Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-83/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, məhkumun müdafiəçisi-vəkil Hüseynov Altay Xəlil oğlunun iştirakları ilə, Bakı A ğır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 145.2.1, 145.2.3, 149.3.3, 150.3.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: A.İ.Paşayev (sədrlik edən və məruzəçi), Ə.Q.Quliyev və İ.X.Həsənzadədən ibarət tərkibdə) Təqsirləndirilən şəxs- xx xxxxxx 1989-cu il tarixdə Lənkəran rayonunun Tütəpeştə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olma yan, Lənkəran rayonunun Tütəpeştə kəndində qeydiyyatda olan Azərbaycan Respublikası CM-nin 145.2.1, 145.2.3, 149.3.3, 150.3.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 145.2.1 və 145.2.3-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətinə, CM-nin 149.3.3-cü maddəsi ilə 11 (on bir) il 3 (üç) ay müddətinə, CM-nin 150.3.3-cü maddəsi ilə 11 (on bir) il 3 (üç) ay müddətinə, CM-nin 182.2.4-cü maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzalarına, CM-nin 66.3-cü maddəsi ilə təyin edilmiş cəzalar qismən toplanmaqla qəti olaraq 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin xx xxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsa sən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, hədə-qorxu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər qeyri-rəsmi əlaqədə olduğu Rusiya Federasiyasının vətəndaşı, İjevsk şəhər sakini X3 ailə quracağı ilə aldadaraq, sonuncunun qızı xx xxxxxxxx 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 və oğlu xx xxxxxxxx 2016-cı il təvəllüdlü X6 birlikdə Bakı şəhərinə dəvət edib, kirayə götürdüyü ünvan 1 ünvanında xx xxxx 2017-ci il tarixdə yerləşdirdikdən sonra Moskva şəhərində guya ona məxsus olan böyük məbləğdə qiymətli kağızlar olmasını bildirib, həmin qiymətli kağızları götürmək üçün Moskva şəhərinə gedəcəyi təqdirdə hava limanında tanışları tərəfindən qarşılanacağını və qısa müddətdə geri qayıdacağına Zərərçəkmiş şəxs1 inandıraraq, sonuncunu xx xxxxx 201 7-ci ildə tək Beynəlxalq hava limanından Moskva şəhərinə yola saldıqdan sonra saat 09 radələrində yaşadığı mənzilə qayıdaraq, onun üçün aşkar surətdə on dörd yaşına çatmayan və köməksiz vəziyyətdə olan xx xxxxxxxx 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 zorlamaq məqsədilə mənzilin qonaq otağından yataq otağına sürüyərək, orada otağın divarına çırpıb zor tətbiq etməklə müqavimətini sındıraraq sonuncu ilə təbii yolla cinsi əlaqədə olub qızlıq pərdəsinin tamlığını pozmuş və həmin tarixdən xx xxx 2017-ci il tarixədək təkrar zor tətbiq edib və zor tətbiq etməklə, anasını heç vaxt görməyəcəyi ilə, eləcə də xx.xx.2016-cı təvəllüdlü qardaşı X7 öldürüb, bu cinayətdə sonuncunu günahlandıracağı ilə hədələməklə, köməksiz vəziyyətindən istifadə edib dəfələrlə Zərərçəkmiş şəxs2 ilə təbii yolla cinsi əla qədə, eləcə də ilk hadisədən təxminən bir həftə sonra mənzilin hamam otağında zorla qeyri-təbii yolla cinsi əlaqədə olmuş, mütamadi olaraq seksual xarakterli digər hərəkətlər etmiş, törətmiş olduğu cinayət əməlini ört-basdır etdirmək məqsədilə xx xxxxx 2017-ci il tarixdən yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs2, eləcə də azyaşlı X6i mənzildə bağlı qapı arxasında saxlayaraq qanunsuz azadlıqdan məhrum etmiş, həmin ərəfədə Zərərçəkmiş şəxs1 ıı Moskva şəhərində qarşılanmadığını və pulsuz qaldığı barədə telefon zənglərinə cavab olaraq əvvəl gözləmək lazım olduğunu bildirib, daha sonra isə yanında qalan uşaqlarını naməlum istiqamətdə aparıb əlaqəni tam kəsməklə, uşaqlarına qarşı zor tətbiq edəcəyi ilə hədə-qorxu gəlib həmin hədələrin həyata keçirəcəyinə Zərərçəkmiş şəxs1 inandıraraq, Rusiyada işə düzəlib qazanmaqla və ya borc götürməklə xeyli miqdarda ona pul göndərməsini tələb etmiş və sonuncu tərəfindən pul köçürmə qaydasmda göndərilmiş 20.000 rubl, yəni həmin dövrdə milli məzənnə ilə 598 manat pulu avqust 2017-ci il tarixdə və 100.000 rubl, yəni həmin dövrdə milli məzənnə ilə 2.990 manat məbləğində pulu xx xxx 2017-ci il tarixdə “xxxx”ASC-nin Binəqədi rayon şöbəsindən götürərək, cəmi 3.588 manat məbləğində pulunu ələ keçirmiş, daha sonra 1.000 rubl, yəni həmin dövrdə milli məzənnə ilə 5.980 manat pulun göndərilməsini tələb etmiş, lakin xx xxx 2017-ci il tarixdə Zərərçəkmiş şəxs2 imkan tapıb internet vaitəsilə X4 şəhərində yaşayan rəfiqəsinə, sonuncu isə anasının vasitəsilə Zərərçəkmiş şəxs1 zorlanması və azadlıqdan məhrum edilməsi barədə məlumat verdikdən sonra sonuncu Bakı şəhərinə gələrək Binəqədi rayon Polis idarəsinin 7-ci Polis bölməsinə ərizə müraciət etmiş və polis əməkdaşları Fövqalədə hallar Nazirliyinin mütəxəssislərini cəlb etməklə ünvan 2 ünvanında 100 saylı mənzilin qapısını sındıraraq mənzilə daxil olub Zərərçəkmiş şəxs2, eləcə də azyaşlı X6i azad etmişlər. Hökmdən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: R.K.Səfərov (sədrlik edən və məruzəçi), Ə.M.Abbasov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə apelyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şik ayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinici və apelyasiya instansiyası məhkəmələri cinayət işini tam araşdırmamış, ittiham olunduğu maddələr ədaləti bərpa etməyə imkan vermir, düzgün və obyektiv araşdırma aparmadan qərar qəbul etmişdir. Ona görə də pozulmuş hüquqlarının bərpa edilməsini, ilkin protokolu, şahid ifadələrini və ekspert rəyini tam araşdıraraq obyektiv qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlə r: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinay ət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində göstərmişdir ki, birinici və apelyasiya instansiyası məhkəmələri cinayət işini tam araşdırmamış, ittiham olunduğu maddələr ədaləti bərpa etməyə imkan vermir, düzgün və obyektiv araşdırma aparmadan qərar qəbul etmişdir. Cinayət işi üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətində məhkum barəsindəki cinayət işi üzrə düzgün və obyektiv araşdırma aparılmadan qərar qəbul edildiyini göstərsə də, bu mülahizəsini konkret dəlillərlə əsaslandırmamışdır. Məhkumun eyni məzmunlu apelyasiya şikayəti üzrə cinayət işinin materialları yoxlanılmış və birinci instansiya məhkəməsinin hökmünün qanunliyini və əsaslılığını şübhə altına alan hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə toplanmış sübutların Azərbaycan Respublikası CPM-nin 125.2-ci maddəsində sadalanan əsaslar üzrə sübutların mümkünsüzlüyü, sübutların toplanması, məhkəmə iclasında tədqiqi və qiymətlndirilməsində CPM-nin 143-146-cı maddələrinin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Eləcə də, məhkum Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamlar üzrə təqsirli bilməsə də, onun cinayət əməlləri məhkəmə iclasında tədqiq olunmuş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, çoxsaylı məhkəmə-tibbi, məhkəmə psixiatrik və məhkəmə-psixoloji ekspertizaların rəyləri, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 arasında aparılmış telefon danışıqları barədə məlumatlara baxış keçirilməsi protokolları və digər istintaq protokolları ilə sübut edilmişdir. Cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli ittiham hökmündə istinad etdiyi sübutların məcmusu sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında zərərçəkmiş şəxslərin ifadələrində məhkumun xeyrinə etdikləri dəyişikliklər nəzərə alınaraq onların ibtidai istintaqdakı ifadələri də məhkəmə iclasında tədqiq edilərək, zərərçəkmiş şəxslərin bütün ifadələri tam, hərtərəfli və obyektiv yoxlanılmış, bu ifadələrin məzmunu cinayət t əqibi üzrə toplanmış digər sübutlarla təhlil olunmuş, bir-biri ilə müqayisə edilmiş və ibtidai istintaqdakı ifadələrinin mötəbərliyi müəyyənləşdirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxslərin ibtidai istintaqdakı ifadələrinin digər sübutlarla yanaşı tədqiq edilib qiymətləndirilməsi və onlardan daha mötəbər olanın nəzərə alınması Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində müəyyən edilmiş qaydalara uyğundur. Cinayət işi üzrə cəza təyin edilərkən zərərçəkmiş şəxslərin məhkum Təqsirləndirilən şəxs qarşı şikayət və tələblərinin olmaması onun cəzasını yüngülləşdirən hal kimi, eləcə də cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmışdır. Göstərilən cəzanı yüngülləşdirən hal Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə uyğun olduğundan ona cəza təyin e dilərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinin tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi bütün maddələr üzrə göstərilən hədlərdə, yəni hər bir maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmayan həddə azadlıqdan məhrum etmə cəzaları təyin edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cinayət iş i üzrə birinci instansiya məhkəməsinin ittiham hökmü qanuni və əsaslı olduğundan, hökmün dəyişdirilmədən saxlanması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas verən konkret dəlillər göstərilmədiyindən, məhkumun mücərrəd mülahizə xarakterli kassasiya şikayəti əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, məhkum Təqsirləndirilən şəxs müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının lə ğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.1, 145.2.3, 149.3.3, 150.3.3 və 182.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikli
Məhkəmə qərarları › İş №1(102)-83/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-83/2021
27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver