəlmişdir. X10ın maşınında oturan zaman Sumqayıt ŞP İ-nin CAŞ-nin əməkdaşları “Toyota Prado” markalı avtomaşınla X10ın avtomaşının qarşısını kəsmişlər. Əvvəllər polisdə işlədiyindən onları tanımışdır. Bu səbəbdən dostu X10a məsələnin aydınlaşdırılması üçün polislərlə danışmağı demişdir. Çünki həmin vaxt onda narkotik vasitə olmamışdır. Lakin X10 maşını saxlamadan arxaya sürən zaman X11 adlı polis əməkdaşının ayağını qırmış və maşınla oranı tərk edib getmişdir. Növbəti gün, yəni may ayının 31-də saat 17-18 radələrində onu Sumqayıt şəhərində “Göyərçin” abidəsinin yanında polislər saxlamaqla X10ın harada olması ilə maraqlanmışlar. X10ın Masazır qəsəbəsində olmasını dedikdən sonra birlikdə ora getmişlər, lakin tapa bilmədikləri üçün onu polis idarəsinə qaytarmışlar və orada saxlamaqla döymüşlər. Həmçinin Məhkum ifadəsində qeyd etmişdir ki, o, 2 021-ci ilin may ayının 31-də narkotik vasitə istifadəçisi kimi tutularaq polisdə saxlanılmış, lakin polislər bununla bağlı sənədləşməni iyun ayının 2-də aparmışlar. Belə ki, onu, 2 gün Sumqayıt ŞPİ-nin CAŞ-nin rəis müavininin otağında saxlamışlar. Həmin müddət ərzində o, döyülmüş və işgəncələrə məruz qalmış, polislər ondan qarşısına qoyulmuş narkotiki boynuna almasını tələb etmişlər, nəticədə o, təzyiqlərə dözməyərək həm video çəkiliş zamanı, həm də ifadəsində 250 manata 168 qram narkotik vasitə heroinin ona məxsus olmasını deməyə məcbur olmuşdur. Polisin üzərinə maşın sürən X10 sonradan tutulmuş və barəsində hökm də çıxmışdır. Ona polisə müqavimətlə bağlı ittiham verilmişdir. Bundan başqa, Məhkum göstərmişdir ki, onun bədəni üzərində xəsarətlər olmuşdur, həmin xəsarətlər videoçəkilişdə də görünmüşdür. İstintaq təcridxanasına gedərkən də xəsarətlər barədə məlumat vermişdir. Belə ki, tutulduğu gündə evdən anası ilə görüşüb çıxmış və evdən çıxarkən bədəni üzərində hər hansı bir xəsarət olmamışdır. Həmin vaxt istifadəsində 051 *** ** ** saylı mobil telefon nömrəsi olmuşdur. Bundan başqa, Məhkum göstərmişdir ki, apellyasiya məhkəməsi tərəfindən həbsdən buraxıldıqdan sonra 2022-ci ilin yanvar ayının 22-də ünvan 4 ünvanının qarşısında blokdan çıxarkən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən tutulmuşdur. Həmin vaxt üzərində 1 dəfə istifadə etmək üçün nəzərdə tutulmuş 0,2 qram çəkidə narkotik vasitə heroin olmuşdur. Saxladıqdan sonra 3-cü PB-yə aparılmış və üzərində şəxsi axtarış aparılarkən həmin narkotik vasitə ondan götürülmüşdür. İbtidai araşdırma zamanı da Məhkum o xşar məzmunlu ifadə verməklə 31 may 2021ci il tarixdə saxlanılmasını, polis əməkdaşları tərəfindən döyülməsini, 02 iyun 2021-ci il tarixdə üzərinə şəxsi axtarış aparılarkən onda külli miqdarda narkotik vasitənin olmamasını göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşı Şahid7 ifadəsində göstərmişdir ki, 2022-ci il yanvarın 22-də Məhkum narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, və qəbulu barədə əməliyyat müvəkkili Şahid6a əməliyyat məlumatı daxil olmuşdiur. Yaradılmış əməliyyat qrupunun tərkibində həmin gün saat 21 radələrində Şahid6lə birlikdə Sumqayıt şəhəri, Bulvar küçəsi, Kristal 2 ünvanında Məhkum saxlamışlar və onu 3-cü PB-yə gətirmişlər. Orada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şə xsi axtarış aparılmış və bu zaman onda bir bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsinbdən görünür ki, o, Şahid7la oxşar məzmunlu ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 2, iş vərəqləri 30-32) Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Məhkum narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, eləcədə satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olduqdan sonra, Şahid3 və ibarət əməliyyat qrupu yaradılmış, qrupu rəhbərlik isə ona həvalə olmuşdur. Nəticədə 2021-ci il iyunun 2-də Sumqayıt şəhəri “Göyərçin” abidəsi yaxınlığında saat 11 radələrində Məhkum yerini müə yyən edib ona yaxınlaşmışlar. Həmin vaxt Məhkum “Mercedes” markalı avtomaşında olmuşdur. Onun yanında cinayət törətməkdə şübhəli olan digər şəxsin ola bilməsindən şübhələnərək bu haqda rəhbərliklərinə məlumat verib kömək göndərilməsini xahiş etmişlər. bəraət almış şəxsə yaxınlaşdıqda o, polisləri gördükdə maşından düşüb “Göyərçin” abidəsinin yanından Novxanı istiqamətində qaçmağa başlamışdır. Qaçarkən yolda Məhkum iki dəfə yıxılmış və onda olan xəsarətlərin həmin vaxt yıxılma nəticəsində ala bilməsini ehtimal edir. Məhkum tutularaq Sumqayıt ŞPİ-yə gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılmış və bu zaman onda 170 qrama yaxın narkotik vasitə heroin olması aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvvəkkili Şahid3 ifadəsində göstər mişdir ki, 2021-ci il iyunun 2-də Məhkum narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, ondan, eləcə də polis əməkdaşları Şahid2 və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi Şahid1 etmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bəraət almış şəxsin keçmiş polis əməkdaşı olduğunu məlum olmuşdur. Həmin gün saat 11 radələrində Sumqayıt şəhəri “Göyərçin” abidəsi ərazisində Məhkum saxlanılması üçün əməliyyataxtarış tədbirləri həyata keçirən zaman onun əyləşdiyi “Mercedes” markalı avtomobildə başqa 2 nəfərlə birlikdə olduğunu görmüşlər. Əməliyyat-axtarış tədbirlərinə dəstək olması üçün CAŞ-ın rəisi Bəxtiyar Hacıyevə qrup rəhbər Şahid1 müraciət etmiş və onun tapşırığı ilə Şahid4 və bir neçə polis əməkdaşı əməliyyat qrupuna dəstək göstərmələri üçün gəlmişlər. Məhkum polis əməkdaşları tərəfindən izləndiyini başa düşərək maşından düşüb qaçmağa başlamışdır. Bu zaman onun ayağı səkinin qırağına dəyərək o, yerə yıxılmış, sonra ayağa qalxaraq yenidən qaçmağa davam edərkən ağaca dəyərək yenidən yerə yıxılmışdır. Bu zaman Məhkum tutularaq polis idarəsinə aparılmışdır. Xidməti otaqda üzərində şəxsi axtarış aparılarkən külli miqdarda narkotik vasitə heroin aşkar edilmişdir. Daha sonra, Şahid3 ifadəsində göstərdi ki, Məhkumlə maşında olan şəxslər digər polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkum maşından düşüb qaçarkən 2 dəfə yıxılmışdır. Məhkum hadisədən bir neçə gün əvvəl onun yanında olan bir şəxsin polis əməkdaşlarından qaçarkən polis əm əkdaşına xəsatət yetirməsindən məlumatı olmamışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 və Şahid3 ilə oxşar məzmunlu ifadə verməklə onların ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 162-164, 229-232) Məhkəmədə şahid qismində dinrilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid4 ifadəsində göstərmişdir ki, Məhkum qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi və istifadə etməsinə dair Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Sumqayıt şəhəri S.Vurğun küçəsində əməliyyat tədbiri keçirilən zaman Məhkum “Mercedes” markalı maşından düşüb qaçarkən polis əməkdaşları onun arxasınca qaçıb tutumuşlar. Bu zaman Məhkum bir neçə dəfə yıxılmışdır. Polis ə məkdaşları köməyə çağırdıqları üçün onlar gəlmişlər, lakin gəldikdən sonra artıq Məhkum tutulmuş və sonra onu Sumqayıt ŞPİ-yə aparılmışdır. Bundan başqa, Şahid4 ifadəsində göstərmişdir ki, polis əməkdaşlarının “Whatsapp” sosial şəbəkəsində olan qrupunda əməliyyat tədbirin keçirilməsi zamanı kömək lazım olduğunu bildirilmişdir. Həmin qrupda şəxsin maşından düşüb qaçması ilə bağlı səs göndərildiyindən əraziyə yaxınlaşmışlar. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid5 ifadəsində göstərdi ki, Məhkumlə bağlı əməliyyat tədbirində, onun tutulmasında və üzərinə şəxsi axtarış keçirilməsində iştirak etməmiş, tərəfindən ona qarşı zor tətbiq edilməmişdir. İş materiallarından görünür ki, çarpaz dindirmə zamanı təqsirləndirilən şəxs Məhkum Şahid5 üzünə qarşı demişdir ki, Sumqayıt ŞPİ-d ə məhz polis əməkdaşı Şahid5 tərəfindən döyülmüş və ona xəsarət yetirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Məhkum onun oğludur. bəraət almış şəxs 2021-ci ilin iyun ayında tutulanadək onunla birgə yaşamışdır. bəraət almış şəxsi evdən dostu zəng edərək çağırmış, sonra isə onun oğlu bəraət almış şəxs haqqında məlumat olmamışdır. Övladının tutulması barədə ona 2 gün sonra məlumat verilmişdir. Övladı bəraət almış şəxs evi tərk edərkən onun üzündə və bədənində hər hansı bir xəsarət olmamış, lakin oğlu tutulduqdan sonra onunla 3 saylı istintaq təcridxanasında bəraət almış şəxs ilə görüşən müdafiəçi bəraət almış şəxsin səhhətinin yaxşı olmadığını demişdir. Daha sonra oğlu bəraət almış şəxs həbsdən buraxılıb evə gələrkən onun bədənində göyərtilər olmuş, gözün ün içində qızartı olmuşdur. Aldığı xəsarətlərlə bağlı bəraət almış şəxs 2 ay müalicə olunmuşdur. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tə ləblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlid ir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud CPM-nin tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıl dıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vi cdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının və Qanununlarının, Avropa Konvensiyasının və s. tələbləri kobud şəkildə pozmuş, təqsirləndirilən şəxs Məhkum hələ saxlanılarkən kobud qanun pozuntularına yol verilmiş, onun müdafiə hüquqları şəkildə pozulmuşdur. Məhkum qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsində istinad edilən “Şəxsi axtarışın keçirilməsi barədə” 02 iyun 2021-ci il tarixli protokola əsasən Məhkum saat 11:50-də saxlanılaraq polis idarəsinə gətirildikdən sonra saat 12:21-də videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, bu zaman Məhkum əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən yaşıl rəngli sellofan torbada gümüşü rəngli folgaya bükülmüş qəhvəyi rəngli spesifik iyə malik kütləni təqdim edərək “kakos” deyilən narkotik vasitə heroin olduğunu və onu xx.xx.2021-ci il tarixdə 250 manata dostu X10dan aldığını bildirmişdir. Belə ki, “Şəxsi axtarış keçirilməsi haqqında” 2 iyun 2021-ci il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iş materiallarında olan diskə məhkəmədə tərəflərin iştirakı ilə baxılarkən müəyyən edilmişdir ki, aşağı keyfiyyətdə olan vidioçəkiliş bütövlükdə tutulmuş şəxs Məhkum üzünün sağ profil hissəsindən çəkiliş edilməklə aparılmışdır. Videoşəkilişin 00:27 dəqiqəsində kamera obyektivinin dəyişməsi zamanı Məhkum sol gözün burun çəpərinə yaxın hissəsində qançıra oxşar qaraltının olması müşahidə edilir. Videoşəkilişdən həmçinin görünür ki, Məhkum şalvarının sağ yan cibindən yaşıl rəngli selofan torbada olan gümüşü rəngli folqaya bükülmüş tünd rəngli kütləni təqdim edərək bu kütlənin tutulmasından bir gün əvvəl 250 manata X10 adlı tanışından şəxsi istifadəsi üçün aldığı narkotik vasitə olmasını bildirir. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkum məhkəmə-tibbi müayinədən keçirilməsinə dair məhkəmə-tibb ekspertinin 18 iyun 2021-ci il tarixli 713 nömrəli ekspert rəyinə əsasən, Məhkum məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində aşağıdakı xəsarətlərin olması müəyyən edilmişdir: “Sol gözün bayır bucağının ağlı gişasına yayılmış qansızma, sol qaşın bayır bucağının yarası, sol gözətrafının, qarnın sol yan səthinin iki ədəd və döş qəfəsinin sol ön səthinin qançırları. Həmçinin eksp ert rəyində qeyd olunmuşdur ki, göstərilən xəsarətlər küt əşya təsirindən törənmiş, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1 aya qədər olmaqla müxtəlif şəraitdə, o cümlədən öz boyu hündürlüyündən yıxılma nəticəsində əməl gələ bilərdi və dərəcəsinə görə həm ayrıayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir.” Ekspert rəyinin anamnez hissəsində qeyd olunmuşdur ki, müayinə olunan Məhkum deməsinə görə xx.xx.2021-ci ildə saat 16:00-17:00 radələrində Sumqayıt şəhərində “Göyərçin” abidəsinin yanında Sumqayıt şəhər Polis İdarəsinin əməliyyat müvəkkilləri onu tutaraq polis idarəsinə gətirmişlər. xx.xx.20211-ci il tarixdə saat 01:00 radələrində Sumqayıt ŞPİ-nin 1-ci mərtəbəsində əməliyyat müvəkkilləri ona elektroşokla xəsarət yetirmiş, sonra yumruq və təpiklə bədəninin müxtəlif hissələrinə vurmuşlar. xx.xx.2021-ci il tarixdə saat 13:00-da 3 saylı təcridxanaya aparılmış, orada isə tibb məntəqəsinə müraciət etmişdir. Şikayəti döş qəfəsində olan ağrılardan olmuşdur. Bundan başqa, Məhkum döyülməsi ilə bağlı şikayət üzrə Sumqayıt şəhər prokurorluğunda aparılan araşdırma materialı məhkəmə tərəfindən götürülərək həmin materialda olan sənədlər tədqiq olunduqda müəyyən edilmişdir ki, Sumqayıt şəhər Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində olan “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabıbında 551 nömrəsi ilə aparılan qeydiyyatdan və xx.xx.2021-ci il tarixli aktdan görünür ki, MSY-ə qəbul olunan Məhkum boynunda, alnında və sol alnında cızılmış yaralar aşkar olunmuşdur. Azərbaycan Respublikası Ədl iyyə Nazirli Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Xüsusi məlumatdan görünür ki, həbsdə saxlanılan Məhkum 05 iyun 2021-ci il tarixdə təxminən saat 11:50 radələrində tibbi-sanitar hissəsində müayinə olunan zaman sol gözün sklerasında qansızma, qarnın sol yan nahiyəsində, ön divarında, döş qəfəsinin sol yarısında, sol gözətrafı nahiyədə göyümtül rəngli qançır aşkar olunmuş və bununla əlaqədar müvafiq akt tərtib olunaraq şəxsin izahatı alınmışdır. 3 saylı istintaq təcridxanasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 11:45 radələrində Sumqayıt ŞPİ-nin MSY-dən təhvil verilən Məhkum üzərinə baxış keçirilən zaman bədənin müxtəif nahiyyələrində qançır izləri və qərtməkli yaralar aşkar olun muşdur. Həmçinin iş materiallarından görünür ki, Sumqayıt şəhər prokurorluğunda aparılan araşdırma zamanı 2021-ci ilin iyun ayında prokuror köməkçisi tərəfindən izahatı alınan Məhkum polis əməkdaşları tərəfindən 31 may 2021-ci il tarixdə saxlanıldığını, 2 gün qanunsuz saxlanıldığını, döyülməyə məruz qaldığını və üzərində narkotik vasitə olmadığını göstərmişdir. İstintaqın sonrakı mərhələlərində də Məhkum oxşar məzmunlu ifadələr verməklə polis idarəsində 2 gün qanunsuz saxlanıldığını, döyüldüyünü, xəsarət aldığını və ondan narkotik vasitənin olmadığını göstərmişdir. (Cild 2, iş vərəqləri 104-108) Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq Məhkum döyülmə, işgəncə və qeyri-insani rəfdar nəticəsində özünə qarşı ifadə verməsinə işarə edən əsaslı və inandırıcı dəlillərin olmasını nəzərə alaraq, ibtidai istintaq zamanı Məhkum tərəfindən sərbəst şəkildə verilməsi iddia olunan 02 iyun 2021-ci il tarixli izahatı, 03 iyun 2021-ci il tarixli şübhəli və 04 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində dindirilmə protokollarını və “Şəxsi axtarış keçirilməsi barədə” 02 iyun 2021-ci il tarixli protokolunu da mümkünlüyü və mötəbərliyi şübhə altına alınan, hüquqi qüvvəsi olmayan sübutlar kimi qiymətləndirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbi rinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır. Həmçinin qeyd olunur ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyy əsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 28-ci bəndində göstərilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1. 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 sentyabr 2021-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında da xüsusilə vurğulamışdır ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hü quqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual hədlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Məhkum elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandı ğından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr Məhkum xeyrinə təfsir edilməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, Məhkum özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsi n xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azad lıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müd dətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib və saxlaması cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr 2023cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla, əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr 2023-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-828/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-828/2024
08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver