Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-829/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxxxx 1969-cu ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan qeydiyyatda olan, ünvan 1 yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bund an sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: S.S.Hüseynov (sədrlik edən), Z.Q.Ağayev və A.Ə.Məcidov) Məhkum – CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsiri bilinib 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: E.M.Əhmədov (sədrlik edən), N.R.Mövsümov və F.G.Zeynallı) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi Məhkum barəsində ittiham hökmü çıxarmışdır ona görə ki, o, istintaqa məlum olmayan Yasər adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 3023,3 qram çəkidə narkotik vasitə olan heroin və 4020 qram çəkidə qurudulmuş marixuana əldə edib daşıyaraq saxlamış, xx xxxx 2018-ci il tarixdə saat 17:40 radələrində Sumqayıt ŞPİ-nİn NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində saxlanılaraq Sumq ayıt şəhər Polis İdarəsinə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibində bir ədəd sellofan parçasına bükülmüş 2,30 qram çəkidə narkotik vasitə heroin, bundan sonra onun yaşadığı Sumqayıt şəhəri, Yaşma Bağları massivi ərazisində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən hamam otağında qanunsuz saxladığı qara rəngli idman çantasının içərisində olan qara rəngli sellofan torbada təmiz çəkisi 4020 qram narkotik vasitə qurudulmuş marixuana, yapışqandan hazırlanmış iki ədəd bağlamada, təmiz çəkiləri 1010 qram və 2020 qram olan narkotik vasitə heroin, ümumilikdə təmiz çəkisi 3032,3 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkə məsinin xx xxxx 2018-ci il tarixli hökmünün dəyişdirilməsi, Sumqayıt şəhər sakini Yasər adlı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və özünün barəsində daha yüngül cəza təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, ibtidai istintaqı aparan müstəntiq tərəfindən barəsində irəli sürülən ittihamla razı deyildir. Belə ki, ittihamda göstərilən narkotik vasitə ona deyil Sumqayıt şəhər sakini Yasər adlı şəxsə məxsusdur. Lakin ibtidai istintaq orqanı Yasər adlı şəxsi cinayət məsuliyyətinə cəlb etməmişdir. Ona görə də hesab edir ki, o, əvvəlcədən hazırlanmış cinayətin qurbanına çevrilmişdir. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 06 saylı Cəzaçəkmə Müəssisəsi ndən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizə ilə bağlı dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsin in xx xxxxxxxx 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-829/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-829/2020
04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver