Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-829/2024 24.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs və Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması, ona həmin Məcəllənin 320.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar olaraq cəza təyin edilməməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 iyul 2022-ci il tarixli qərarından məhkum və müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: Novruz Kərimov, hakimlər Allahverdiyeva Ramella Allahverdi qızı və Sadıxov Rasim Əkrəm oğlundan ibarət məhkəmə tərkibində) 16 noyabr 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1957-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olub ünvan 2ında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona CM-in 178.3.2-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə təqsirli bilinmiş və həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqadar olaraq, yəni Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsində göstərilən əsaslarla ona cəza təyin edilməmişdir. Həbsdə saxlanıldığı 1 (bir) gün ona təyin ediləcək cəzanın müddətindən çıxılmış, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının qalan müddəti 8 (səkkiz) il 11 (on bir) ay 2 9 (iyirmi doqquz) gün müəyyən edilmişdir. Təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 16 noyabr 2020-ci il tarixdən hesab edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə barəsində qətimkan tədbiri qismində seçilmiş polisin nəzarəti altina vermə həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. O, məhkəmə iclas zalından həbsə alınmaqla barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmişdir. Hökmlə Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilmiş, ona vurulmuş 400.000 (dörd yüz min) manat zərərin ödənilməmiş qalan 342.000 (üç yüz qırx iki min) manatının təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub ona ödənilməsi, mülki iddianın qalan hissədə baxılmamış saxlanılması və həmin hissədə ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi hökm edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs da məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət məhkəmə tərkibində) 10 iyun 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 320.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi il ə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib məhkum edilmələrinə 16 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilərək 7 (yeddi) il müddətə endirilmişdir. Məhkum həbsdə saxlanıldığı 1 (bir) gün ona təyin ediləcək cəzanın müddətindən çıxılmış, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının qalan müddəti 6 (altı) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müəyyən edilmişdir. Məhkum təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 16 noyabr 2020-ci il tarixdən hesab edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrumetm ə cəzası 7 (yeddi) il müddətə endirilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin ediləcək cəzanın müddətindən çıxılsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının qalan müddəti 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 16 noyabr 2020-ci il tarixdən hesab edilmişdir. Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilmiş və ona vurulmuş 400.000 (dörd yüz min) manat zərərin ödənilməmiş qalan 332.000 (üç yüz otuz iki min) manatı və 30 (otuz) manat dövlət rüsumu təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub ona ödənilməsi qərara alınmış, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: Mövs ümov Nazim Rasim oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət məhkəmə tərkibində) 9 mart 2022-ci il tarixli qərarı ilə kassasiya protesti və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Məhkum və Təqsirləndirilən şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi, Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət məhkəmə tərkibində) 8 iyul 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi və Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şik ayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə) 7 noyabr 2023-cü il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tar ixli qərarı kassasiya şikayətinə əsasən Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il müddətinə endirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2017-ci ilin iyul ayında Zərərçəkmiş şəxs aldadıb, sonuncunun direktoru olduğu «Təməl» sərbəst kiçik müəssisəsinin balansında olan Bakı şəhər icra hakimiyyətinin başçısının sərəncamı ilə istehsalat sahəsinin tikintisi üçün ayrılmış ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin 1,68 ha hissəsini özəlləşdirib çıxarış alacağını vəd verərək, bu adla 05 iyul 2017-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 37A ünvanında yerləşən Yasamal rayon icra hakimiyyətinin qarşısında 6.000 manat, daha sonra vahid niyyətlə əhatə olunmuş qəsdlə 21 iyul 2017-ci il tarixdə ünvan 6 ünvanın qarşısında 100.000 (yüz min) manat, 24 iyul 2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində yerləşən «Nəsimi» bazarı adlanan yerin qarşısında 90.000 (doxsan min) manat, 26 iyul 2017-ci il tarixdə ünvan 8 ünvanda yerləşən 5 saylı doğum evinin qarşısında 100.000 (yüz min) manat, 27 iyul 2019-cu i l tarixdə Bakı şəhəri Nəsimi rayonu Mirəli Qaşqay küçəsi 71 saylı binanın qarşısında 27.000 manat, 29 iyul 2017-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu X27 prospekti 112 ünvanında yerləşən «Gənclik» şadlıq sarayının qarşısında 67.000 (altmış yeddi min) manat olmaqla ümumilikdə 400.000 (dörd yüz min) manat pulunu ələ keçirərək 1,96 ha torpaq sahəsinin Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verildiyi göstərilən hüquqların Dövlət qeydiyyati haqında daşınmaz əmlakın Dövlət Reyesterindən 24 sentyabr 2017-ci il tarixli seriya RX, № 19720801 olan saxta çıxarışı istintaqa məlum olmayan mənbədən əldə edib 28 sentyabr 2017-ci il tarixdə ünvan 10 ünvanında yerləşən Nəri man Nərimanov adına istirahət parkında Zərərçəkmiş şəxs verməkə bilə-bilə saxta sənəddən istifadə edib Zərərçəkmiş şəxs külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, məhkəmə qərarları qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, Məhkum heç bir cinayət əməli törətməmiş, ona qarşı irəli sürülmüş qondarma ittihamlar məhkəmə araşdırmaları zamanı nəinki təsdiq olunmamış, hətta tam təkzib olunmuşdur. Məhkəmələr cinayət işini obyektiv araşdırmamış, nəticədə tam qanunsuz və ədalətsiz qərarlar çıxarmış, ittiham tərəlinin irəli sürdüyü ittihamı (ittiham aktının məzmununu) hökmə köçürərək, tam qanunsuz və əsassız hökm çıxarmış, faktiki olaraq ədalət mühakiməsini həyata keçirən orqan kim i deyil, ittihamı təsdiq edən orqan kimi çıxış etmişdir. Müdafiəçisi olduğu Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs əvvəllər birlikdə işlədiyi Tofiq adlı tanışının vasitəsi ilə tanış olduğu, Bakı şəhər icra hakimiyyətində çalışmış Təqsirləndirilən şəxs adlı tanışının səriştəsinin olmasını bildirmiş, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs bu məqsədlə görüşdürmüş, görüş vaxtı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla tanış çıxaraq qiymətdə özləri razılaşmış, hətta sonuncuya Zərərçəkmiş şəxs öz adından bu işləri görməkdən ötrü onu dövlət orqanlarında təmsil elmək üçün notariat kontorunda etibarnamə vermişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs 400.000 (dörd yüz min) manat pulu hissə hissə Təqsirləndirilən şəxs verilməsi üçün Şahid1, Şahid2 tərəfindən əhəmiyyətli məbləğlər verilmiş, müdafiəçisi olduğ u Məhkum vasitəsi ilə çox az məbləğdə vəsait onların iştirakı ilə verilmişdir. Həmin vaxt ilkin olaraq Zərərçəkmiş şəxs Şahid1 verdiyi 6000(altı min) manat pulu 400.000 manat puldan çıxılmışdır. Belə ki, həmin pulu müdafiəçisi olduğu Məhkum adına Şahid1 və Şahid2 təkidi ilə aid etmişlər. Bundan başqa həmin puldan 367.000 manatını Təqsirləndirilən şəxs çıxarışın alınması üçün hissə-hissə olaraq verilmişdir. Hətta bunun üçün Təqsirləndirilən şəxs öz xətti ilə əlyazma yazmışdır. Torpaq sahəsinin qorunması üçün orada xidmət edən mühafizə xidmətinin aylıq ödənişi və digər xərclərin eləcə də hissə-hissə olmaqla Təqsirləndirilən şəxs vasitəsi ilə vəsaiti 50.000(əlli min) manat və müdafiəçisi olduğu S. Bağırovun özünün vəsaiti olan 5.000(beş min) manat ümumilikdə 55.000(əlli beş min) manat pul Zər ərçəkmiş şəxs xəbəri olmaqla onu yaxın adamları Şahid1 və Şahid2 ödənilmişdir. Məhkum həmin puldan heç bir vəsait qalmadığı halda, o öz vəsaitindən azad olunacağını düşünüb 33.000 (otuz üç min) manatı və Təqsirləndirilən şəxs özü tərəfindən maddi ziyandan qismən qaytarılmış, 16.200 (on altı min iki yüz) manat olmaqla, ümumilikdə 49.200 manat nağd pul Zərərçəkmiş şəxs şəxsən ödənilmişdir. Məhkum kiminsə etibarından sui-isliladə etmə, kimisə aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə, kiminsə əmlak hüquqlarını əldə etmə və ya hansısa qazanc, gəlir əldə etmə kimi niyyəti və ya məqsədi olmadığını bildirir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli qərarını ləğv edib, Məhkum bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdu r. Məhkum kassasiya şikayətini müdafiəçinin vermiş olduğu kassasiya şikayətinin eyni dəlilləri ilə əsaslandıraraq ona bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib kassasiya şikayətlərinin təmin olunması barədə müdafiəçinin və zərərçəkmiş şəxsin, kassasiya şikayətlərinin qismən, cəza təyini hissəsində təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri qismən təmin edilməlidir. Azərbaycan Respub likası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kass asiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsi ni mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş fakt lar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hiss əsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasın ın Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətlərində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, cinayət işi üzrə təqsirləndirilən şəxsə bəraət verilməsi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apelly asiya baxışına təyin edilməsi barədə tələblər məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.111-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin məhkuma bəraət verilməsi barədə dəlillərinə münasibət bildirərək qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könü llü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Cinayət işinin materiallarından göründüyü kimi Məhkum verilmiş ittihama əsasən o, Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2017-ci ilin iyul ayında Zərərçəkmiş şəxs aldadıb, sonuncunun dir ektoru olduğu «Təməl» sərbəst kiçik müəssisəsinin balansında olan Bakı şəhər icra hakimiyyətinin başçısının sərəncamı ilə istehsalat sahəsinin tikintisi üçün ayrılmış ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin 1,68 ha hissəsini özəlləşdirib çıxarış alacağını vəd verərək, bu adla ümumilikdə 400.000 (dörd yüz min) manat pulunu ələ keçirərək 1,96 ha torpaq sahəsinin Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verildiyi göstərilən hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət Reyesterindən xx.xx.2017-ci il tarixli seriya RX, № 19720801 olan saxta çıxarışı istintaqa məlum olmayan mənbədən əldə edib xx.xx.2017-ci il tarixdə ünvan 10 ünvanında yerləşən Nəriman Nərimanov adına istirahət parkında Zərərçəkmiş şəxs verməkə bilə-bilə saxta sənəddən istifadə edib Zərərçəkmiş şəxs külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya məhkəməsi cinayət işinin materiallarını kassasiya şikayətlərinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətlərinin dəlillərini ilə əlaqəli şəkildə öyrənib, hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 143145-ci maddələrinin tələblərinə uyğun olaraq cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam aydınlaşdırılmış, Məhkum tərəfindən cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları və işin digər obyektiv halları ilə təsdiq olunmuş, həmin sübutlara və onların məc musuna tam, obyektiv və hərtərəfli qiymət vermiş, əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, o cümlədən bəraət verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayətlərinin Məhkum zərərçəkmiş şəxsə qarşı dələduzluq cinayət əməli törətməməsi, tərəflər arasında münasibətlərin mülki xarakterli olması barədə dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Kassasiya müraciətlərində göstərilənlərin əksinə olaraq, məhkumun apellyasiya instansiyası məhkəməsinin qərarı ilə hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində bilə -bilə saxta sənəddən istifadə edib külli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətinin tərkibinin olması birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Kassasiya məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətlərində irəli sürülən dəlillər konkret sübutlara əsaslanmamış, həmin dəlillər subyektiv mülahizələrdən ibarət olmaqla aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib olunmaqla öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci və 320.2-ci maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbayca n Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxs, şahidlərin ifadələri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının şəxsin təqsirlilik məsələsinin sübuta yetirilməsi hissəsində qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkuma həmin qərarla istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasi ya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin qərarlarında müəyyən olunan hallar əsasında Məhkum əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşmaqla qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum Cinayət Məcəlləsinin 178.3.2ci və 320.2-ci maddələri ilə düzgün olaraq təqsirli bilinmişdir. Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsi ndə nəzərdə tutulan cinayət təqibini bəraətverici əsaslarla istisna edən hallar müəyyən edilməmişdir., Məhkum bəraət verilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil və bu barədə kassasiya şikayətlərinin dəlilləri əsassız olmaqla təmin edilə bilməz. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş cəzaya münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsi rli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətl ər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kə sb edir. Kassasiya məhkəmə kollegiyasına müdafiə tərəfinin təqdim etdiyi Zərərçəkmiş şəxs notariat qaydasında təsdiq edilmiş 27 mart 2024-cü il tarixli ərizəsindən görünür ki, Məhkum ona dəymiş ziyanı tam ödəmiş və ona qarşı iddia, şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Məhkum şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, habelə, məhkum barəsində zərərçəkmiş şəxsin şikayət və tələblərinin olmamasını, dəyən ziyanın ödənilməsini əlavə yüngülləşdirici hal kimi əsas götürərək məhkəmə kollegiyası hesab edir ki, müəyyən edilmiş həmin yüngülləşdirici hal cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan və məhkumu səciyyələndirən hal kimi məhkuma təyin olunmuş cəzanın həddinin endirilməsi üçün əsasdır, buna görə də kassasiya şikayətləri qismən təmin edilməklə məhkuma təyin edilmiş cəzanın həddi azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıqaydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza h esab edilir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 iyul 2022ci il tarixli qərarı Məhkum cəza təyin edilməsi hissəsində dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum və müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 iyul 2022-ci il tarixli qərarı Məhkum cəza təyin edilməsi hissəsində dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il müddətə endirilsin. Məhkum Yusif oğlunun həbsdə saxlanıldığı 1 (bir) gün ona təyin edilmiş cəzanın müddətindən çıxılaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının qalan müddəti 4 (səkkiz) il 11(on bir) ay 29 (iyirmi doqquz) gün müəyyən edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 iyul 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-829/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-829/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver