Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-83/2019 30.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 iştirakı ilə xx xxxxxxx 1990-cı ildə Bakı şəhərində anadan oimuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul oİan, əvvəllər məhkum olunmayan, Bakı şəhərinin ************ rayonu, ********** qəsəbəsi, X3 küçəsi, döngə ****, ev ***-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Təqsirlən dirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 228.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Bakı şəhərinin ********** rayonu, ********** qəsəbəsi, ********** saylı evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal hazırda həbsdə olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Apellyasiya Məhkəməsinin 04 iyul 2017-ci il tarixli qərarından məhkumların müdafiəçisi, Bakı şəhəri, 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məh kəməsinin 13 mart 2017-ci il tarixli hökmünə əsasən (sədrlik edən hakim E.Ə.Mikayılov, hakimlər: Ə.M.Abasov və M.M.Ağalarov) Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 228.1 maddəsilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.2.1 və 237.2.3 maddələri ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məcəllənin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplanılması yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkd ə təqsirli bilinib, 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 04 iyul 2017-ci il tarixli qərarı ilə ( hakimlər: R.K.Səfərov (sədrlik edən), H.H.Əhmədov və V.Ə.Mursaqulov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsi ittiham hökmünü çıxararkən belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş, habelə qanunsuz olaraq odlu silah, onun komplekt hissə lərini, döyüş sursatı əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 2016-cı ilin yanvar ayının əvvəllərində zavod üsulu ilə istehsal olunmuş, saz, atəş açmaq üçün yararlı, 9 mm kalibrli PS 2438 K nömrəli, «Makarov» («PM») konstruksiyalı yivli odlu döyüş silahı olan bir ədəd tapançanı, zavod üsulu ilə istehsal olunmuş, «Makarov» («PM») konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş, təyinatı üzrə yararlı, səkkiz ədəd 9 mm kalibrli patron tutumlu, funksional əhəmiyyət daşımayan, odlu silahın komplekt hissəsi hesab olunan bir ədəd sandıqçanı və zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı, «Makarov» («PM»), «PA63», «P 64», «RK 59», «CESKA ZBROCOVKA» konstruksiyalı tapançalarda, «Steçkin» konstruksiyalı avtomatik tapançalarda («APS») və sair silahlarda istifadə edilən və döyüş sursatı hesab edilən 9 mm. kalibrli beş ədəd patronları istintaqa məlum olmayan mənbədən əldə edib saxlamış, həmin ilin yanvar ayının axırlarında həmin odlu silahı, onun komplekt hissəsini və döyüş sursatlarını üzərində qanunsuz gəzdirməklə özünə məxsus Bakı şəhərinin ********** rayonunda ********** qəsəbəsindəki İİ Albalı bağ sahəsinə nömrəsiz bağ evinə daşımaqla gətirərək yataq otağının döşəməsinə yığılmış yorğan dəstinin altında gizlədərək saxlamış, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nətic əsində 03 iyun 2016-cı ildə saat 22:20 radələrində həmin bağ evinə baxış keçirilərkən yataq otağının döşəməsinə yığılmış yorğan dəstinin altından qanunsuz olaraq əldə edib üzərində gəzdirərək daşımaqla saxladığı zavod üsulu ilə istehsal olunmuş, atəş açmaq üçün yararlı, 9 mm. kalibrli PS 2438 K nömrəli, «Makarov» («PM») konstruksiyalı yivli odlu döyüş silahı olan bir ədəd tapança, zavod üsulu ilə istehsal olunmuş, «Makarov» («PM») konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş, təyinatı üzrə yararlı, səkkiz ədəd 9 mm. kalibrli patron tutumlu, funksional əhəmiyyət daşımayan, odlu silahın komplekt hissəsi hesab olunan bir ədəd sandıqça və zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı, «Makarov» («PM»), «PA-63», «P 64», «RK 59», «CESKA ZBROCOVKA» konstruksiyalı tapa nçalarda, «Steçkin» konstruksiyah avtomatik tapançalarda («APS») və sair silahlarda istifadə edilən və döyüş sursatı hesab edilən 9 mm. kalibrli beş ədəd patronlar aşkar edilərək götürülmüşdür. Bundan başqa o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərri, habelə çətənə növlərini külli miqdarda əkib yetişdirməklə kultivasiya etmə barədə tanışı və həmyerlisi Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət ələqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə o, 2016-cı ilin mart ayının əvvəllərində təxminən 1500 ədəd əkilib-becərilməsi qadağan olunan çətənə (kannabis) bitkisinin toxumlarını qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşdiyi Təqsirləndirilən şəxs1la birlikdə əldə edib saxlamış, aralarındakı cinayətkar razılığa əsasən o, hə min ilin mart ayının ortalarında qeyd edilən toxumları cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 verməklə Bakı şəhərinin ********** rayonunda ********** qəsəbəsindəki İİ Albalı bağ sahəsinə nömrəsiz bağ evinin həyətindəki uzunluğu 45 metr və eni 15 metr olan istixanada əkib-becərməsi barədə tapşırıq vermiş, Təqsirləndirilən şəxs1 2016-cı ilin mart ayının ortalarından başlayaraq qanununsuz olaraq əldə etdiyi və əkilib-becərilməsi qadağan olunan həmin çətənə (kannabis) bitkisinin toxumlarını qeyd edilən ərazidə 24 cərgədə əkməklə, aqrotexniki qaydada qulluq göstərməklə yetişdirib kultivasiya etmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirməklə kultivasiya etmə barədə daxil olmuş əməli yyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində 03 iyun 2016-cı ildə saat 22:20 radəbrində Bakı şəhərinin ********** rayonunda ********** qəsəbəsindəki İİ Albalı bağ sahəsinə nömrəsiz bağ evinin həyətindəki uzunluğu 45 metr və eni 15 metr olan istixanada 24 cərgədə əkilib yetişdirilmiş tərkibində narkotik maddələr olan və əkilib-becərilməsi qadağan olunan 1449 ədəd yaş vəziyyətdə ümumi xalis çəkisi - 940 kiloqram olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumların müdafiəçisi, Bakı şəhəri, 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 04 iy ul 2017-ci il tarixli qərarının dəyişdirilməsi və məhkumlar barəsində ittiham olunduqları maddələrin sanksiyalarının minimum həddində cəza təyin etməklə cəzalarının yüngülləşdirilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, hər iki məhkum barəsində hər hansı ağırlaşdırıcı hal olmadığı və yalnız yüngülləşdirici halların olduğunu, Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilk dəfə məhkum olmalarını, əməllərini etiraf edərək səmimi peşmançılıqlarını məhkəmə nəzərə almamış və cəza təyin edilərkən hər iki məhkum barəsində maddənin sanksiyasının yuxarı həddində cəza təyin etməklə cəza təyini ilə bağlı CPM-nin və Ali Məhkəmənin plenum qərarının tələblərini pozmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayə tinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Məhkumların müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində mü bahisə edilən məsələ məhkumlara təyin edilmiş cəzanın ağır olması və cəza təyini zamanı barələrində yüngülləşdirici halların nəzərə alınmaması ilə bağlıdır. Məhkum еdilmiş şəхslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumların törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumların şəxsiyyətlərini düzgün nəzərə almış, onlara törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanu nla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzaların ın təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri ni və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində gös tərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan v urmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumlar barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, cəzalarını ağırlaşdıran və yüngülləşdirən halların düzgün müəyyən edilməsini, təqsirkarların şəxsiyyətlərini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək, məhkumlar Təqsirl əndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş və aşağı instansiya məhkəmələri tərəfindən təyin edilmiş cəzadan aşağı həddə cəza təyin etmək üçün əsaslar görmür. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr A zərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumlar barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar ın olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin 04 iyul 2017-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs2 və Təqsir ləndirilən şəxs1 barələrində Bakı Məhkəməsinin 04 iyul 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Apellyasiya
Məhkəmə qərarları › İş №1(102)-83/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-83/2019
30.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver